Bakıda hava +26°
USD 1.0479 AZN
EUR 1.1805 AZN
14:46Dəniz84 Salam Qadın netin dəyərli xanımları, xoş gördük. 14:35Xəyalə Murad Xoş gördük sizləri) 11:20Mələksima Salam xanımlar necəsiniz mən gəldim sayta artıq
35111

Vitiliqo xəstəliyi (dərinin ağarması)

Vitiliqo xəstəliyi (dərinin ağarması)

Vitiliqo, pigment itkisi ilə əlaqədar dəridə ağ, yamaq tərzində ləkələrlə özünü büruzə verən bir dəri xəstəliyidir. Bədənin hər hansı bir hissəsində özünü göstərə bilər. Ən çox   vitiliqonun yayıldığı sahələr: üz, dodaqlar, əllər, qollar, ayaqar və genital bölgələrdir.Yüz adamın 1,2 -sində bu xəstəlik olur. Xəstəlik, ümumiyyətlə 20 yaşdan əvvəl başlar. 1/5 xəstədə ailəvi xəstəlikdir. Vitiliqolu xəstələrin çoxunun ümumi sağlamlıq vəziyyəti yaxşıdır.

Dəri, saç, və göz rəngini təyin edən melanin pigmentidir.Melanosit deyilən hüceyrələrdə istehsal edilir.Əgər bu hüceyrələr ölsə və ya melanin hazırlaya bilməsə dəri rəngi açılır və ya tamamilə ağ olur.  

Vitiliqoya səbəb nədir?

Vitiliqo, dərinin melanosit hüceyrələrinin itkisinin nəticəsidir. Bunun səbəbi naməlumdur. 4 tipi vardır: Xallar halında, yayılan,  universal (bütün bədəndə), Halo Nevus.

Vitiliqo necə inkişaf edir?

Xəstəliyin yayılması və şiddəti hər insanda bir cür olur.Açıq dərili  insanlarda,  vitiliqolu sahələr ilə normal dəri arasındakı rəng fərqini ya birbaşa, ya da qaralmadan sonra hiss edilir.Əsmər insanlanlarda vitiliqo il boyunca daha asan görünür. Məşhur vitiliqo, bəzən bütün bədəndə pigment itkisinə səbəb ola bilər. Nə qədər pigment itkisi olacağını əvvəldən bilmək çətindir. Tipik vitiliqo, süd ağı rəngdə özünü göstərir. Vitiliqo sahəsində pigment kölgələri və ya sahənin ətrafında tünd rəngli halqa ola bilər. 

Vitiliqo, ümumiyyətlə sürətli pigment itkisiylə başlar. Pigment itkisi dövrünü daha sonra, pigmentin dəyişmədiyi dövrlər əvəz edir. Bu period sonsuza qədər davam edə bilər. Vitiliqo xəstələrində dəri rənginin özbaşına geri dönməsi nadirdir. Artıq vitiliqosu olmayacağına inanan xəstələrin, əslində bütün pigmentləri itmiş olur və dərilərində ziddlik yaradan sahə qalmır. Bədənlərində tək rəng olur, ancaq vitiligoları davam edir.

Vitiliqo necə müalicə edilər?

Bəzən vitiliqo üçün ən yaxşı müalicə, heç müalicə etməməkdir.Açıq rəngli kəslərdə qaralmaqdan yayınmaq, dəridə ziddlik meydana gəlməsinin qarşısını alır. Vitiliqolu sahənin günəşə olan təbii müdafiəsi itmişdir.Bu sahələrdə asanlıqla günəş yanığı ola bilər. Buna görə, ən az 15 faktorlu bir günəş qoruyucusu istifadə edilməlidir.Günəşdən qorunmalıdır.Vitiliqonu makiyaj və ya boyalarla örtmək etibarlı və asan bir üsuldur.Suya dayanıqlı kosmetikalar, az qala hər dəri tipi üçün mövcuddur.Həm də qaraldıcı mürəkkəblər də mövcuddur. Bunlar, dihidroksi aston deyilən bir kimyəvi maddə tərkiblidir və dəriyə əsmər rəng qata bilmək üçün melanositlere ehtiyac duymur. Ancaq bunlar xəstəliyi yaxşılaşdırmır.Yalnız görünüşü düzəldir.Döymələr də kiçik vitiliqo sahəsində mikropigmentasyona kömək ola bilər. Vitiliqonun müalicəsi, ya normal dəri rənginə dönüş (repigmentasyon), ya da az miqdarda qalmış normal rəngdəki sahələrin rəngini açmaq (depigmentasyon ) şəklində ola bilər. Repigmentasyon metodlarının heç biri qalıcı deyil. 

 

1. Topikal kortikosteroid: Kortikosteroid tərkibli kremlər, kiçik vitiliqolu sahələrin rənginin geri dönməsində təsirlidir. Bu üsul, digər müalicələrlə birlikdə də tətbiq oluna bilər. Ancaq, bu kremlərin, dərini naziltmə kimi əks təsirləri vardır və həkim nəzarətində istifadə edilməlidirlər. 

 

Vitiliqo xəstəliyi (dərinin ağarması)

 

2. PUVA müalicəsi: Psoralen adında bir maddə istifadə edilir. Bu, dərini işığa həssas edir. Sonra dəri, xüsusi bir tip UV işığına məruz qoyulur.Xüsusi bir tibbi təchizat lazımdır. Əgər vitiliqo məhdud bir sahədədirsə, UVA müalicəsindən əvvəl psoralen yalnız dəriyə tətbiq oluna bilər. Ancaq, ümumiyyətlə həb olaraq ağıza verilir.PUVA ilə müalicədə üz, bədən, qol və ayaqların bədənə yaxın qisimlərində köhnə dəri rənginin qazanılma ehtimalı 50-70%-dir. Əl və ayaqlar zəif cavab verir. Ümumiyyətlə, 1 il boyunca həftədə 2 dəfə müalicə lazımdır. PUVA-in günəş yanığına bənzər reaksiya meydana gətirməsinə sıx rast gəlinir. Uzun dövrdə istifadə edildik, dəridə çillənmə görülə bilər və dəri xərçəngi riskini artırar.Psoralen, gözləri də işığa daha həssas etdiyi üçün PUVA bloka edici günəş eynəyi günbatana qədər istifadə edilməlidir. Beləliklə katarakta meydana gəlmə riski azalır. PUVA, 12 yaşından az uşaqlarda, hamilələrdə, süd əmizdirən analarda və ya müəyyən bəzi vəziyyətlərdə (dərman istifadəsi, xəstəlik) tətbiq olunmur.

Qreftləmə:

Normal dəri sahəsinin vitiliqolu sahəyə transferi yalnız  bəzi mərkəzlərdə və müəyyən bir qrup xəstədə edilə bilər. Ümumiyyətlə, müalicə edilən sahələrdə rəng tamamilə geri dönməz.

Depigmentasiya müalicəsi:

Vitiliqosu çox yayılan xəstələr üçün ən praktik üsul, qalan pigmentli sahənin rənginin açılıb bütün bədənə eyni rəngin qazandırılmasıdır. Bu, hidrokinonların monobenzil efir forması ilə təmin edilə bilər. Bu müalicə təxminən bir il davam edir. Nəticə qalıcıdır.

Uşaqlarda vitiliqonun müalicəsi:

Uşaqlar üçün ümumiyyətlə çox sıx müalicələr təklif edilmir .Günəşdən qoruyucular və makiyaj ən yaxşı üsuldur. Kortikosteroidli məlhəmlər istifadə edilə bilər, ancaq idarəli olmalıdır.12 yaşa qədər PUVA təklif edilmir.Yenə də fayda və zərəri müqayisə edilərək qərar verilməlidir.

Vitiliqo tamamilə müalicə edilə bilərmi?

Araşdırmalar davam edir və yeni müalicələrin inkişaf edəcəyi ümid edilir.

Səslərin sayı: 20
76
8510
Şərhlər
Offline
GÜNƏŞ
MƏNİM QRUP YOLDAŞMDA DA VAR ƏLLƏRİNDƏ ALLAH HƏR KƏSİN KÖMƏYİ OLSUN QRUP YOLDAŞIM DEYİR SÜRTMƏDİYİM DƏRMAN GETMƏDİYİM HƏKİM QALMAYIB MÜALİCƏSİ YOXDU
16 mart 2013 16:23
Offline
MELEYIM
Meleyim xahish etsem o resepti eminin yoldashindan oyrenib bu yazida paylasha bilersen? bu xesteliyi olanlar etsin belke sagaldilar, sene de savab dusher

soruwaram bacim tapsam elbetdeki yazaram sene.elave edersen xebere.axwam soruwaram ondan
16 mart 2013 16:14
Offline
Rabia
yoldasimin qardasindada var bu xestelik,,8 ildi uje,,,Allah komey olsun bu xestelerimize,
16 mart 2013 14:44
Offline
Gül Dərişova
ALLAH RAZI OLSUN ETRAFIMDA BELE INSANLAR VAR ANCAQ BU HAQDA HECNE BILMIRDIM give_ros
16 mart 2013 14:08
Offline
Endless Love-Gulare

MELEYIM
Allah gostermesin Allah komek olsun bele xestelere.menim emioglundada var idi ama teze bawlamiwdi cox az idi mamasi hansisa bir jurnaldan resept goturmuwdu o dermani ozu dezeltmiwdi Wukur Allaha ki kecdi getdi sagaldi.tewekkurler bacim xebere gore.


Meleyim xahish etsem o resepti eminin yoldashindan oyrenib bu yazida paylasha bilersen? bu xesteliyi olanlar etsin belke sagaldilar, sene de savab dusher
16 mart 2013 13:57
Offline
vafli-qiz
allah komek olsun bu xesteliye tutulanlara
16 mart 2013 13:55
Offline
Endless Love-Gulare

ReVuŞ
20yasında baslama meselesi düz deyil.Qonsumuzda 1 qız var idi 15yasınnan baslamısdı.Anası deyırdıkı neslillerinde ilk budu bu xestelikle.Bide qohummuz var 20 25ildiki bu xesteliyi var helede bedeni üzü qolları bir rengde olmuyub.

Revush indi xestelikler cavanlashib ye ni meselen evvel xerceng xesteliyi 30-40 yashinda insanlarda olurdusa indi 7 yashinda ushaqda olur, qonshu qizi da yeqin erken bu xesteliye tutulub
16 mart 2013 13:49
Offline
Ceylan Mumoğlu
•●๑۩ Endless Love ۩๑●•,
Ceylan xanim facebook-da bir xanimda deride ag lekeler oldugunu soylemishdi, men de onu arashdirarken bu xestelikden shubhelendim ve melumatlari sizlerle bolushdum,

Təşəkkür edirik paylaşma üçün.Xanıma da gərəkli olacaq.
Belə bir xəbər 2009-cu il arxiv xəbərlərim içərisində var idi,amma az məlumatlı idi,onu silmişdim.Sizin xəbər geniş əhatəli oldu.Portalımız üçün belə daha uyğundur. fellow
16 mart 2013 13:44
Offline
Endless Love-Gulare

Ceylan Mumoglu
Zəncilərin dərilərində qəribə görünür bu xəstəlik.Ağ rənglə qaranın harmoniyası.
Müalicəsiz xəstəlik olduğu üçün insanları qorxudur.
Səhv etmirəmsə,müğənni Maykl Cekson da bu xəstəlikdən əziyyət çəkirdi.

Ceylan xanim facebook-da bir xanimda deride ag lekeler oldugunu soylemishdi, men de onu arashdirarken bu xestelikden shubhelendim ve melumatlari sizlerle bolushdum,
Beli Maykl Ceksonda bu xestelikden var idi
16 mart 2013 13:23
Offline
Nermin Nebibeyli
mənim bildiyimə gör o dərinin hansı hissəsində piqment azdısa o yerə düşür.. başda da hansı tərəfə düşürsə o yerdən ağ tüklər çıxır.. mənim oxuduğum liseydə 1 qız var idi bax o qız da bu xəstəlilə doğulmuşdu.. Allah kömək olsun... what
16 mart 2013 13:10
Offline
Endless Love-Gulare
Fatma xanim indi xatirladim dayinevesinde qizda bir gozunun kenarinda var bu xestelik,amma onu dayandiriblar artiq artmir

16 mart 2013 13:04
Offline
Nigar
Allah sefa versin cemi xestelere amin alim bacim cox sagol gozel ve deyerli xeberlere gore give_ros
16 mart 2013 12:36
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Ruhəngiz
ALLAH kömək olsun cəmi xəstələrə.Dayımın qudasını ilk dəfə görəndə dedim ay ALLAH bu adam üzünə nə qədər ağardıcı,pudra çəkib.Sonra eşitdim ki belə xəstədi.Pis oldum ki belə demişəm.Təşəkkürlər bacım məlumatım yox idi.
16 mart 2013 11:30
imza: Qulun dili doğru olmadıqca ürəyi doğru olmaz.Ürəyi doğru olmadıqca da imanı doğru olmaz.
Offline
Ceylan Mumoğlu
Zəncilərin dərilərində qəribə görünür bu xəstəlik.Ağ rənglə qaranın harmoniyası.
Müalicəsiz xəstəlik olduğu üçün insanları qorxudur.
Səhv etmirəmsə,müğənni Maykl Cekson da bu xəstəlikdən əziyyət çəkirdi.
16 mart 2013 11:28
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Allah hec kimin başina getirmesin ureyim agridi eee lap
16 mart 2013 11:23
Offline
Fatma xanım
Allah heç kimə göstərməsin müzlicə olmayan xəstəlikdi
Evrovijinə secilən olğlanın da var bu xəstəlikdən gözlərinin ətrafında var
16 mart 2013 11:21
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
GÜLÇİN
Allah göstərməsin heç kimə.
16 mart 2013 11:14
Offline
♥ TƏRİŞ .H. ♥
Allah şəfa versin.
16 mart 2013 10:53
Offline
Sumeyya Ummu Ali
ALlah uzag etsin demeyin eziz xanimlar.axi hec birimiz xeberdar deyilik sabah basimiza ne gelecek.ALllsah komekleri olsun bu xestelerin.Allah sebr versin
16 mart 2013 10:43
imza: Dedim Ilahi hamidan qelbim kusub.DEDI:hetta menden bele? Dedim Ilahi niye bele uzaqsan? DEDI:sen ya men? Dedim Ilahi tek tenhayam.DEDI:mendende tenha?Dedim Ilahim komek istedim.DEDI:menden qeyrisinden?Dedim Ilahi seni cox sevirem.DEDI:men seni sevdiyimdende cox?
Offline
Incim.
Allah uzaq etsin.bu xesteliye yoluxanlarinda Allah yardimcisi olsun Amin
16 mart 2013 10:34
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • 21:33 - Müəllif: Nəzrin
    Kartof Frii (foto resept) (19)

    Kartof Frii (foto resept)

    Men etdim amma nese istediyim kimi qizarmadi adi kartof oldu siz dediyiniz kimi yagli kagiz yumurtlari canina cekdi cixartdim 8deqiqden sonra amma istediyim kimi olmadi cox qurudu .Belke men 1yumurta agi vurdum ondan di ilk defe ucun bele etdim gelen defe 2dene ederem coox sagolun resept ucun sizin reseptleri beyenirem ozunuz edub sora teqdim edirsiz yeqin men nese duz etmemisem .Tesekkurler)
  • Yoram Kanyukun “Adamın dirilməsi” romanı haqda

    Bir növ "Mauqli" və ya "Tarzan"a bənzədi süjet xətti.Sadəcə başqa formada.Təşəkkürlər,Aqat_Kris.
  • 21:15 - Müəllif: ●♥ Səma ♥●
    Dejavyu (4)

    Dejavyu

    Məndə belə olur:nəyisə bir şeyi edirəm və ya deyirəm.Amma elə o an hiss edirəm ki,mən bunu etmişəm.Bunun adini indi öyrəndim.Təşəkkürlər,maraqlı mövzu oldu.
  • Həyəcan siqnalı verən bitkilər

    bitki ona kömək edən böcəyi özünə cəlb etmək üçün uçan xüsusiyyəti olan kimyəvi maddəni necə istehsal edir? Hələ soruşulmalı olan bir çox sualdan bitkinin özünün belə ağla və şüura sahib olmadığı cavabını alırıq. Şübhəsiz ki, təbii beyni belə olmayan bir bitkinin problem həll etməsi, bir kimyaçı kimi maddələri təhlil etməsi, hətta istehsal etməsi mümkün deyil. Şübhəsiz dolaylı olaraq bir düşməni tələyə salmaq üstün ağlın işidir. Bu ağıl bitkini qüsursuz xüsusiyyətlərlə yaradan və özünü qorumaq üçün nələr etməli olduğunu ona ilham edən Allah`a iddir.Allah nə yaradıbsa,mükəmməl yaradıb.
  • 21:05 - Müəllif: ●♥ Səma ♥●
    Dumanlar kəsdi (4)

    Dumanlar kəsdi

    İnsan ümmanında mən tənha gəmi,....Tam mənlik sətir...Təşəkkürlər.
  • Sizi güclü edəcək 7 qəddar həqiqət (2)

    Əgər həyatınızda dəyişiklik istəyirsinizsə, buna özünüz səy göstərməlisiniz.
  • Sizi güclü edəcək 7 qəddar həqiqət (2)

    Aida M-ova,Xəyalə Murad,Dəniz84,Ellada Babayeva,MAYA EL,Şərh yazan hər bir xanımın daxilində doğurdan da zənn etdiklərindən də çox potensial mövcuddur, istəsələr daha çox edə bilərlər. Müşahidəmə görə keçən illərə baxanda dəyişiklik çoxdur.
  • Qaynadılmış armud (foto resept)

    HeyaT GozelmisH,Çox sağ ol canımSevil Babayeva,Təşəkkürlər
  • 20:19 - Müəllif: MAYA EL
    Kartof Frii (foto resept) (19)

    Kartof Frii (foto resept)

     Mehriban,TəşəkkürlərSevil Babayeva,Çox təşəkkür edirəmHeyaT GozelmisH,İnşallah hazırlayıb nuş edərsiz
  • 20:12 - Müəllif: HeyaT GozelmisH
    Kartof Frii (foto resept) (19)

    Kartof Frii (foto resept)

    Usaqların sevimli yeməyi...
Ən çox oxunulanlar
Hansı TV kanalları izləyirsiniz?
Azərbaycan
Türkiyə
Rusiya
Müxtəlif
İzləməyə vaxt yoxdur!
Televizoru satmışıq ))