Arıqlamaq üçün bitki çaylarının dəmlənməsi çox vacibdir.Əgər bir paket hazır almısınızsa,düzgün dəmləyin.Belə çayları 80 dərəcə temperaturda 20 dəq dəmləmək lazımdır.Əgər suyun temperaturu 80 dərəcəni keçsə,onda yarpaqlardakı vitaminlər ölər və heç bir xeyri olmaz.20 dəq ona görə dəmlənməlidir ki,belə bitki çaylarının yarpaqları adi cay yarpağına nisbətən daha qalın olur.Çayı dəmləyən zaman üstünü qapayıb örtün.İçəndə isə ancaq və ancaq şəkərsiz için!
Zəifləmək üçün bitkiləri özünüz yığaraq qurutmaq istəyirsinizsə,bu şərtlərə əməl edin!Bitkiləri şəhərdə,yol kənarında ,maşın yolunun kənarlarından yığmayın.Çünki,belə bitkilərin tərkibi zərərli maddələrlə doludur.Yaxşı olar ki,şəhər mühitindən ayrılıb,kəndə,təmiz havası və suyu olan yerlərə baş çəkəsiniz.Bitkini toplarkən,kiçik və orta boylularını seçin.Yaşlılarını yığmayın.Bitkinin yarpaqlarını,gövdəsini və çiçəklərini istifadə edə bilərsiniz.Razyananı yaxşı olar ki,özünüz yığmayın.Hazır alın.
Zəifləmə çayları arıqladırmı?Bəli,arıqladır.Bəs necə arıqladır?
Belə çaylar insanı həmişə tox tutarlar,ya da metabolizmi sürətləndirərlər.İkisini bir yerdə də edə bilərlər.Erika,yaşıl çay,pırkal,zəncəfil və zəfəran çayları çox faydalı və arıqlamaq üçün istifadə olunan çaylardır.Pırkal çayı sizi yeməkdən çəkindirər və iştahı azaldar.Zəncəfil çayı metabolizmi sürətləndirər və yağ əmilməsini azaldar.Ağır və karbohidratlı yeməklərdən sonra mütləq zəncəfil çayı için."Beşi bir yerdə" qarışımlı çaylar da yaxşı təsir göstərir.Ancaq həmin çayları alarkən markasına və qiymətinə fikir verin.Əmin deyilsəniz,evdə özünüz düzəldə bilərsinz.Pırkal,yaşıl çay,rozmarin,kəklikotu və erika qarışdırmaqla bu qarışığı ala bilərsiniz.
Arıqlatma çayları haqqında faydalı məlumatlar
Bu çayların sirri çox bəsitdir.Onlar metabolizma prosesini sürətləndirir və beləcə də arıqladır.Metabolizma nədir?Metabolizma bizim yediyimiz yeməkləri enerjiyə çevirir.Biz isə o enerjini əgər hərəkət edib əritmiriksə,o bədənimizdə artıq yağlara yol açır.Ona görə də,hər bir insan pəhriz deyil,hərəkət etməlidir.Nə qədər çox yemək yeyirsinizsə,o qədər də çox hərəkət etməlisiniz.Biz yaşa dolduqca,metabolizma da yavaşıyır.Bunu dayandırmaq mümkün deyil,amma gənc yaşda metabolizma hazır olmamız lazımdır ki,bu proses yavaş sürətli olub sonradan piylənməyə yol açmasın.
Pırkal çayı ilə arıqlamaq
( Падуб-ruscası,mate türkcəsi)
Bu vasitə ən populyar vasitələrdən biridir.Bu çay insanı tox tutduğu üçün qədim zamanlarda Amerikada insanlar yemək tapmayanda bu çayı içərlərmiş ki,iştahları kəsilsin.Bu çay iştahı kəsir,sağlam və uzun yaşamaq şansı verir.Tərkibindəki vitaminlər və mineralllar bədəni gənc və sağlam edər.Sinir sistemini sakitləşdirir,qəhvə kimi təzyiq yüksəltmir,insanı həyəcanlandırmır.Səhər güclənmək üçün içəcəksənizsə,axşam da rahat yatmaqdan ötrü bu çayı istifadə edə bilərsiniz.
Zəncəfil ilə arıqlamaq
Zəncəfil insanı xərçəngdən qoruyur.Satışda zəncəfili toz halında,təzə və quru kök olaraq tapa bilərsiniz.Quru kökününü qaynadıb gözləyin.Bu bitki insanın mədə-bağırsaq sisteminə yaxşı təsir edir,metabolizmanı sürətləndirir,yağların əmilməsini zəiflədir.
Yaşıl çay ilə arıqlamaq
Yaşıl çayı gündə 4 fincan içsəniz kifayətdir.Bundan artıq həkimlər məsləhət görmürlər.Bu çay qəhvə kimi enerji verdiyinə görə yuxusuz qala bilərsiniz.Bir rəfiqəm belə arıqladı.Bir aya 20 kilo!O saat dörddən sonra heç nə yemədi və yaşıl çay içdi.Yaşıl çayın da yuxarıda sadalanan faydaları var.Qara çaya nisbətən daha çox vitamın var.Çayı şəkərsiz için,dad versin deyə, nanə və limon qata bilərsiniz.
Zəfəran ilə arıqlamaq
Zəfəran çayı daha faydalıdır.Ümumilikdə,bu çaya qarışıqlar qatırlar.Çobanyastığı çiçəyi(mikroblardan qoruyur),itburnu(C vitamini ilə təmin edir),nanə(sakitləşdirir),yaşıl çay(arıqladır) və s.Zəfəran immunitet sistemini gücləndidir və mədə-bağırsaq sisteminə yaxşı təsir edir.Sellüliti azaldır,bol C və B vitamınləri ilə bədəni təmin edər.Əsas özəlliyi yağ əmilməsini dayandırmasıdır.Amma hamilə qalmaq istəyən xanımlar bilməlidirlər ki,zəfərandan hər gün 3 qr yedinizsə,hamilə qalmayacaqsınız.Ona görə də buna fikir verin.Bu bitkini alarkən də çox diqqətli olmalısınız.Məhsul orijinal olmalıdır.
Rozmarin ilə arıqlamaq
(Розмарин-ruscası,bibəriyə-türkcəsi)
Rozmarin həqiqətən arıqladır.Niyə?Çünki,onun tərkibindəki maddələr insanı arıqladır.Bir neçə bitkini qarışdırdıqda necə fayda verirsə,rozmarinin də onun kimi faydası var.Metabolizmi sürətləndirir,ancaq pırkal kimi iştahı azaldar.Bu bitkinin ziyanı yoxdur,ancaq siz də sərhəddi aşmayın.Gündə 4-5 fincan için.Sadəcə çay kimi yox,həmçinin yağ kimi də işlədilir.Ət yeməkləri hazırlayarkən,rozmarin qatanda ətin dadını dəyişdirir.Rozmarin revmatizma,qan dövriyəsi,ishal,ağrılı aybaşı,qanazlığı,sidik kisəsi xəstəlikləri,başağrısı,qastrit,bronxit kimi xəstəliklərdə istifadə oluna bilər.Rozmarinin sidik çökdürücü və tərlədici özəllikləri var.Ancaq yenə də,beşi bir yerdə için.2 çay qaşığı rozmarin 1 fincan su ilə dəmlənir və 10 dəq gözlədilir.Gündə 2 fincan içə bilərsiniz.Yüksək təzyiqi olanlara,hamilələrə tövsiyə olunmur.Yağı ehtiyatla işlənməlidir,zəhərlənmə verə bilər.
Erika çayı ilə arıqlamaq
(Bереск обыкновенный-ruscası,funda,süpürgəotu-türkcəsi)
Erika da arıqlamaqdan ötrü çox faydalıdır.Amma onu tapmaq bir az çətindir.Hər vaxt satışda olmur.Erika həm arıqladır,həm də sağlamlıq üçün faydalıdır.Bu çayı 25 dəq dəmləmək lazımdır.Yarpaqları qəribə görünür,amma dadı xoşdur.Arıqlamaq üçün davamlı erika için.Ancaq beşi birində daha faydalı olacaq sizlər üçün.
Bütün bitki çaylarını aybaşı və hamilə vaxtı istifadə etmək olmaz!
XƏBƏR LENTİ
Saç tökülməsinə qarşı 3 bitki mənşəli həll
Festivala bir gün qaldı
10 dəqiqədə 10 min xərclədi-FOTO
Soyuqdəyməyə qarşı "şorba" (foto-resept)
Heydər məscidi müsəlman birliyini təsdiq edən simvoldur
68 yaşlı qadın ilk dəfə ana oldu - FOTO
Hamiləliyi riskə salan səbəblər
Bürclərin aciz olduğu xəstəliklər (2)
Ezgi Mola ərə gedir-FOTO
Məktəbi bitirməyənlərə fürsət
Quru maya maskası
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Toxumaq dərsi-7
Ebola necə yayılır
Bir yerdə idman edək-5
Ailə quracaq şəxslərə qadağa
Pinqvin salati (foto resept)
Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Polyaklar dilimizi öyrənəcəklər
"Oskar"da İLK: Quran ayəsi oxundu, məşhurlar alqışladılar
Ariana Grande yeni klipi ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ_VİDEO
İnsan bədəninə ziyan vuran ayaqqabılar
Ölümə meydan oxuyan model-FOTO
Yumurtalı pomidor dolması (foto-resept)
Cəhənnəm dəhşətini yaşamış insanlar
Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-16 Sentyabr
Hər birimiz Ermənistana zərbə vuraq!
Yun çırpdığı üçün dəlixanaya salınan azərbaycanlı
Quru saçlar üçün yumurta maskası
Göbələkli taco (foto-resept)
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
Bu ölkənin əhalisi 150 min azalıb
Erməni əsgərləri geyinməyə forma tapmır - FOTO
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik? - RƏSMİ AÇIQLAMA
Dağda ruhlarla danışdılar
LC Waikiki
Eşq
Yaponiyanın ən uzun müddətli Baş naziri
Pizza xəmiri (foto resept)
Vitaminlərin sirləri
Makiyaj etmədən gözəl görünməyin yolları
20 dəqiqəyə arıqla
Braziliya yığmasından rekord
Fərqli manikür nümunələri
Tanrıya yetərincə şükür edirikmi?
Məryəmin qızı ilə rəqsi 2 milyon izlənildi-VİDEO
Sezarın ölümü haqqında bilmədiklərimiz...
Vanna qəbulu
- ŞƏRHLƏR