Dünyaca məşhur olan xanımlar illər keçdikcə öz forma və görünüşlərini daima gözəl saxlayır, biz sanki hər dəfə onları daha da cavan görürük! Bəs onlar buna necə nail olurlar? Necə olur ki, illər bizim üzümüzdə, əllərimizin üstündə dərin-dərin qırışlar salır, bədənimizdə sellülit yaranır, dərimiz sallanır, yaşca bizdən dəfələrlə böyük olan məşhur xanımlar isə bizdən daha gənc və gözəl görünür?!
Əlbəttə, nəzərə almaq lazımdır ki, onlar daha fərqli həyat yaşayır və lazım gəldikcə də plastik əməliyyatlar da etdirir, fitnes klublarda saatlarla məşq edir və s. Bir şeyi də unutmaq olmaz ki, gözəlliyin başlıca səbəbi düzgün qidalanma, sağlam həyat tərzi və stressdən uzaq olmaqdır. Düzgün qidalanma ilə bağlı ayrı-ayrı məşhur qadınların öz sirləri var ki, onları sizinlə də bölüşmək istəyirəm.
Yulaf yarması - Madonnanın daimi gözəl qalma sirri
Pop şahzadəsi Madonna və onun ardınca da top-model Nataley Vodyanovoy, müğənni Valeriya, teleaparıcı Tinoy Kandelaki hər səhərini suda bişirilmiş yulaf sıyığı ilə açırlar. Səhər yeməyinə rəng qatmaqdan ötru sıyığı kişmiş, ərik qurusu, giləmeyvələr, küncütlə bəzəyirlər.
Yulaf yarmasının tərkibi mədənin işini normallaşdıran maddələrlə zəngindir. Yulafın tərkibində olan mürəkkəb karbohidrogenlər uzun müddət insanın tox qalmasına səbəb olur.Tərkibində olan B vitamini həzm prosesini yaxşılaşdırır və dəriyə müsbət təsir göstərir, A və E vitamini gözəllik bəxş edir. Yulaf yarması minerallarla və dəmirlə zəngindir ki, bu da əzələləri möhkəmləndirir.
Qeyd: Bəzi insanlar dənli bitkilərə qarşı çox həssas olur və belə şəxslərə yulaf yarmasından istifadə etmək məsləhət görülmür, çünki yulafın tərkibindəki bitki mənşəli turşuların orqanizmdə hədsiz toplanması sümüklərdə və əzələlərdə kalsiumun yuyulub getməsinə səbəb ola bilər.
Bir inci saflığı varsa da suda
Artiq içiləndə dərd verər o da!
(N. Gəncəvi)
Qarabaşaq yarması - Demi Murun detoks sirri
Hamımızın yaxşı tanıdığımız qarabaşaq bizim ölkədə istənilən marketdən əldə olunduğu halda, əksər xarici ölkələrdə dərman bitkisi kimi apteklərdə satılır. Hollivud ulduzu Demi Mur özü üçün qarabaşaq yarmasını Fransadan gətirdir. Niyə ulduzlar kimi biz də qarabaşaqdan daimi istifadə etməyək ki?
Qarabaşaq yarmasının tərkibi yaxşı həzm olunan zülal, karbohidrogenlər, minerallar və vitaminlərlə zəngindir. Lakin düşünməyin ki, tərkibində zülalın olması ilə o, əti əvəz edə bilər. Heyvan və bitki mənşəli zülallar tərkibindəki amin turşulara görə bir-birindən tamamilə fərqlənən 2 müxtəlif birləşmələrdir. Qarabaşaq fito turşuların hesabına orqanizmdə qan dövranını yaxşılaşdırır, ürəyi və əzələləri qüvvətləndirir. B1, B2 ,B6, P vitaminlərinin, kalsium və dəmirin sayəsində immun sistemini möhkəmləndirir. Kalsium həmçinin sümüklərin kövrəkliyinin, saçların seyrəlməsinin qarşısını alır. Dəmir isə üzə gözəl təravət bəxş edir. Qarabaşaq yarmasından müntəzəm istifadə etmək mədə-bağırsağı toksinlərdən təmizləyir, maddələr mübadiləsini sürətləndirir və detoks effektini yaradır.
Qeyd: Qarabaşağın əlavə mənfi təsirləri aşkar olunmayıb.
Yerkökü - Aleksandra Ambrosionun vitamin sirri
Yerkökündən hazırlanmış qidalar bol vitaminlə zəngin olduğundan toxluq hissi yaradır.
Yerkökü karotin deposudur, bundan başqa onun tərkibi E, D, B, C vitaminləri, kalsium, kalium, maqnezium, dəmir, yod, fosfor kimi mikroelementlər və minerallarla zəngindir. Onun tərkibində efir yağları da mövcuddur.A vitamin orqanizmə müdafiə gücü verir, infeksiyalarla mübarizə aparır. Boğaz ağrısı zamandan ondan dərman kimi də istifadə etmək olar. Yerkökü orqanizmin bir sıra narhatlıqlarını aradan qadırmağa kömək edir, həmçinin süd verən analar üçün süd artımında faydalıdır. Bundan başqa bu narıncı tərəvəz orqanizmi xərçəngdən və radiasiyadan qoruyur.
Kök salatına duru yağ gəzdirmək lazımdır. Yerkökü şirəsi gözəllik üçün əvəzsiz vasitədir.
Qeyd: Həddindən artıq yerkökü qəbulu yolverilməzdir. A vitamin qaraciyərdə tədricən toplanır, tədricən iştahanın azalmasına, yuxusuzluğa və hərəkət sistemində narahatlığa səbəb ola bilər. Allergiyalı insanlara da yerkökünün istifadəsi məsləhət görülmür. Gündəli norma 100-150 q yerkökü nəzərdə tutulmalıdır.
Avokado - Beyonsun seksuallığının sirri
Beyons kimi bir çox Hollivud divaları, top-modellər və aktrisalar avokadonu "tərifləməkdən" yorulmurlar. Bu tropik, ekzotik bitki cavanlaşdırıcı effektinə görə qadınlar tərəfindən çox sevilir. Onun tərkibi E vitamini ilə zəngindir. Məlum olduğu kimi, E vitamin cavanlıq vitamini adlanır, o, hüceyrələrin vaxtından əvvəl qocalmasınn qarşısını alır.
Avokado vitamin və minerallarla zəngindir. B qrupu vitaminlər A, C, PP, D vitaminləri, fosfor, natrium, mis, kalium, kalsium, qan damarlarını xolesterindən təmizləyən olein turşusu ilə zəngindir. Vitamin E hüceyrələri virus və infeksiyalardan qoruyur. Həmçinin hüceylərəri oksigenlə daha yaxşı təmin olunmasına səbəb olur və hüceyrə qocalması prosesini ləngidir. Müntəzəm istifadəsi cavanlaşma effekti verir. Avokado qarında yaranan bir sıra problemlərin qarşısını alır. Ürək-damar sistemi xəstəliklərinin müalicəsində çox faydalıdır, cinsiyyət sistemini stimullaşdırır, həmçinin yaddaşı möhməmləndirir.
Qeyd: Avokado pendirlə soyuq halda yeyilir. Çünki meyvənin tərkibində tinin maddəsi var ki, isti işləmələr zamanı acılaşa bilər. Açıq havada qalanda meyvə tez qaralır. Ona görə də salatlara ən sonda əlavə olunmalıdır.
XƏBƏR LENTİ
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Uşaqların sosial-psixoloji inkişafı-25
Zamiq: "Bu il evlənəcəm"
28 May Respublika Günü
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Barak Obama kəskin tənqid edildi
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Bu il körpələrə ən çox qoyulan adlar məlum olub
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Azərbaycanda təhlükəli epidemiya
Ciyərli rulet (foto resept)
"Apple" elastik noutbuklar istehsal edəcək
Qatıqla arıqlayın
DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət
qeyri adi ayaqqabilar
Nişan paltarları
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Bayramda 9 gün evdə qalacağıq
Bu tapıntı alimləri heyran qoydu
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Fahriye hələ də xəstəxanadadır-FOTO
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
Avropaya çatdıq?
Xoşbəxtliyin formulu.
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Cardi B Siyasətçi olmağa hazırlaşır
Keçibuynuzu
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Facebook-un qorxulu sirri açıldı
Toyuq kroketlər (foto resept)
Nar mürəbbəsi
Sabah bu yollar bağlanır
Bakıda dördəm doğuldu
İmtahanların vaxtı bilindi
Instagram-da Direct bağlanacaq
Buğda salatı (foto-resept)
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Kimlər sürücülük vəsiqəsi ala bilərlər?
"Bu insanın ixtiyarında deyil, amma..."
"Hercai"nin aktyorlarına reklam təklifi gəldi
- ŞƏRHLƏR