Musiqi ilə tullanma oyunu
Ailəliklə oynaya biləcəyiniz bu oyunda, oyunçular musiqi çalarkən tullanırlar. Musiqi dayandığında yerə oturub bardaş qurarlar. Bardaş qurmada sona qalan oyunçu oyundan çıxar. Təbii sizin uşağınıza yol göstərici olmanız, onun sürətinə uyğunlaşmanız lazımdır. Bu oyunu rəfiqələrinizin uşaqlarıyla öz uşağınız bir yerdə olarkən etmək daha əyləncəli olar.
Şpilka oyunu
Rəngli şpilkaları rənglərinə görə çoxluqlara ayırın. Hər bir çoxluqdan bir dənə götürüb uşağınıza verin. Ondan, əlindəki paltar şpilkaları aid olduğu rəng tipinin yanına qoymasını istəyin. Təbii bu əsnada rənglərin adlarını hər dəfə təkrarlamanız, öyrənməsi baxımından faydalı olacaq.
Oyuncaq gizlətmə
Oyuncaqları şkafda gizlədin, amma şkafın harasında gizlətdiyinizi göstərməyin. "Gəl, indi oyuncaqları tapaq" deyə onu oyuna daxil edin. O axtararkən rəfin üzərində tapa bilmədisə, "Rəfin üzərində deyilmiş demək" kimi təkrarlarla, alt-üst, var-yox kimi zidd anlayışları öyrənməsini təmin edə bilərsiniz
Heyvan səsləri oyunu
Oyuncaq heyvanların hamısını bir paketə qoyun. Sonra uşağınızdan torbadan bir dənə oyuncaq çıxartmasını istəyin. Götürdüyü heyvanın adını və hansı səsi çıxardığını birlikdə təkrarlayın. Eyni şəkildə heyvan səsləri sahəsində oynaya biləcəyiniz bir oyun daha var; bu da görərək deyil, eşidərək tapmağa aiddir. Bunun üçün heyvan səslərini audio kasete yazmaq lazımdır. Daha sonra ona dinlətdiyiniz heyvan səsinin hansı heyvana aid olduğunu tapmasını xahiş edin.
Aşbaz köməkçisi oyunu
Uşağınızın sizə mətbəxdə kömək etməsini istəyin. Hazır pudinq, fıstıqlı, əzməli buterbrodlar, ya da dondurulmuş meyvə şirəsi uşağınızın qarışdırma, sürmə və tökmə əməliyyatları əsnasında sizə köməkçi olması üçün son dərəcə əlverişlidir. Ona yemək reseptini, ya da istifadə təlimatlarını göstərin və bunları oxuyarkən sözləri barmağınızla işarə edin. İzləniləcək sıranı əvvəldən və əməliyyat əsnasında danışaraq ("Əvvəl bu südü tökəcəyik…") şəkildə ifadə edin.
Tərs çevrilmiş bir karton qutudan bir məktub qutusu edərək "poçtalyonçuluq" oynamaq. Qutunun üstündə zərfləri, ya da plomb torbalarını qoymağa əlverişli bir yarıq açın. Uşağınıza ailəsinə və yoldaşlarına məktub "yazma"ğı və bunları "məktub qutusu"na atmağı öyrədin. Əsl bir məktub qutusuna atmaq üçün sizə bir məktub yazdırması üsulunu da yoxlayın.
Uşağınızın ən xoşladığı hekayəni canlandırmaq. Uşağınızın əl altında olan hekayə kitabını yüksək səslə oxuyun. Evdə tapdığınız aksesuarları istifadə edərək birlikdə hekayəni canlandırın. Uşağınızın bu hekayədə keçən sözlərin bir çoxunu xatırlaması sizi çaşdıra bilər! "Əsl" hekayədəki hadisələr silsiləsinə möhkəmcə bağlı qalıb- qalmadığını anlamaq baxımından canlandırmada onun əsas olmasını təmin edin.
"Edəcəyimiz işlər" cədvəli hazırlamaq.
Uşağınızdan səhər və axşam nələr edəcəyini (ya da etməsi lazım olduğunu) izah etməsini istəyin. Bunları yazın. Öz başına cədvəli "oxuması" üçün şəkillər əlavə etmək üsulunu da yoxlayın. Bu prosesdə izlənilən sıranı və bəzilərini digərlərindən əvvəl ya da sonra edin (msələn yeməkdən sonra dişləri fırçalalamanın) səbəblərini danışın. Bu, uşağınızın bir günündə baş verən hadisələr arasındakı məntiqi əlaqələri anlamasına köməkçi olar.
Bir parad edin! Bir marş musiqisini çalın və uşağınızı çiyninizdə daşıyaraq evin içində hərəkət edin. Daha sonra onu yerə endirin və parada rəhbərlik etməsinə fürsət verin.
Başqa bir yetkin insanla birlikdə bir şalı ya da mini bir yaylığı uşağınızın başının yuxarısında tutun. Uşağınız ayaqüstə dayanarkən, ya da oturarkən, bunu yumşaqca qaldırıb endirin. Bir mahnı oxuyarkən, şalı yuxarıda tutaraq bir dairəvi şəkildə gedin.
Uşağınızın problem həll etmə və "qalxma və enmə" anlayışını ayırmaq bacarığını inkişaf etdirmək üçün aşağıdakı fəaliyyətləri təcrübədən keçirin:
"Qalxma və enmə" oyunu.
Uşağınızla aranızda məsafə saxlayın və bu məsafədə onun üstünə çıxıb-enə biləcəyi fərqli ölçülərdə taburetlər, alçaq bir dözümlü nərdivan, alçaq bir masa, bir divan döşəyi kimi dəyişik şeyləri sırayla düzün. Diqqətli bir nəzarət altında, uşağınızın bu parçaları dırmaşaraq aşması işini təmin edin. Bu məşğuliyyət əsnasında "qalx" və "en" istiqamətləndirmə sözlərini istifadə edin.
Bir xəzinə gizlətmə.
Uşağınızın oyun sahəsində xüsusi bir obyekti gizlədin. Baxaq, tapa biləcəkmi? Əvvəl, göz qarşısında olan bir yerdə gizlədin. Uşağınızın problem həll etmə bacarıqları daha yüksək səviyyəyə çıxdıqca, xəzinə ovunun çətinliyini yavaş yavaş artırın!
Aşağıdakı fikirləri uşağınızın problem həll etmə qabiliyyətini inkişaf etdirmək üçün təcrübədən keçirdə bilərsiniz:
Böyük bir qabın içini düyü, ya da digər dənli ərzaqla doldurun. Uşağınıza qaşıq və qablar verərək ərzağı bunun içinə doldurmasını istəyin. Bu fəaliyyət əl və göz koordinasiyası aid ediləcək çox gözəl bir məşqdir.
İçinə yerləşə biləcəksənmi? oyunu.
Bir neçə dənə böyük karton qutu tapın. Bir qismi uşağınızın sığa bilməyəcəyi qədər kiçik, bir neçəsi də sığacağı qədər böyük olsun. Uşağınız qutuya girərkən "Baxaq sığacaqsanmı?" deyərək sahəni fərqləndirmək qabiliyyətinin inkişafını təmin edə bilərsiniz.
"Yuxarı, aşağı" oynayın.
Onun sizə yuxarı tullan, aşağı tullan deməsini təmin edin. Sonra siz ona söyləyin. Düz dayan ya da diz çök, yavaş get, sürətli qaç kimi… Bu fəaliyyətlər uşağınızın inkişaf edən dil bacarığına köməkçi olar.
XƏBƏR LENTİ
Ağız qoxusunun qarşısını alan üsullar
Koronavirus bu tarixə qədər davam edəcək
Pankreatitin kəskinləşməsi
Kanadada 17 il sonra məktub tapıldı-FOTO
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Düzgün makiyaj üçün 20 qızıl qayda
Aleksandr Borodin
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
13 milyon adam ölə bilər
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
Pazllar ("İtmiş balıq Nemo")
İsrail yenə raket zərbələri endirdi
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili
Qadın.Net-lilərin ən dəyərli əşyaları(2)
"Bakı 2015"in rekord vuran idmançısı
BÜRCLƏR bizə nə vəd edir?-15 yanvar
Yeni "Kalaşnikov"lar gəlir
Ana südünü nə artırar?
Birləşən banklarda əmanətlərin taleyi necə olacaq?
Balqabaqlar əsər oldu
Disney qəhrəmanlarının həzin sonu
Dollarda növbəti bahalaşma
“Eşkiya dünyaya hükümdar olmaz”da yeni sima
Hava haqqında
Bal ilə gələn gözəllik
Gigi və Bella Hadidin başına Gözlənilməz İş Gəldi-FOTO
Kartof salatı
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Dəri geyimlər
ABŞ-dan Qarabağ çağırışı
Apple App Store yeni rekord vurdu
2011-ci ilin yeni gəlinlik modelləri
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
5 günə şəkəri həyatınızdan çıxarın
"Vur, komandir, vur!"
"İnqilabi" prosessor nüvəsi yaradılır
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu
Zamanın dayanmadan axdığına şahid olun
Pəhriz zamanı bu qidalardan uzaq durun
Dərdlərə dərman olan badımcan sapı
Günün ulduz falı - 14.09.2013
Sehirli uşaq kostyumları
Məktəblilər üçün düzgün qida menyusu
Məşhur model kökəldi-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
IV sinif dərsliklərinin taleyi nə olacaq?
- ŞƏRHLƏR