Bakıda hava 18°
USD AZN
EUR AZN

Dəniz84 ilə müsahibə

Hər qəlb bir xəzinədir və hər xəzinədə gizlədilənlər sahibinin qapını açıb göstərmədən görülməyəcək olan şeylərdir. Saytımızda da bu tip xəzinələrin sayı inanıram ki, saysız-hesabsızdır. İçləri gözəlliklərlə dolu xəzinələri kəşf etmək və onlarla gözəl zaman keçirərək kiçik bir söhbət etmək qərarına gəldik. Buna görə də uzun müddət bundan əvvəl yayımını dayandırdığımız müsahibə xəbərinə yenidən davam etməyi qərarlaşdırdıq. İlk müsahibim Dəniz84 oldu.

Dəniz84 ilə müsahibə

Hava isti günəş par-par yanırdı,

Göydə buludları sıralayırdı,

Gözəl qaranquşlar qatarlanırdı,

Bütün intizamı pozdun, ey külək. 

 ***

Quşlar oxuyurdu, oxumaz oldu,

Budaqlar üstündə duramaz oldu,

Sənin qəzəbinə dözməyib uçdu,

Qəzəbin səbəbi nədir, ey külək. 

Artıq başa düşdüyünüz kimi, təqdim etdiyim "Külək" adlı bu şeirin müəllifi məhz elə Dəniz84-dür. Belə zərif bir şeirin süzülüb gəldiyi bir qəlblə olan müsahibəmi sizlərə təqdim edirəm. Buyurun, oxuyun, siz də sirli bir xəzinədən pay alın. 

- Salam, Dəniz84.
Aleykum salam.
- Niyə məhz Dəniz?
Dəniz adından xoşum gəlir. Hətta qızımız olsa, adını Dəniz qoyacaqdıq. Allah qismət eləmədi. Mən də öz nikimi belə qoydum. :)
- İnşəallah, zamanında qismət olar. Nəfəs aldığmız müddətdə heç nəyə gecikmiş sayılmarıq. Bəs sənə görə də bu belədirmi?
Əlbəttə belədir. Heç nə üçün gec deyil. Əslində bizim üçün də gec deyil, sadəcə 3 oğlumuz var deyə bəsdir deyirik.
- Allah saxlasın! Bəs əsl adınız nədir? Bilməkdə problem varmı? laughing
Sağ olun! Aysel İsgəndərova.

Dəniz84 ilə müsahibə

- Çox gözəl, Aysel xanım, saytımız sizin üçün nə dərəcədə önəmli və xeyirlidir?
Ooo, mən internet aləmi ilə ilk Qadın.Net-i tanıdıqdan sonra tanış olmuşam. Sayt mənim üçün çoox önəmlidir. Mən saytı ikinci evim bilirəm. İnanın səmimiyyətimə. Mən burada mənəvi dinclik tapıram.
- Nə gözəl! Bəs bu evin yolunu ilk dəfə necə tapdınız? girl_smi
Saytda bir qız var idi. Hamımız onu yaxşı tanıyırıq: Lovable Madam. Bu xanımla qonşu idim. O, bu saytı təriflədi və məni qeydiyyatdan keçirdi və o gündən burdan əl çəkmirəm.
- Nə yaxşı ki də qeydiyyatdan keçirib. Saytdakı hansı tip xəbərlər sizi daha çox özünə çəkir?
Düzünü desəm, bütün xəbərlərə maraq göstərirəm. Bir xanım kimi müxtəlif yemək resepləri, uşaqları necə tərbiyyə edəcəyimizdən, necə qidalandıracağımızdan tutmuş elmi əsərlərə qədər. Gözəllik xəbərləri, hətta moda xəbərləri. Bu xəbərlər sayəsində ilin dəbindən də xəbərimiz olur. Uşaqlar şəkil çəkməyi də məhz burda öyrənirlər.

- Ayselə görə tərbiyə nədir?
Alim olmaq asandır. lakin insan olmaq çox çətindir. Əgər mənim qarşımda xeyirxah, böyüyün-kiçiyin yerini biləm, mədəni bir insan olursa, deyirəm halal olsun sənə tərbiyə verənə.
- Reallıqla nə dərəcədə barışa bilirsiniz?
Əslində səbrli insanam. Reallıqla barışa bilirəm Fikirləşirəm ki, bu olmalı idi oldu. Ancaq baxır nədə. Əgər bu reallığı dəyişə bilərəmsə, bacardığım qədər dəyişməyə çalışıram Hətta bu yolda çox çətinlik çəksəm belə.
- Yaxşı, bəs reallıq özü nədir sizin üçün? Hər kəsin özünün fərqli reallıqları olar. Bəziləri illuziyalara reallıq donu geydirib özünü aldadar. Bəs siz bu barədə nə düşünürsünüz?

 

Nə bilim... Yaşadığım həyat mənim reallığımdır.

Dəniz84 ilə müsahibə

- Kitabla aranız necədir?
Kitab oxumağı çox sevirəm. Ancaq son vaxtlar tənbələşmişəm. Uşaqlar və məktəb məni bir az uzaq salıb kitablardan.

- Hansı tip ədəbiyyata üstünlük verirsiniz?
Dedektiv və məhəbbət janrlı əsərləri daha çox sevirəm. Ancaq sonuncu oxuduğum kitab "Çərpələng uçuran" bu əsəri də çox bəyəndim.
- Bax, çox gözəl bir məqama toxundunuz. Saytımızda kitab oxumağa vaxt tapa bilməyən xanımlara görə əsərlər hissə-hissə dərc olunur. Onlardan faydalana bilirsinizmi?
Əlbəttə, saytımızda bu əsərlərin dərc olunması çox gözəldir. Nə qədər oxuya bilmədiyim əsərləri burda oxumuşam. Belə hissə-hissə olması mənim kimi uşaqlı xanımlara çox yarayır.
- Öz uşaqlarınıza mütaliə aşılamaq adına nələrsə edirsinizmi? Eləcə də digər uşaqlı analarımıza bu yolda verə biləcəyiniz bir məsləhət vardırmı?
Belə bir məsəl var: "Uşaqlar dediyinizi yox, etdiyinizi edər". Yəni uşaq valideyninin kitab oxuduğunu görsə, mütləq o da onu edəcək. Bizim gün ərzində xüsusi saatlarımız var. Ailəliklə kitab oxuduğumuz saat. Məsələn, hər gün 15:00 və 16:00 bizim kitab saatımızdır. Yoldaşım, mən və uşaqlar kitab oxuyuruq.
- Nə gözəl! Çox sevinirəm ki, belə fəaliyyətlərə önəm verən ailələrimiz var. Kitabları siz özünüz seçirsiniz, yoxsa uşaqlar?
Kitabxanaya üzv olmuşuq. Orda uşaqlar üçün də bölmə var. Uşaqlar kitablarını özləri seçir.

Dəniz84 ilə müsahibə

- Bəs lirika ilə aranız necədir?
Çox gözəl. Əsasən payız fəslində yağış yağan zaman pəncərənin önündə ya lirik musiqi dinləyirəm, ya da kitab oxuyuram.
- Bəs şeirlər?
Şeirlər isə uşaqlığqdan çox həvəslə oxuduğum janrlardan biridir. Saytımızda da var, hətta özüm də yazıram bəzən.
- Nə gözəl! Yazıb amma heç kimlə hələ paylaşmadığınız şeirin varmı?
Var.  :)
- Bizimlə paylaşmağın bəs mümkündürmü? girl_smi

 O, özümdə qalsın. biggrin Bütün şeirlərimi Qadın.Net saytında paylaşmışam.
- Tamam, cool lirik qəlbli insanlar bəzən elə olur ki, öz hisslərini coşğun bir şəkildə, bəzən qəzəblə, bəzən incikliklə şeirlərinə köçürürlər. Amma qətiyyən paylaşılmasın deyə yazan kimi də məhv edirlər onu. Bəs sizdə elə olubmu? Yazıb amma oxunulmasın deyə tulladığınız şeiriniz olubmu? 
Hisslər barəsində çox doğru dedin. Ancaq xeyr, atdığım şeirim olmayıb.
- Aysel xanım, təsəvvür edin ki, saytımızın bütün idarəsi tamamilə sizin əlinizə verilib. İlk olaraq nə kimi islahatlar keçirərdiniz?  mocking
Vauuu, Ramil bəyin gözündən uzaq). İnanın ki, saytımızdır deyə demirəm. Azərbaycanda çox qadın portalı var. Ancaq Qadın.Net kimi hər şeyi yerində, səviyyəli portal yoxdur. Yəni burda dəyişməli heç nə görmürəm.

Dəniz84 ilə müsahibə

- Heçmi? 
Heçç. Dizayndan tutmuş. xəbərlərə qədər hər şey çox gözəldir.
- Aysel xanım, həyatda doya bilmədiyiniz nəsə varmı? Mənəvi olaraq, amma ailəni nəzərdə tutmuram. Təbiidir ki, heç kim ailəsindən doymaz.
Deməli, mən 2000-ci ildə məktəbi bitirmişəm. Ali məktəbə də çox həvəslə hazırlaşmışdım. Müəllimlərim də məndən arxayın idi ki, sən istədiyin Universitetə qəbul olacaqsan. Lakin mən imtahan zamanı bərk xəstələndim və imtahanda ola bilmədim və beləliklə, tələbəlik həyatı mənə nəsib olmadı. Doymadığım yalnız bu ola bilər.

- Bəs olubmu ki, düşünəsən ki, yaxşı ki o imtahana gedə bilmədim?
Xeyr, olmayıb, heç vaxt. Həmişə deyirəm kaş ki, o imtahana gedə biləydim.
- Allahdan xeyirlisi. Amma mən gördüyüm qədərilə universitet oxumasanız belə, siz daim öz üzərinizdə işləyirsiniz. Ona görə də deyin görək, saytımızdakı xanımlara nə kimi sözünüz var? İstər saytdakı fəaliyyətləri olsun, istərsə də adi bir insan kimi nəsə bir məsləhətiniz varmı?
Mənim diplomum yoxdur, ancaq bəzi diplomu olanlardan çox savadlıyam) elə bunu görəndə deyirəm kaş ki, diplomum olardı. Yəni demək istədiyim savad diploma baxmır. Mən boş oturmağı sevən xanım deyiləm. Aktivlik təbiətimdə var. İndiyə qədər rahat oturub divanda televizora baxdığım yadımda deyil. Ya kitab oxuyaram, ya nə isə çəkərəm, ya nə isə yazaram, ya da toxuyaram. Yəni Allahın mənə bəxş etdiyi bu ömrü boş keçirmək istəmirəm. Saytda 100-lə xəbərim var, sağlamlıq və ya gözəllik. Hər birini xarici saytlardan tərcümə etmişəm. Saytımızda gənc xanımlar üçün hər sahəyə aid xəbərlərimiz var. Adi şəkil çəkməyi öyrədən xəbərlərdən tutmuş gələcəkdə ana olacaq, ailə sahibi olacaq xanımlara çox faydalı xəbərlər var. Dini xəbərlərimiz var. Gənc xanımlara məsləhət edərdim ki, bu xəbərlərə önəm versinlər. oxusunlar. Peşman olmazlar.

- Sizinlə söhbət çox maraqlı idi, ona görə bacardıqca söhbəti uzatmağa çalışdım, amma sizi də yormaq istəmirəm. İlk müsahibim oldunuz və razılıq verdiyiniz üçün, fikirlərinizi mənimlə, hər kəslə bölüşdüyünü üçün təşəkkür edirəm. 
Mən təşəkkür edirəm. Mənə dəyər verib, müsahibiniz etdiyiniz üçün. Buyurun.

 

Səslərin sayı: 9
22
3241
loading...
Şərhlər
Offline
Aysel İ.
Ayselin şair olduğunu bilmirdim bax, müsahibənin xeyirli tərəfi də budur, bilməzləri ortaya çıxarır)

Ana,nə şirindir bu söz,bu kəlmə,
Gəl qulaq as bu sözlərimə sən də.
Analar qarşısında baş əyir hər kəs
Bəzən tapılır ananı danan nakəs.

Ana doqquz ay bətnində gəzdirir səni
Hələ orda ikən çox sevir körpəsini.
Arzu edir körpəsinin dünyaya gəlişni
İstəyir eşitdirsin ona laylay səsini.

Vaxt gəlir,vədə çatır doqquz ay tamamında
Ana əziyyət çəkir sancılar arasında.
Nəhayət gətirir dünyaya körpəsini
Eşitcək sevinər onun ağlar səsini.

Bəzən də təslim olur əzrail qarşısında
Körpəsi üçün keçir şirin həyatından da.
Demək anaların yoxdur qiyməti
Ananı dananın varmı qeyrəti.

Hələ Peyğəmbərimiz belə deymişdir:
Cənnət anaların ayağı altda.
Böyük məna var ana duasında
Gəl baş əy hər zaman ana qarşısında.
İlk şeirlərimdən..

Təşəkkür Ceylan xanım. give_ros
16 sentyabr 2015 17:55
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Ayselin şair olduğunu bilmirdim bax, müsahibənin xeyirli tərəfi də budur, bilməzləri ortaya çıxarır)
Dəniz nikini də niyə seçmisən, onu da öyrənmiş oldum. laughing
Agat redaktorumuza belə gözəl müsahibə hazırlayıb təqdim etməsinə görə dərin minnətdarlığımızı bildiririk. Çox gözəl və poetik alınıb. Afərin! girl_ten good
16 sentyabr 2015 17:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış