MAYA EL
Adım Xəyalədir, 1982-ci ilin soyuq qış axşamında - yanvarın 29-da dünyaya göz açmışam. Ailədə 6 nəfərik: atam, anam, bacım mən və məndən kiçik iki qardaşım. Bacım və qardaşlarım ailəlidirlər. 1988-ci ildə birinci sinifə getmişəm. 1999-cu ildə əla qiymətlərlə məktəbi bitirib tibb texnikumuna qəbul olmuşam. 2005-ci ildə nişanlanıb 2007-ci ildə ailə qurmuşam 2008-ci ildə şirin-şəkər qızım Maya dünyaya gəlib. 2012-ci ilin 13 yanvarından Qadın.Netliyəm və buna çox şadam hamınızı çox istəyirəm.
muslim woman (şirinlər:))
Adım Dünyadır. 1986-cı ildə Bakıda anadan olmuşam, adımı da nənəm qoyub. Anamın dediyinə görə dız-dız uşaq olmuşam Ailədə 4 nəfərik: atam, anam, mən və qardaşım. Aramızda qalsın, bir bacım olmasını çox istəmişəm. 1993-cü ildə məktəbə başlamışam, 2004-cü ildə də bitirmişəm. Məktəb illəri həyatımın ən maraqlı illəri olub. Universitet illəri qismət olmayıb. 2006-cı ildə ailə həyatım başlayıb. Allaha sonsuz şükürlər olsun 2007-ci ildə qızım, 2008-ci ildə oğlum anadan olub. Belə. Türklər demiş, yuvarlanıb gedirik, çox şükür Allaha.
Elifв™Ў
Adım Sevincdir. 14 fevral 1993-cü ildə Göyçay rayonunda anadan olmuşam. 1999-cu ildə 1-ci sinifə getmişəm. Ailədə 6 nəfərik: atam, anam, bibim, 2 bacım və mən. Evin sonbeşiyi mənəm. Mən anadan olandan sonra xalam bizə qonaq gəlibmiş. Evdəkilərdən "Uşağın adını nə qoymusuz?"- deyə soruşub. Atam da "Sevinc qoymuşuq"- deyib. Mən də artıq üçüncü qız övladı idim. Xalam da zarafatla: "Pah, lap elə sevinmişik ki, hələ bir adını Sevinc də qoymusuz"- deyib. Atam da deyib ki "Niyə sevinmirik?! Sevinmişik!" İlk günlərdə xalamın sevimlisi olmasam da indi çox istəyirik bir-birimizi. Bacılarım ailəlidir. Böyük bacımın bir qızı, bir oğlu, ikinci bacımın isə bir qızı var. İnşaAllah onun da ikinci övladının bu yaxın günlərdə aramıza qatılmağını gözləyirik Allahın köməyi ilə. Allah olmayanlara nəsib etsin. Amin. Mən isə 2010-cu ildə məktəbi bitirmişəm və həmin ildə də universitetə qəbul oldum. Hal-hazırda Bakı Dövlət Universitetində qiyabi təhsil alıram... Məndən bu qədər...
Şəri Babayeva
Mən, Babayeva Şərafət 1989-cu il dekabrın 2-də Bakıda dünyaya gəlmişəm. Ailədə 5 nəfərik: atam, anam iki bacım və mən. Hələ mən dünyaya gəlməmişdən atam artıq adımı qoyubmuş, deyirmiş ki, qız olacaq, adı Şərafət olacaq. Anam deyirmiş ki, "Hardan bilirsən, bəlkə oğlandır?" Atamsa "Yox, yox, qızdır, Şərafətdir" deyirmiş. İlk dəfə məktəbə gedəndə çox sevinirdim, 220 saylı məktəbdə oxumuşam, tam oxumadım, 9-cu sinifdən çıxdım (tənbələm ). Hərdən məktəb illəri üçün çox darıxıram. Subayam, bacılarım da subaydır. Ən böyük arzum xala olmaqdı, hələ ki qismət olmayıb.
aydan əsgərli
Adım Aydan Əsgərlidir. 1994-cü ildə Biləsuvar rayonunun Xirmandali kəndində anadan olmuşam, amma Atam Biləsuvar rayonun Aşağı Cürəli kəndindəndir. Yəni mən də o kənddənəm. Bakıya 2 yaşından köçmüşəm. Məktəbi Bakıda oxumuşam və 9-ci sinifdən çıxıb kollecdə oxuyuram. Ailədə 4 nəfərik: anam, atam, qardaşım və mən. Qardaşım məndən 2 yaş böyükdür. Ailəli deyiləm, tələbəyəm və dil-ədəbiyyat müəlliməsi olmaq üçün hazırlaşıram.
vefa elizade
Adım Vəfadır. 1997-ci ildə Biləsuvarda anadan olmuşam. 16 yaşım var. 10-cu sinifdə oxuyuram. Deyəcəksiniz ki niyə 11-də oxumursan. Açıqlayım: 4 yaşında Biləsuvardan Bakıya köçdük. Bakıda öz evimiz yox idi, kirayə qalırdıq və evimizi tez-tez dəyişməli olurduq. Elə məktəb yaşıma çatanda da məktəbə getmədim, çünki tez bir zamanda yenə evimizi dəyişməliydik. Qismət oldu, 7 yaşında məktəbə getdim. Hal-hazırda oxuduğum məktəb 3-cü məktəbdir və evimiz də öz evimizdir, şükür Allaha. Məktəbimin dəyişməyi mənə o qədər də təsir etmədi, yeni dostlar qazandım, savadlı müəllimlərdən təhsil aldım. Yəni itirmədim, qazandım. Dərslərimdə də heç bir geriləmə olmadı. 10-cu sinfə qədər əlaçı olmuşam, niyyətim məktəbi qızıl medalla bitirməkdir, amma olmasa da eybi yox. 3-cü qrupa hazırlaşıram. İstəyim idarəetmə, tərcüməçilik, ya da turizm fakültəsinə daxil olmaqdır, inşaAllah olaram. Olmasam belə Allah inşaAllah zəhmətlərimi boşa verməz. Mütləq daxil olmalıyam, yoxsa atamın, anamın üzünə baxa bilmərəm. Onlar mənə heç nə deməz, amma mən özümü heç vaxt bağışlamaram. Sonrası isə qismətdir... Bu da mən - sizin Vəfa Əlizadə.
Nigar
Mən, Cəfərova (Zeynalova) Nigar 1981-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində, ziyalı ailəsində doğulmuşam. Ailədə 5 nəfər olmuşuq - atam, anam, böyük qardaşım və biz - əkizim qardaşımla mən. 7 illik uşaq musiqi məktəbini 1997-ci ildə, orta məktəbi isə 1999-cu ildə bitirib, həmin ildə də ADPU-nun filologiya fakultəsinə daxil olmuşam. Qiyabi olduğumdan 2000-ci ildən bitirdiyim uşaq musiqi məktəbində işləmişəm (5-6 il). Sonra diplomsuz işlədiyimdən oranı tərk etməli oldum. 2004-cü ildə universiteti bitirib, oxuduğum orta məktəbdə ixtisasım üzrə işləməyə başladım. 7 ildir musiqi məktəbində işləmirəm, təvazökarlıqdan uzaq olsa da deyim, hələ də məni təriflə yada salirlar. İşlədiyim orta məktəbdə də kollektivin və şagirdlərimin hörmətini qazanmışam - bu, mənim üçün hər şeydir. 2011-ci ildə sevdiyim insanla ailə qurdum. Əli adlı bir oğlumuz var. Qardaşlarım da ailəlidir. Birinin 2, o birinin isə 1 qızı var. Mən onları dünyalarca sevirəm. Allah sizi sevdiklərinizdən, sevdiklərinizi də sizdən ayrı salmasın, Amin! Avqust ayından sizlərlə bərabərəm və çox yaxşı ki, sizin kimi səmimi insanlarla virtual da olsaünsiyyətdəyəm. Qadin.Net məni bir qadin olaraq hərtərəfli püxtələşdirir. Bu qədər.
APENAS
Mənim adım Yeganədir - qısaca olaraq hamı Yeqiş deyir. 1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. Dünyaya axşam saat 8-də göz açmışam. 2001-ci ildə birinci sinifə gedib 2010-da 9-cu sinifdən çıxıb Gəncə musiqi kollecinə daxil olmuşam. Hal-hazırda 4-cü kursda oxuyuram, pianoçuyam. Ailəmiz 4 nəfərdən ibarətdir: atam, anam, mən və məndən bir yaş kiçik olan canım qardaşım. İnşaAllah bu il kolleci bitirib işləmək fikrindəyəm, sənətimi çox sevirəm, qarşıma hələ ki istədiyim kimi birisi çıxmayıb. Burada hələ ki yeniyəm, amma buna baxmayaraq dostlarım oldu, buranı və dostlarımı çox sevirəm. Mənlik bu qədər, dəyəsən mən çox yazdım. Sonda isə bütün qızlarımıza xoşbəxtlik arzulayıram.
leyla esgerova
Mən Leyla Əlizadə 1998-ci ildə Biləsuvar rayonunda anadan olmuşam. Ailəmiz çox böyük olub. Nənəmgillə bir yerdə qalmışıq. Rayonda imkan yaxşı olmadığından atam Bakıda iş tapdı və biz Bakıya gəldik. Ailədə 4 nəfərik: atam, anam, bacım və mən. Evin ən kiçiyi mən olduğuma görə atam məni ərköyün böyüdüb. Bakıya gələndə çox çətinlik çəkmişik. 7 yaşımda məktəbə getmişəm. İndiyə kimi 7 evdə kirayə qalmışıq və 3 məktəb dəyişmişəm (rekord qırmışıq ). İndi artıq 9-cu sinifdə oxuyuram, imkanımız da şükür Allaha əladır. Dərslərim də yaxşıdır. Ali məktəbə daxil olsam, çox xoşbəxt olaram. İnşaAllah o da olar.
arzum_muradim.
Mən Əlizadə Fəridə, 15.07.2000-ci ildə Bərdə rayonunda dunyaya gəlmişəm. Ailədə 5 nəfərik, bacım ailə qurandan sonra 4 nəfər qaldıq. Atam, anam, qardaşım və mən. Ailədə ən kiçik mənəm. Bacımla 10, qardaşımla 9 yaş fərqimiz var. 11 yaşımda xala olmuşam. Dunyalar qədər çox istədiyim bacımın 2 balası var. Ən böyük arzum bibi olub adını Murad qoymaqdır. Nikim də ona gorə belə qoymuşam.
XƏBƏR LENTİ
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR
Günün ulduz falı - 16.08.2013
Bu gün “İKT Qızlar günü”dür
Papa Türkiyəyə cavab verdi
"Azərbaycanın birinci xanımı çox gözəldir"
Deyl Karnegidən 12 məsləhət (1)
Azərbaycan tarixində ilk: Qadın hakim olacaq
Günün qoroskopu:Diqqətli olun!
Uşaqlar texnologiyanın əsiri olmasın
Belarusda saxlanılan etirazçıları 15 ilə qədər həbs gözləyir
Qızıl bazarında son vəziyyət – QİYMƏTLƏR
"Gənc Alimə Məktublar" kitabı oxucu kütləsinə təqdim edilir!
Aleyna Tilki narkotik istifadə edir?-FOTO
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Uşaqları internetin zərərli təsirlərindən qoruyaq
Menstruasiya ağrıları
MTRŞ: Şou verilişlərin səviyyəsi bizi narahat edir
Bir aya 10 kiloqram arıqladı - FOTO
Tez arıqlamaq üçün pəhriz
Hamiləlikdə vitamin ehtiyacı
Dünyanın ən bahalı dikdabanın qiyməti bəlli oldu-FOTO
İrem Dericidən qəribə açıqlama
Leysan yağacaq, dolu düşəcək
Sensasiya: Marsda su tapıldı
Necə xoşbəxt olmalı?
Şəhid general Polad Həşimov haqda film çəkiləcək
Yuxuda tərləməyin səbəbləri
Günün ulduz falı
Diş məcunu sızanaqları yox edirmi?
İnsan dərisinə yapışdırılan displey icad olundu
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Günün qoroskopu - 29.11.2013
Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi - VİDEO
“İstanbullu gəlin”də gözlənilməz ayrılıq
Sofi Lorenin gözəllik sirri
Kim ki yüz il yaşamırsa... - Hippokratın dəyər verdiyi göyərti
Hədik (foto-resept)
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Bu gün beynəlxalq işıqfor günüdür
Kiçik biznes qurmağın yolları
"Türkiyə Azərbaycanın yanındadır"
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə namizəd məlum olub
Hələ bu cür toy dəvətnaməsi olmamışdı-FOTO
9 uşaqlı müğənnidən məsləhət-FOTO
"Super Ay" dünyanın ən iri şəhərlərində belə göründü - MARAQLI FOTOlar
Toyuq ətli ananaslı salat (foto resept)
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı
Qadınları haldan-hala salan üç rəqəm
Selena Gomez 7 il Təcavüzə Məruz Qalmıb-FOTO
- ŞƏRHLƏR