Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadin.Netlilərin körpələri (1)

YEGİŞ

Əziz xanımlarımız, növbəti silsilə xəbərimi Qadin.Netlilərin körpələrinə həsr etməyi qərara aldım. Əminəm ki, bu bir çoxları üçün maraqlı xəbər ola bilər. Qadin.Net - biz hamımız bir ailəyiksə, bir çox xəbərlərdə bir-birimizi yaxından tanıyıb, az da olsa xasiyyətimizə bələdiksə, nədən övladlarımızın maraq dairəsini, xasiyyətini, sevdiyi xüsusiyyətlərini bilməyək?! İnşAllah, bu xəbər saytdakı bacılarıma da düşərli olsun. Tezliklə onlar da öz şirin-şəkər balalarını bizlərə tanıtsın. Allah hamının balasını saxlasın. Ömrümüzün yaraşığı körpələrimizdir. Tanrım hər bir ailəyə bu sevinci yaşatsın. AMİN!

Başlayım özümdən, mənim dəcəl balam, ərköyün balam, 2008-ci il oktyabr ayının 20-si uzun ayrılıqdan sonra dünyaya gəlib. 5 yaşı var. Bağçaya, hazırlığa gedir. Yaddaşı çox yaxşıdır, belə davam etsə, dərdim olmaz. Dəcəlliyinə bəlkə də çatan olmaz, qardaşlarım ona Avropanın analoqu olmayan uşağı deyirlər. Amma dəcəl olduğu qədər də, ağıllıdır, təmizkardır. 6 aylığından pampersə əlvida deyib, gecəli-gündüzlü. Hərdən sözə baxır, hərdən də heç fərqinə varmır. Rəqs etməyi çox sevir. Deyir ki, mən rəqqas olacam (sənət də tapıb). Çox əliacıqdır, hər şeyini ortalığa tökür, bütün məhlənin də uşaqlarını evə gətirir ki, nə istəyirsiz götürün, təki mənlə oynayın. Sevdiyi yemək özü demişkən qyazok (yumurta), bir də makarondu. Bir sözlə, balam hər halıynan şirindi. Cümləmizin balaları Allaha əmanət, başımıza tac olsun!

Qadin.Netlilərin körpələri (1)

Hacəti-i Vuslat 

Yegiş, xəbərin uğurlu olacaq inşaAllah...
Mənim iki qızım var: Ruqiyyə və Leyla. Ruqiyyəm, ilk sevincim-2005-ci ildə soyuq dekabr ayının 21-də dünyaya gəlib. ... Uşaqların əsas xasiyyətləri elə ilk gündən bəlli olur. Körpəlikdən necə "mızı"idisə, indi də elədir, "Dəymə sınaram" tipindəndir (anam deyir mən də elə idim  feel). Kiçik qızım Leylam mənim sifarişimlə gəlib deyə bilərəm (Allahın izniylə), çünki atası "bir uşaq yetər" deyirdi, mən isə, "iki qızım olsun istəyirəm" deyirdim. Leylamız, 2006-cı ilin noyabr ayının 5-də, normadan iki həftə tez, amma biz gözlədiyimizdən iki həftə gec gəldi dünyamıza: nəticədə, xəstəxanaya idman köynəyin ilə gedib, gödəkcə ilə çıxdım blush Dediyim kimi, Leyluşum da körpəlikdən öz xüsusiyyətlərini göstərməyə başladı: maşaAllah iştah barəsində yaxşıdır, südü çatdıra bilmirdim, ikisini boşaltmasa əl çəkmirdi. Hətta, ilk sözü də "məm-məm" idi. İndi də deyirəm ki, Leyluş olmasa, Ruquş ölər acından, onun hesabına həvəsə gəlib yeyir mızmızam. Heç unutmaram: balacanın yenicə oturmağı öyrəndiyi vaxtları idi, qaşıq görən kimi ağzını açdığı üçün, böyüyüm qaşığı duzla doldurub körpəyə yedirdmişdi! Nə qədər duz yemişdi bilmirəm, xeyli su içdi... İkisi də iki il bədii gimnastikayla məşqul olublar, xeyli də uğurlu idilər, professional məşqlərə keçdikləri üçün daha getmədilər. Üzgüçülüyə həvəslidirlər, yaxşı üzürlər. Hərəsi müəyyən qabiliyyətlərimdən götürüb: böyük qızımın əli incəsənətə yatımlıdır, gözəl rəsmlər çəkir. Kiçik isə daha çox "ixtiraçıdır", fantaziyası da genişdir. Düzü şəkilləri baş-ayaq çəkən, rəqəmləri tərsinə sayan bir uşağın məktəbdə nə vaxtsa uğur əldə edəcəyinə inamazdım  Amma müəlliməsi çox razıdır (kiminin əvvəli, kiminin axırı). Həm də "qadın işləri"nə həvəskardır: ev yığışdırmaq (təbii ki, mənə lazım olanda yox! , yeməyin reseptini soruşsun, "qazana nə isə əlavə edəndə məni çağır" deyir... Hə, iki bacının saçyoldusundan da keçmə! Kiçiyin əli ağırdır deyə (ayaq tutmamış yumruğu ilə qab sındırırdı), elə hey böyük mızmızanı cırnadır. Onu da deyim ki, qızlarımı əkiz bilirlər, (arada mən də çaşıram) odurgirl_smiəkiz evlad arzum ürəyimdə qalmadı... Bunlar hamısı gözəldir, amma ən çox sevindiyim odur ki, övladlarıma yaradılış səbəbini anlada bilirəm, Allaha qul olmaq məqsədinin həyatlarında əsas olduğunu bilirlər. Bir ara kiçik gəldi ki, ay ana, suya dua oxuyursan haa sözlərini bilməyəndə "Allah, Allah" demək olar? Müsbət cavab alıb getdi. Xeyli vaxtdan sonra astaca göz oldum ki, görüm nə edirlər. Gördüyüm səhnə qarşısında sevincdən doldum: böyüyün harası isə ağrayırmış, kiçik oturdub onu divanda,  empathy əlinə verib təsbehi ki, zikr et. Özü də "Allah, Allah" deyərək oxuduğu suyu içirdir ona. Bir Ana olaraq ən böyük uğurum Allahı sevdirməyi bacarmaqdır!..love  

 melek babazade

Canım Yegişim, şirin-şəkər xəbər hazırlamısan. Mənim iki gül balam var. Oğlum Emilim. O, 2009-cu ilin may ayının 23-ü çox xahiş-minnətlə dunyaya gəldi, hazırda 4 yaş 5 aylıqdır. Balam ağıllıdır maşaAllah, amma çox dəcəldir. O yemək yəyənəcən həyatım sonür. Kim soruşsa ki, Emil, sənə nə alaq? - deyir kitab və kinder yumurta. MaşaAllah zehni yaxşıdır, çoxlu şeirlər, mahnılar bilir. Gəldik evimizin gülü Mələk balama. O, istənməyən uşaq olsa da, indi hamının sevimlisidir.love Qızım 2011-ci ilin mart ayının 15-i axır çərşənbə günü dunyaya gəldi. Hazırda 2 yaş 7 aylıqdır. Sözə baxan və bir o qədər də tərs qızdır, nəsə beyninə girdisə, mütləq etməlidir. O da qardaşı kimi çoxlu şeirlər bilir. Hətta qardaşından da çox. İkisini də çox sevirəm, necə deyərlər onlarla nəfəs alıram! Onlar haqqında yazmağa çox şey var, amma bura sığışdırmaq olmaz. Allah ballarımızı qorusun. Olmayanlara da bu gözəl paydan nəsib etsin, inşaAllah. girl_ang

R.G.AL-SU

Qızım Alsu 15 iyul 2009-cu ildə yayın çovğununda dünyaya gəlib, daha doğrusu xəstəxanaya gedərkən külək, yağış və dəhşətlə çaxan ildırım təcili yardım maşınına minməyə imkan vermirdi, havaya uçan çətirimizi hələ də tapa bilmirik pardon Amma onun gəlişi ilə elə bir günəş doğdu ki, gəl görəsən. Kaş bütün ömrünə eləcə günəş, şəfəq saça balamın girl_ang Çox sevir musiqini, rəqsi, bir də piano çalmağı, mən isə onun həkim olmağını arzulayıram. Oğlum Surac, 5 dekabr 2010-cu ildə qışın qarlı günündə dunyaya göz açıb, qəribə hobbisi var-qarşısına nə keçər götürüb ev qurar, meyvə, konfet, paltar asan şpilka - fərqi yoxdur, hər şeydən ev qurar, bir də ki təyyarənin dəlisidir, mən isə onun yaxşı bir vəzifədə olmağını istəyirəm. Allah bütün balaları qorusun və valideynlərin zəhmətinin bəhrəsini versin.

Nazlı

“Uşaq evin gülüdür” – deyib atalarımız.
Doğulmağı ilə həyatıma bir dünya sevinc bəxş edən, ömrümün bəzəyi, həyatımın mənası, gözümün işığı olan gül balamloveİsaxan balam 2008-ci il iyun ayının 3-ü dünyaya göz açıb. Düzdür, 7 il intizarda qoydu məni, amma sonunda şükürlər olsun gəldi. Allah bütün arzusunda olan xanımlarımıza ana olmağı nəsib etsin, inşaAllah. Bir az da ərköyündür mənim balam. Hər şeylə maraqlanır, özünə aid oldu, olmadı, çox sual verir, o qədər danışır ki. Allah salamat eləsin bütün balaları. girl_ang

Sabrina Melodi

Oğlumun adı Pərvizdir (qısacası totuş smile). O, 2010-cu ilin iyun ayının 21-i anadan olub. Hal-hazırda 3 yaş 5 aylıqdır. Şirin-şəkər balam, şirin olduğu qədər də çox dəcəldir. Dəcəlliklərindən yazsam dastan olar biggrin Amma çox şükür ki, dəcəl olduğu qədər də zehinli və ağıllı uşaqdır. 2 yaşından saymağı bacarır, çoxlu sayda əzbər şeir bilir. Yemək yeməyə başlayanda bismillah deməyi, bitirəndə şükür Allah deməyi unutmur, hələ bir unudan böyüklərin də yadına salır smile Oğlum mənə çox bağlıdır, mən də ona, mənsiz yuxuya getmir. Ən sevdiyi xörək tənək dolması, onun sözü ilə desəm "qara dolma" nyam və dovğadır: bir sözlə əsl QarabağlıdırsmileAllah hamının balasını qorusun, olmayanlara bu gözəl duyğunu yaşamağı nəsib etsin, inşaAllah. Ən böyük arzum onu namaz qılan görməkdir.

nura84

2007-ci ilin iyun ayında böyük oğlum Xəyyam dünyaya gəlib. Gecə doğulduğu üçün bilmirəm 13-ü, yoxsa 14-ü dünyaya gəlib. Yəni həkim 13 iyun yazıb. Qaynanamgil deyirlər saat 12-ni kecmişdi, niyə 14-ü yazmayıblar?pardonNə isə, 2-gün ad günü edirik. dance1 İndi 6-yaşı var. 1-ci sinifdə oxuyur. 2 ildir şahmatla məşğuldur.

Balacam-Hikmət, 2009-cu il fevral ayının 15-i dünyaya gəlib. MaşAllah çox aktiv uşaqdır, çox da danışır. Deyirəm jurnalist olacaq. O da hələ ki, şahmata gedir, amma güləşə qoymaq fikrimiz var. Enerjisini ancaq güləşdə çıxarda bilər.

Ayka S

Canım Yegişim, bildiyin kimi mənim bir qızım var. 2010-cu il 4 iyul saat 5:00-da həyatıma şirin-şəkər, gözəl mələy, Sevgi ilə gələn elə Sevgi balam oldu. Mənim balam, həm gözəl, həm agıllı, dünyalar qədər şirin bir qızdır, hal-hazırda 3 yaş 4 aylıqdı. Elə çoxbilmiş danışıqları var ki, hamıya deyəcək qadasın alım, haçan çağırsan bəliii. Məşquliyyəti ancaq bər-bəzəkdi, geyim-keçimdi. Mənim kolfilərimi geyinər, mən 1 ayda 50 kolfi alıram, geyinir cırır. Ən çox "Maşa və ayı" cizgi filminə baxır. Çox vaxt keçirdirəm. Balam artıq rusca danışır, şeirlər bilir. Namaz qılır, sözlərini tam deməsə də, herəkətlərin eyni ilə edir, o mənim bal balamdı, Allah onu bizə çox görməsin. Gözümün işığıdır, həmişə demişəm ki, uşaqsız ev, ailə heç nədir...Arzu edirəm ki, Rəbbim bütün arzusunda olanlara şirin-şəkər bala nəsib etsin, inşAllah. Allah sənin də balanı saxlasın.

Qadin.Netlilərin körpələri (1)

قنڶ Ra Gunel Mi Le Yu قنڶ

Salam, mənim adım Güneldir. Mənim 3 övladım var: 2 qız, 1 oğlan. Böyük qızımın 7 yaşı var, adı Mirvaridir, çox dəcəldir. Hobbisi ancaq oynasın, dərs oxumasın,gamer6 avqust 2006-cı ildə, bazar günü dünyaya gəlib. 2-ci qızımın 5 yaşı var, adı Ləmandır. Çox ağıllı və sakitdir, hobbisi nazlanmaqblush 8 oktyabr 2008-ci ildə çərşənbə günü dünyaya gəlib. Oğlum 1 yaş 5 aylıqdır, çox şirindir və oynağandır, hobbisini hələ bilmirəm. 21 aprel 2012-ci ildə şənbə günü dünyaya gəlib.

Beren Saat

Allah hamının balasını saxlasın, içində bizimkini də. Şirin-səkər, ağıllı, bacarıqlı, düşüncəli və o qədər də çox dəcəl oğlum var. Abdullazadə Elcan Elçin oğlu. 2011-ci il avqustun 30-u Qax rayonunda anadan olub. Hər 2 ailənin ilk nəvəsi olduğu ücün çox sevilir və özünü sevdirməyi bacarır. Oğlumun yalnız 2 hobbisi var: biri musiqi-çalğı alətlərinə həvəsi çoxdur, pianoda, sazda, qarmonda, gitara, sintizatorda bacardığı kimi çalmağı və oxumağı sevir. Incəsənət aləminə həvəsi çoxdur, qandan keçib. Televizorda hansı mahnı çalınsa- muğam, estrada, qarşında duracaq, guya oxuyurmuş kimi başlayır mızıldanaraq yellənməyə. 2-cisi maşınlara həvəsi var. Atası maşın sürəndə özü də oturur, atasına deyir sən çək əlini mən sürürəm. Başqa uşaqlar kimi oyuncaqlarla heç arası yoxdur, oynamır. Indi də Maşa və Ayıya baxmağa başlayıb. Bağçaya gedir, bağçada da müəllimələrinə, xalalarına özünü sevdirib love Oğlumuz üçün arzularımız, xəyallarımız böyükdür, inşaAllah arzularımız da, xəyallarımız da bir gün gercək olar... girl_ang

Səslərin sayı: 22
208
6683
loading...
Şərhlər
Offline
Beren Saat.
Togrul Amirov,
Tesekkurler,senede qismet olsun....
14 oktyabr 2013 23:33
Offline
Ceylan Mumoğlu
Maşallah, Maşallah, hamısı şipşirin bunların. Bilirdim elə mamaları gözəldir bunların, onunçun da görüşə gəlmədilər ki, aman göz dəyər bizə blum
14 oktyabr 2013 23:32
Offline
xeyale bedelova
ALLAH SAXLASIN HAMISI SIRINDI EN COX 2-CI QIZLAR COX SIRIN GELDILER MENE kiss
14 oktyabr 2013 23:28
Offline
Tebriklər bacı gözəl xəbərivə görə günün müəllifi olmusan give_ros air_kiss
14 oktyabr 2013 23:26
Offline
Togrul Amirov
allah saxlasin,hamisi wirindi,amma en cox 6-ci ve axrinci uwaqi dahada cox sevdim:))) drinks
14 oktyabr 2013 23:17
Offline
Titi
gozel bacimi tebrik edirem gunun muellifi olub. elbette ki olacaqdi. give_ros
14 oktyabr 2013 23:02
Offline
Aminim
Cox sag olun ezizlerim sizlerin balalarimizin sayasinde xaber gunun muellifi oldu.her biriniza minnatdaram gozel cicak ve tebriklere gore
14 oktyabr 2013 23:00
imza: qadin.net
Offline
DENIZ
Allah herbirini saqlasın günün müəlifi olub xəbərin təbrik edirem
14 oktyabr 2013 22:24
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
Ay MawAllah Allah saxlasin bu wirin balalari
14 oktyabr 2013 22:15
Offline
canim
Yegis baci tebrik edirem xeberin gunun muellifi olub ,ugurlarin daha da bol olsun canim menim love
14 oktyabr 2013 22:08
Offline
Rovsana
ALLAH gul balalarinizi qorusun.cumlemizin AMIN.
14 oktyabr 2013 21:21
Offline
Buket
Allah saxlasin, valideynler xeyirlerini gorsunler love Yegish xanim, bagislayin vaxt azligindan xeberinizde istirak ede bilmedim feel
14 oktyabr 2013 21:19
imza: Sonralar olmur :)

Offline
Ulker.Agamali
Gunun muellifini tebrikler give_ros
14 oktyabr 2013 21:01
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
nura84
gunun muellifi olmusuz tebrik edirem give_ros give_ros give_ros
14 oktyabr 2013 21:01
Offline
Pervane
Canım Yegişim xəbərin əla alınıb.mənnən 5+++++++++.Allah bu balaların həyatlarını da özləri kimi gözəl eləsin inşaallah.Günün müəllifinə də eşq olsun. give_ros o give_ros kiss
14 oktyabr 2013 20:59
Offline
♥Selena♥
Günün müəllifi olub bacım yahoo təbrik edirəm, uğurlar sənə kiss
14 oktyabr 2013 20:58
Offline
Duyqu
Allah hamisin saxlasin. Atali Anali boyusunler.Butun evlerden korpe sesi gelsin insellah.Xeber cox gozeldir tesekkurler.
14 oktyabr 2013 20:52
Offline
Ayka S
tebriklerrrrr canim gunun muellifisen
14 oktyabr 2013 20:47
Offline
MAYA EL
AYYYY bunlar nə şirindilər Allah saxlasın Allah bəd gözdən qorusun .Allah olmayanlarada tezliklə bu şirin paydan nəsib etsin aminnn.
14 oktyabr 2013 20:35
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
♥Sevgilimi çox sevirəm♥
allah saxlasin her birini vauu emim oqlu emim qizlari meshur olube he gunelim?
14 oktyabr 2013 20:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış