Xalq arasında “sidiyə çətin çıxma” adlandırılan “sistit” demək olar ki, hər qadının problemidir. Xəstəliyin ən sadə tərifi: “infeksiya nəticəsində sidik kisəsinin iltihabı”. Ancaq səbəb ola biləcəyi ciddi problemləri diqqətə alsaq, onun adi bir narahatlıq olmadığı aydın olur.
Səbəbi nədir?
Qadınların anatomiyası yoluxucu xəstəliklərə məruz qalma məsələsində daha “açıq” bir quruluşa sahibdir. Buna görə də sidik yollarında, ya da nəsil artırma orqanlarında ola biləcək infeksiya riski olan xəstəliklərin sayı olduqca çoxdur. Bu məsələdə diqqətsiz olmaq sistitin ortaya çıxması üçün ən böyük faktordur. Məsələn, ümumi tualet, ya da sintetik parçadan hazırlandığı üçün əslində bakteriya yuvası olan alt paltarı sistitə səbəb ola bilər. Sistitə gətirib çıxaran digər səbəblərsə bunlardır:
- Cinsi əlaqə zamanı və ya genital bölgədə təmizliyin lazımi səviyyədə olmadığı hallarda,
- Sidiyin uzun müddət saxlanılması,
- Sidik yollarını daraldan xəstəliklər.
- Sistitin ən sıx rast gəlinən səbəbi isə “Escherichia Coli” adlanan bakteriyalardır. Bu bakteriyaların ən əhəmiyyətli xüsusiyyəti çox sürətlə törəmələridir.
Bakteriyalar alt sidik yollarını aşaraq sidik kisəsinə çatır. Sidik kisəsinə çatan bakteriyalar sidiklə xaric edilir. Ancaq bakteriyaların sayı xaric ediləndən çox olduqda sidik kisəsində və daha sonrakı mərhələdə böyrəklərdə iltihablanmağa yol açır. Mütəxəssislərin rəyinə görə, qadınların yüzdə 20-si həyatı boyunca ən azı bir dəfə sistitə tutulur. Əgər düzgün müalicə alınmasa, xəstəlik qadının həyatını qaraldan bir hala çevrilir... Sistitin ən pis tərəfi sidik kisənizdə sidik olmadığı halda keçirdiyiniz yanma hissinin sizi tualetə getməyə məcbur etməsi və sidik ifrazı əsnasında əziyyət çəkməyinizdir. Problemi yalnız antibiotiklə həll etməyə çalışmaqla bakteriyalardan dərhal xilas olmaq mümkün olmadığından, xəstəlik xroniki hal ala bilər. Hətta xəstəlik böyrəklərə təsir etməklə yanaşı, hamiləlik müddətində problemlərə yol aça bilər. Sadə bir infeksiya hadisəsi kimi görünsə də, laqeydlik göstərildiyi zaman sistit həyatınızı kabusa çevirə bilər. Bir çox qadın üçün “ötəri” bir problemdən başqa bir şey olmayan bu xəstəliyin xroniki hal alması və onun fəsadları uşaq sahibi olmağınıza da maneçilik törədə bilər!
Əlamətləri və müalicəsi nədir?
Xəstəliyin ilk mərhələdə əlamətləri şəxsə görə dəyişsə də, ümumi anlamda eyni xəttdə irəliləyir. Sidik xarici əsnasında yanma və göynəmə (bu, sidik ifrazından sonra da davam edə bilər), tez-tez sidiyə çıxma, qasıqda və anusda ağrı, temperaturun qalxması, tərləmə, yorğunluq, qusma və ürəkbulanma, cinsi əlaqə zamanı ağrı hissi xəstəliyin əsas əlamətləridir.
Hər bir xəstəlik kimi sistit də ancaq həkim nəzarəti altında müalicə edilə bilər. Ümumiyyətlə, müalicə antibiotiklər yolu ilə həyata keçirilir. Ancaq bu, yenə də həkiminizin sizin üçün uyğun hesab etdiyi antibiotik olmalı və nizamlı istifadə edilməlidir. Sistitin müalicəsində edilən ən böyük səhv əlamətlər ortadan qalxar-qalxmaz sağaldığı qənaətinə gələrək dərmanları buraxmaqdır. Bu bakteriyalar tamamilə yox olmadan müalicəni dayandırdığınız üçün xəstəliyin təkrarlanmasına və xroniki hal almasına gətirib çıxarır. Həyata keçirəcəyiniz tədbirləri isə bu şəkildə sıralaya bilərik:
- Tualetdən sonra genital bölgə təmizliyini “öndən arxaya doğru” edin. Beləcə, bakteriyaların sidik yollarına girməsinə maneə yaradarsınız.
- Sidiyinizi tutmayın və bacardığınız qədər tez-tez xaric edin. Beləcə, bakteriyaları kənar edərsiniz. Ayrıca bol-bol su içmək sidik ifrazını və beləliklə də bakteriyaların xaric edilməsini artırır.
- Cinsi əlaqədən sonrakı on dəqiqə ərzində mütləq sidik ifraz etməyə çalışın.
- Sintetik parçalardan çəkinin və çox sıx alt paltarları geyməməyə diqqət yetirin.
- Hər gün mütləq alt paltarınızı dəyişin və pambıqdan hazırlanmış alt paltarlarını seçin.
Təyin edilmiş müalicə ilə sistit əlamətləri 24 saat içində itir. Ancaq xəstəliyin gedişatı mikrobun növünə, risk faktorların aradan qaldırılmasına bağlıdır. Əlamətlər aradan qalxsa da, müalicənizə həkiminizin təyin etdiyi şəkildə davam etməlisiniz.
Hansı bitkilər faydalıdır?
Sidik yolu infeksiyalarına qarşı ən yaxşı qoruyucu limon suyudur. Limon suyu təkrarlanan sistitlərdən qorunmada yaxşı vasitədir. Bununla yanaşı, böyürtkən də xeyirlidir. Cəfəri də bu baxımdan faydalı sayıla bilər.
XƏBƏR LENTİ
İspan dili 25-ci dərs
İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”
Məşhur verilişdə şok hadisə-VİDEO
6 addımda doğru bikini seçmə yolları
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Modelyerlər deyir ki...
Şimal qütbünün təzə sahibi çıxdı
Hava haqqında - 31.01.2014
Hind yağının faydaları
Google rouminqsiz plana keçir
Həyat deyilən bir şey var...
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Kəsiri olan tələbələrə müjdə!
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Dovğa (foto-resept)
Televiziya
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Bunları edərək özünüzü bədbəxt etməyin!
Snapchat-da maraqlı yeniliklər var
"Ailə həkimi Azərbaycanda geniş vüsət alacaq"
Tez hazırlanan badımcan turşusu (foto-resept)
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
Bu gündən I sinfə qəbul başlayır
Günün qoroskopu: Aldanmayın!
Piyadaların smartfondan istifadəsi qadağan edildi
Qadınlar üçün ən pis gün çərşəmbədir.
Ancelina Coli karantindən danışdı
Niyə kasıbsan?
Ermənilər Ağdamda yanğınlar törədiblər
Hörüklü saç modelləri
Bir ilə 200 kq arıqladı -FOTO
Kağızdan hazırlanmış aksesuarlar
Hava haqqında - 29.11.2013
"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar
Fahriye və Burakın oğlu doğuldu!
9 lotoreya aldı, hər biri qalib oldu
Azərbaycana Payız gəldi
Yatmadan əvvəl modemi söndürün
Polis Ece Erkenlə bağlı araşdırmaya başladı
700 manata da buket varmış - FOTO
Gəlinlik gül dəstələri
"Taxt oyunları"nda "Starbucks" fincanı
Rəsədxanadan Ramazan açıqlaması
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
File dolması (foto resept)
Ailədə zorakılığın uşağa təsiri
Dünyanın maraqlı yerləri
Azərbaycanın iki milli parkında yetkin bəbirlər qeydə alınıb
Sezen Aksu atasını itirdi
- ŞƏRHLƏR