Bakıda hava +12°
USD 0.7843 AZN
EUR 1.0005 AZN
01:05NazNaz Geceniz xeyir Sabina harda qaldın gelde dayy
28846

Estetik burun əməliyyatı

Estetik burun əməliyyatı
Estetik burun əməliyyatı hansı hallarda olunur?

Burun ucları daha böyük, burun kürəyində çıxıntı olan hallarda estetik burun əməliyyatı lazım ola bilər.Bəzən də insanların burunları çox yuxarıdan başlaya bilər, bu da burunda gözəl görünüş yaratmır, xüsusilə xanımlar bu problemdən daha çox əziyyət çəkirlər.
Əsasən,burunlar çox geniş ola bilir, əyriliklər,keçirilmiş əməliyyatdan məmnun qalmayanlar da buraya daxildir.
Bu əməliyyat çətin bir əməliyyatdır, diqqətli və problemləri olan bir əməliyyatdır.Burun quruluşu etibarı ile qarışıq bir orqandır, içərisində qığırdaqlar,sümüklər, böyük boşluqlar var.Bir tərəfdən də nəfəs alma kimi çox əhəmiyyətli bir funksiyası var.Bununla bərabər, estetik olaraq bədənin ən əhəmiyyətli yerində qərar tutar. Ona görə də,edilən kiçik bir səhv dərhal gözə dəyir.Amma yaxşı əməliyyat edildiyində,çox təbii və müsbət nəticələr alınır.
Ona görə də cərrahınızı diqqətlə seçməyiniz lazımdır.

Burun estetik əməliyyatı mütləq ümumi narkoz altında edilməsi lazım olan bir əməliyyatdır. Əgər lokal narkoz altında bu əməliyyatı keçirsəniz, bu həyatınız boyunca unuda bilməyəcəyiniz pis bir xatirə olaraq qalacaq. Əməliyyat zamanı mütləq yatmanız lazımdır, burunla əlaqədar ən kiçik əməliyyatda belə mütləq özünüzü yatırtdırın.


Estetik burun əməliyyatı

Ən çox soruşulan suallardan biridə bu olur: "Sümüklərimi qıracaqsınızmı?" Burun sümüyü qol sümüyü kimi qalın deyil,nazik kardona bənzəyir.Onu qırmaq yox,şəkil vermək lazımdır.Sümüyün üzlə birləşdiyi hissədə xüsusi cərrahi çəkiclərlə artıq sümüklər kəsilir.
Bu alətlərlə burunun müəyyən yerləri nazildilərək ,müəyyən yerlərinə şəkillər verilər. Bu əməliyyat çox incə bir əməliyyatdır.Qətiliklə gözünüzün önünə qorxunc bir əməliyyat görünüşü gəlməsin.
İstifadə edilən ümumi variantları yekunlaşdırmaq lazım olsa, bu variantlar ikiyə ayrılır: bunlardan biri bağlı,bir başqası da açıq burun əməliyyatlarıdır.Hansının doğru variant olduğu çox mübahisə edilən mövzudur.Bir qrup cərrah açıq burun əməliyyatı edərlər,başqa qrup isə yalnız bağlı burun əməliyyatına üstünlük verərlər.

 

Əməliyyatdan öncə və sonra şəkil çəkmə 

Estetik burun əməliyyatı

Əməliyyatdan əvvəl xəstənin fotoşəkillərini çəkilir.Bu fotoşəkilləri müəyyən standartlarda çəkmək lazımdır. Hər həkimin özünə xas fotoşəkil çəkmə texnikası vardır, amma təməl fotoşəkil tam yandan çəkilən fotoşəkildir. Bu xəstənin burun quruluşunu ən yaxşı göstərən burun fotoşəkilidir.
Şəkillər tam yandan çəkilir,öndən çəkilir, başqa fərqli bucaqlarla çəkilir . Ondan sonra çəkilən bu fotoşəkil kompüter ekranına qoyulur və xəstənin istədiyi burun şəklinə gətirilir. Burada istifadə edilən bu proqram plastik cərrahlar üçün hazırlanmış proqramdır.
Əməliyyat əvvəli xəstə qiymətləndirilərməsi çox əhəmiyyətlidir,bu,xəstə ilə birgə edilsə lap yaxşı olar. .
Çox sıx soruşulan suallardan biri də "kompüter mühitində hazırlanan burun nə qədər gerçəyə yaxın olacaq?" sualıdır.Səmimi söylənilərsə, proqramla düzəldilən burunla,əməliyyatdan sonrakı burun tam üst-üstə düşərsə,bu təsadüfdür.Ələbttə ki,ola bilməz.Amma çox oxşar burunlar alınır.Əməliyyat olunan burunda mütləq nəsə bir kiçik səhvlər ola bilər.Çünki,Şbu burundur,sümük-ətdir,dəmir deyil.
Estetik burun əməliyyatlarından yaxşı bir nəticə alına bilməsi yaxşı cərrah seçkisinə bağlıdır.

 

Burun əməliyyatıdakı çətinliklər

Estetik burun əməliyyatı

Əhəmiyyətli olan faktorlardan biri də, qalın dərili xəstələrdə tətbiq olunan üsulların bir az daha fərqli olmasıdır.Dərinin qalın olması anatomiyanı çox dəyişdirir və nəticədə burunda olunacaq dəyişiklərə maneə törədir.Amma burada da əməliyyat yaxşı edilsə çox gözəl nəticələr alına bilər.
Qalın bir dəri incə dəri arasında çox böyük fərqlər var. İdeal olan dəri əməliyyat baxımından baxıldığında dərinin nə çox qalın,nə də çox incə olmasıdır.Çox incə dərililərdə isə içəridə edilən çox minimal səhvlər çöldən görünür. Bu mövzuda bir az daha vasvası olmaq lazım gəlir,ümumiyyətlə, dərini daha da qalınlaşması üçün bir sıra tədbirlər görmək lazımdır.Orta qalınlıqdakı dərilərdə nəticələr daha asan alınır, səhvlər çox gözəl konsentrasiya olunur və yaradılan şəklin ortaya çıxması daha sürətli olur.
Bunların başqa, dərinin yağlı və quru olmasının bir problem yaratmır.Amma burnundan zərbə almış, qırılmış insanlarda işlər bir az daha çətinləşə bilir,çünki nə olduğunu tam olaraq bilmirsiniz. Burnu açdığınızda içəridə müəyyən qırıq xəttləri ilə qarşılaşa bilirsiniz.

 
Uğursuz burun əməliyyatı
Müvəffəqiyyətsiz keçirilmiş bir burun əməliyyatını anlamaq üçün plasitk cərrah olmağa ehtiyac yoxdur. Sıravi bir vətəndaş da, yolda yanından keçən, avtobusda yanına oturan bir insan da pis edilmiş burun əməliyyatlarını görə bilər. Bu şəkildə bir əməliyyat nəticəsi olan xəstələri təkrar əməliyyat etmək lazımdır.
Bir insanın ilk baxışda burun əməliyyatı keçirdiyi müəyyən olursa,deməli o insan uğurlu əməliyyat keçirməyib.Hər nə olursa olsun, gözəl, ya da çirkin, qətiliklə əməliyyat keçirdiyinizin müəyyən olmaması lazımdır.

Bəzi insanların burunlarında quruluş etibarı ilə, ya da doğum vaxtı aldığı zədələri var. Bu problemləri həll etdiyiniz və burna təbii bir görünüş verdiyiniz zaman bu əməliyyat son dərəcə müvəffəqiyyətli olmuş bir burun əməliyyatıdır.Başqa vəziyyətlər də var ki,burnun aşkar bir şəkildə əyri olması, hər kəsin " burnun necə də əyridir" deməsi təbii ki bir müvəffəqiyyətsizlik meyarı ola bilər. Bunu düzəltmək həqiqətdən də lazımdır.
Burun estetik əməliyyatlarda məqsəd mükəmməl bir burun meydana gətirmək deyil, daha yaxşı və daha düz bir burun şəklini yaratmaqdır. Burnu mükəmməl etməyə çalışdıqca, əməliyyat əsnasında da, sonrasında da,edilən işi daha da pisə aparar və nəticədə qaş düzəldən yerdə vurub göz çıxarmaq olar.Hər burnun, əməliyyat keçirilmiş və keçirilməmiş- bir yerində mütləq qüsur taparsınız. Burada əhəmiyyətli olan əsl məqsəd təbii və funksionallığı olan bir burun əldə etməkdir, onu da günümüzün texnikaları ilə rahatlıqla əldə etmək olar.

Əməliyyat qabağı nə etməlisiniz?
Əməliyyat qabağı gecədən 8 saatlıq bir aclıq lazımdır və səhər aç qarına xəstəxanaya gəlirsiniz. Sizə daha əvvəl hara və neçədə gələcəyiniz əlinizə yazılıb verilir.
Daha sonra sizi bir otağa çıxarırlar,paltarınızı geydirirlər və estetik cərrahınızla son bir danışma şansınız olur. Bu da çox əhəmiyyətlidir.Daha sonra sizə bir dərman verilir və siz yarı yuxulu bir şəkildə əməliyyata girirsiniz.
Əməliyyatlar 1 saatdan 2 saata qədər çəkir.


Əməliyyat sonrası nələr olur? 

Xəstə əməliyyatdan çıxdığında burnunun üzərində bir yapışqan və onunda üzərində bir gips olur. Əgər novlu silikon tampon istifadə olunubsa, dərhal nəfəs ala bilirlər. Az hallarda bənövşəyi rəng belə əməliyyatlarda olur Bu qaçınılmaz bir şeydir, xüsusilə sümüklərlə oynadıqda mütləq göz içlərində bənövşəyilik olur. Bənövşəyiliyin şiddəti həm əməliyyata, həm keyləşdirməyə, həm də xəstənin anatomiyasına bağlıdır.Bəzi insanların orqanizmi göyərməyə və şişməyə meylli ola bilir. Əməliyyatdan çıxdıqdan sonra ümumi ümumi keyləşdirmənin verdiyi narahatlıq, yüngül bulanma kimi vəziyyətləri 1 saatdan sonra itir. Çox ciddi bir ağrı olmaz, amma mütləq bir az da olsa baş ağrısı olmalıdır. Xəstələrə buz tətbiqi olunur, xəstəxanada yatmaq şərt deyil, amma ümumiyyətlə, xəstələrimə yatmalarını yaxşı olar. Bu şəkildə əməliyyat sonrası baxım üçün kömək almaq məcburiyyətində qalmırlar. Sabahısı gün xəstələr ümumiyyətlə, normal həyatlarına geri dönə bilirlər. Səhər qalxdığınızda bir nahar, ya da əgər canınız istəyirsə çölə çıxa bilərsiniz,gipsin üzərinə bir eynək taxa bilərsiniz, işə mütləq getməyim lazımdır deyirsinizsə, gedə bilərsiniz-bunda da bir qorxu yoxdur.

Siqaret çəkirsinizsə əməliyyatdan əvvəl də, sonra da, istifadə etmək lazım deyil.7 gündən sonra burun üzərində olan gips çıxarılır. Onu da çıxardıqdan sonra xəstə normal həyatına geri dönür. Bilinməsi lazım olan ən əhəmiyyətli şey budur ki, xəstənin burnu şişir, burnun əsl şəklinin ortaya çıxması isə təxmini olaraq 6 ay çəkir.Bu müddət ərzində xəstənin səbirlə gözləməsi lazımdır. İlk 2-3 həftə burunda həqiqətən çox böyük şişkinlik olur.

 

Estetik burun əməliyyatı

Buruna qoyulan tampon
Ediləcək olan estetik burun əməliyyatlarından sonra buruna tampon qoymaq şərt deyil, ancaq qoyulsa da heç bir problem olmaz.Xüsusilə, burunda çox ciddi bir əyrilik varsa, burun içərisində bir sıra əməliyyatlar keçirilibsə, nəfəs almağı maneə törədən sümüklər,çıxıntılar,hətta çox aşkar əyriliklər varsa,o zaman bir tampon qoyula bilər. Əslində bir çox insanın nəfəs yolları son dərəcə düzgündür və heç bir əməliyyat edilməsinə gərək olmur.
Burun əməliyyatlarında mümkün olduqca az dəyişiklik etmək ən doğru və ən fundamental şeydir.Bu zaman lazım olmadığından tampon qoymağa ümumiyyətlə çox səbəb olmur.Tampon qoyulan xəstələr əməliyyatdan çox rahat nəfəs alaraq çıxa bilir, çünki içərisində özündən dəliyi və ya kanalı olan silikon və ya süngər tamponlar istifadə olunur.
İndiki dövrdə istifadə olunan tamponlar çox keyfiyyətli tamponlardır,bunlar kiçikdirlər və içəriyə qoyulduğunda şişirlər, amma heç bir yerə ciddi bir ağrı vermirlər.Belə tamponları çıxarmaq da çox asan olur.


Səslərin sayı: 18
125
36489
Şərhlər
Offline
Eliyeva yaqut
Pulum olan kimi mutleq emeLiyyat edeceyem.
14 fevral 2013 01:42
Offline
nuray
kecen il menimde burnumu Vaqif hekim emeliyat eliyib.cox xosuma geldi:))))
30 yanvar 2013 15:46
Offline
Meka Aleskerova
Menim de burnumu 1 il evvel Dilqem doktor emeliyat eliyib.Emeliyata pis baxmiram,cox da gozel alinib.Inanin ki kompleksnen gezmeydense emeliyat olunmag daha yaxsidi winked
28 yanvar 2013 21:03
Offline
♥Röya♥
tesekkurler request
26 yanvar 2013 17:56
imza: "Xoşbəxt son" deyə bir şey yoxdur.Çünki bir şeydə "son"varsa orda xoşbəxtlik yoxdur.

♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥ ♥ஐ♥
Offline
LEQENDA.
Estetik emeliyyata hec de pis baxmiram.Gozellik qurban teleb edir,tewekkurler.
25 dekabr 2012 00:51
Online
Dəniz84
Mende belə problem yoxdur.Ancaq məcbur olsam belkə də etdirərdim.
2 dekabr 2012 23:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Belke bir gun...
menim de burnum siniiiiib no nefes almaqda cetinlik cekirem.men de emeliyyat etdirecem inshaallah.amma deyilene göre burda yaxshi elemirler,Bakida daha yaxshidir.
2 dekabr 2012 18:20
Offline
Yağmur damlası
sexsen buna pis baxmiram,cunki anadangelme,sonradan olma burunlarla bezen insanlar utanir.gulus hedefine cevirenler olu onlari.o zaman operasiya etdirib duzelsinler.bax bu lap yaxsidir.sag ol xeber ucun.
2 dekabr 2012 18:17
Offline
GÜLÇİN
Belə bir kompleksim yoxdur.Əgər ciddi estetik baxımdan olsaydı eləyərdim.Allahıma şükür sifət cizgilərim gözəldir.
22 noyabr 2012 19:29
Offline
V_E
MENIM BURUNUM UWAQLIQDAN SINIB BUNA GORE APRASIYA MUTLEQDIR INWALLAH YAXWI OLAR FIKRIMDE VAR

NEFES YOLLARIMDA CETINLIK CEKIREM request

TEWEKKURLER
15 noyabr 2012 19:24
Offline
...................
SAQ OLUN ALLAHA SUKUR EHTIYACIM NYOXDDUUUR lol
15 noyabr 2012 19:16
Offline
Gulya Lezginka
mende cooooooox isteyirem burun emeliyytai olum..inwALLAH qaldi yay fesline
15 noyabr 2012 19:13
Offline
narminka
Bir nece ay evvel refiqem emeliyyat olunub. Neticesini gorenden sonra men de eletdirmek fikrine dusmusem. Cox tebii alinib. Inshallah qish tetilinde planlasdiriram. Hekim Senan mEhdiyevdir.
El ishi cox seliqelidrir. Neticeleri FB - sehifesinde var.

https://www.facebook.com/pages/%D0%A0%D0%98%D0%9D%D0%9E%D0%9F%D0%9B%D0%90%D0%A1%
D0%A2%D0%98%D0%9A%D0%90-%D0%B2-%D0%91%D0%B0%D0%BA%D1%83/152022084842722
11 noyabr 2012 00:59
Offline
seva gulya
mende de prablem variydi artiq ceperde geceler yata bilmirdim sanki bogulurdum 2 ildi etdirmiwem super raziyam qorxulu hec ne yoxdu
6 noyabr 2012 12:40
Offline
ღ Nurşən Rzalı ღ
Şükür bele bir problemim yoxdu.Allah hamıya kömek olsun.
6 noyabr 2012 12:33
Offline
Kamailba
Mende bele prablem yoxdur.Amma mecbur olanda mence etmek olar.
6 noyabr 2012 12:23
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
ReVuŞ
bu yay toyuma qeder mende eletdirecem insallah Allah size komek olsun bunlari oxuyannan sonla lap ureklendim.
6 noyabr 2012 00:48
Offline
sobol
GulenaY,
MEN DE BU YAY ELETDIRMEK ISTEYIREM HEKIMININ ADI NEDI HARDA ISLEYIR DEYE BILERSEN?bir de deyirler ki emeliyatdan sonra texminen 6ayacan uzu uste yatmaq olmaz burnun formasi deyiser ancaq duz yatmaq lazimdir duzdu? belay
4 noyabr 2012 20:52
Offline
Gulshen_q
1-ci sekildeki qizin ele bil her yeri emeliyyat olub yalniz burnu deyil.O deqiqe hiss olunur ki, fotosopdu.Guya emeliyyat olunmus buruna diqqet cekmek isteyirler.Amma saci da, copurlasmis uzu de duzeldibler.Kimi aldadirlar?Inanmaq isteyenin de inami itir bu sekillere baxanda.
29 oktyabr 2012 20:36
Offline
Nazli.A( Kerim ve Medinem)
menim fikrimce Allah nece yaradibsa elede qalmalidir.
29 oktyabr 2012 20:33
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )