Meyvə və giləmeyvəni açıq havada,günün altında,yaxud da duxovkada qurutmaq lazımdır.Meyvə tez qurusun deyə ələkdən,tabağdan,sinidən və başqa iri,eyni zamanda yastı əşyalardan istifadə edirlər.Kisələrin üstünə də meyvə sərmək olar.Gecələr meyvə sərilmiş çərçivələri üst-üstə yığıb kisə,çuval,kağız ilə örtürlər ki,şeh düşməsin.Meyvə çürüməsin deyə əvvəlcə duzlu suya salıb sonra qurudurlar.Meyvə və giləmeyvəni sapa düzüb gün düşən yerdə,mismardan asmaqla da qurutmaq olar.Meyvəni duxovkada qurudarkən onu tavaya düzməyib,birbaşa duxovkanın içərisində sərilmiş samanın,quru otun üstünə düzmək lazımdır.
Alma-armud qurusu
Adətən almanın yayda və payızın əvvəlində yetişən növünü qurudurlar.Armudun da yumşağını,tez dəyib yetişənini qurudurlar.Almanı,armudu yuyur,xırdasını bütöv,irisini iki,yaxud dörd yerə bölüb qurutmaq məsləhətdir.Meyvəni qabıqlı da qurutmaq olar.Almanı halqa-halqa doğrayır,yaxud iki bölürlər.Sonra alma,armud ayrı-ayrılıqda qurudurlar.Meyvələr quruduqdan sonra çürüyüb qaralmasın deyə qabaqca soyulub doğranmış almaları üç dəqiqə müddətində 1,5 faizli duzlu suda saxlayırlar(1 vedrə suya 150 qram duz).Alma və armudu duxovkada 85 dərəcə istilikdə qurudurlar.Bu zaman hər iki saatdan bir meyvəni duxovkadan çıxarıb o üz-bu üzə çevirmək lazımdır.Meyvə quruyana yaxın duxovkanın istiliyini(50-55 dərəcəyədək)azaldırlar.Almanın qurumasının əlamətini belə təyin edirlər:alma qaxından birini götürüb sıxırlar,əzilmirsə,deməli qurumuşdur.Armud isə quruduqdan sonra yumşaq və elastik olmalıdır.
Ərik və şaftalı qurusu
Əriyin bərklərini,tamam yetişməyənlərini qurutmaq məsləhətdir.Onları seçib yuyur,çərdəklə və çərdəksiz qurudurlar.Ərik bütövdürsə,onu günün altında 5-8 sutka,çərdəyi çıxarılmışsa 4-7 sutka qurutmaq lazımdır.Şaftalını da ərik kimi qurudurlar.Qurutmaq üçün şirin və turşaşirin şaftalı növləri məsləhət görülür.
Gavalı qurusu
Gavalının tamam sulanıb yetişmişini qurutmaq lazımdır.Ağacdan dərilmiş gavalını 1 sutkadan artıq saxlamaq olmaz.Gavalını irili-xırdalı seçib yuyur,tez qurusun deyə yarım dəqiqə müddətində çay sodası qatılmış(1 vedrəyə 50 qr.soda) 90 dərəcə istiliyi olan suda saxlayır,sonra gavalıları tez soyuq suyun içərisinə boşaldırlar və 1-2 dəqiqədən sonra sudan çıxarıb qurutmaq üçün sərirlər.Gavalını əvvəlcə xəlbirin üstünə sərib günün altında,sonra 55 dərəcə istilikdə duxovkada qurudurlar.3-4 saat duxovkada qaldıqdan sonra gavalılar büzüşüb qırışmağa başlayır.Bu zaman onları duxovkadan çıxarıb qarışdırırlar.
Tamam soyuduqdan sonra onları təzədən 65-70 dərəcə istiliyi olan duxovkaya qoyub 5 saatdan sonra çıxarıb qarışdırır və soyuduqdan sonra 80-90 dərəcə istilikdə 4-5 saat müddətində tamam qurudurlar.Tamam qurumuş gavalının rəngi qaraya çalan tünd sürməyi,qabığı parıltılı olur,çəyirdəyi asanlıqla ayrılır.
Alçanı da gavalı kimi qurutmaq lazımdır.Alça qurusu gavalı qurusuna nisbətən daha bərk və turş olur.
İtburnunu yığan kimi qurutmaq lazımdır.Onu soyuq su ilə yuyurlar.Suyu tamam çəkiləndən sonra 50 dərəcə istiliyi olan duxovkada qurudurlar.İtburnu barmaqların ucu ilə sıxdıqda ovulursa,deməli qurumuşdur.
Giləmeyvə qurusu
Giləmeyvəni(qarağat,moruq və s.) azca istiliyi olan duxovkada vamla qurudurlar.Giləmeyvəni gün altında qurutmaq olmaz.Çünki günəş şüası giləmeyvəni çürüdür.10 kq təzə giləmeyvədən 1-1.5 kq. quru giləmeyvə alınır.
Mövüc (üzüm qurusu)
Üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır.Yaxşı olar ki,qurutmaq üçün nəzərdə tutulan üzüm tənəkdə qalıb tamam yetişərək şirə salsın.Sonra üzümü tənəkdən dərib salxımda olan çürümüş və əzilmiş gilələri ayırırlar.Üzümü tez-tez o üz-bu üzə çevirməklə tabaqlarda 3 gün müddətində qızmar günəş altında qurutmaq məsləhət görülür.Tamam qurumuş üzüm gilələri asanlıqla salxımdan qopub tökülür.Həmin gilələri havada qurudub sonra qablara yığırlar,qışa saxlayırlar.Kölgədə qurudulmuş Mövüc uzun vaxt tələb etsə də daha keyfiyyətli olur.
Əncir qurusu
Ənciri dərib qabıqlı halda bir neçə burum qaynadırlar.Sonra dəvətikanının üstünə sərib günəş şüaları altında 4-5 gün qurudurlar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hande imicini dəyişdi-FOTO
Azərbaycan kino tarixində bir İLK
Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? - Alimlərin müzakirəsi
Yaddaşımızı yeniləyək
Hind toyuğu ətindən kotlet(foto resept)
Norveçə səyahət
Həftənin ilk iş gününün havası
İrandan İŞİD-ə zərbə
Əgər işləyirsinizsə...
Qara dəliklər (2)
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Gözəl jaketlər
2 yaşlı uşaq anasını xilas etdi
Saçın tökülməsinə qarşı maska
Almalı tost (foto resept)
Aromaterapiya
Kitabsevərlər üçün dekorasiya
Aktrisanın geyimi qiymətinə görə diqqət çəkdi-FOTO
Ən son tüninqli BMW X5
Atalar və oğullar savaşına yeni baxış
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Manat yenə ucuzlaşdı
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
İsmayıllıya dolu yağıb
Bella Hadid yeni İMİCDƏ-FOTO
Çiyələkli dondurma (foto resept)
Bu xəstəliyə diqqət!
Gənc anaların nəzərinə!
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Qızıl xərçəngi müalicə edir
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Ətir təəssüratı
Payız üçün ən yaxşı üst geyimləri
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
BÜRCLƏR bizə nə vəd edir?-11 Avqust
Tez qırılan saçlar üçün 3 maska
Klassik mətbəx dekorasiyası
Dəbli geyim nümunələri
İrem Dericidən qəribə paylaşım
Balıq sırdağı (foto resept)
Bu adaya gələnlər yoxa çıxır
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Günün ulduz falı
Çin - sivilizasiyanın mərkəzi
Azərbaycana qar yağacaq
- ŞƏRHLƏR