Bakıda hava
USD AZN
EUR AZN
20 noyabr 20:07Ayla Ayla Mən də dincələ bilmədim.Yeni il tətilini dözlüyəcəm
41136

Saçların tez uzadılma yolları

Saçların tez uzadılma yolları

Saçlar orta hesabla ay ərzində 1-2 sm uzanır. Bu prosesi 2 və 3 dəfəyə kimi necə tezləşdirmək olar?

 Qidalanma

Saç hüceyrələrinin tez böyüməsini sürətləndirən tikinti materialı-zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeq-3,6 və 9 da unutmayın. Onların ən yaxşı mənbələri-zeytun və kətan toxumu yağıdır. Onları yaşıl salata əlavə edin və qızartmalarda istifadə edin, gündəlik də 1 xörək qaşığı qəbul edin. "Böyüməni aktivləşdirən" A, E və K vitaminləri kök, kələm və çuğundurda boldur. Saçlar sink elementini də çox sevir. Ona boranı tumunda, şokoladda da kifayət qədər rast gəlmək olar. Gün ərzində 1.5 l.dən az olmayaraq su için. Bundan əlavə apteklərdə satılan saç uzanması üçün mineral dieta komplekslərini də qəbul edin.

Qulluq vasitələri

Heç zaman rəfiqənizin və ya digər şəxslərin məsləhəri ilə şampun almayın, ola bilər ki, bu məhsul onda yaxşı effekt verirsə, ancaq siz də tərsi ola bilər. Ən yaxşısı saçlarınızın ağırlaşmaması üçün tərkibi silikonsuz və faktiki olaraq orqanik məhsullardan hazırlanmış məhsullardan istifadə edəsiniz. Kondinsioner, balzam və maskalar saçlarınızın zəifləyib qırılmasının qarşısını alır, yağlar isə onların uzunluğunu, boyunu möhkəmləndirir. 4-6 ayda bir dəfə saç uzatmaq üçün xüsusi şampun və kapsullardan istifadə etmək olar. Bonus olaraq da professional tonik və saça qulluq üçün digər vasitələr də istifadə etmək olar. 

Saçların tez uzadılma yolları

Əfsanəvi ev maskası

Evdən kənara çıxmadan saçları necə tez uzatmaq olar? Ev şəraitində hazırlanan ən populyar maska-xardaldan hazırlanan maskadır ki, onun təsiri ilə qan dövranı sürətlənir. Bunun üçün 2 x/q xardal, 1 yumurta sarısı, 1ç/q bal, 2-3 x/q zeytun yağı, bir az isti su boş xəmir olana kimi qarışdırın. Maskanı ancaq baş dərisinə yaxın, üstündən duş üçün papaq geyinin və dəsmalla bağlayın. 15-30 dəqiqə saxlayın (kimin hövsələsi nə qədər çatarsa), yuyun və fensiz qurudun.  Presedur daimi istifadə üçündür! Yağla hazırlanmış maskaları gecə yatarkən çəkmək daha faydalıdır. Effekti həftədə bir dəfə istifadələrdən sonra görmək mümkündür. 

Saç kəsimi

Hər 3 ayda bir dəfə saçların ucundan kəsdirmək mütləqdir, bu saçlara sağlam görünüş verəcək. 

Salon

Saçların vəziyyətini yaxşılaşdırmaq və onun uzanmasını sürətləndirmək üçün gözəllik salonları bir neçə metod təklif edir. Burada bitki torbasında şitaki göbələyi və yosun yarpaqları ilə saç dərisi masaj edilir. Bu prasedur mikrosirkulyasiyanı yaxşılaşdırır, saç köklərini möhkəmləndirir. Bir az ağrılı və ən effektiv üsul mezoterapiyadır- baş dərisinə xüsusi vitamin və mineral kokteyli ineksiya edilir. Bunun köməyi ilə saç tökülməsi dayanır və uzanması sürətlənir. Bəzi salonlarda "Şok terapiyası" aparılır-zəif eletrik  cərəyanı ilə saç soğanaqlarına stimulyativ həmlə edilir. Saçların ən kreativ metodu kimi termosauna- soğanaqların ozon terapiyası həyata keçirilir.

 Saçların tez uzadılma yolları

Kəpək

Bəzən "Saçlarımı necə tez uzada bilərəm? Axı kəpək mane olur!" cavabı elə özündədi. Tez bir zamanda kəpəkdən azad olun.

Masaj

Başın müntəzəm masajı-saçların uzanmasını təmin edən zərif üsuldur, bu həm də orqanizmi stressdən də azad edir. Klassik "anti-stress" sayılan baş dərisinin masajına başın ortasından başlayaraq bütün saçın konturlarına kimi yavaş-yavaş barmaqların ucu ilə masaj hərəkətləri edilir. Ən yaxşı masaj hərəkətləri dairəvi hərəkətlərlə qulaqların dibindən başlayaraq boyun arxasına və üzüyuxarı hərəkət etdirməkdir. 

Daraq

"Rapunzenin darağı"nın sirri: saçları səliqə ilə səhər və axşam 1-2 dəfə daramaq lazımdır. Yaxşı olar ki, darağın ucları təbii vasitələrdən olsun. Qıvrım saçlar istisnadır, çünki daraq saçlara dolaşa bilər. Dolaşıq saçlar üçün dişli daraqlardan istifadə edilsə yaxşıdır. Saçların uzanmasını stimulyasiya etmək üçün dairəvi-tüklü daraqlardan istifadə edilir. Yadda saxlayın hər bir darağın istifadə müddəti var, adətən bu qutuda qeyd olunur. Təbii vasitələrlə hazırlanmış daraqları optimal olaraq 6 ay işlətmək olar.

Səslərin sayı: 9
51
40843
loading...
Şərhlər
Offline
●♥ Səma ♥●
Tokulmesin,uzanmasa da olar.... dash Teshekkurler.
23 noyabr 2014 17:28
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Aysel İ.
Kim saçının tez uzanmağını istəyir gəlsin mən kəsim saçının uclarında. Əlim yüngüldür. Sınanlımış vasitədir haalol
Mən saçlarımın ucunda hər ay 1 -2 sm kəsirəm. Uzundur saçım. Ancaq heç bir maska hələ istifadə etməmişəm. Təşəkkürlər faydalı məsləhətlər üçün.
23 noyabr 2014 17:17
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Saç uclarını ayda bir dəfə kəsdirmək lazımdır. Mən saçlarımı gec-gec kəsdirirəm. Saçıma qayçı dəyəndə uzanır. Kəpək saçımda ancaq qış aylarında olur. Saç dərim qurudur.
23 noyabr 2014 16:51
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Forever Alone
Saçlarım uzundur, amma yenədə uzatmaq istəyirəm. Xəbər üçün təşəkkürlər
23 noyabr 2014 16:07
Offline
Fidan Məmmədova
Son vaxtlar saçlarım çox tez uzanır,demək qəbul etdiyim omeqa vitamin kompleksinin də təsiri çox olub,ama onu saçların uzanmasına görə etməmişdim
23 noyabr 2014 16:01
Offline
Yasemen
Sac uclarini her ay kesdirirem bunun sac uzanmasina cox xeyri var heqiqetende,melumata gore tesekkurler
23 noyabr 2014 15:35
Offline
Gulum
Ay Ülkərcim saclar mənim ən yaralı yerimdi Xardalla maskanı arada edirəm amma bir az tenbellik edirəm
23 noyabr 2014 14:38
Offline
Xalidə Həsənzadə
Maraqli xeberdir, menim saclarimda uzundu.
23 noyabr 2014 14:36
Offline
أحبك
ALLAHA sukur ki hec vaxt kepek olmayib sacimda amma sac tokulmesinden eziyyet cekirem. Hec sacimin tez uzanmasinida ele istemirem , sadece tokulmeyin qarsisini ala bilseydim. Faydali meslehetleriniz ucun tesekkur xanim
23 noyabr 2014 14:27
imza: فراق
Offline
Deniz N-va
Faydali ve lazimli xeberdir tesekkurler give_ros
23 noyabr 2014 14:23
Offline
Asi
Faydali meluatlar ucun tesekkurler. give_ros
23 noyabr 2014 14:16
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )