Abşeronda geniş yayılmış əncir ağacı ilə otaq şəraitində becərilən fikusun xarici gorünüşündə böyük fərq olsa da , onların əcdadı birdir.Hindistan cəngəlliklərində bitən tropik bitki sonralar Asiya , Avrasiya və Qərbi Afrikada da yayılmışdır. Otaq bitkisi kimi tanıdığımız fikus öz vətənində çox nəhəng bitkidir. Fikus qələmlə çoxaldılır. Hər qələmin üzərində bir yarpaq və bir tumurcuq olmalıdır. Tez kök atması üçün qələmin əkilən ucunda bir-iki kəsik edilir, bir neçə saat ilıq suda saxladıqdan sonra onu dənəvər quma basdırılır və 23-25ºC temperaturu olan yerə qoyulur.
Fikus dəyişikliyi, çox yerdəyişməsini sevən bitki deyil, ona görə də evə gətirməzdən əvvəl onun daimi yeri barədə fikirləşmək lazımdır. Fikusun əkildikdən sonra yeri dəyişdirilməməlidir. Yay fəslində onu eyvana və ya təmiz hava olan yerə keçirmək olar. Fikus oktyabr və fevral aylarında sakitlik dövrü keçirir. Fikusun yeri işıqlı, lakin gün işığından kölgəli olmalıdır. Ətrafda tempraturun 18ºC-dən aşağı olmamasına nəzarət edilməli, mütəmadi yeri dəyişdirilməlidir. Yaşılyarpaqlı növlərini bir qədər günəş altına qoymaq olar. Yay fəslinda fikus üçün optimal temperatur 25-30ºC, qışda isə 16-20ºC-dir.
Bitkinin yaxşı qışlaması üçün isti və yaxşı işıqlandırılmış otaqda saxlanmalı, yelçəkəndə yerləşdirilməməlidir. Fikus yetərincə işıq almadıqda yarpaqlararası məsafələri böyümür, zəif boy atır və yarpaqları tez tökülməyə başlayır. Çünki bitki kəskin hava dəyişilmələrinə qarşı çox həssasdır. Satış məqsədilə fikusları əvvəlcə işıqda yetişdirir və satışa bir neçə ay qalmış onu kölgəli yerə keçirirlər. Fikus olan otağa lüminessent civə və ya natrium lampaları taxmaq lazımdır.
İstənilən növ fikusun suya olan təlabatı onun yaşından, vəziyyətindən və inkişaf fazasından, ilin fəslindən, bitdiyi torpağın xüsusiyətlərindən və s. asılıdır. Bitkini yenidən sulamaq lazım olub-olmadığıını bilmək üçün barmaq 2-3 sm bitkinin bitdiyi torpağa batırılır, əgər palçığa batarsa, onu sulamaq lazım deyil, əgər qurudursa, sulanmalıdır. Fikusu suladıqdan 30 dəqiqə sonra altına qoyulmuş qabı götürmək lazımdır. Otaqda fikusu parıldatmaq üçün onun yarpaqları pivə və su qarışığı süngərlə silinir. Yaxşı olar ki, yay fəslində yarpaqlarına su püskürdəsiniz. Bunun üçün ilıq su seçmək kifayətdir. Fikusun yarpaqları üzərində toz qatı heç də yaxşı görünmür, bunun üçün bitki hamam otağına aparılır və dibçəyin səthi sellofanla örtülür ki, su tokülməsin. Bundan sonra yarpaqlar bir- bir təmiz su ilə yuyulur.
Orta ölçülü fikuslar üçün plastik və keramik dibçəklər daha yaxşıdır. Fikusun yerləşdiyi dibçək hər il dəyişdirilib diametri əvvəklindən 2-3 sm böyük olanla əvəz edilir. Boyük ölçülü fikusu isə 2-3 ildən bir diametri əvvəlkindən 3-4 sm boyük olan dibçəyə yerləşdirilir. Bitkinin qabını dəyişmək çətinlik törədirsə, torpağının üst qatı ildə və ya iki ildə bir dəfə dəyişdirilir. Fikusun gübrələnməsi yaz və ya yay aylarında həyata keçirilir. Gübrələmə 10-14 gün davam edir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nağıl kimi toy üçün gəlinliklər
Nəhəng BALİNA-görənləri heyrətləndirir-FOTO
Karantinin uzadılıb-uzadılmamasına qərar veriləcəyi vaxt açıqlandı - RƏSMİ
Bir evdə yolka bəzəmək neçəyə başa gələcək? - QİYMƏTLƏR
Kimə daha çox yaraşır?
Merve Boluğur yanındakı şəxsin kimliyi barədə açıqlama verdi-FOTO
Hava ilə bağlı XƏBƏRDARLIQ
Sellülit və çatlardan qurtulmağın yolu
Praqa Qradı (Praqa kremli)
İsti suyun faydaları
Azərbaycanda 12 illik orta təhsilə hansı tədris ilindən keçiləcək?
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
"iPhone 6" rekord qırdı
Kakaolu zəngin tərkibli bulkalar (foto-resept)
Qısa saçlı qadınlar üçün 7 sevdiyiniz toy saçı
Sabahın HAVAsı
Maraqlı şəkillər
Heyvanların da duyğuları var
Blinçik tortu (foto resept)
Fərqli istedada malik gəncimizi siz də tanıyın! - VİDEO
Günün qoroskopu: enerjiniz, özünüzə inamınız, qətiyyətiniz çoxdur
Boş döl yumurtası sindromu və əlamətləri
Azərbaycanda ilk dəfə Milli Qolf Turniri keçirilir
Bu kreditlərdən canımız nə vaxt qurtaracaq?
Buraxılış imtahanlarının siyahısında dəyişiklik edilib
Xoşbəxtlik üçün qidalar
Ayaqlar niyə yorulur?
Məşhur cütlük AYRILDI
Qadin.Netlə birlikdə hamiləlik (26-cı həftə)
Cəbhədən ən son xəbər
İnstaqram yenilik etdi
Popkornlu manqo salatı (foto resept)
Qırxında öyrənən gorunda çalar
"Quba alması"na müştəri tapılmır
“Ya qələbə qazanmalı, ya da əşyalarımızı toplayıb evə qayıtmalıyıq”
Nemtsovun xatirə marşı Moskvanı titrətdi
Kimlərin təqaüdü artıq olacaq?
Hərəkətin möcüzəvi gücü (2)
"Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır"
Günün ulduz falı
Fərqli üz cizgiləri necə yarandı?
Xarab lampaları necə istifadə etməli?
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Əllərdəki ləkələrdən xilas olmaq üçün 3 tövsiyə
Yer kürəsində mövcud olan bütün ağac növlərinin SAYI bilindi
Bakıda avtobus qəza şəraiti yaratdı
Şəkər xəmiri ilə "Qış nağılı" tortu (foto-resept)
Qurban ətini necə yeməli?
Bakının məşhur marketində iyrənc mənzərə
Braziliya deputatları Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müraciət qəbul edib
- ŞƏRHLƏR