Əvvəlcə gəlin Aliment sözünün mənasını öyrənək; Aliment-latın sözü olub-qida, yemək sözündən götürülmüşdür. Münasibətdə izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq vermeli olduğu dolanacaq, xərc anlamındadır.
Alimentin minimum məbləği nə qədər ola bilər:
2011-ci il üçün yaşayış minimumu haqqında Qanunda uşaqlar üçün yaşayış minimumun ölkə üzrə 76 manat olduğuna görə məhkəmə alimentin miqdarını ona uyğun müəyyən edir. Yəni bu məbləğdən aşağı məbləğdə aliment az hallarda təyin edilir.
AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT ÖHDƏLİKLƏRİ
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər mustəqil muəyyən edirlər.
75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına catmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ucun vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
75.5. Aliment odənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə muvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına catmayan uşaqlar ucun aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı
76.1. Aliment odənilməsi barədə razılıq olmadıqda uşaqlar ucun onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dorddə bir hissəsi;
76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) ücdə bir hissəsi;
76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Maddə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin novləri
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması
78.1. Valideynlər arasında yetkinlik yaşına catmayan uşaqlara aliment odənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimuntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik torətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması ucun vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay odənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə (Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkun qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
Maddə 79. Valideyn himayəsindən məhrum olmuş uşaqlara gorə tutulan aliment və ondan istifadə
79.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara gorə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəcisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.
79.2. Valideyn himayəsindən məhrum olmuş və tərbiyə, mualicə, əhalinin sosial müdafiəsi muəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına kecirilir və hər bir uşağın özünə xərclənir.
79.3. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.
Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ
80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına nçatmış övladlarını saxlamağa borcludurlar.
80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına catmış övladların saxlanması ucun alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Maddə 81. Valideynlərin uşaqlara gorə əlavə xərclərdə iştirakı
81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına catmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin odənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə muəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində muüəyyən olunur.
81.3. Məhkəmə valideynləri faktiki cəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə cəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi
82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına catmış ovladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər ucun aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına catmış övladlardan məhkəmə qaydasında tutulur.
82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Maddə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı
83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər mustəsna hallarda, yetkinlik yaşına catmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.
83.2. Yetkinlik yaşına catan ovladların hər biri tərəfindən əlavə xərclərin odənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir.
83.3. Əlavə xərclərin odənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər.
ƏR-ARVADIN VƏ KEÇMİŞ ƏR-ARVADIN ALİMENT ÖHDƏLİKLƏRİ
Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi
84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
84.2. Bu koməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:
84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
84.2.2. hamiləliyi dövrundə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına catana qədər
84.2.4. 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ
85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan kecmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
85.1.1. hamiləlik dövrundə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində kecmiş arvad;
85.1.2. sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı I qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad);
85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gundən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad);
85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına catan və maddi yardıma ehtiyacı olan kecmiş ər (arvad).
85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.
Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı
Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən kecmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
Maddə 87. Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması
87.0. Məhkəmə aşağıdakı hallarda əri (arvadı) nikah dövrundə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər:
87.0.1. maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli ickilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə;
87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda;
87.0.3. nikah çox çəkmədikdə.
Hər bir ailəyə heç nə ilə əvəz edilməyən mehribanlıq və sədaqət arzu ediram!
Bu haqqda zəhmət olmasa fikirlərinizi, suallarınızı bildirin.
Gələn mövzu “ALİMENTİN ÖDƏNİLMƏSİ BARƏDƏ SAZİŞ” haqqında olacaq.
XƏBƏR LENTİ
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Qaynar Volkswagen göstərildi
Bu da 64 bitlik Android
Fevral ayının qalibləri!
Güclü atışma: Düşmən itki verdi
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Amoled-ə 5 milyard dollar yatırılır
Türk zabitlər Azərbaycana gəliblər
İtalyanların sürprizi
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Bakıda yarış keçiriləcək
Avropada sonuncu o idi
Dəbdən düşməyən geyimlər
“Taxtların Oyunları”nın “Dağ”ı dünya rekordunu qırdı - VİDEO
Başqalarının paltarlarını geyinmək zərərlidirmi?
Kişilər üçün ayaqqabı
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Qaziantep paxlavası (foto-resept)
Əl işlərim
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Bədəndəki xalları götürmək olarmı?
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Prezident Bakıda yeni ASAN xidmət açdı
Vitaminli xörəklər - 5
Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu
Valideynlər diqqətli olun!
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Bakıdan Türkiyə şəhərlərinə yeni avtobus marşrutları açılıb
“Şaurma” (foto-resept)
3 - 6 aylıq körpələrlə oyun variantları
Hava haqqında
Dubayda taksilər sürücüsüz olacaq
Dünya ustadları Şəkidə
Ukraynanın daha bir regionu Rusiyaya keçir
Evdəki tozdan yaranan allergiya və müalicəsi
Sinir hüceyrələri
Ayrılığın yaratdığı fiziki ağrılar
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi
- ŞƏRHLƏR