Bakıda hava +25°
USD 0.7844 AZN
EUR 1.0325 AZN
27 avqust 23:45S.N. Nigarim,meleyim,Allah komeyin olsun.Allah bilen meslehetdi. 27 avqust 19:49Arzularin_Limani. Nigar bacim Allah komeyin olsun 27 avqust 18:46❤Nergiz❤ nigar dadasova ALLAH sene sebr versin amin 27 avqust 18:41Aytac Butun Qadin.netlileri salamlayiram 27 avqust 18:14nigar dadasova xais edirem usaq baresinde sual vermeyin mene 27 avqust 18:13nigar dadasova dostlarim dunen men 2 aylik betnimde olan usaqimi itirdim 27 avqust 18:12nigar dadasova menim eziz dostlarim narahat olmayin menden 27 avqust 16:03MGasillas salam qadin netliler :)
27242

Barış Akarsu

Barış Akarsu

 

O ilk dəfə ‘Akademi Türkiyə’ deyilən bir star yarışmasında tanındı.

Mən o verlişə ilk dəfə baxanda Barış hamıdan sakitliyi ilə,uzun saçları ilə,qoluna,boynuna taxdığı maraqlı bəzək əşyaları ilə seçilirdi.Heç kimlə danışmırdı. Hamı gülüb danışanda,bir yerə yığışıb mahnılar oxuyanda o qarışmırdı,tək otururdu. Istər istəməz diqqət çəkirdi onun belə tənhalığı. Günlər keçdikcə başladı Barışın səsi çıxmağa. Sən demə bu müddət ərzində o kənardan seyr edirmiş ki,görüm kim-kimdi.

Rock janrında oxuyurdu. Yarışmada iki həftədən bir birinci yeri tuturdu. Yarışmanın bir qaydası var idi ki,bir həftə birinci yer olan o biri həftə artıq birinci ola bilməzdi. Yoxsa o hər həftə birinci olardı. Nəysə  onlar aylarca o verlişdə oldular. Bir evin içində yaşayırdılar. Gecə gündüz canlı yayımla o evin içində kameralar çəkiliş edirdi. Mənim də günüm televiziyanın qarşısında keçirdi. Bütün gecəni oturub onlara baxırdım. Verlişə baxırdım amma, mənim verlişə baxmaq səbəbim Barış idi. Sırf o var idi deyə bütün günü izləyirdim. Aylar keçdi və Barış yarışmanın birincisi oldu. Sevincimin həddi hüdudu yox idi. Evdəkilər də mənimlə birgə Barış heyranı olmuşdular.

Artıq Barış evimizin bir sakini kimi olmuşdu. Harada onun qatıldığı verliş gedirdisə hamımız ona baxırdıq.

Barış artıq məhşur olmuşdu. İlk albomu çıxmışdı. Seriala çəkilməyə başladı. Bu arada ikinci albomu da çıxdı. Mən sırf onun original albomunu əldə etmək istədiyimə görə Türkiyədən hər iki albomunu,şəkillərini aldırmışdım. Otağımda divara onun şəkillərini vurmuşdum.

Mənim onu bu qədər çox sevməyimə səbəb onun insan olaraq möhtəşəmliyi idi. O qədər müsbət xarakterə malik idi ki,adam deyirdi ürəyin istəsən çıxarıb verər. Hər zaman gülərüzlü idi. Birdən birə elə məhşur olmağı onda qətiyyən eqo yaratmadı.

Və 29 iyun günü (həm də onun doğum günü idi) xəbərlərə baxdığım zaman,alt yazı olaraq <<gənc sənətçi Barış Akarsu Bodrum 4 yol qovşağında ağır avtomobil qəzası keçirib>> deyə bir yazı getdi. Əvvəl mənə çatmadı. Bir an Barış Akarsunun kim olduğun unutdum. Yazı təkrarlananda dik atıldım. Amma yenə də ciddiyə almadım. Yəqin yüngül bir şeydi,xəbərlər həmişəki kimi böyüdür dedim. Amma belə deyildi. Aparıcının Barış Akarsunun qaldırıldığı xəstəxanadan canlı yayıma qoşuluruq dediyi an işin ciddiliyin anladım. Dünya başıma fırlanırdı. O anlar nə etdiyimi anlamırdım. Həm ağlayır,həm qışqırırdım. Barış sevərlər,məhşur sənətçilər xəstəxanaya axın edirdilər. Mənim əlim çatmırdı. Sadəcə dua edə bilirdim. Barış komada idi. 6 günə yaxın komada qaldı. Son günlər artıq həkimlər ümüdsüz danışmağa başlamışdılar. 5ci gün həkimlər açıqlama verdi ki,artıq böyrəkləri fəaliyyətini dayandırır. Və iyulun 4ü gecə saat 11ə işləmiş həkimlər canlı yayımla Barışın öldüyünü açıqladı... Evdə tək idim,nə edəcəyimi bilmirdim. Həyatımın ən acı xəbəri idi. O günə kimi mən belə acı yaşamamışdım. Sevdiyin bir insanı itirməyin nə olduğun o gün hiss etdim. Günlərcə ağladım. Stressdən ayaqlarım tutuldu. Ağlamaqdan gözlərimə,qulağıma infeksiya düşdü.1 aya yaxın xəstə yatdım. Bu müddət ərzində bütün kanallar Barışdan bəhs edirdi. Onun son müsahibəsini verirdilər,qəzadan biraz əvvəl çəkdirdiyi şəkili,qaldığı otelin qarşısında çəkilən videonu verirdilər. Xaricdən gəlmiş turistlərlə şəkil çəkdirir və burdasızsa daha çox görüşərik dedi və sevdiyi qız İstanbuldan Bodruma onun doğum günü üçün gəlirmiş,onu qarşılamağa hava limanına getdi. Dönüşdə sevgilisi sürüb maşını,qəzanı da o edib. Bodrumda serialın çəkilişləri üçün qalırdı. Aktyor yoldaşları ilə birgə gəmidə keçirəcəkmiş doğum günün. Amma qismət olmadı...

Barış bir fırtına kimi,burulğan kimi gəldi və anidən yox oldu. 3-4 il çəkdi Barışın gəlməyi ilə getməyi. Amma o bu bir neçə il ərzində milyonlarla insanın qəlbində taxt qurdu və heç vaxt unudulmayacaq. 

Barış Akarsu

 

Bu şəkili qəzaya düşdüyü gün çəkdirmişdi.

Barış Akarsu


Barış Akarsu

Barış Akarsu

Barış Akarsu

Barış Akarsu

Barış Akarsu

Barış Akarsu
 
Bu barışın son görüntüləridi.
 
 
Bu isə Barışın son müsahibəsi idi.
 
 

 

Bu da Barışın ölümündən sonra çıxmış albomundan bir mahnı.Bu klip Barış öləndən sonra çəkilib.Sadəcə olaraq Barış çəkildiyi serialın bir səhnəsində maşında oturub bu mahnını oxumuşdu əvvəldən.Onu qurub klip halına gətiriblər və Barışın son klipi olub.

Allah ona rəhmət etsin,məzarı nurla dolsun,məkanı cənnət olsun. Amin! 
Səslərin sayı: 16
71
3115
Şərhlər
Offline
moocik
Sitat: Gulşen_q
2 gün əvvəl Yeni Ulduz-2 qalibi də avtoqəzada dünyasını dəyişdi.Allah Ona da rəhmət etsin...

hee menede bugun mamam dedi.pis oldum.adi RECEB idi deyesen
11 yanvar 2011 19:13
Offline
Cema
allah rehmet elesin Baris akarsuya
men onun mahnilarina qulaq asmiram
11 yanvar 2011 19:06
Offline
ToRmEnTo
Narmişa,
,AMMA ONUN BIR MAHNISI VAR IDI ADINI UNUTDUM, HER O MAHNIYA QULAQ ASANDA MENIM DE GOZLERIMDEN YAŞ AXIRDI

mende onun butun mahniari,albomlari var.hansini deyirsense tapa bilerem.
11 yanvar 2011 19:04
imza: Mənim də ayaqlarımın altında CƏNNƏT olacaq İnşAllah
Offline
Gulshen_q
2 gün əvvəl Yeni Ulduz-2 qalibi də avtoqəzada dünyasını dəyişdi.Allah Ona da rəhmət etsin...
11 yanvar 2011 18:58
Offline
bahar
MENIM YADIMDADI .O VAXTLAR BIR TUK SAYTINA GIRIRDIM HEMISE.MESAJLAR GELIRDI "BARIS ICIN DUA EDEK".DUZU O VAXTA QEDER ONUN MAHNILARINA ELE DE QULAQ ASMAMISDIM.ELE O GUNLER TANIDIM.ALLAH REHMET ELESIN.
11 yanvar 2011 18:54
Offline
moocik
Allah ona rəhmət etsin,məzarı nurla dolsun,məkanı cənnət olsun. Amin! MENIM OZUMDEN ASLI DEYIL EWIDENDEKI KIMSE REHMETE GEDIB OZUDE CAVAN...ELE PIS OLURAMKI
11 yanvar 2011 18:13
Offline
Gunay
allah rehmet elesin.hegigetende cox secilen1mugenni idi.yeri behiwt olsun
11 yanvar 2011 17:46
Offline
Fatma xanım
Allahım nə olar cavanlara qıyma vəAllah rəhmət eləsin
11 yanvar 2011 17:43
imza: Meni yadda saxlayanlar haminiz menim ürüyimsiz

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
11 yanvar 2011 17:36
Offline
Narmisha
AYYYYYYYYYY YADIMDADIR, MEN YOX, AMMA BACIM COX SEVIRDI BU MUGENNINI, SENIN SEVGINE CATMAZ TORMUŞA,AMMA ONUN BIR MAHNISI VAR IDI ADINI UNUTDUM, HER O MAHNIYA QULAQ ASANDA MENIM DE GOZLERIMDEN YAŞ AXIRDI,YENE DE KOVRELDIM. ALLAH REHMET ELESIN.
Stressdən ayaqlarım tutuldu. Ağlamaqdan gözlərimə,qulağıma infeksiya düşdü.1 aya yaxın xəstə yatdım.

SENIN DE FANATLIGINA HEQIQETEN HEYRAN OLDUM...ALLAH SENE BIR DE HEC VAXT SEVDIYIN INSANLARIN ITKISNI GOSTERMESIN HEYATDA....
11 yanvar 2011 17:32
Offline
Revane
Barişin olmune mende uzulmuşdum, Allah rehmet elesin.
11 yanvar 2011 17:15
Offline
Yeter
Allah rehmet elesin,qebri nurla dolsun,
Size gore ise cox uzuldum,
11 yanvar 2011 16:51
Offline
AMG
amma chox pis oldum,Tormento .sayende chox şey oyrendeim onun haqqinda.1gun dinleyecem onu.teşekkur.recourse
11 yanvar 2011 16:44
Offline
AMG
qulaq asmiram.belke ne vaxtsa eşitmişem.ALLAH rehmet elesin.
11 yanvar 2011 16:29
Offline
♡ GÜLŞƏN.A.D.A ♡
men Barış Akarsuyu heqiqetende cox xosduyurdum olumun esidende cox pis oudum ALLAH REHMET ETSIN
11 yanvar 2011 16:21
imza: Bir insanı sevməyə ruhundan başladınsa, getdikcə daha çox sevəcəksən, bədənindən başladınsa... toxunana qədər...
❀ ❀ ❀ ❀ ❀
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
♔♔♔♔♔♔♔♔
Offline
Riana
Allah rehmet elesin.
11 yanvar 2011 16:19
Offline
leylahuseynova
Mahnilara evde qulaq asaram . Allah rehmet etsin Baris Akarsunu Yalanci yarim dizisinden taniyirdim dizinin cekimleri de dayandirildi sehf etmiremse. Bir iki mahnisini dinlemisem amma burda olanlar olub olmadigini bilmirem.
11 yanvar 2011 16:15
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Pərvanə
Mahniya da qulaq asdım indi çox sağ ol Tormento.Əla mahnıdı.
11 yanvar 2011 15:54
Offline
jale_25
TUKLERIM BIZ BIZ OLDU HEC NE DEYEBILMEYECEK ALLAH REHMET ELESIN
11 yanvar 2011 15:49
Offline
Gulshen_q
Tormento,
Canım, çox pis oldum.Onun ölümünə yox.Ölüm haqdır, hamımız qonağıq onsuz da.Mənə təsir edən sizin ona olan hissləriniz, öldüyü zaman yaşadıqlarınız oldu.Təsəvvür etdim və üzüldüm.Kiminsə birisini ölümündən sonra da belə sevdiyini görəndə o ölənə qibtə edirəm.Bu cür sevildiyi üçün.Mən indi sağkən sevirəm, həm də sevilirəm.Amma öldüyüm zaman və sonra məni unutmayan, Ruhumu sevəcək birisi olacaqmı?Bilmirəm...
Allah rəhmət etsin Barışa və onun simasında dünyadan gənc ikən köçənlərə.Allah yaxınlarına, ailələrinə səbr versin...
11 yanvar 2011 15:29
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
  • 03:32 - Müəllif: Nargiz Suleymanova
    Hava haqqında (1)

    Hava haqqında

    Istiler ne vaxta kimi olacak?
  • 01:29 - Müəllif: Zehra.
    Dəbli ziyfət donları (13)

    Dəbli ziyfət donları

    lolita,Ask Denizi:),S.N.,PrOsTa NeRgIz ♥♥♥,HAPPY SMİLE :),Təşəkkürlər məss şərhlər üçün.
  • 00:52 - Müəllif: Q
    Münasibətlərdə edilən səhvlər (12)

    Münasibətlərdə edilən səhvlər

    Canim cox lazimli xeberdir cox sag ol meleyim.
  • 00:50 - Müəllif: lolita
    Dəbli ziyfət donları (13)

    Dəbli ziyfət donları

    Vox gozeldi her biri
  • 00:49 - Müəllif: Q
    Sofiya Kovalevskaya (9)

    Sofiya Kovalevskaya

    Qısa həyatı olsa da, Sofiya Kovalevskayanın karyerası əhəmiyyətli idi. Riyaziyyat və riyazi fizika ilə bağlı sadəcə 10 məqalə yayınlamış olmasına baxmayaraq, bu məqalələrin çoxusu yeni nəzəriyyələrə təməl yaradacaq və kəşflər üçün sürət qazandıracaq xüsusiyyətdə idi Cox saq olun Ceylan xanim, təşəkkür edirəm.
  • 00:46 - Müəllif: Q
    Ürküdücü yerlər-1 (14)

    Ürküdücü yerlər-1

    Təşəkkür maraqlı və fərqli xəbər idi.
  • 00:44 - Müəllif: Q
    Dəbli ziyfət donları (13)

    Dəbli ziyfət donları

    Zovqlu secimlerdi Zehra cox beyendim.
  • 00:42 - Müəllif: Q
    Gülüş-2 (7)

    Gülüş-2

    Çox sagolun
  • 00:41 - Müəllif: Q
    Dinin əsasları: Ədalət (10)

    Dinin əsasları: Ədalət

    Allah xeyirxah, bağışlayandır. Allah o qədər səbrli və ədalətlidir ki, ən qatı cinayətkar belə tövbə edib doğru yola gələrsə bağışlayar, təşəkkür edirem.
  • Riçard Bax "Conatan Livinqston adlı qağayı"-5

    Cox maraqli oldu, mutleq gözləyəcəm.
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )