Ailə münasibətləri
Bir evdə iki ailə. Bugün sizinlə nə arıqlamağın, nə gözəl görünməyin sirlərindən, nə də ki, gözəl və dəbli geyimlərdən söhbət edəcəyik. Bugün bir çox ailələrin problemi olan birgə yaşayışdan söhbət etmək istəyirəm.
Iki ailənin bir yerdə yaşamağı bəzən həmin ailədən olan insanları dəli edər, bəzən isə daha da mehriban. Nə yazıq ki, birinci hal daha tez – tez baş verir.
Sizə, oxuduğum məqalələrdə ailələrin boşanmağına belə gətirib çıxaran problemlərdən danışmaq istəyirəm.
Belə ki, bir ailə hər gün səhər yeməyində yaşadığı dözülməz “müharibədən”sonra gün ərzində özünə gələ bilmir. Və ən acınacaqlısı odur ki, bu hər gün davam etməkdədir. Səhər yeməyində baş verənlər bir ailəni dağıtmağa belə gətirib çıxardır. Demək belə, nənə hər səhər balaca nəvəsinə şirin çay, 2 ədəd yumurta, üstünə bol kərə yağı çəkilmiş iri çörək dilimi yedizdirmək istəyir. Ana bu gördüklərindən dəhşətə gəlir. Axı balaca bir uşağa bu qədər xolesterollu qidanın nə xeyri var? Bunlar ziyanlı olduğu üçün ana qızına səhərlər yoqurt, sıyıq və vitaminli uşaq yeməklərindən yedizdirməyi vacib bilir. Və bu hadisələr hamısı bir yerdə, bir stol arxasında baş verdiyindən sözlər çəp gəlməyə başlayır. Nənə anadan, ana nənədən inciyir, ortada qalan uşaq olur. Nəticədə hər səhər dava və söz – söhbətlə bitən səhər yeməyi qadını cana yığır və o ayrılmağı belə düşünür.
Başqa bir ailədə baş verən hadisəyə nəzər salaq. Cavan, gözəl bir qız aşiq olub, oğlanın böyük ailəsini öz ailəsi kimi qəbul edib onunla ailə qurur. Qaynana və qaynatası gəlinlərindən yerlə göy qədər razıdırlar. Ailədə iki subay daha var. Bu, oğlanın əsgərlikdən yeni gəlmiş və universitetdə oxuyan qardaşlarıdır. Yemək işinə evin gəlini baxır. Qaynana və qaynatası gəlinin bişirdiklərini çox bəyənib iştahla yesələr belə, qayınları hər yeməyi yemir, gəlinə əziyyət verirlər. Bir təsəvvür edin, hər gün bişirilməsi gərəkən 2 – 3 növ yemək, yağ, soğan iyi, qaynayan qazan, qızartma və s. Gəlin hər gün yaşadığı bu mənzərədən çox bezir və ailədə artıq yavaş – yavaş söz – söhbətlər, narazılıqlar baş qaldırır.
Bu kimi misallar çoxdur. Insan o qədər bezir ki, artıq başlayır özü – özünə suallar verməyə:
- Nə üçün mən kiminsə istəyi ilə saatlarla yemək bişirməliyəm? Ondansa asan başa gələn bir yemək bişirib, boş vaxtımı həyat yoldaşıma sərf edə bilərəm.
- Nə üçün mən uşağıma xeyirli bildiyim, bol vitaminli uşaq yeməyi yedizdirmək üçün kiminləsə mübahisə etməliyəm?
Tək bununla bitmir. Böyük ailənin xərcləri də çox olur. Bu zaman siz aylıq gəlirinizi tək özünüzə xərcləməməlisiniz. Siz bu gəlirin yarısını, hətta deyərdim yarıdan çoxunu ümumi xərclər üçün ayrılan vəsaitin üstünə qoymalısınız. O yerdə ki, pullar qarışır, problemlərdə 2 qat artır. Bu zaman söz – söhbət də çoxalır, soyuq münasibətlər başlayır.
Bəs bu problemlərin bitməsi üçün nə edə bilərik?
Hər bir problemin bir neçə həlli var. Ən əsası odur ki, siz sevdiyiniz üçün bu ailəyə gəldiyinizi unutmamalısınız. Seçdiyiniz ailənin illərdir əməl etdiyi qaydalarla tanış olmalısınız. Lakin ailə də bilməlidir ki, siz də artıq həmin ailənin bir üzvüsünüz. Və hardasa sizin də fikir və istəklərinizi nəzərə almaq mütləqdir.
Mən beləyəm, bizdə belədi deməməlisiniz. Unutmayın ki, azlıq çoxluğa tabedir. Çalışın doğru bildikləriniz qaydaları xoşluqla həyata keçirin ki, daima mehribançılıq olsun. Lakin siz, yox nə olursa olsun mən belə insanlarla, bu qaydalarla yaşaya bilmərəm deyə düşünürsünüzsə, o zaman həyat yoldaşınızla məsləhətləşib ayrı evdə yaşamaq istədiyinizi ailə üzvlərinə bildirə bilərsiniz. Bu qərarınız çox pis qarşılanacaq olsa belə, unutmayın ki, öz xoşbəxtliyinizdən və rahatlığınızından önəmli heçnə yoxdur!
XƏBƏR LENTİ
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Van Qoqun 5 tablosunun tarixi
Beynul Haremeyn
Xaricdə iş təklif edirlərsə, tələsməyin
Dəbli iş qadınları üçün kombinlər
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Qazaxıstanda fövqəladə vəziyyət?
Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib
YouTube dəyişdi
Maraqlı faktlar
Mərciməyin faydaları
Sony yeni smartfonlarını göstərdi
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Şeyma Subaşı koronavirusa görə gündəmdədir-FOTO
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Dünya savaşı başlayır
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Evin qırmızı "həkimi"
Bu mühəndis o mühəndisdən deyil
Hər gün saç yumaqdan xilas olmağın yolları
İdmanın uşaqlara xeyri
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
35 ölkə təmsilçisi Bakıya gəlir
Qara zirənin faydaları-2
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
"Qarabağa qoşun yeridilməlidir"
Ey insan!
Təhlükəsizlik prioritetdir
Metro və avtobusların gediş haqqı-30 qəpik oldu!
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Günün ulduz falı
Dırnaq yemə vərdişindən necə xilas olmalı?
Ollanddan Dağlıq Qarabağ sözü
"Qızcığaz dovşan" tortu (foto resept)
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Aslı Murad haqqında danışdı
Ailələrə vacib tövsiyə: virtual pəhriz
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Mehriban Əliyeva təşəkkür etdi
Buraxılış imtahanları təxirə salındı
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Canlı əfsanə səfir oldu
Daha bir ölkə İŞİD-i vuracaq
Azərbaycanlıların Facebook sevgisi
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Pink xəstəxanaya yerləşdirilib
Doğuşdan sonra göbək yırtığı
- ŞƏRHLƏR