Bir qədər yol getmişdi, amma buna heç yolun yarısı da demək olmazdı. Taqəti qalmamışdı artıq. İrəli gedə bilmirdi, çünki yol daha onu aparmırdı. Elə o da yolu tutub gedə bilmirdi. Çünki tutduğu yol düzgün deyildi, əvvəlindən düz gəlməmişdi. Bu yerdə düşündü, düşündü ki, gərək bu yolla gəlməyəydim, daha gücüm qalmadı, yetər, bu yol məni sıxdı, əzdi, sanki bir ilan olub bütün boynuma dolanaraq məni nazilmiş, üzülmüş bir vəziyyətə gətirib çıxardı. Qurumuşdu, sanki barsız ağac idi. Qəlbi param-parça idi, çat-çat olmuş susuz torpaq kimi, geriyə baxdı, qayıtmaq istədi bu yolu geriyə. Qayıtmaq istədi ki, yenidən başlasın, amma qayıtmağa daha taqəti qalmamışdı. Bəlkə də bir təhər qayıda bilərdi, amma yenidən başlamaq ona çətin, çox çətin gəlirdi. Dözə bilməzdi, o əzmkarlıq, o iradə onda yox idi. Uca boyu da sanki əyilmişdi, kiçilmişdi, elə bil. Nəfəsi də güclə gəlirdi.
"Mən neylədim", çarpayısında güclə yarı uzanmış, yarıoturmuş vəziyyətdə düşünməyə başladı, "içimi bir çürük taxt parçası tək çürütdüm, içim bir toz halındadır, üfürsələr uçaram. Və bu dünyanın dünya boyda dərdlərinə bir zərrə olub mən də qarışaram. O zaman zərrələrə qarışıb bir heç olacağam. Bu dünyanın ağırlığından qurtulacağam. Niyə mənə bu qədər ağır oldun, dünya? Sənin bu ağırlığını çəkə bilmədim. Nəyi isə unutmaq istədim sanki. Nəyi unutmağa çalışırdım ki, heç özüm də bilmirəm. Özümə bir macəra axtarırdım, həyat macərası. Mənə elə gəlirdi ki, dərd çəkirəm, əslində heç nə çəkməmişəm, məni sevənlərə dərd çəkdirmişəm. Məni dünyalar qədər sevən anama, qadınıma yetərincə çəkdirmişəm. Bəs körpə qızım, o hələ məni bir ata kimi tanıyır, mənim bir insan kimi nələri itirdiyimdən, bu həyatda içimi dağıdan, bütün arzularımı alt-üst edən, məni məndən alan məni tanımır. Zamanla böyüyəcək, hər şeyi anlayacaq. Və bir gün mənim kim olduğumu da anlayacaq. O zaman mən övladımın üzünə necə baxacağam, sıxılacağam, əziləcəyəm, kiçiləcəyəm, bir nöqtəyə çevriləcəyəm, kiçik bir nöqtəyə. Və beləcə övladımın gözləri önündə o boyda mən kiçik bir zərrə olacağam. Onda nə deyəcəyəm?Gözəl qızım, atan qurban oldu,ətrafındakıların, çevrəsindəkilərin puç əməllərinə aludə oldu. Qızım, məni bağışla, bağışla ki, bu yolu geri qayıda bilmirəm. Bu lənətə gəlmiş yol nə ağır oldu, bəlkə qayıdım, bəlkə qayıdım geri, qızımın xatirinə, bəlkə cəhd göstərsəm qayıdaram, yox, qayıda bilmərəm, məndə o güc qalmayıb. İndiki halımla sevdiklərimə bir yükəm, özüm boyda bir yük. Anamın gözlərinin içinə baxa bilmirəm, baxışları ilə elə bil bu dəqiqə yandıracaq məni. Məhəbbətlə baxan gözlərindən sanki bir alov çıxaraq mən yandırıb yaxacaq və bir ovuc külə çevirəcək. Ovuc içi boyda bir külə. Sonra da anam rahatlıqla nəfəs alıb mənim külümü evimizin hansısa küncündə, gizlin bir yerində saxlayacaq, hər gün gizlətdiyi yerdən götürərək ovcuna alacaq, göz yaşları içərisində əzizləyəcək, öpəcək, sonra da yerinə qoyub öz ev işləri ilə məşğul olacaq. Anası qapının önündə göründü, lal- dinməz bir xeyli durub oğluna tamaşa etdi. Oğlu güclə anasına baxırdı. Ana bir xeyli baxdıqdan sonra görünməz oldu. "Ay ana, səhərdən məni izləyirsən, gözdən qoymursan, sanki olacaqlardan məni saxlayacaqsan" düşündü.
Çarpayı çox narahat idi, hərdən sanki, uyumuş kimi olur, hərdən də tamam ayılırdı. Ayılan zaman yenə fikirləşməyə başladı, "əgər mən ölsəm, buna nə deyəcəklər? Hə, deyəcəklər ki, "ağ ölümün qurbanı oldu". Yox, bunun harası ağ oldu ki, heç qara ölüm də deyil, bəlkə boz ölümdür". Anası yenə qapı önündə göründü. Gözlərində sonsuz bir kədər vardı. Anasına baxdı, baxdı, gözlərini tam aça bilmirdi, bir anlıq fikirləşdi, çölə çıxa bilsəydim, cəhd göstərsəm çıxa bilərəm.
-Ana, könlüm halva istəyir, mənə bir halva bişir.
-Yaxşı oğlum, indicə bişirərəm.
Ana qapıdan çəkilib gedəndən sonra başı işlərinə qarışmışdı.
Birtəhər ayağa qalxıb həyətə çıxdı. Çöldə hava yaman soyuq idi, qar yağırdı, sakitcə, səssiz-səssiz . İri-iri dənələri hər tərəfi ağ örtüyə bürümüşdü. Üşüməyə başladı, bu soyuğun təsirindən deyildi, yaxşı bilirdi.
- Ana..., ay ana...
Ana qapıda göründü, sonra da eyvana çıxdı.
- Hə, oğlum, nə lazımdır?
- Heç nə lazım deyil, ana. Yadındadır, uşaq vaxtı rəsm çəkməyi xoşlayırdım, hətta məni rəsm dərnəyinə də yazdırmışdın. Yadındadır, bir dəfə hər tərəf beləcə ağappaq olanda həyətimizin bu mənzərəsini çəkmişdim. Ana, o mənzərəni indi çəkə bilərəmmi ?
Ana kədərli gözlərini yana çevirdi.
- Çəkə bilərsən, oğlum. "Sən həyatının rəsmini çoxdan çəkdin oğlum, elə bir qələmlə çəkdin ki, onu bir də, heç dəmir pozanla da poza bilməzsən" ürəyində düşündü ana. Üşüyən kimi oldu, içəri keçdi.
- Gəl evə, oğlum, soyuqdu.
- Soyuq deyil, ana. Bu gözəlliyə tamaşa etmək istəyirəm...
- Ana, ay ana.
Ana yenə eyvana çıxdı. Ay oğul, deyirsən halva bişir, sonra da qoymursan , ha çağırırsan.
- Ana, nənəm mən uşaq olanda bir bayatı deyirdi, tez-tez oxuyurdu o bayatını.
- Hansını deyirsən ?
- Həmişə deyirdi, "qəm oylağımdır", belə bir bayatı idi.
- Hə...
- "Dağlar bağımdır, mənim,
Qəm oylağımdır, mənim.
Dindirməyin, ağlaram.
Yaman çağımdır, mənim".
Ana özü də kövrəldi, dediyi bayatıdan gözləri doldu, içəri keçdi, göz yaşlarını oğlu görməsin.
- Hə, "yaman çağımdır, mənim", ürəyində təkrarladı. Artıq bütün vücuduna bir əsmə gəlirdi, əlləri də əsməyə başlamışdı. Dura bilmirdi.
Səmaya baxdı, göy də yer kimi ağappaq idi. Bu gün hər şey ağ olacaq. Ətrafa baxdı, heç kim yox idi. Səhərdən beynindən keçirərək qəti qərarlaşdırdığı bir ölüm əmri ilə bu acı həyat hekayəsinə son qoymaq istəyirdi.
Həyətin aşağı başındakı tövləyə sarı getdi, içəri keçib, qapısını içəridən kildlədi. Əvvəlcədən gizlətdiyi kəndiri çıxardı, halqa etdi, sonra da ayğının altına nə isə qoyub tavandakı mıxa möhkəm-möhkəm bağladı. Kəndirin halqasını başından keçirərək boğazına sıxdı və ayağının altındakını itələdi, gözlərindən iki gilə yaş yanağı boyunca gəldi... Bir az əvvəl düşündüyü kimi göz yaşlarını içində boğmağa çalışaraq özünü ağ ölümün qurbanı etdi.
XƏBƏR LENTİ
Su haqqında bilmədiyiniz 7 inanılmaz fakt
Toy çantaları
İstanbula qış səyahəti (I hissə)
Tək rəng dəbi
Koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan Avropanın xəritəsini dəyişir
Norveçə getmək istəyənlərə xəbərdarlıq
Türkiyədə çayda üzən tabutlar insanları qorxuya saldı - VİDEO
Praktik mətbəx əşyaları
Sıla hamilədir!
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Doğuş sonrası və körpə
Rəqs etdiyi üçün həbs edilən qadın
Növbəti buraxılış imtahanları keçirilir
Putinin səhhəti yenə gündəmə gəldi
Manna piroqu (foto resept)
Məşhur cütlüyün beşinci övladı doğuldu
Qayınana və qayınata evində xoşbəxtlik varmı?
Çox qeyri-adi park oturacaqları
Sosial şəbəkələr getdikcə öz mahiyyətini itirəcək?
İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib
Gökçe Bahadır müğənniliyin daşını artdı-SƏBƏB
Dırnaqdakı ağ nöqtələrin sirri açıldı
Ağ Evin saytında erməni təcavüzünə qarşı petisiya
Sənədsiz evlərə bəd xəbər
Bu gün Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümüdür
Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi - RƏSMİ
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO
Xəyanətə məruz qalan qadın nə etməlidir?
"Sovetski"də söküləcək ticarət-iaşə obyektləri ilə bağlı yeni xəbər
Möcüzəvi dəqiqələr
İstirahət gününün HAVAsı
Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur - RƏSMİ
Hyustonun qızı komadan çıxdı
BÜRCLƏR bizə nə vəd edir?- 1 Dekabr
Uşaqların meyvə və tərəvəz yeməsi niyə vacibdir?
Azərbaycanda bu qadınlara fəxri adlar verildi - SİYAHI
Qırıcılarımız havaya qalxır
Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO
Tarkan şad xəbəri verdi: “Ata olacam” - VİDEO
Karantindən bezdi, evinin altında 120 illik tunel kəşf etdi - FOTO
Sobada pendirli göbələk (video-resept)
Qolu incəldən hərəkətlər
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Kolumbiyada güclü zəlzələ
Azərbaycanda yeni binalar belə tikiləcək
Ötən gecə qanlı Ay vardı - FOTO
"Yeni il fişəngi" salatı (foto resept)
Mövsümi allergiya nədir və ondan necə qorunmalı?
Aktrisa geyiminə görə həbs oluna bilər-FOTO
- ŞƏRHLƏR