Dünya arqan yağını xeyli zamanlar öncədən kəşf etmişdir. Son zamanlarda isə bizim ölkəmizdə rast gəlmək olar. Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən dəyərli və ən zəngin yağdır. Bu yağ saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə biləcəyiniz möcüzəvi bir yağdır. Arqan yağı tərkibli kremlər, şampunlar, əl kremləri dəri qırışıqlığının düzəlməsində möcüzəvi təsir göstərir. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləşdirir. Dərinin quru və ya yağlı olmasından aslı olmayaraq hər kəs bu faydalı yağdan tərəddüd etmədən istifadə edə bilər. İstər səhər, istər gecə istifadə edilə bilən bu faydalı yağı hamilə qadınlar da hamiləlik zamanı və hamiləlikdən sonra bədəndə yaranan dəri süzülmələrinin müalicəsində istifadə edə bilər. Tez bir zamanda gözlə görünəbiləcək qədər təsir göstərir. Duru qızıl adlandırılan arqan yağından ətir istehsalında da istifadə edirlər.
Arqan yağından üzüm çəyirdəyinin yağını, məxmər çiçəyi, meyan kökü, peyğəmbər çiçəyi, yaşıl çay, öskürək otu, çobanyastığı yağı, lavanda və ya quşburnu ilə birlikdə qarışdıraraq istifadə etmək olar. Arqan yağının ən gözəl xüsusiyyətlərindən biri də odur ki, dərini cavanlaşdırır və təravətləndirir. Duşdan sonra bədənə çəkilən bu yağ dərinin tarımlığını qoruyan və nəmləndirmək üçün mükəmməl, təbii vasitədir. Arqan yağı yapışqan bir formada olmadığı üçün yenidən duş almağa ehdiyac yoxdur. Əgər arqan yağını duşdan əvvəl saçlarınızda istifadə etmək istəyirsinizsə, bir miqdar ovuc içinə töküb yayın, saçların uclarından dibinə qədər sürtün və daha sonra barmaq uclarıyla baş dərisinə masaj edin. Yağın saç diblərinə eyni miqdarda yayılması üçün iri dişli daraqdan istifadə etmək olar.Daha sonra saçlarınızı yuxarı şəkildə yığın və dəsmalla sarıyın. 1 saat gözləyin. Unutmadan onu da qeyd edək ki, dəsmalla sarımadan əvvəl dəsmalı isitmək lazımdır. Dəsmal isidilməlidir ki, yağ saçlara daha asan və tez hopsun. Bu yağı duşdan sonrada istifadə etmək istəsəniz saçın suyunu dəsmalla aldıqdan sonra, saça parlaqlıq və təzəlik vermək üçün darağın və ya fırçanın üstünə bir neçə damcı töküb saçlarınızı daraya bilərsiniz. Arqan yağı saç tökülməsinin də qarşısını alır və kökdən uca qədər qidalandırır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İntiharların 15 ümumi səbəbləri (2)
Sabahın HAVASI
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Can Yamanla Demet AYRILDI
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Gürcüstandakı həmvətənlərimiz prezident seçkilərində səs verə biləcəklər
HAVA necə olacaq? 21 İyun
Ən çox sevdiyim hobbi
Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb
Bakıda yeni böyük ajiotaj
Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTO
Qəribə və nadir heyvanlar (4)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Paytaxtda güclü külək olacaq
Bakıda yeni metro stansiyası
305 kq arıqladı və ...
Hande və Murad bir-birini sildi
Hamilə qadınlardan gözlənilməz hərəkət
Yas mərasimində qovurma bişirsək, yaxşı olar, yoxsa aş?
Gecə geyimləri
Günün ulduz falı - 08.10.2013
Şəkil çərçivəsi düzəldək
Havalar soyuyur, yağış yağacaq
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
Payız dekorasiyası
Avqustda ilan sancmaları artıb
Şahzadə Beatrisin arzusu ürəyində qaldı-SƏBƏB
Günün Ramazan təqvimi (3 iyul)
Üz dərisinə qulluq
Qısa qol köynəklər
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Günün ulduz falı
Murad Bozdan TOY AÇIQLAMASI-FOTO
Azərbaycanda sərt karantin günlərində kimlərin işləyəcəyi məlum oldu
Pensiyalar artacaq
Ağ dəriyə qovuşmaq artıq asandır
YAP-dan manat açıqlaması
Avtobuslarla bağlı yeni qadağa
Prezidentin köməkçisi erməni lobbisinin işğalçılığa “töhfələrini” ifşa etdi
"Şirin fantaziya" tortu (foto-resept)
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Birotaqlı mənzildə 130 pişik saxlayırmış
Uşaq ensiklopediyası(16)
Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular
Messi: "Əvvəlki səhvləri etməyəcəm"
İlham Əliyev “Milan Expo 2015” sərgisində
Günün qoroskopu: Pozitiv gündür!
Xanımlarımızın kompleksləri
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
- ŞƏRHLƏR