Bu dəfə qərara gəldim ki,bizim xanımların başlarına gələn maraqlı,sirli hadisələr haqda xəbər hazırlayım.Yəqin ki,hər birimizin həyatında bu və ya buna oxşar hadisələr dəfələrlə yaşanıb.Ən azından öz həyatımda demək olar ki,hər gün belə hadisələrlə rastlaşıram.Xəbəri hazırlamaq üçün müraciət etdiyim xanımlar da öz başlarına gələnləri mənə nəql eledilər.Və budur,indi də sizinlə bölüşmək istəyirəm...Beləliklə:
Göndərdi: AySeL.
Mən namaz qılmamışdan qabaq hər yuxumda Azan eşidirdim.Düz 1 ilə yaxın yuxuda namaz qılırdım yuxularımı səhərə yaxın namaz vaxtlarında görürdüm.Yuxuda Azanın yenicə oxunduğunu eşidirdim ayılıb görürdümki həqiqətəndə Azan oxunur,yuxuda yarıdan oyanırdımsa Azanın davamını oyaq vaxtımda qulaq asırdım.İndi namaz qılıram amma artıq elə yuxular görmürəm çox istərdim görəm.Həqiqətəndə biz dinə bir addım atsaq o bizə tərəf on addım atar.
Göndərdi: Nazuletta
Mənim həyatımın ən maraqlı və sirrli məqamları yuxulardır.
Yuxularımda ya başıma nəsə gəlir, real həyatda başqasının başına gəldiyinin şahidi oluram, ya ölümdürsə,yuxuda bir tamam başqa insan ölür, sabahsı gün hansısa qohumun, tanışın öldüyünü eşidirəm, niyyət edib 2 dəfə yatıb cavablar da almışam, real həyatda tam düz gəlib səhvsiz, elə yuxular da olur ki, (bunlara son bir ildə rast gəlməyə başlamışam) yuxunu necə görürəmsə, o cür də real həyatda əksini tapır. Məsəlçün, sizə ən sonuncu, yəni 2 gün qabaq olmuş hadisəni yazıram. Bir ay bundan öncə kiçik baldızımı yuxuda görürəm, hamilədir, deyirəm nə vaxt uşaq doğulur? Deyir bir ay sonra. Eyni yuxuda başqa baldızlarım da olur, aralarında birinin Afrikadan olan hansısa rəfiqəsi olur, somalili, amma hicablı somali olmur, başı açıq olur. Bir neçə gün sonra qaynanama bu yuxunu danışıram. Soruşuram qızlarının hansınınsa başı açıq somalili rəfiqəsi var? Deyir var. Norveçdə yaşayan baldızımın elə rəfiqəsi var. Deyirəm bəs, kiçik qızın bir ay sonra doğur? Deyir yox, hələ iyun ayında doğmalıdır, belə tez doğmaz. Dedim yəqin, yuxunun bu hissəsi real çıxmadı, olur elə. Amma bu günlərdə 2 gün qabaq başqa şeyin şahidi oldum. Özüm də şokda idim. Baldızımı gördüm, mənə deyir ki, bu gün həkimlər dedidlər ki, bu günlərdə doğmalıyam, artıq doğuş üçün yol açılıb azcana, amma qaynanam İrandan gəldiyindən onu qarşılamaqçun xəstəxanadan qaçdım, sonra sancım yenə tutsa, artıq doğuş olmalıdır. Həkimlər dedilər uşaq bir az tez olacaq. Təbii ki, ona bunu dedim ki, elə bir ay öncə özün yuxuda mənə bunu demişdin ki, 1 ay sonra doğacam, mən elə bu məqamı yuxuda görmüşdüm demək.
Göndərdi: Gozellik ilahesi
Bir gün dayım Moskvadan birbaşa bizə gəlmişdi.Evdə tək idim.Dayımla oturub söhbətləşdik-keçmişdən,təzə xəbərlərdən filan.Və sonra dərsimi oxumaq üçün otağa keçdim.5-10 dəqiqədən sonra qapımız döyüldü.Otağımda olduğumdan gələnin kim olduğunu bilmədim.Qapı örtüldüyündə mətbəxə daxil olaraq dayımdan gələnin kim olduğunu soruşdum.O da "yaşlı bir kişidir,pul istədi.Mənim də üstümdə ancaq rus puludu,o səbəbdən kömək edə bilmədim"dedi.Doğrusu həmin gün mənim cəmi bir məmmədim var idi- o vaxtın pulu ilə.Qəzet,jurnal həvəskarı olduğumdan onu da qəzet üçün saxlamışdım.Poçtalyon həmin gün qəzet gətirəcəkdi və mən də pulunu verməliydim.Həmin an ürəyimdən belə bir hisslər keçdi-yaşlı bir kişidir.Bəlkə də acdır.Həm ac,ehtiyaclı olmasa,o niyə qapımızı döysün ki.İndi də bu gün qəzet oxumayım heç nə olmaz deyə düşündüm.Və qaça-qaça gedib cibimdəın 1 məmmədi çıxarıb dayıma verdim.Kişi getməyibsə pulu tez ona ver dedim..Özüm də çəkilib qapının bir kənarında durdum.Dayım qapını açdığında kişi artıq getmək üzrə idi.Dayım onu səsləyərək pulu ona uzatdı.Yaşlı kişi pulu götürdüyündə mənə diqqətlə baxdı.Və sanki pulun mənim tərəfimdən verildiyini bilib, baxışları ilə təşəkkür etdi.Həmin günü axşam yatağıma uzanaraq şirin bir yuxuya getdim.Yuxuda gördüm ki,böyük bir otaqdır.Otağın ortasında enli bir stol.Stolun üzəri,divarlar hər yer Qurani-Kərim kitablarıdır.Hətta qəhvəyi rəngli,çox qalın Quran kitabları da vardı aralarında.Və həmin yaşlı kişi stolun arxa hissəsində dayanaraq mənə baxdı və təbəssüm etdi.Sonra əlinə sanki bir qeyd dəftəri götürərək,sözə başladı.Dedi ki,"bu gün sizə gəlmişdim.Mənə kömək etdin.Bunu sənə necə ödəsəm bilmirəm,amma 7 arzunu söylə.Mən söylədim,o yazdı.Və mən yuxudan ayıldım.Doğrusu həmin gün çox təəccüblü,həm də çox sevincli idim.Doğurdan da hər şey Allaha agahdır.İndi hər bu yuxunu xatırlayanda özümü xoşbəxt hiss edirəm.Və Allahıma hər zaman ,hər şey üçün təşəkkür edirəm.Bu da mənim başıma gələn və ömrüm boyu unutmayacağım hadisə..
Göndərdi: Fatma
Məmim atam hamıya yaxşılıq edən Allahını sevən heç kimlə işi olmayan bir insandı.Keçən il qoyunlarını oğurladılar .Kasıb kəndli, 6 qoyunun olsun onu da oğurlasınlar ,bilirsiz necə dərddi?!Biz atama dedik gəl verək polisə,qoy tapsınlar .Atam bizə təsəlli verdi ki, dəyməyin heç kimə demək lazım deyil, nə vaxtsa çıxacaq oğru. Biz güldük ki, axtarma -arama necə tapacaqsan.Dedi, Allah göydən baxır, o elə edəcək ki, o oğru öz diliylə deyəcək ki, mən apardım sənin qoyunlarını.Gözləyin.İnanırsız, aradan çox keçmədi. Qonşunun oğlunu Rusiyada öldürdülar .Atamla bacımın yoldaşı getmişdilər ,baxdıq tez qayıtdılar, bir vəziyyətdə idilər, gəl görəsən.Bacım dedi sizə nə olub, yeznəm dedi ki,qoyunların oğrusunu tapdıq.Ölən oğlanın anası camaatın içində ərinin üzünə tüpürdü ki, sənə demədimmi, mənim oğlumu yollama filankəsin qoyununu oğurlamağa, axırı yaxşı olmayacaq .Oğlanın atası gəlib atama deyib ki, nə olar bağışla keç günahımızdan.Atam da deyib ki, qoy sizi Allah bağışlasın …və bizi də o yas yerinə getməyə qoymadı…
Göndərdi: Gulshen_q
Hər günüm belə başlayır:- Səhər saat 7-də evdən çıxır, 7 nömrəli marşrutla işə gəlirəm.Sağ tərəfdə, pəncərənin yanında oturub xəyala dalıram.Sanki bununla vaxtım daha tez keçəcəkmiş kimi.Əhvalım da heç yox idi.-Yadımda deyil niyə..
Yolun yarısında marşruta bir qoca, nurani kişi mindi.Adətən qoca, ümumiyyətlə kişilər marşurta boş yer varsa keçib orda əyləşər.Bu isə boş yer ola-ola gəlib yanımda əyləşdi.Üzündən də nur yağırdı.Mən hələ də pəncərədən çölə baxıb qanımı qaraldan əhvalat barədə düşünürdüm.Birdən nurani qocanın səsi məni fikirdən ayırdı:
-Qızım, nə düşünürsən?
Cavab vermədim.Gülümsəməyə çalışdım.Amma alınmadı.Məndə həmişə belədir.Gülməyə halım olmayanda yalandan gülə bilmirəm..Susmaqla kifayətləndim.Qoca mənim haqqımda sanki hər şeyi bilirmiş kimi davam etdi:
-Həyat mürəkkəbdir.Bu dünyada asan heç nə yoxdur.Hər gün insanlar içində oluruq.Onlara kədərimizi hiss etdirməməliyik.Axı sənin kədərin sənə baxan başqa insanların da qanını qaralda bilər.Biz-insanlar hamımız bir-birimizdən asılıyıq..-Bu sözləri deyərkən də gözləri gülürdü.
-...-yenə susdum.Nə deyim.Ən acığım gələn şey,-Öz fikri olmayıb, yola vermək xatirinə -“Hə, düzdü..”, “Aha” və s.deməkdir.Bunları deməməkçün yenə susdum.Həm də onun səsi, gözlərindəki, üzündəki işıq məni təsirə salmışdı sanki.Ona qulaq asmaq istəyirdim sadəcə..
-Bilirəm ki, çətin günlər yaşayırsan.Keçib gedəcək, özün görəcəksən.Sən sadəcə gülümsə.Kədərlənmə..Bax, bu adamları düşün..Səni belə üzgün görəndə niyə onların da qanı qaralmalıdır ki?Bizim haqqımız yoxdu buna.Bunu unutma.-Qocanın sözləri bir istilik gətirdi soyuqdan deyil, kədərdən, təklikdən üşüyən qəlbimə.İstər-istəməz mən də gülümsədim.Amma “yola vermək” xatirinə yox.İçimdən gəldi.Özüm də təəccüb etdim.Uzun müddətdi belə ürəkdən sevinmirdim.Hə, səbəbini də bilmədən sevinc hissi dolmuşdu içimə.Qoca sanki məqsədinə çatıbmış kimi ayağa qalxdı.Getməyə hazırlaşdı.Elə bil onun missiyası bura gəlib mənim əhvalımı açmaq imiş.Yerindən qalxdı və marşrutdan düşdü.Harda düşdüyünü də xatırlamıram heç..Amma o gündən heç yadımdan çıxmır o.Uzun müddət hər gün gözüm marşrutun qapısında onun yenə gələcəyini gözlədim.Yanımdakı yeri boş saxladım.Çantamı qoyurdum ki, kimsə gəlib oturmasın..
Yəqin deyə bilərsiniz ki, burda nə var k?Bunun nəyi möcüzədir?O qoca mənim həyatımı dəyişdi.Hər gün səhər onu yadıma salıb gülər üzlə çıxırdım evdən.Qulağımda da onun səsi:-“İnsanları öz kədərimizlə üzməyə haqqımız yoxdur..”
Artıq bir ildən çox keçib.Bəlkə də iki ilə yaxındır.O qocanı daha heç vaxt görmədim.Halbuki hər gün eyni saatda evdən çıxdığımçün demək olar eyni adamlarla da rastlaşmalı oluram marşrutda.Hamı işə, məktəbə, ya harasa tələsir.Eyni üzlər..Sadəcə o yoxdur..Düşünürəm ki, bəlkə də o Allahın mənimçün göndərdiyi bir Mələk idi??Bilmirəm.Amma onu həmişə xatırlayacam...
Göndərdi: shabnam_betul Bəzən sübh namazlarına qalxanda sanki, bir səs mənə deyir ki, qalxma !qalxma! mən o səsi duyuram və onun acığına, sanki, qalxıram ,məncə bu şeytandır. p.s öz başıma gələnkəri isə inşaALLAH gələn dəfə ətraflı yazacam)) |
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
Demet Akalın keçmiş əri ilə barışdı-FOTO
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Beyin şişini müalicə edəcək dərman hazırlandı
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
Ledi Qaqa evindən Konsert verəcək
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Qeyri-adi ayaqqabılar
Bijuteriyalar 2
İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM
Günün ulduz falı
Mənim toxuduqlarım
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın: “Xoşbəxt anayam, oğlum qardaşımın intiqamını aldı” - VİDEO
Bir ildir Yaşarsızıq, unutmadıq
Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Sağlam pəhriz
Bakının Qızlar Universitetində oğlan?
Aşbaz 5 milyon avroya təyyarə alır
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Kayli Cenner və Travis Skot barışıb
Hind kinosunda "inqilab" başlanır-FOTO
Nusret klipə çəkildi - VİDEO
Bu günün hava proqnozu
Qubada 20 Yanvar şəhidlərini andılar
İctimai nəqliyyatda yeni gedişhaqqı sisteminin tətbiqi vaxtı açıqlanıb
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Qızıl maska sayəsində dəriniz işıldasın!
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
“Beşiktaş” Sərgən Yalçına vaxt verdi
Toxumaq dərsi-8
Koronavirusdan sonra dünyada bir ilk - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Avqust
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Kirayə ev axtaranlar, bunlara DİQQƏT EDİN
Acı souslu makaron (foto-resept)
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Uşaqlara masajı necə edirlər?
Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib
B12 vitamininin "səyahəti"
Ermənistan Azərbaycana başqa yol qoymur
Saçlarınızın parlaq və sağlam qalması üçün...
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
Peris Hiltonun 65 min dollarlıq çantası-FOTO
Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO
Çox yağda qızartma
- ŞƏRHLƏR