Bakıda hava +26°
USD 0.7843 AZN
EUR 1.0560 AZN
22:54Minira Aslanzade Narinim Amin canim,AMIN! 22:43...Narın... Allah özü bütün darda olanlara kömək olsun İnşAllah. 22:10Ask Denizi:) Bilirsiniz menim de ele kefimm yoxduuu!!! 22:09Ask Denizi:) Minira Aslanzada niye kefiniz yoxdur jQuery1620015445410213813071_1406135336901? 21:21Lavinya ALLAH orucunuzu qebul etsin eziz qadin.netli bacilarim 17:32Minira Aslanzade Arzum yerne yetmedi 17:31Minira Aslanzade Bugun menim hec kefim yoxdu... 17:30Asi Yaemenim haralardasan niye gorunmursen?darixdim axi:( 16:51Asi Xanimlar Yasemenin niye gelmediyini bilen varmi? 16:25♥Aynişka Gülüm♥ Qadin.net-i sevirem!
26109

QAYNANALARA VƏ GƏLİNLƏRƏ...

QAYNANALARA VƏ GƏLİNLƏRƏ...


Qayınana - Gəlin problemlərinin tarixçəsi çox qədim dövrlərə söykənməkdədir.
Sevdikləri eyni kişinin gözündə əhəmiyyətli olma istəyi qayınanalar və gəlinlər arasında bitməz tükənməz çəkişmələr yaşanmasına gətirib çıxarmışdır. Qısqanclıq və bir-birilərini çəkə bilməməzlik zaman- zaman mərhələlərə çıxmış və iki qadının bir-birlərini üzmək üçün inanılmaz pisliklər etdikləri müşahidə edilmişdir. Nəticədə kim qazanar bu döyüşü?Heç birinin qazanmadığını söylərsək,yanılmarıq.Bu döyüşdə bir çox insanın canı yanar; ən başda hər iki qadının, arada əzilən yoldaşın, varsa uşaqların və bəzən də digər ailə fərdlərinin.

Bəs bu tarixi problemə heç həll tapıldımı? Ümumiyyətlə ailələrə baxdığımız zaman:
* Evliliyin başında: Qayınana agresif, güclü, xoşbəxt... Gəlin isə passiv, zərər çəkmiş və bədbəxt...
* Evliliyin ortalarında: Qaynana və gəlin bir-birinin ayaqlarına basmamağa çalışar. Aralarında gizli çəkişmə sürər amma görünüşdə razılaşmış görünərlər. Əgər gəlin bu vaxt güclənmişsə qayınana artıq geri çəkilməyə başlamışdır. Əgər qayınana hələ dominant isə gəlin görünüşdə diqqətlidir amma fürsəti tapınca da hücum etməkdən qaçınmaz. Gəlin artıq qayınanadan uzaqlaşar. Mümkün olduğu qədər onu da uzaqlaşdırmağa cəhd göstərər.
* Evliliyin yetkin dövründə: Artıq gəlin ağırlığını yaxşıca evdə hiss etdirər. Gəlin agressif və xoşbəxt (intiqam alan) qayınana əzilmiş və acı çəkən vəziyyətə gəlir.

Bəs bir-biri ilə dolanan gəlin-qaynana nümunələri yoxdurmu?

Təbii ki bir çox yaxşı dolanan, hətta ana-qız kimi olan qayınana-gəlin olmuşdur və vardır, olacaqdır da.Əgər həm qayınana ,həm gəlin qarşı tərəfin haqlı ola biləcəyi tərəfləri tapa bilsə, nə hiss etdiyini anlamağa çalışsa, özünü qarşı tərəfin yerinə qoya bilsə, hörmətli ola bilsə yaşanan problemlərə müəyyən nisbətdə həll çıxarıla bilər.

Gəlin birlikdə fərqli vəziyyətlərdəki gəlin və qaynanaların düşüncələrini incələyək�

Gəlinini problem edən bir qaynana nə düşünər?

"Bu uşağı mən doğmuşam, onu böyüdənə qədər min bir əziyyət çəkmişəm. Onun üçün canımı verərəm. Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Ona zərər verəcək şeylərə mane olmalıyam. Bu gəlin oğulumu əlimdən aldı. Oğulumu xəbərdar etməliyəm. Oğulumun yaxınında olmalıyam. Oğlum məni unutmasın. Mən bu qədər zaman oğlum üçün çalışdım, indi növbə oğlumda və gəlinimdə, onlar da məni xoşbəxt etsinlər və mənim arzularımı yerinə yetirsinlər. Hələ nəzarətin məndə olduğunu onlara göstərməliyəm.Oğulumun evi mənim evimdir.O,mənim oğlumdur!!!"

QAYNANALARA VƏ GƏLİNLƏRƏ...



Gəlinini problem etməyən bir qaynana nə düşünər?

"Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, öz həyatını yoldaşı ilə birlikdə davam etdirməsini istəyirəm. Oğlum mənim sahib olduğum bir mal deyil, varlığından xoşbəxt olduğum bir şəxsdir. Artıq öz ayaqlarının üzərində dayana bilir, başqa sözlə yoldaşından qorunmağa ehtiyacı yoxdur. Əlbəttə ki, yoldaşı ilə həyatı paylaşarkən problemləri də olacaq. Onlar bu vəziyyətdə birlikdə hərəkət edəcəklər və öz təcrübələrini qazanaraq birlikdə yaşamağı öyrənəcəklər. Mən araya əsla girməyəcəyəm. Əlbəttə ki, əgər gəlinimi də mənim qızım olaraq qəbul edəcəyəmsə, onunla səmimi bir əlaqə yaratmağa cəhd göstərməm lazımdır. Fərqliliklərini xoş görüb oğlumun yoldaşını dəyişdirməsini istəməyəcəyəm.Mənim və oğlumun yoldaşı arasında bir problem var isə bunu gəlinim ilə həll edəcəyəm, oğlumla deyil. Bir ehtiyacları olduğu zaman mən həmişə onlar üçün var olacağam, amma bu onların həyatlarına qarışmaq və ya istiqamətləndirmək mənasını daşımayacaq. Onlara hörmət etməyə və anlamğa səy göstərəcəyəm.�

Qaynananı problem edən gəlin nə düşünər?

Qaynanam evliliyimizin tək problemidir. Bu qadın hər mövzuda həyatımıza qarışır. Davamlı olaraq mənə nə etməm lazım olduğunu söyləyir. Oğluna xidmətçi tutmuş kimi davranır. Davamlı dedi-qodumu edir, orada burada məni insanlara pisləyir. Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir, bizi döyüşdürür. Oğulundan məni ayırmaq üçün əlindən gələni edir. Oğulu da onu susdurmur, məni müdafiə etmir. Ya anasını seçməli ya da məni. Bu qadın hər fürsətdə mənim səhvlərimi ortaya çıxarmaqla məşğul olur. Onun üzünü görmək bir tərəfə qalsın, səsini belə eşitməyə dözmək çətindir. Bu qadından necə xilas ola bilərəm Allahım? Nifrət edirəm, nə olardı sanki yox olsaydı. Uşaqlarımın bu qadının yanına getməsini istəmirəm.Qəti olaraq mənə qarşı uşaqlarımın başını doldurur. Evimə gəlməsini istəmirəm, əşyalarımı qarışdırmasından nifrət edirəm, evimi düzəltməyə qalxmasından və məni bacarıqsız kimi göstərməsini heç sevmirəm. Hələ də mətbəxə girib oğluna ən sevdiyi yeməkləri bişirməyə qalxması və oğlunun gözündə məni qeyri-kafi göstərməyə çalışması... Bu qadından nifrət edirəm..."

Qaynananı problem etməyən gəlin nə düşünər?

"O, mənim yoldaşımın anasıdır. Təbii ki, mənim anamdan fərqlidir. Onu olduğu kimi qəbul etməm lazımdır. Anlayışlı, səbirli və xoşgörüşlü olmalıyam. Bizim həyatımıza qarışmağa çalışdığı zaman gözəl bir dillə yoldaşımla birlikdə düşünüb qərar verdiyimizi söyləmək lazımdır. Davranışlarını fərdi qəbul etmək yerinə, oğlunu itirməkdən qorxan bir qadının çaxnaşması olaraq düşünüb anlamağa çalışmalıyam. Açıq və səmimi olmalıyam. Qaynanamın məni üzməsinə icazə verməyəcəyəm amma mən də qayınanamı üzmək üçün çalışmayacağam. Qayınanam ilə bir problemim var isə bunu mənim adıma yoldaşımın həll etməsini gözləməyəcəyəm. Yoldaşımı ikimizin arasına soxmayacağam .Yoldaşımın anasına hörmət edirəm və mümkün olduğunca razılaşmanın bir yolunu axtarıram..."

Bəli sevimli oxucular, Qayınana - Gəlin problemlərinin həqiqətən həlli var, bütün məsələ anlayışlı olmağı, münasibətlərə yaxşı niyyətlə yanaşmağı və hər şeydən əhəmiyyətlisi döyüşə girməməyi bacara bilməkdədir. Bunu bacara bilən bütün qayınanaları və gəlinləri təbrik edirəm, çünki həqiqətən də bacarılması deyildiyi qədər asan deyil.
Bütün qayınanalara və gəlinlərə hörmət, sevgi və anlayışa söykənən bir əlaqə qura bilmələri diləklərimlə�

Selcan_Xatun



Səslərin sayı: 13
63
5941
Şərhlər
Offline
Chichek
Qaynanam meni cox incitse de yoldasima demirem.Istemirem ikimizin arasinda qalsin
4 mart 2013 02:39
Offline
xatire abasova
allahima min sukurki qaynanamnan hecbir problemim yoxdur. 3 ildi gelinem mene ana kimidi. allah hamiya belesini qismet elesin.
22 fevral 2013 11:23
Offline
kristen_
Her wey oguldan asilidir.O evde nece munasibet yaradarsa ele de davam eder(qaynanayla bir yawayanlar).Men umumiyyetle hec vaxt deye bilmerem ki"her wey qaynanadadi,o problem yaradir".Gelindende cox wey aslidir.Ne bilim....Men qaynanama artiq soz desem mamamla,bibim 2gozumu bir dewikden cixardar vallah))))Ondan elavede hec ele wey elemerem.Adamin ustunde Allah var yaxwi qadindi axi hemde :)
10 fevral 2013 18:47
imza: Gözəl cümlələr lazımdı...Kirlənməmək lazımdı...Hiss edərək yaşamaq lazımdır ......

ALİYA STYLE!
Offline
PƏRVANƏ ƏLİYEVA......
qaynanamla aramiz yaxwidi..problemlerimizde olub..ama neynesemde yoldawimin anasidi..o oqlunu boyudub boya bawa catdirib pis cixmasin mena verib....men ona ne dya bilaramki sozunun qarwisinda..menimde anam var oda qaynanadi..ozumde qaynana olacam....birdeki gelini yaxwi gelin eliyen duwduyu evdi..bilmediyi bir weyi bawa salmaq lazimdi..her kes neyise kimnense oyrenir....gelin yaxwi gelin olaqki bizimde qismetimizde yaxwi gelinler olsun.. good ama onu deyimki qaynanama mama demirem..adamin bir mamasi bir papasi olar..olarinda yerini hec kas vermaz..cox saqolun CEYLAN xanim..cox maraqli idi..


Yağmur damlası
Gozel xeberdir,men de qaynanamla yasayiram,cetin insan oldugu qeder de yaxsi terefleri var,o uzden pislikleri yaxsiya qurban verib yasayiram.


Qerenfil Meftun
men ozymde qaynanayam 2gelinim var onlari qizim kimi sevirem mence geline pis desen pis olar yaxshi desen yaxshi


MadaM_Roshe
her ailede problem olur. Mende artiq 2ildirki qaynanamgili ile qaliram. Ama heleki raziyam gunguzeranimdan. Oglunu seviremse anasinida hormetin saxlayiram. O olmasaydi men yoldasimi hardan tapardim:).once UCA TANRIMA,sonra QAYNANAMA MINNETDARAM
9 fevral 2013 20:56
Offline
Yağmur damlası
Gozel xeberdir,men de qaynanamla yasayiram,cetin insan oldugu qeder de yaxsi terefleri var,o uzden pislikleri yaxsiya qurban verib yasayiram.
9 fevral 2013 20:41
Offline
Qerenfil Meftun
men ozymde qaynanayam 2gelinim var onlari qizim kimi sevirem mence geline pis desen pis olar yaxshi desen yaxshi
7 fevral 2013 12:23
Offline
MadaM_Roshe
her ailede problem olur. Mende artiq 2ildirki qaynanamgili ile qaliram. Ama heleki raziyam gunguzeranimdan. Oglunu seviremse anasinida hormetin saxlayiram. O olmasaydi men yoldasimi hardan tapardim:).once UCA TANRIMA,sonra QAYNANAMA MINNETDARAM
3 fevral 2013 16:23
Offline
sima ibrahimova
qaynana gelin ah bu prablem hemise olub olacaxda.heleki evladim yoxdu ama hevaxtsa qaynana olsam isterem ki oglum gelnimle ayri rahat yasasin.bir yerde olanda ister istemez ne vaxtsa prablem cixacaq.arada gelib baxsinlar mama sagsan.
31 yanvar 2013 16:23
Offline
nermin ismayilova
ALLAH BUTUN QAYNANA VƏ GELİNLƏRƏ SƏBİR VERSİN.AMİN.
27 yanvar 2013 23:35
Offline
♥♥♥AyKa♥♥♥
Vay vay vay men de ne vaxtsa qayinana olacam.Gelinlerim olacaq.onlarin da menden zehleleri gedecek? oyyy pis oldum.


Hər sey qaynananin rəftarindan aslidir bacim
10 yanvar 2013 00:15
Offline
Angel
Vay vay vay men de ne vaxtsa qayinana olacam.Gelinlerim olacaq.onlarin da menden zehleleri gedecek? oyyy pis oldum.

İNŞALLAH niyə pis olursuz?! sizdən niyə zəhləsi getsin ay bacı? yaxşı olun gəlində görüb yaxşı olsunda
10 yanvar 2013 00:08
Offline
Serras
men 3 ildri qaynanamla biryerde qaliram,sukurki eladir her sey,mende onlarin hormetlerin saxlayiram,tesekkurler
10 yanvar 2013 00:01
Offline
sevinc
Cox cetindir qaynana ile bir yerde yashamaq. Daha doqrusu yashamirsan istediyin kimi,gunlerini yola verirsen kecir.Teki saqliq olsun.TESHEKKURLER
9 yanvar 2013 23:59
Offline
LEQENDA.
Vay vay vay men de ne vaxtsa qayinana olacam.Gelinlerim olacaq.onlarin da menden zehleleri gedecek? oyyy pis oldum.
9 yanvar 2013 23:18
Offline
angela
men boguluram sevmirem bu insani belkede qinayacaqsiz ama yigilmiwam
9 yanvar 2013 00:49
Offline
Angel
Baxıram burda qaynanada, var gəlində, amma heç biri demir ki, məndədir səhv ,yəni deməyim odur heç kim ozundən narazı deyil məndə bir evdə gəlinəm,hər şey insanın öz əlindədir dilini şirində, edə bilər acıda,
31 dekabr 2012 20:52
Offline
AyLiN
Ehh gelin qaynana prablemi hemişe var olacagda. Men nisanliyam şükür heleki herşey yaxşidi. İnşallahda hemişede bele olar
16 noyabr 2012 03:02
Offline
ilishko
sebirli olmaq lazimdi her evde soz sohbet olur.movzuya gore tesekkurler
5 fevral 2012 00:57
Offline
menim qaynanam cox yaxsidi.cox sukur REBBIME.ALLAH butun aile quranlari xosbext etsin insallah.xebere gore sagolun.ALLAH hamiya saglam ovladlar, firavan ve xosbext heyat bexs etsin insallah love
23 noyabr 2011 23:07
Offline
oksana
Menim qaynanawkam Elhemdilullah yola gedendi,oglunuda sevir ve isteyir ki biz xowbext olaq,duzdu az maz kapriznidi olsunda 5 barmagin beside birdeyil i...
21 oktyabr 2011 12:22
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
Ən çox oxunulanlar
Sizin seçiminiz:
Azercell
Bakcell
Nar Mobile
Fonex