Hər zaman olduğu kimi, ilk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün qeydiyyatlı sistem 2010-cu il 13 fevral tarixindən işə salınıb.
4 fevral 2011-ci il tarixinə olan statistika:
4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə.
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.
4 fevral 2013-cü il tarixinə olan statistika:
41500 qeydiyyatlı istifadəçi, 13000 xəbər sayı, 635.000 şərh sayı və 112 fərqli bölmə.
4 fevral 2014-cü il tarixinə olan statistika:
82000 qeydiyyatlı istifadəçi, 26000 xəbər sayı, 885.000 şərh sayı və 128 fərqli bölmə.
Ənənəyə sadiq qalaraq kiçik hesabat və məlumatlardan sonra, bizim üçün ötən ilin 6 ən əlamətdar hadisəsini qeyd edəcəyik.
Hər zaman olduğu kimi qeyd etmək istərdik ki, komandamız heç bir zaman statistik göstəricilər, rəqəmlərlə öyünməyib. Günlük ziyarətçi sayının milyonlarla olması, yaxud qeydiyyatlı istifadəçi sayının astronomik rəqəmlərə çatması və s. – bütün bunlar bizim üçün prioritet məsələ olaraq heç bir zaman gündəmdə olmayıb.
İşimizi nə üçün, necə, hansı düşüncələrlə gördüyümüzü də artıq bilirsiniz ))
Qeyd etdiyimiz kimi ənənəyə sadiq qalaraq göstəriciləri sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik:
04 fevral 2015-ci il - 96000 qeydiyyatlı istifadəçi, 43000 xəbər sayı, 935.000 şərh sayı.
Beləliklə ötən ilin ən yadda qalan hadisələri:
1. Ötən ilin istifadəçilərimiz üçün ən yadda qalan hadisəsi heç şübhəsiz ki, yeni Reytinq sistemidir. Artıq məlumunuz olduğu kimi, yeni yeni Reytinq sisteminə əsasən ilk dəfə məhz bizim portalda istifadəçilər sayta ayırdıqları dəyərli vaxtlarının qarşılığında əvvəlcədən müəyyən olunmuş qaydada real pullar qazanırlar. Günün və ayın ən çox şərh yazan istifadəçiləri, həftənin və ayın xəbər müəllifləri o seçilmiş istifadəçilərdir ki, bütün nominasiyalarda birinci olduqları halda ay sonunda toplam 108 AZN qazanc əldə etmə imkanına sahibdirlər!
2. Geridə qalan il ərzində istifadənizə təqdim edilən Qadin.TV layihəsi haqda çox izahata ehtiyac olmadığını düşünürük. Artıq hər bir kəs məlumatlıdır ki, ilk dəfə olaraq Qadin.Net – İlk Milli Qadın Portalının video layihəsi sırf öz məlumat bazası ilə fəaliyyət göstərən, ölkəmizin və bir çox digər ölkələrin televiziya verilişlərini, serialları, filmləri, konsertləri, cizgi filmlərini, müxtəlif mövzulu ən baxımlı videoları, məşhurların həyat hekayələrini kəsintisiz, reklamsız sizlərə təqdim edən Qadin.TV layihəsi var. Zamanı, izləmə məkanını siz seçin! – bu sözlər görülən bütün işlərin sizlər üçün edildiyinin ən bariz nümunəsidir. Bütün işlər, layihələr sırf sizlərin rahat istirahəti üçündür. Son günlərdə isə Qadin.TV video portalının görünüşü tamamilə yenilənərək daha geniş funksionalla istifadənizə təqdim edilmişdir.
3. 2015-ci ilin yanvar ayından isə saytın ilk mobil versiyası öz işinə başladı. Artıq kiçik ekranlı mobil telefonlardan saytı ziyarətlər zamanı yaranmış nasazlıqlardan şikayət edən istifadəçilərimiz rahatlıqla sevimli saytlarını izləyə bilirlər. İlkin mərhələdə istifadəçilər üçün ən mühüm, daha çox istifadə olunan bütün imkanlar mobil versiyaya da əlavə olunmuşdur. Tezliklə mobil versiyada bütün funksionaldan tam şəkildə yararlanma imkanınız olacaq. Həmçinin "telefon" həvəskarları üçün əlavə xidmətlərin də aktiv edilməsi üzərində işlər gedir.
Əlbəttə ki, hər zaman qeyd etdiyimiz kimi bütün bu uğurları tək əldə etmədik!
Hər il qeyd etməyimizə rəğmən bir daha qeyd etməyi borc bilirik: ən çox stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən bütün redaksiya üzvləri – hörmətli Redaktorlarımız, eynilə çox dəyərli Ekspertlərimiz və təbii ki, Ekspertlərimizin ən yaxın silahdaşları - Nəzarətçilərimiz, insanları doğru yöndə məlumatlandıran, xəstəliyin ilk simptomları zamanı onları düzgün yönləndirən hörmətli Həkimimiz, üzləşdiyiniz bütün problemli məsələlərin hüquqi yollarla həllini izah edən, dəyərli tövsiyyələrini heç bir vaxt ziyarətçilərimizdən əsirgəməyən Hüquqşünasımız – Sizlərin hər birinə ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!
Üzv sayı 125.000 nəfərdən artıq olan Facebook səhifəmizin rəhbərliyi və idarəçi üzvləri:
Çox sağolun ki, qazandığımız bütün uğurlarda sizlərin əməyi əvəzolunmazdır!
Ceylan xanım və Ənvər bəy...
Hər iki dəyərli dostum, həmkarım, çalışdığı sahənin peşəkarları:
6 il, 72 ay, 288 həftə, 2016 gün, 48384 saat, 2.903.040 dəqiqə, 174.182.400 saniyə!
Bəli, bu rəqəmlər əziz dostlarımızın bütün komanda ilə birlikdə sizlər üçün çalışdığı, sizləri düşündüyü zamanın göstərciləridir!
Və...
Ən nəhayət Siz dəyərli ziyarətçilərimiz!
Bizlər üçün çox dəyərli olduğunuzu, bu layihəni, portalı bu yerlərə gətirənlərin sizlər olduğunuzu artıq bilirsiniz. Bu dəfə sizə fərqli şəkildə müraciət edəcəyik:
Bəzən şikayətləriniz, bəzən yerli-yersiz narazılıqlarınız, bir-birinizdən "küsərkən" belə bizləri günahkar çıxarmağınız, əhvalınız olmayanda pozitiv enerjini burada axtarmağınız - Sizlərin hər bir sözü, addımı bizim yeni işlərimiz üçün stimuldur!
Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...
Növbəti yaş günlərində sizlərlə eyni məkani, daha böyük uğurları paylaşmaq arzusu ilə...
Sizli bizli, sevimli saytımızın altıncı yaş günü, 6 yaşı mübarək olsun!
Hörmətlə,
Ramil Hüseynov
Layihə rəhbəri
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR