Gözəl və baxımlı saçlara sahib olmaq, istər qadın, istərsə də kişi olsun, hər kəsin ən böyük xəyalıdır. Bəlkə də buna görə insanlar saça qulluğa çox böyük əhəmiyyət verir. Qadınlar da, kişilər də saçlarının daha gözəl və baxımlı görünə bilməsi üçün müxtəlif müalicələr, maskalar tətbiq edirlər. Əslində, bu saçlarınızı daha canlı və baxımlı olması üçün tətbiq etdiyiniz müalicələrdən əlavə diqqət etməniz lazım olan ən əhəmiyyətli nöqtə saçlarınızı nə tezlikdə yumanızın lazım olmasıdır. Saç baxımında ən əhəmiyyətli saçların təmizliyidir. Lakin saçlarınızı təmiz edə bilmək üçün hər gün saç yumaq saçlarınızın yağlanılmasına səbəb olar. Saçlarınızı nə qədər çox yusanız, saçlarınız o qədər tez yağlanılacaq. Çünki saç yuma əməliyyatları saç diblərindəki yağ hüceyrələrini fəallaşdırır, saçların daha tez yağlanılmasına səbəb olur.
Saçların yağlanması əslində düşünüldüyü kimi çox zərərli və pis bir hadisə deyil. Yağ saçları bəsləyir və daha tez uzanmasını təmin edir. Buna görə saçlarınızın diblərində olan yağları dərhal yox etməyə çalışmayın. Yuduğunuz saçı mümkün olduğunca uzun müddət istifadə etməyə diqqət edin. Mütəxəssislər, saçın hər gün yuyulmasının zərərli olduğunun vurğulayır. Hər gün saç yumaq saçınızın tarazlığına təsir edəcək və saç tökülmələrinə səbəb olacaq. Buna görə saçlarınızı müəyyən fasilələr ilə, nizamlı olaraq yumanızda fayda vardır.
Saç tökülmələrini artıran ünsürlərin əvvəlində tez-tez saç yumaq və saçları daramaq gəlir. Qoparaq tökülmələrin 60%-ninn səbəbi tez-tez saç daramaqdır. Bir çox adam saçlarındakı yağlanmadan xilas olmaq üçün saçlarını tez-tez yuyarlar. Bu tamamilə səhv bir tətbiqdir. Tez-tez saç yumaq saçlarınızın daha tez yağlanılmasına və gücdən düşməsinə səbəb olur. Mütəxəssislər, "Saçı tez-tez yumaq doğru deyil. Yağdan təmizlənilməsi üçün saçın hər gün yuyulması dəridə təxribata və qaşınmağa yol aça bilər" deyərək xəbərdarlıq edir. Həm də yuma əməliyyatı zamanı edilən ən böyük səhv, saç diblərinin daha təmiz ola bilməsi üçün qaşıyaraq saç dərisinə zərər verilməsidir. Bu şəkildə yuyunan saçlarda həddindən artıq saç tökülməsi və kəpəklənmə problemləri görülür. Həmçinin saç diblərini dırnaqlarınızla qaşıyaraq yumaq saç dərisi xəstəliklərinə və egzama kimi ciddi dəri problemlərinə səbəb olar. Bundan əlavə saçları tez-tez yumaq saç diblərini zədələyər və quruluqla əlaqədar olaraq qaşıntıya səbəb olar.
Doğru bildiyiniz səhvlərin doğrularını öyrənərək saçlarınızı xüsusi bir qulluqla təbii tuta bilərsiniz.
Qeyd etdiyim kimi, saçları tez-tez yumaq yağlanmasına səbəb ola bilər. Təbii bu hər saç tipi üçün eyni deyil. Düz və incə telli saçlar hər gün yuyulmadığı halda çox yağlı görünə bilər, buna görə bu tip saçlara sahib qadınların saçlarını hər gün yumalarından başqa çarələri yoxdur. Digər saç tiplərinə sahib qadınların isə həftədə iki ya da üç dəfə yumaları kafi olacaq. Ancaq burada istifadə etdiyiniz şampunun da təsiri böyükdür. Müxtəlif saç tiplərinə görə çıxarılan fərqli şampunlar vardır.
Saçlar hansı tezliklə yuyulmalıdır?
Bir çox adam şampunların saçlı dərisini deyil, saçları yuduğunu düşünür. Əslində, şampunlar saçın dərinisini təmizləmək və saçın sağlamlığını qorumaq üçün istehsal edilmişdir.. Bunun üçün, şampun seçimi saçın dərisinə görə edilməlidir.
Saçlarınızı hər gün yuyacaqsınızsa hər gün istifadə edilən çox yumşaq bir şampunla birlikdə, həftədə bir istifadə etmək üzrə dərini təmizləyici xüsusiyyəti olan bir şampun istifadə etməlisiniz. Saçların yuyulması üçün istifadə edilən sabunların və şampunların əsasını asan həll edilə bilən xüsusiyyətə malik yağ əridici bir maddə meydana gətirir. Şampunlara ayrıca qoxu, rəng və sıxlaşdırıcı maddələr əlavə olunur. Saçları tez-tez yuduqda bu əlavə maddələr saçın dərisindədə qaşıntıya səbəb olur.
Saçları hər gün yumaq niyə saçın yağlanmasına səbəb olur?
Saç dərisi xarici təsirlərdən qoruna bilmək üçün bir miqdar yağa ehtiyac duyur. Tez-tez yuyaraq bu yağın meydana gəlməsinə maneə törətdikcə dəri daha çox yağ ifraz etmə ehtiyacı hiss edir. Hər gün yuma vəziyyətlərində bədən yağ tarazlığını qoruya bilmək üçün baş dərisində yağlanılma sürətini artırır. Normal olaraq saçı iki gündən bir yuyun. Həm də saçın yağlanmasının qarşısını almaq üçün gicitkən otu çayı içilməsini məsləhətlidir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ramazan ayının 9-cu günüdür
Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 3942 yeni yoluxma
Azərbaycanda hərbi çağırışla bağlı YENİLİK
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Fransız sayağı şorba (foto resept)
Yeni “AntiCOVID sistemi” təqdim olunub - VİDEO
Qadınlar üçün Ən Təhlükəli 10 Ölkə
Kartof yığımı ötən ilə nisbətən artıb
Çaylarımızda su aşıb-daşdı
Körpənizə balqabaq püresi yedizdirin
"Gəlincik" tortlar
Azərbaycanda üçəm doğuldu!-FOTO
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Ömrünüzü uzadın
Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.
"Ermənistan-Türkiyə əlaqələrinin normallaşması..."
Bu bakteriyaya qarşı antibiotik tapılmır
Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir -VIDEO
İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...
Ərdoğan Davudoğlunun yerinə kimi gətirəcək?
Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu
Sadə bantın hazırlanması
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Boksçularımız Rusiyada rinqə çıxacaqlar
Zövqlü don modelləri
Bu da uçan avtomobil
Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO
Burak Özçivit "Diriliş Osman" serialına çəkilir-FOTO
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
BÜRCLƏR bizə nə vəd edir?-23 Mart
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
"Güzəşt həmişə mümkündür"
Sıla Ziynet Salı ilə barışdı
Uşaqlarda özünə inam
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
İlham Əliyev: Bakı mənim üçün ən gözəl şəhərdir
Ərdoğana Don Kixot dedilər
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
Bu sezonun 4 trendi
Ana südünü artıran içkilər
Keti Perri şahzadə Çarlz haqqında bunları dedi
Yanğının səbəb olduğu fəlakət
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Bu gün əsl yay havası olacaq
Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
Aktrisanın əməliyyatdan əvvəlki FOTOsu GÜNDƏM Oldu
İpoteka şərtləri dəyişir
Yer kürəsi 6 gün qaranlıqda qalacaq
- ŞƏRHLƏR