Şokolad yalnız möhtəşəm ləzzətli bir yemək deyil, eyni zamanda faydalıdır. Xərçəngə qarşı, ürək xəstəliklərinə maneə törətmədə, immunitet sistemini qüvvətləndirmədə rol oynayır. Eyni zamanda romantik mənada da özümüzü yaxşı hiss etməmizi təmin edir. Xüsusilə işıq baxımından zəif olan, havanın erkən qaraldığı qış aylarında insanları daha rahat və dinc edən seratonin hormonu bədən tərəfindən daha tez istehlak edilir, bu da bikefliyə və narahatlığa səbəb olur. Ağıza atılan bir parça şokolad serotonin hormonunun ifraz olunmasını təmin edir. Şokoladın ehtiva etdiyi yağ isə endorfin ifraz etməmizə gətirib çıxarır, endorfinlər də coşğulu bir ruh halı içində olmamızı təmin edir. İdmançılar üçün də, yarışma əvvəlində yeyiləcək bir şokolad motivasiya baxımından faydalı bir təsir yarada bilir. Şokoladın içindəki kafein bu mövzuda olduqca təsirlidir. Şokoladın, daha doğrusu kakaonun içində fenoller var. Bu maddələr -eyni qırmızı şərabda olduğu kimi- xolesterinin əleyhdarı olaraq damar tutulmasından və ürək xəstəliklərindən qoruyurlar. 50 qr. şokoladın içində bir qədəh qırmızı şərabda olduğu qədər fenol var. Və şokoladın rəngi tündləşdikcə bu dəyər artır. Fenoller antioksidant maddələrdir. Antioksidanlar, ətraf çirkliliyi, sağlamsız bəslənmə, spirt və siqaret kimi bədənə zərər verici şeylərə qarşı hüceyrələrin müqavimətlərini artırmağa yararlıdı. Çünki bu kimi faktorlar hüceyrələrə zərər verib, xərçəngə səbəb ola bilər, bədən sisteminin yaşlanmasını sürətləndirərlər. Kakao fenolu eyni zamanda immunitet sisteminin qüvvətlənməsində də təsirli rol oynayar. Şokolad kalsium, fosfor, maqnezium, dəmir, sink və mis kimi minerallar ehtiva edər. Tünd rəngli şokoladlar ümumi mənada daha "sağlam" sayılan növlərdir. Bunların rənglərinin tünd olması ehtiva etdikləri yüksək kakao nisbətindən qaynaqlanır. Təbii şokoladın yüksək şəkər ehtiva etdiyini də unutmayın. Diyabetik olanları, şokoladdan imtina edə bilməyən amma şəkər almaq istəməyənlər üçün bir variant ola bilər. Şokolad Diyeti: Nahar: 1 çay qaşığı fındıq, fıstıq əzməsi və ya cem 1 dilim kəpəkli və ya çovdar çörəyi 1dilim pendir pomidor, xiyar, yaşıl bibər Ara: 1 meyvə (4 ədəd şokolada batırılmış çiyələk də ola bilər) Günorta: 1 boşqab qızartma toyuğun döş əti 1su stəkanı ayran, Salat Ara: 1 ədəd kiçik şokolad , vafli və ya 1 kasa şokoladlı pudinq Axşam: 4-5 qaşıq zeytunyağlı tərəvəz yeməyi 3 yemək qaşığı qatıq 1 dilim kəpəkli və ya çovdar çörəyi salat Ara: 1 su stəkanı şokoladlı süd 1 ədəd istədiyiniz meyvə.
Bir sevgililər günü klassikası olan şokolad həmişə kökəldən, sızanaq çıxardan, dişləri pozan bir qida maddəsi hesab edilir. "Aman kilo almayım" təlaşı içərisində cazibəsinə qarşı qoyulmağa çalışılar. Amma axır-əvvəl bir şəkildə yeyilir. Ölçünü qaçırmadan yediyiniz müddətcə şokoladın bir çox faydalı təsirindən faydalana bilərsiniz. Çünki şokolad həyatın keyif verici yanlarından biridir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Möcüzəvi bal
Uşağın böyüməsi və inkişafı
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Birce Akalay
Baykal gölü ikiyə ayrıldı
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
"LACOSTE"dən çantalar
Şardan hazırlanan bəzəklər
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı
Qadınlar üçün 12 qızıl qayda
İşğaldan azad edilmiş Kəlbəcərin kəndindən görüntülər - VİDEO
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Qocalma əleyhinə preparat hazırlandı
Bu günün hava proqnozu
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Dünyada ilk- printerdən maşın çıxdı
Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar
Urmiya gölü niyə quruyur?
Gözəlliyin karyerada rolu
Minimalist manikür nümunələri
Səyahət üçün ən gözəl yerlər
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Musiqidən danışaq
Eser Yenenlerden hamiləlik pozu-FOTO
“Telegram”da videozəng funksiyası təqdim olundu
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Bakının üstünü alan duman nədir?
Şokoladlı keks (foto resept)
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Azərbaycanda zəlzələ
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Zəhər zərərsizləşdirən quşlar
Tavada albalı piroqu (foto-resept)
Tərəvəzli noxud şorbası
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Dırnaq yemək vərdişi
Cennifer Lopez sirri açdı-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Günün ulduz falı
Latviyaya səyahət
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Türkan Şorayda gözəl addım-FOTO
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
- ŞƏRHLƏR