Zamanında "YOX" deməyi bacarırsınızmı?
Psixoloqun təlimatı
Hər birimiz həyatda bəzən istəmədiyimiz işi görürük. Səmimi "Yox" cavabının əvəzinə "Hə" -"Bəli" deyirik. Ürəyimizcə olmayan işi görməyə söz veririk, nəhayət, o yerə catır ki, hətta mağazadan çox da lazım olmayan əşayanı "gülərüz, inadkar" satıcının təkidi ilə alırıq.
"YOX" deməyi öyrənək
Şübhəsiz, biz cəmiyyətdə yaşayırıq, və hər birimiz dostumuzun, iş yoldaşımızın xahişini yerinə yetirməliyik. Amma hər dəfə bu xahişlər çoxalır və nəhayət özümüzə ziyan verməyə başlayır. Bizim yaxınlarımız, dostlarımız manipulyatorlara çevrilirlər, biz də onların hər istəklərini yerinə yetirən "qullara" çevrilirik.
Ən əsas məqam ondadırki, zamanında bacarmadığımız işdən imtina etməklə biz yaxınlarımızı, yoldaşlarımızı pis vəziyyətdə qoyuruq, ümidlərini aldadırıq!
Səmimi insan imkanlarını bilib, rədd cavabı verməklə, dostunun probleminin hellini digər vasitə ilə axtarmaqda imkan yaradır. Və beləliklə ona real kömək edir.
Başqalarının istəklərini yerinə yetirərkən, insan öz məqsədlərini unudur, və arzulamağı yadırğayır, yavaş-yavaş özünü də itirməyə başlayır!..
Öz maraqlarımızı unudub kiminsə ücün sehrbaza çevrilməyi bizi nə məcbur edir?
Psixoloqlar buna bir necə səbəb getirirlər.
1.Özünüqiymətləndirmənin aşağı səviyyədə olması
Bu problemin kökü, elbəttə,uşaqlıq dövründədir. Ailədə az diqqət görən, fikri nəzərə alınmayan insan belə düşünməyə başlayır ki, əgər o hər sözlə razılaşsa, hamının dediyini etsə , onda hamının sevgisini qazana biləcək və bununla o "yaxşı insan" olacaq, dost-tanışın yanında hörməti artacaq.
Belə insanların özününqiymətləndirmə səviyyəsi aşagıdır və ətrafdakılara kömək etməklə onlar sanki özlərini təsdiq edirlər.
Şübhəsiz, belə insanın nə hörməti olur, nə də ki, onun sözünün əhəmiyyəti.
2. Valideynlərin örnəyi (təzyiqi)
Tez-tez valideynlərdən,yaşlılardan eşidirik , "Sən gərək ədəbli, nəzakətli olasan", "Tərbiyəli insan belə deməz", "Bizim ailədə kobud insan olmayıb", "Narazılığını göstərmə yoxsa, o inciyər, sonra səninlə heç kim dostluq etməz"- bu "kodlar" yavaş-yavaş insanın gəlbində "günah hissinə" çevrilir və zamanında "yox" deməyə mane olur.
"Mən əvəzolunmazam!", "Bu işi məndən yaxşı heç kim edə bilməz!" - bu yalnış fikirlər bəzən adamı əldən salır. Öz işlərini görməyə artıq gücü qalmır.
Digər səbəb tənhalıq qorxusu, "Birdən dostum məndən inciyər və mən tək qalaram"
Səbəblər müxtəlif ola bilər, amma daim kiminsə planı üzrə yaşamaq, istəklərini yerinə yetirmək insanı bezdirirsə, qıcıqlandırırsa, əsəbi olmağına gətirib çıxarırsa , onda bu problemdi və onu təcili həll etmək lazımdı.
1-ci addım
Cəsarətli olun! Axı nə ücün həmişə siz maraqlarınızı "qurban" verməlisiniz, nədəsə güzəşt etməlisiniz?! Dostunuzun səmimi olduğuna əmin olun. Razılaşma sizə hansı mənfi emosiyalar verməsi barədə ciddi düşünün!
2 -ci addım
"Təsəlli ilə rədd cavabı vermə" texnikasından istifadə edin. . "Mən səni başa düşürəm, amma təəssüf ki, heç cür kömək edə bilmərəm", və ya "Mən sənə kömək etmək istərdim, amma imkanım yoxdur" cümlələrini istifadə edin. Yaltaqlanmayın, üzr istəməyin , çalışın sözləriniz inandırıcı olsun.
3-cü addım
Gözləməyin ki, cavabınız dərhal qəbul ediləcək. Manipulyator insanlar sizi çox yaxşı tanıyırlar. Onlar cəhdlərini bir neçə dəfə təkrar edəcəklər. Siz isə sözünüzdə möhkəm olun. Öz mövqeyinizdən çəkilməyin. Beləliklə hər dəfə özünüzü düşünərək, maraqlarınızı müdafiə edərək şəxsiyyət kimi ucalacaqsız.
Sizə uğurlar!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən bahalı şokoladı
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Gicitkənin saçlara faydası
Ən rahat ev geyimləri
Batareya çirkab suları ilə işləyəcək
Azərbaycan hərbçiləri Şuşada Xan çinarları əkdi - VİDEO
Polis xəbərdarlıq etdi
Yeni klipində gözəgörünməz oldu
Bu gün Ümumdünya Poçt Günüdür
Kəndli qadın 16 il sonra saçına qayçı vurdu - FOTO
Azərbaycanda institut rəhbəri vəzifəsindən azad edildi
Bu rayonlar karantinə alındı
HAVA necə olacaq?-10 FEVRAL
Günün ulduz falı
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
Buxarda toyuq ruleti (foto resept)
Builki abituriyentlərə ŞAD XƏBƏR
Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO
Günəşdə dəhşətli partlayış gözlənilir
Göz yaşı
O bir ilə 620 milyon qazandı
Necə qonşusunuz? (test)
Ardanın xanımı İlk dəfə AÇIQLAMA verdi
Maradonanın son sözləri məlum oldu
Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun
Millimiz bu gün “Şaxtyor”la qarşılaşacaq
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
Tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi
Girovlarımıza ağır cəza
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
Qiyməli şorba (foto resept)
Nazirimizdən savaş mesajı
Gözəl bilərzik modelləri (2)
Böyük ailədə böyüyən uşaqların qazancı
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Ermənilər ora da göz dikiblər
İstifadəçilər YouTube-a qarşı
Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək
Qurban bayramı nə vaxtdır?
Sabahın HAVAsı
Yalançı adamı necə tanımaq olar?
Hava haqqında
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Milla Yovoviç üçüncü dəfə ana olacaq-FOTO
245 qramlıq körpə aylar sonra İLK DƏFƏ-FOTO
- ŞƏRHLƏR