Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra o, Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmolgiya üzrə ixtisaslaşdırma kursu keçib.
Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patalogiyası ilə məşğul olmağa başladı.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Geyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarə də « Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.
Zərifə Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
XƏBƏR LENTİ
Hande imicini dəyişdi-FOTO
Azərbaycan kino tarixində bir İLK
Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? - Alimlərin müzakirəsi
Yaddaşımızı yeniləyək
Hind toyuğu ətindən kotlet(foto resept)
Norveçə səyahət
Həftənin ilk iş gününün havası
İrandan İŞİD-ə zərbə
Əgər işləyirsinizsə...
Qara dəliklər (2)
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Gözəl jaketlər
2 yaşlı uşaq anasını xilas etdi
Saçın tökülməsinə qarşı maska
Almalı tost (foto resept)
Aromaterapiya
Kitabsevərlər üçün dekorasiya
Aktrisanın geyimi qiymətinə görə diqqət çəkdi-FOTO
Ən son tüninqli BMW X5
Atalar və oğullar savaşına yeni baxış
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Manat yenə ucuzlaşdı
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
İsmayıllıya dolu yağıb
Bella Hadid yeni İMİCDƏ-FOTO
Çiyələkli dondurma (foto resept)
Bu xəstəliyə diqqət!
Gənc anaların nəzərinə!
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Qızıl xərçəngi müalicə edir
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Ətir təəssüratı
Payız üçün ən yaxşı üst geyimləri
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
BÜRCLƏR bizə nə vəd edir?-11 Avqust
Tez qırılan saçlar üçün 3 maska
Klassik mətbəx dekorasiyası
Dəbli geyim nümunələri
İrem Dericidən qəribə paylaşım
Balıq sırdağı (foto resept)
Bu adaya gələnlər yoxa çıxır
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Günün ulduz falı
Çin - sivilizasiyanın mərkəzi
Azərbaycana qar yağacaq
- ŞƏRHLƏR