Daha böyük sinəyə sahib olmaq üçün nələr edilməlidir?
Sinəni daha böyük göstərmək üçün qadınların özlərinə görə bir çox texnikası var. Amma bunların hansının səhv, hansının doğru olduğunu bilirsinizmi?
Bunları etməyin:
- Büsthalterlərin içini doldurmayın. Onu böyük seçib içini salfet və ya digər materiallarla doldurmağa çalışmayın. Bunun aydın olacağı və ya ortaya çıxacağı zaman düşəcəyiniz vəziyyətə dəyməz.
- Kiçik büsthalter geyinməyin. Bir çox qadınlar sinələrinin əsil ölçüsündən daha kiçik büshalterlərə üstünlük verərək onları böyük göstərməyə çalışırlar. Amma bu da bir səhvdir və narahatlığa səbəb olur.
- Eyni anda iki büsthalter geyinməyin. Onsuz da biri kifayət qədər narahat edəcək. Sinəniz bir az da böyük görünsün deyə ikisini üst-üstə geyinməkdən çəkinin. Çünki bütün gününüz onları düzəltməklə keçəcək.
- Daha böyük sinəyə sahib olmaq üçün arzuedilməz hamiləliyin qarşısını alan həblərdən istifadə etməyin. Bu növ həblərin əks təsirlərindən biri də sinənin böyüməsidir. Belə dərmanlar müxtəlifdir və demək olar ki, hamısının əks təsiri fərqlidir. Hər kəsə eyni şəkildə təsir etmir. Yəni yalnız sinəniz böyüsün deyə azruedilməz hamiləliyin qarşısını alan həblərdən istifadə etmək ağılsızlıqdır.
- Dərhal estetik əməliyyata üz tutmayın. Plastik cərrahiyyə olduqca böyük məsələdir. Bu mövzuda dərindən düşünmədən hərəkət etməyin. Bədəninizin əbədi olaraq dəyişəcəyini qəti unutmamalısınız. Üstəlik, bahalı olmasınadan əlavə, hər zaman arzuolunan nəticəni əldə etmək olmur. Eyni zamanda bu üsul ağrılıdır. Gənc yaşlarındasınızsa, bədədinizə inkişaf etməsi üçün vaxt verin.
- Televiziyada reklam edilən hər məhsulu almayın! Bunların pul tələsi olması barədə hər kəs həmfikirdir. Amma hələ də həqiqət ola biləcəyini düşünürsünüzsə, bir xəbərdarlıq da bizdən oxuyun: Reklamlardakı sinə böyüdən məhsullara güvənməyin!
Bunlara əməl edin:
- Düzgün duruş məşqləri. Əgər belinizi əyərək dayansanız, sinənizi daha da gizlətmiş olarsınız. Dik durub, çiyinlərinizi yüngülcə xaricə doğru açın və sinənizi çölə itələyin.
- Push-up büsthalterlər seçin. Push-up büsthalterlər sinənizi daha da cazibədar göstərəcəklər. Üstəlik, daxilindəki dolu sahənin köməkliyi ilə sinəniz daha da böyük görünəcəkdir.
- Dəstəkli büsthalterləri seçin. Daha təbii görünüşlü böyük sinələr üçün dəstəkli büsthalterlərə üstünlük verin. Bəzi markalar bu işi çox yaxşı bilir.
- Bürünc rəngli ənlikdən istifadə edin. Dekolte geyinirsiniz və sinənizin gözəl görünməsini istəyirsiniz? Bunun üçün makiyaj hiyləsinə əl ata bilərsiniz. Bürünc rəngli ənliklə əldə edə biləcəyiniz görünüş sizi çaşdıracaq. Doğru tətbiq etmək üçün bununla bağlı videoları izləyə bilərsiniz.
- Volanlı və ya üfüqi xəttli geyimlərdən istifadə edin. Bu yay olduqca dəbdə olan sinə hissəsi volanlı bikinini xatırlamayan yoxdur. Xüsusilə belə paltarlar sinəni böyük göstərir.
- Məşq edin. Sinə əzələlərinin gücləndirilməsi sinənizi daha böyük göstərə bilər. Eyni zamanda incə bel sinəni önə çıxarar. Buna görə də
məşq edərək təbii yolla sinənizi böyük göstərə bilərsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
Jirinovski "Qarabağ planı"nı açıqladı
Ən uyğun vaxtı bilək
Körpələrin ayaqlarından niyə öpmək olmaz?
Dərinizdəki yağı 4 mərhələ ilə təmizləyin
Bərdədə leysan yağdı
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Tim Burton filmləri
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Facebook-da daha bir yenilik
İşarət dili ilə şeirlər deyir, hətta mahnılar oxuyur-VİDEO
Səmada misilsiz hadisə - “Günəş tacı” müşahidə olundu - VİDEO
Peçenye keks (foto resept)
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Qarın yağlarını əridən detoks
“Müslüm” filminin qalmaqalları səngimək bilmir
Azərbaycanda 340-dan çox dərmanın satışı və istifadəsi qadağan edildi
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər - VİDEO
Özümüzü NEQATİVdən qurtarmanın yolları
"Aşk-ı Memnu"nun aktyoru öldü
Küçələrdə reklam yerləşdirmək istəyənlər üçün ödəniş qaydaları dəyişdirilir
Hava haqqında - 14.09.2013
Şəraiti dəyərləndirməyi bacaran insanlar
İçimizdəki imza
Məşhur aktrisa gəlinlik geyindi-FOTO
Sevgi dolu anlar-3
Enerjimizi boş yerə xərclədiyimiz 3 hal
Yeni helikopter açıqlaması
Azərbaycanda Qafqaz Kuboku keçirilib
Quru dərilər üçün darçın
Lahmacun ev üsulu (foto resept)
Tənbəlliyin səbəbi xasiyyət deyil
Daha bir ayrılıq nişanəsi-FOTO
"Eurovision-2014": Azərbaycan finalda! - FOTOSESSİYA
Gözaltı qaraltıları üçün 5 üsul
Yaxşı ana olmağın sirləri
2020 yaz modasına istiqamət verən trendlər
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Sarı rəng sevənlərin xarakterik xüsusiyyətləri
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
İş axtaranlara müjdə
Yağlı dəriyə necə qulluq etməli?
Fərqli şam ağacı dekoru
İrəvanda cümə namazı qılmaq istəyirlər
Ronaldodan təsirli paylaşım -FOTO
Geri qayıdan dəb
Nemtsovu kim öldürdü?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
- ŞƏRHLƏR