Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
Şuşasız 22 il...
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
İlin ən bahalı "İnstagram" blogeri kimdir?
"Andromeda" satıldı - 3,6 milyon avro
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Yataqda utancaq qadın
TaTu qrupu illər sonra-FOTO
Təbii qazdan istifadədə limiti keçənlərə – ŞAD XƏBƏR
Energetik içkilər qadağan olundu
İzolyasiyadan sonra immuniteti qorumağın sadə yolu
Bakıda uşaq musiqi məktəbi açıldı
Ana ilə atanın fərqi - İnfoqrafika
Qoruxularınız arıqlamağa mane olur
Baydenin alacağı maaş hesablandı
Azərbaycanda may ayının hava proqnozu açıqlandı
Hansı daha yaxşıdır: çay yoxsa qəhvə
Bu şəxslər “WhatsApp”dan istifadə edə bilməyəcəklər
Bu telefonlardan istifadə etməyin
Fahriye Burak Özçviti belə təbrik etdi-FOTO
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Məşhurların ləqəbləri
Bülbülün 120 illik yubileyi keçiriləcək
Rəngarəng saçlar
Bakı metropolitenində nəzarət profilaktik tədbirləri gücləndirilib
"Kömək et, ata!" (Füzulinin işğalı gününə)
YouTube yalan məlumatlarla mübarizə aparır
Evdə yetişdirmək üçün şəfalı bitkilər
Nurlu insan
Cümə günü, ayın 13-ü: ilin sonuncu “qara” günündən nəyi gözləmək olar?
İnstagram fenomeni sərvət toplayır-FOTO
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
Pəhriz dondurması necə olmalıdır?
Yataq otaqları dizaynı
Unikal enerjili avtomobil
Saxta dollarla aldana bilərsiniz
Qeyri-adi fotoşop
Hava necə olacaq?
Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir
"Ustad"dərgisinin 26-cı sayı işıq üzü gördü-FOTO
Tayland plastik paket istifadəsinə qadağa qoydu
HAVA necə olacaq?-27 İyul
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Südlü şirniyyat (foto-resept)
Azərbaycan dili - VII dərs
Barmağınızdakı bu nöqtəni 60 saniyə sıxın - DƏRMANSIZ MÜALİCƏ
Facebook parolunuzu təcili dəyişin
Davamlı aclıq hiss etməyin 3 səbəbi
İŞİD-ə qarşı böyük müharibə planı
Erməni ordusu Tərtərdə türkiyəli jurnalistləri hədəfə aldı - VİDEO
BÜRCLƏR bizə nə vəd edir? -15 İyun
- ŞƏRHLƏR