Hörmətli Qadın.Net-lilər!
Bu xəbər Sizi Azərbaycan Respublikasının normativ hüquqi aktlarının (Konstitusiya, Məcəllələr, qanunlar, fərmanlar və s.) yeganə vahid elektron bazası olan
http://e-qanun.az saytı ilə tanış edir. Siz bu saytdan istifadə etməklə internet üzərindən ödənişsiz olaraq bütün normativ hüquqi aktların gündəlik əsasda yenilənmiş mətnini əldə edə biləcəksiniz.
Haqqında. Elektron məlumat bazası Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və normativ xarakterli aktların rəsmi mətnini özündə əks etdirir. Bu internet elektron baza Birləşmiş Ştatların Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) və onun icraçısı - Ştat Məhkəmələri üzrə Milli Mərkəz (NCSC Inc.) tərəfindən Azərbaycan hökumətinin əməkdaşlığı ilə 2004-2005-ci illərdə işlənib hazırlamışdır. 2006-cı ilin mart ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sərəncamına verilmişdir. 2009-cu ildə “Green Yapım” MMC tərəfindən saytda və proqram təminatında axtarış sistemi və digər zəruri işlər görülmüşdür.
Əhatə dairəsi. Elektron məlumat bazasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra, yəni 1991-ci ildən başlayaraq bu günə kimi qəbul edilmiş 21.138-dən yuxarı normativ hüquqi aktlar və normativ xarakterli aktlar (Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, , Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları, Məhkəmə-Hüquq Şurasının qərarları, Tarif (qiymət) Şurasının qərarları, 17 məcəllə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri (Dağlıq Qarabağ münaqişəsinə dair), İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları yerləşdirilmişdir və bazanın yenilənməsi daim təmin edilir.
Elektron Bazanın Əsas Xüsusiyyətləri:
Axtarış Sistemi. Normativ aktın axtarılmasının 2 üsulu vardır: nadir hallarda istifadə edilmək üçün nəzərdə tutulmuş “Səhifələ” seçimindən istifadə etməklə yeni sənədləri qəbul edildikləri ardıcıllıqla əldə etmək olar. Daha mükəmməl olan və çox istifadə edilən “Axtarış” rejimi seçimi vasitəsilə aktları rahatlıqla tapmaq mümkündür. Belə ki, Axtarış rejimində sənədləri ada, mətnə, qəbul edən orqana, qəbul edildiyi tarixə və s. parametrlərinə görə axtarmaq olar. Məsələn, siz “şəxsiyyət vəsiqəsi”, “istehlakçı”, “vergi”, “rüsum” və s. sizi maraqlandıran sözləri yazmaqla bu məsələləri tənzimləyən normativ hüquqi aktları əldə edə bilərsiz. Nümunə olaraq, “rüsum” sözünü yazdıqda onunla əlaqəli olan sənədlər, o cümlədən “Dövlət rüsumu haqqında” qanun axtarış nəticələrində görünür. Siz bu qanuna baxmaqla, dövlət rüsumunun hansı hallarda tutulduğunu/tutulmadığını və məbləğini bilmiş olacaqsız (Rüsumların məbləği daha çatımlı olması üçün ana səhifədə ayrıca başlıq altında da verilmişdir).
“Yardım” bölməsi. Axtarış seçimlərinə dair daha ətraflı məlumat üçün Elektron bazada hər ekran müvafiq yardım mesajı ilə təmin olunmuşdur. Həmçinin “İzahatlar”, “Məlumat bazası ilə tanışlıq” kimi ümumi əlavə məlumat almaq üçün İstinad Materialları başlığına baxmaq olar.
Kitabxana. Bu bölmədə Ədliyyə nazirliyinin kitabxanasında (1972-ci ildən fəaliyyət göstərir) saxlanan kitabların elektron variantda ümumi siyahısı və axtarışı əks olunub.
Hüquqi terminlər lüğəti. Hüquqi terminlər lüğəti zəruri termini və onun izahını tapmağa, eləcə də bu termini təsvir edən sənədə avtomatik olaraq keçməyə imkan verir.
Elektron Bazanın Əsas Üstünlükləri:
Asan Axtarış Sistemi – qeyd olunduğu kimi, müxtəlif parametrlər üzrə axtarış imkanları sizə istədiyiniz sənədi tapmaq imkanı verir.
Əlaqəli sənədlər bölməsinin olması – axtarış nəticəsində tapdığınız hər bir sənəddə onun qəbul edildiyi tarix, nömrəsi, qəbul edən orqan, qüvvədə olub-olmaması barədə məlumat qeyd olunur. Əsas məqam odur ki, hər bir sənəd üzrə “əlaqəli sənədlər” bölməsi var ki, siz bir sənədi açmaqla, onunla bağlı olan bütün sənədlərə çıxış əldə etmiş olursunuz. Məsələn, hər hansı qanunu açdıqda, siz həm də onun tətbiqi ilə bağlı Prezidentin fərmanını və onun icrası ilə bağlı Nazırlər Kabinetinin qərarlarını görə bilirsiniz.
Konstitusiya və Məcəllərin ayrıca başlıq altında, mündəricatı ilə birlikdə verilməsi – bu ən işlək qanunların ayrıca başlıq altında verilməsi sizə axtarış aparmadan dərhal onları açmaq imkanı verir.
Sənədlərin ən son variantda və rəsmi mətninin olması - digər axtarış sistemlərində qanunvericilik aktlarının hamısı və tam mətn şəklində yoxdur. Burada isə bütün aktlar həm ilkin şəkil (dərc olunduğu formada), həm mətn formasında var və rəsmi yenilənmiş mətni yerləşdirilib. Məsələn, Mülki Məcəlləyə qəbul olunduğu vaxtdan coxsaylı dəyişikliklər edilib. Elektron baza gündəlik əsasda yeniləndiyindən burada hər bir sənədin son variantda olduğuna və qəbul edildiyi vaxtdan bu yana edilmiş bütün dəyişiklikləri özündə əks etdirdiyinə əmin ola bilərsiniz.
Hörmətli Qadın.Net-lilər!
Normativ hüquqi aktların vahid internet elektron bazası yalnız hüquqşünaslar, tələbələr üçün deyil, geniş ictimaiyyət üşün nəzərdə tutulmuş əvəzsiz qanunvericilik toplusudur. Hüquqlarımızı müdafiə etmək üçün əvvəlcə onların nədən ibarət olduğunu bilməliyik. Ona görə də həyatımızın ayrı-ayrı sahələrini tənzimləyən qanunvericilik sahəsində baza biliklərinə sahib olmaq hər kəs üçün vacibdir. Özümün mütəmadi olaraq istifadə etdiyim bu elektron baza haqqında məlumatı sizinlə paylaşmaqda məqsədim qanunvericiliklə bağlı sizi maraqlandıran sadə suallara rahat, hüquqşünas köməyi olmadan cavab tapmağınızdır. Təbii ki, bu elektron baza hüquqşünas məsləhəti vermir, ya da hüquqşünası əvəz etmir, lakin lazım olan anda çox yaxın köməkçi ola bilir.
XƏBƏR LENTİ
Tətil üçün don modelləri
İşias - kimdən yan keçib?
Ramazan ayı ilə bağlı fətva verildi
Yalnızlıq hissindən necə xilas olmalı?
İstirahət gününün HAVASI
"U" və "Ü" hərfləri ilə başlayan adların mənası
Əfsanəvi muğam ustadımızın ad günüdür
Bu hiylələr çox işinizə yarayacaq
Ali məktəb məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması göstəricisi üzrə reytinq hazırlana bilər
Çinin nağıllar aləmi
Xoşbəxtlik vaxtsız ölüm riskini azaldaraq ömrü uzadır
Koronavirusla bağlı son STATİSTİKA
Dəbli qızıl sırğalar
İdmanla stresdən uzaq olun
Energetik içkilər haqqında 10 həqiqət
Azərbaycanda bu ərzaqlar ucuzlaşdı
Hava haqqında
Süd vəzi xərçəngi
Günün qoroskopu: xırda işlərə görə inciməyin
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Uşaqlar üçün yay geyimləri
Əzələlər və stress
Yaz-yay geyimləri
“Bu gün yeni dövr başlayır”
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Azərbaycanlı Olimpiya çempionu deyilənlərə cavab verdi
Tbilisidəki televiziya qülləsi bayrağımızın rənglərinə boyandı
Qızına oxuduğu mahnı "TikTok"da rekord qırdı
Fransa Liqası: 7 oyunda qol yağışı
Bakı metrosu ilə bağlı qadağa
BÜRCLƏR bizə nə vəd edir? - 27 APREL
Məşhur akyorun yeni sevgilisi diqqət çəkdi-FOTO
İran Türkiyədən kömək istəyir
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər...
Dünya 100 il əvvəl
Oskar gecəsinin aksesuar seçimləri
Dünyanın ən yağışlı yeri
18 yaşlı müğənninin albomu İlin Ən Yaxşısı seçildi-FOTO
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?
Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir
Sadə badımcan salatı (foto resept)
Fahriye oğluna lay-lay oxudu - VİDEO
Elmin çarəsiz qaldığı sadə suallar
Döymələrinə görə işdən çıxdı
Dünyadan Qurban Bayramı mənzərələri
Çingiz Mustafayevin oğlu da Moto Festivalda iştirak edir
Mən orucluyam!
“Kuruluş Osman”da yeni aktrisa
2011-2012-ci ilin dəbdə olacaq çəkmələri
Putin 7 rayonu necə qaytarır?
- ŞƏRHLƏR