İslam Əxlaqı Dərs-1
Din qardaşlığı
Mədinəyə hicrət etdikdən sonra həzrəti Peyğəmbərin (s) gördüyü ilk tədbirlərdən biri din qardaşığı üzərində atılan addım oldu.Bu tədbirdə məqsəd hər xırda bir məsələ üstündə qarətlər,qırğınlar,müharibələr törətməyə adət edən müsəlmanlar arasında birlik və vəhdət yaranması idi.
İslam dininin baxışında irqindən,milliyətindən və rəngindən asılı olmayaraq bütün müsəlmanlar bir-biri ilə qardaşdırlar və bərabər hüquqa malikdirlər.İslama görə üstünlük təqva və iman hesab olunur.
Hucurat surəsi ayə 13: “Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən Allah (hər şeyi) biləndir, (hər şeydən ) xəbərdardır.
Allah (t.t) Qurani-Kərimdə möminlərə xatırladır ki onlar cahiliyyat dövründə bir-birlərinə ədavət,kin küdurət bəslədikləri halda Allah onlara qardaşlıq nemətini verərək onlara nicat verib.
Ali-İmran surəsi ayə 103:"Hamılıqla Allahın ipindən (dinindən ) möhkəm yapışın,bir-birinizdən ayrılmayın!Allahın sizə verdiyi neməti xatırlayın ki,siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.Siz oddan olan bir uçurumun kənarında ikən O,sizi oradan xilas etdi . Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki,bəlkə haqq yola yönələsiniz .”
Ümumiyyətlə Din qardaşlığının ictimai əhəmiyyəti də böyükdür.bunun ən gözəl sübutu Peyğəmbərimizin (s) buyurduğu kəlamdır.
1.“ Hər kim Allaha xatir bir möminlə qardaşlıq edərsə, Allah-Təala onun üçün Cənnətdə elə bir məqam təyin edər ki,bundan qeyri bir əməllə o məqama nail ola bilməz ” - Allah (t.t) bizə o məqamı nəsib etsin inşallah.Amin.
2.“Qiyamət günü üzəri bədrlənmiş ay tək parlaq olan bəzi şəxslər üçün Ərşin kənarında taxtlar ucaldılar.İnsanların çoxu qorxaraq nalə çəkdikləri halda onlar nə qorxar, nə də nigarançılıq çəkərlər. Onlar Allaha yaxın olduqları üçün heç nədən qorxmazlar. Səhabələrdən biri soruşur: “Ya Rəsuləllah onlar kimlərdirlər?” Peyğəmbər (s)buyurdu: “Onlar bir-birini Allaha xatir sevənlərdir”
3. “Mömin möminə taydır”
Bu günki dərsimizi Allah (t.t)-nın din qardaşlığına dair ayələri ilə tamamlayıram
1. “Həqiqətən möminlər bir-biri ilə qardaşdırlar”
2. “Muhəmməd Allahın peyğəmbəridir.Onunla birlikdə olanlar (yəni möminlər ) kafirlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər” (Fəth s,ayə 39)
3. “ Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın” (Nisa s,ayə 144)
4. “ Ey iman gətirənlər! Nə mənim düşmənimi dost tutun, nə də öz düşməninizi” (Mumtəhinə s,ayə 1)
Allah (t.t) bizi qiyamətə qədər bir-birimizə qardaş qərar versin.
Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Azərbaycan gimnastı İtaliya çempionu oldu
Əmizdirmə haqqında ən çox verilən suallar
Rusiyanın unikal bölgəsi: Çukotka
Etməyə tənbəllik etdiyimiz 15 şey
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Ölü dəriləri təmizləyən noxud maskası
Con Frenç Sloanın rəsmləri (6)
İnsanları geyindirən kitabxana
Soyuq müharibə anonsu
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Qarın böyüməsinin üç əsas səbəbi
Qara qış gəlir
İsveçrədə nəfəs kəsən qatar səyahəti
Məşhur cütlük 1,5 milyon qazandı-FOTO
Günün ulduz falı - 15.09.2013
Şokoladlı və fındıqlı muffin (foto-resept)
İlya Rapinin əsərləri
Qarabağda döyüşlər başlayacaq
Ziyafət geyimləri
Müəllimlərə veriləcək testlər
Zərər nə vaxt ödənilir? Sürücülər narazı, sığorta isə icbari..
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Miom və ya Fibroid (I hissə)
Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı
BVF son proqnozu açıqlayıb
Erməni komandir: "Qısamüddətli müharibə ola bilər"
Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən
Prezident taksi sürdü - VİDEO
Məşhur blogerdən gözlənilməz addım-FOTO
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski
Filmdəki roluna görə küçədə gecələyir-FOTO
Midi ətəyiniz varsa
Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görülüb
Aromaterapiya
Ermənilər üçün faciəvi proqnoz
Dünyanın ən möhtəşəm su mənzərələri
Günün ulduz falı
Kainatın kiçik modeli tapıldı - FOTO
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Emin Əmrullayevdən yeni TƏYİNAT
Yağış, qar yağacaq
Nazirlik kolleclərin məzunlarının universitetlərə qəbul şərtlərinə aydınlıq gətirdi
Beş yeni zavod açılır
Bu gün "Qanlı Ay" görünəcək
Qafqaz Universiteti bağlandı
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Almanın faydaları
Xoşbəxt münasibətin 4 sirri
- ŞƏRHLƏR