Bakıda hava +4°
USD 1.4906 AZN
EUR 1.6677 AZN

Thai masajının vətəni Tayland

Əsasını Hind Yoqa və Çin tibbindən götürən Thai masaji basma və gərilmə hərəkətlərindən ibarətdir. Bu masaj geyimli vəziyyətdə və yarı sərt bir yerdə edilir. 60 növ gərmə, çəkmə və əsnətmə basma hərəkətləri ilə edilən bu masaj 1 saat 30 dəqiqiədən, 4 saata qədər davam edə bilər. Masaj zamanı hər hansı bir narahatlıq hiss edilsə də, masajdan sonra ciddi dərəcədə hiss ediləcək qədər rahatlama gətirir.

Taylandda 2500 ildən bəri bu masaj məlumdur. Thai masaji insana fiziki və zehni tərəfdən yaxşı təsir göstərir. Thai masaji geyimli halda, sərt bir yerdə mindər üzərində edilir.

 

Tayland masajın vətəni sayılır. Taylandda hər küçədə 4-5 bəlkədə daha artıq masaj salonu tapmaq olar, hər alış-veriş mərkəzində onlarla masaj salonu vardır. Masaj sevən insanlar üçün Tayland əsl bir cənnətdir. Tayland xalqı çox gülərüzlü bir xalqdır. Onlar oraya gələn xarici vətəndaşların dilini başa düşsələrdə, düşməsələrdə gülərək başlarını sallayırlar.

Masaj salonlarında ilk öncə tərliklər verilir, ayaqlar gözəl qoxusu olan qellərlə yuyulur, sonra isə Thai masajının xüsusi geyimləri geyindirilir. Thai masajının digər masajlardan əsas fərqi odur ki, başqa masajlarda soyunduğumuz halda, bu masaj zamanı geyinirlər. Bu paltarlar Taylanda xas olan geyimlərdir. Thai masajını edildiyi yerin ətrafı pərdələrlə bağlıdır. Taylandlılar masajı sanki ibadət hörməti ilə edirlər. Əsl thaı masajı 2 saat davam edir və ayaq barmağının ucundan saçının telinə qədər masaj edilir. Thai masajı yağla edilən bir masaj deyil, bəzi nöqtələrə basqı hərəkətləri edilərək edilən bir masajdır.

Masaj etdirərkən ən önəmli sual: masaj edənlərin diplomunun hardan olduğudur. Əgər diplomları Wat-Pho diplomudursa o zaman özünüzü onların əlinə rahatlıqla əmanət edə bilərsiniz. Çünki, bu universitet ən qədim universitet olmaqla yanaşı, yüz illərdir ki, orada masaj öyrədilir.

İndi isə sizlərə thai masajının video dərslərini ardıcılıqla təqdim edirəm:

Bu birinci dərsdir. İlk olaraq ayaq barmaqlarından basma hərəkətləri ilə başlayır.  Bu hərəkət yavaş-yavaş yuxarıya doğru davam etdirilir. Çanaq hissəyə qədər eyni hərəkətlərlə gəldikdən sonra, yenidən ayaq barmaqlarına qayıdır. Bu dəfə isə basma hərəkətlərini daha da gücləndirir. Bir neçə dəqiqə basma hərəkətləri etdikdən sonra ayaq barmaqlarından tutaraq dartma hərəkətlərinə başlayır.

Burada ardınca isə yenə ayaqlarda basma hərəkətləri davam etdirilir. Bud və diz hissələrdə daha güclü sıxılır. Daha sonra masajist masaj edənin ayağını öz ayağının üzərinə qoyaraq dirsəyi ilə basma hərəkətlərini davam edir və ayaq barmaqlarına doğru enir. Ardınca masajist nisbətən yuxarı qalxaraq gərmə hərəkətlərinə başlayır. Bu zaman isə o əllərindən yox ayaqlarından istifadə edir.

 

Bu dəfə isə dizlərdən tutaraq yüngül dartma hərəkətləri edilir. Dizlər yanlara əks istiqamətdə qatlanır. Ayaqlar çarpaz qoyularaq basma hərəkətləri edilir. Masaj ayaqlarda davam etdirilir.

Bu dəfə isə masaj qollardan başlayır və yenədə yüngül basma hərəkətləri ilə davam etdirilir. Ardınca barmaqlardan tutaraq yüngülcə dartılır və gərilmə hərəkətləri ilə masaj davam etdirilir. Qollar dirsəkdən bükülür və sıxılır. Bu hissədə digərlərindən fərqli olaraq, daha çox basma hərəkətlərinə üstünlük verilir.

Burda isə masajist dizləri ilə basma hərəkətlərinə başlayır. Burda isə masaj beldə edilir. Bel və kürək hissə yüngülcə sıxılır. Aşağıdan yuxarıya və yuxarıdan aşağı doğru davam etdirilir. 

Səslərin sayı: 6
43
5621
Şərhlər
Offline
Günəş
ureyim gedir msajcun.yuxu basir meni.
19 iyul 2013 10:02
Offline
AY İŞIĞI
Masajdan hec xosum gelmir ne meni masaj etsinler nede ki men kimise masaj eliyim
19 iyul 2013 09:58
Offline
YAGMUR
cox yaxsi masajlardi menide eleyen olardi xebere gore tesekkur dash
19 iyul 2013 09:31
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
  • 11:28 - Müəllif: Ceylan Mumoğlu
    Xəbəriniz olsun! (1)

    Xəbəriniz olsun!

    Bişən zaman südün daşmaması üçün qazanın kənarını yağlamaq lazımdır. Süd tez bişən məhsul olduğuna görə qazanın yanında 10 dəqiqə dayansaq olmazmı, gərək elə nəsə tədbir görək?
  • 28 may-Respublika Günüdür!

    Respublika günümüz mübarək, əziz istifadəçilər!
  • 08:56 - Müəllif: Dəniz84
    28 may-Respublika Günüdür! (8)

    28 may-Respublika Günüdür!

    Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
  • Yeni ildə tortlarımızı necə bəzəyək?

    MARQLIDIR, TƏŞƏKKÜRLƏR.
  • Sobada ətli peraşki (foto-resept)

    YAĞDA QIZARDILMIŞ PERAŞKİNİ DAHA ÇOX SEVİRƏM , AMMA, BU PERAŞKİLƏR DƏ XOŞUMA GƏLDİ.
  • 00:21 - Müəllif: ulviye koyuncu
    Çörək(foto resept) (7)

    Çörək(foto resept)

    ÇOX XOŞUMA GƏLDİ , ƏLLƏRİNİZƏ SAĞLIQ.
  • “E” hərfi olmayan romanın müəllifi Jorj Perek haqqında

    əməyinizə sağlıq səbr lazımdı axıra kimi oxumağa...)
  • Stul köməyi ilə edilə biləcək 10 idman hərəkəti

    Boyyyy bunu ede bilmerem stolla cetin olar mənə(behane her zaman var)
  • Qadınlarda menopauza və müalicəsi

    Hər bir qadın bir cür ferqli keçirdir bu dövrü.
  • 16:44 - Müəllif: Pərvanə
    Bambuk gülünə qulluq (11)

    Bambuk gülünə qulluq

    Ceylan MumoğluPəri, nə maraqlı xəbər hazırlamısan. Bu bitkidən sən evdə saxlayırsan?Bu gulden yoxumdu duzu.Amma mən gülləri çox sevirem hetsiz derecede.Çoxlu gülüm var evde axir vaxtlarda kaktuslara heves salmışam sevirem güllü çiçəkli her yeri.
Maraqlıdır
İstifadə etdiyiniz zeytun yağı hansıdır?
Zeytun Bağları
Final
Consul
Zeytuna
Oil İtaly
Digər