Son zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar. Bunun üçün lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər.
Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə danışdığını soruşub. Gəlin isə suala "Sevgilimlə danışırdım" deyə cavab verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə, gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş. Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki, cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.
Əminəm ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb nədir?" deyə soruşmaq çoxmu çətindir?
XƏBƏR LENTİ
Yuxular və yuxuyozmalar (10)
Bu qidaları soyuducuya qoymayın!
Gözəllik salonlarında olarkən 3 saatlıq icazə müddəti bitənlərəgünün güzəşt olacaqmı?
Milli Şura rəqəmlərlə manipulyasiya edir?
Kişi-qadın münasibətlərində ən ideal yaş fərqi
Oğlan sevgilisinin xəyatını xilas etdi
Gül DAVASI-FOTO
Hələ də səyahətə çıxmayanlar üçün
Körpələrə bal vermək olarmı?
Mətbəxdə qırmızı havası
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Alimlər bu dərmanın koronavirusa qarşı faydasız olduğunu sübut etdilər
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Sabahın HAVAsı
Saç tökülməsinin qarşısını alan qidalar
Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olundu
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Günün ulduz falı - 21.09.2013
HAVA necə olacaq?
Ən gözəl məscidlər
Maşınında pərdə olanların DİQQƏTİNƏ: 2 həftəniz var
Qəhvəli buz kubları (foto-resept)
“Tik-Tok rahibəsi” çəkdiyi görüntülərinə görə döyüldü - VİDEO
İspanaqlı toyuq ruleti
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Gökçe Bahadır makiyajsız halı ilə diqqət çəkib-FOTO
Düyü kimi incə
Hava haqqında
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Bu gündən sosial müavinətlərin məbləği artır
2018-in gəlin saç düzümləri
Gənc qızlar üçün gündəlik geyimlər
Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
Noxud şorbası (foto resept)
Məşhur aktyor özünə 1 milyonluq ev aldı-FOTO
Şokoladlı, vanilli cizkeyk (foto resept)
2012-ci ilin qısa don modelləri
2018/2019 Qış gözəllik trendləri
Tovuz yenidən intensiv atəşə tutulur - RƏSMİ
Boranıda qarabaşaq sıyığı (foto resept)
Bir ölkə də Ebola təşvişində
Günəş dəhşət saçır
Fatih Terim: "Oyunçularım buna hazırdırlar"
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Zövqlü xanımlar üçün çantalar
Bu ilin ilk ay tutulması başlayıb
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Dünya 14 il əvvəlki vəziyyətinə qayıtdı
Xiyar salatı (foto resept)
- ŞƏRHLƏR