Əziz qadın.netlilər bu hekayə yazıçı Rəşad Nuri Güntəkinin “ Dodaqdan qəlbə”əsərindən götürülmüş bir hekayədir.Oxudum maraqlı gəldi ,istədim sizinlə paylaşım.Buyurun oxuya bilərsiniz.
Altay ətəklərində yerləşən bir türk xanlığında dəhşətli üsyan baş verir, hökümdarı çarmıxa çəkirlər, onun 11 oğlunun gözünə mil çəkirlər. Bu hadisədən yalnız bir şahzadə xilas ola bilir. Çünki körpəlikdən qırxılamayan uzun saçlarına görə onu qız hesab edirlər. Dayəsi uzun illər şahzadəni saxladıqdan sonra sirrinin açılmasından qorxaraq, əlinə bir əsa verir və ölkə hüdudlarından kənara çıxarır. Şahzadə təkbaşına Hindistanı, İranı gəzib avara həyatı sürür, nəhayət iranda bir mahala gəlir.
Kiçik şahzadə sirrini hələ də heç kimə açmamışdır. Ölümündən qorxmurdu, çünki yaşamaqdan da bir zövq almamışdır. Onun təqib edən bir qorxu var idi. Bu da qardaşlarının aqibətinə uğramaq “Siyah yıldızlarını”, yəni gözlərini itirmək qorxusu idi.
Kiçik şahzadə bu yeni ölkədə qoca bir qadının qoyunlarını otararaq çobanlıq edir, yaşamağa başlayırdı. Bir gecə yoluna davam edərkən qarşısına başdan-başa yabanı sarmaşıqlarla örtülmüş böyük bir divar çıxdı. Yoldan keçən bir dərvişdən bunun nə olduğunu soruşdu . Qoca dərviş bu qalanın bir sarayla bir bağ olduğunu dedi. Hökümdar günəşə belə qısqandığı 12 arvadını burada saxlayırmış.
Şahzadə burada qəribə bir cazibəyə tutulur, hər gecə bu divarın qarşısına gələrək saatlarla düşünür.
Qaranlıq gecələrin birində o, divarın bir tərəfində ağ geyimli bir qadın görür. Bu padşahın ən kiçik arvadı idi. Nə möhtəşəm saray, nə günəş görmədiyi üçün çiçəkləri rəngsiz açılan o bağ qadının heç xoşuna gəlmirdi. Divarın bir tərəfində sellərin açdığı gizli bir oyuqla hər gecə bu tərəfə çıxırmış.
Parlaq, qaragözlü çobanla bu solğun çöhrəli gözəl arasında dərin bir sevda başlayır.
Bir neçə gecə göy üzünün ulduzları dünyanın ən gözəl bir eşqini seyr edirdi. Məhəbbət bu iki cavanın gözünü elə bağlayırdı ki, bir gecə qaranlıqda yavaş-yavaş ətraflarını bürüyən uzun mizraqlı kölgələri görə bilmirlər.
Çoban təhlukəni hiss etdiyi vaxt artıq iş işdən keçmişdir. Əlindəki əsadan mizraq kimi istifadə edərək sevgilisini gizli divar dəliyindən qaçırana kimi vuruşdu.
Ertəsi gün çoban hökumdarın hüzuruna gətrildi. Təhdidlər, işgəncələr kar etmir sevgilisinin kim olduğunu inadla gizlədir. Onu qaranlıq bir zindana saldılar. Günlərlə düşündükdən sonra çarə tapılır, hökümdarın 12 arvadını bir-bir çobanın qarşısından keçirmək.
Sevgilisini gördüyü zaman çoban hər halda özünü saxlaya bilməyəcək, heç olmasa gözlərində titrəyəcək bir parıltı, ya ifadə ilə sirrini mütləq biruzə verəcək. Şahzadə zindandan bu xəbəri tutduğu vaxt ölü kimi saraldı. Fəqət heç bir şey söyləmirdi.
Ertəsi gün saray bağına böyük bir iztiham toplaşır. Şahzadəni bir çarmıxın qarşısına gətirib oturdurlar. Gözəlləri bir -bir onun gözünün qarşısından keçirirlər. Hansının günahakar olduğu bilinsə dərhal çarmıxa çəkiləcəkdir.
Hökümdar atəş kimi parlayan gözlərini çobanın gözlərinə dikərək gözləməkdədir. Çoban isə hamısına eyni sakit və eyni dalğın nazərlərlə baxır.
Hökümdar ruhu oxumaq işində təcrübəli bir adamdır.
-Bu çobanı tapdığınız yerə aparın ...-deyir.-Siz yəqin xəyal görmüşsüz. Arvadlarımdan heç biri günahkar deyil. Bu gənc çoban qadınların birində sevdiyini tanımış olsa idi, mütləq sirrini biruzə verərdi. Bu mənim etdiyim ən qanlı işgəncələrdən daha ağır bir təcrübə idi.
Günahkar gözəl keçirdiyi təhlükəyə baxmayaraq ertəsi gecə yenə divardakı oyuqdan kənara çıxır, çobanı eyni ağacın altında tapır. O, sevgilisinə:
-Burdan qaçaq... Məni hara istəyirsənsə apar,-deyir.
Çoban ülvi bir peygəmbər sakitliyi ilə gülümsəyir, deyir:
-Qaça bilməyəcəyik. -Sən yolları tanımırsan .Mən isə səni apara bilməyəcəm... Səni qarşımda görəcəyim zaman gözlərimin sirrimizi aşkar edəcəyindən qorxub dünən gecə zindanda gözlərimə mil çəkdim . “Siyah yıldızlarım”söndü, mən artıq heç bir şey görmürəm.........
XƏBƏR LENTİ
Həyatımın bir anından dosta məktub
Dost deyə-deyə...
Ən qeyri-adi geyimlər
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Təbii tonik və losyonlar
Qış mövsümünün ən faydalı şirələri
Orta aylıq əməkhaqqı artıb - MƏBLƏĞ
İlham Əliyevdən mesaj
Almanın qabıqları şəfa mənbəyidir
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Qolf üçün də "ağıllı" eynək olacaq
19 yaşlı gəncin istedadı
Günün ulduz falı
İnsan neçə dəfə sevir?
Benilüksdə səyahət etməli yerlər
Bu tərəvəzlər immuniteti gücləndirir
Qozlu sadə peçenye (foto resept)
Bakıdan İrəvana çox sərt cavab
Bakının bu rayonlarında ev tikmək məqsədəuyğun sayılmır
Google istifadəçiləri izləyir
Qonaq otağı mebelləri
Pamela Anderson yeni şəkilləri ilə diqqət çəkdi-FOTO
15 yaşında məcburən ərə verildi, indi isə...-FOTO
İşimizi sevməyin yolları (1-ci hissə)
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Pareidoliya
Harri və Megan kraliçanın əmrinə etiraz etdilər-SƏBƏB
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Yerkökülü peçenye (foto resept)
"Qalatasaray"da nə baş verir?
Uşaq bağçalarındakı vəziyyətə niyə diqqət yetirilmir?
İşıq saçan şəlalə - FOTO
Övladlarınıza hər soyadı qoya bilməzsiz
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Hava haqqında
Artıq çəkidən necə xilas olmaq olar?
Körpə ağlamağında gizlənən fayda
Brilliant ilə bəzədilmiş telefonlar
2 yaşlı uşaq anasını xilas etdi
Manat nə vaxt ucuzlaşacaq?
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Ramazan ayının 28-ci gününün duası
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Gürcü valyutası da çökdü
Qadınların heç sevmədiyi hədiyyələr
- ŞƏRHLƏR