Qapıdan içəri girər-girməz sevinclə qışqırdı uşaq:
- Ana, bilirsənmi bu gün nə oldu?
Anası mənalı-mənalı baxdı: "Xeyirdir, dəcəllik filan. Bax, bir də səninlə əsəbləşməyim. Çox yorğunam onsuz da."
- Görmürsən, telefonla danışıram...
Heç kimin sevdiyi şeylər biri-birinə bənzəmirdi. Anası telefonu, atası avtomobili sevirdi. Hər şey sabaha qalırdı, günlər beləcə keçirdi. Telefon və avtomobil mövzusu ortaya düşdüsə, bir də evə qonaq gələrsə, özünə heç yer qalmırdı. Hara getsin, nə etsin? Anası telefonla danışıb qurtardı. Mətbəxdən qazan-qaşıq səsləri gəlirdi. Qaçaraq yanına getdi. "Sənə kömək edimmi?"- çox sevinərək dedi.
Yorğunluq necə bir hissdi. Bəzən əlində oyuncağı ilə yuxuya daldığında nənəsi oyuncağı yavaşca əlindən alıb "necə yorulubmuş uşaq. Gül içərində yatasan səni"-deyərək yavaşca alnından öpürmüş. Yorğunluq gül qoxulu bir yuxuya dalmaqsa əgər, niyə anası onunla belə əsəbi danışırdı. "Anacığım yorulduğu zaman gül qoxulu yuxulara dalar. Nənəm də belə söyləyər. '' Sən yat, gül qoxuları sənsiz qalmasın. Sən çox yorulmusan." Bu sözlərə nifrət edirdim. Yorğunam. Yorğun olduğumdan. Belə yorğun, yorğunkən. "Anacığım, sən yorulma deyə" "Yemək yeyərkən danışarıq övladım. Bankda işlərimi bitirməmişəm. Atan gələnə qədər bunları bitirməliyəm. İndi isə sən oyna bir az." "O zaman siz yorulursunuz, elə deyilmi? Eeee . Mən də oynamaqdan yoruluram. Nə edim? Bilmirəm.'' Lazım olmayanları bilirdi böyüklər, lazım olanları bilmirdilər. Birdən işıqlar söndü. Anası hirslə deyinməyə başladı. "Şam da yoxdur"-deyə-deyə şkafları əli ilə axtarırdı.
Uşaq arxası üstə uzanıb nənəsinin kəndini düşündü. Qaz lampasının işığında "Dəli Dovşan" nağılını danışmağını. Dəli dovşanın divardakı əksini gətirdi gözlərinin önünə. Nənəsi kimi iki əllərini birləşdirib işarə barmaqlarını yuxarı qaldıraraq dovşan başı etdi. "Bax, dəli dovşan" deyərək barmaqlarını oynatdı. Yoldan keçən avtomobillərin faraları divardakı dovşanı daha aydın göstərirdi. Dovşan azad gəzdi sağda-solda. Otlarla quşlarla danışdı. Sonra yoruldu. Divardakı görüntü o kiçik ovuclarının açılmasıyla itdi. Qolu yavaşca divandan aşağı sallandı. Niyə görə sonra işıqlar yandı. Birdən qadın uşağın heç danışmadığını düşündü. Divana tərəf qaçdı. Kiçik dizlərini qarınına doğru çəkərək yuxuya getmişdi. Masanın üstündəki sənədlərə baxdı iyrənərək. Susqun bir peşmanlıq doldu ürəyinə. Oyandırmadan qorxa-qorxa kiçik alnına bir öpüş qondurdu. Uşaq sanki bu öpüşü gözləyirmişcəsinə "işin bitincə məni sevərsənimi, Ana?" -dedi. Qadın sevilmək üçün görüş istəyən uşağına baxaraq səhərə qədər ağladı.
Uşaqlarımızı sevgidən məhrum etməyək, onların bizə çox ehtiyacı var, onlar məsum və günahsızdırlar, övladlarımıza lazımı qədər sevgi göstərək ki, zaman keçdiyində peşman olmayaq...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Daban çatları (1)
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Sabahın hava proqnozu
Özcan Deniz haqqında gözlənilməz xəbər
Geri qayıdan trendlər
Bir həftəyə 4 kq arıqladan pəhriz
Quru meyvəli çörək dilimləri (foto-resept)
Qaraciyərin böyüməsinin səbəbləri
Cəbhə xəttində atəşkəs bir neçə istiqamətdə pozulub
Xəyanətlə üzləşən kraldan AÇIQLAMA-FOTO
Souslu tavakababı (foto resept)
Doğuşdan sonra bunlara əməl edin!
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
Hamilə olan Fahriyənin son halı - FOTO
İş yerinizi nə zaman dəyişməlisiniz?
Türkan Şorayda gözəl addım-FOTO
Dünyanın ən gözəl 13 qadını
Ramil Səfərov ata oldu
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
"Batman"ın çəkilişinə hazırlıqlar gedir-FOTO
Cennifer Lopez yeni FOTOsu ilə diqqət çəkdi
“Instagram”da “TikToka”a bənzər yenilik
Çəmənotu
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Dünyanın ən yaxşıları seçildi
Uşağa eyni vaxtda altı orqan köçürülüb
17 asteroiddə su aşkarlandı
Altı aktyor serialı tərk etdi-SİYAHI
Ordumuzda yenilik
Alla Puqaçovaya nə olub?-FOTO
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
2 yaşındakı qız üçün qonşular işarət dili öyrəndi
Türkiyədə bina çokdü
Dağlıq Qarabağ: yeni savaş nə zaman başlayacaq?
Hündürdaban ayaqqabılar
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Günün qoroskopu: Təmkinli olun!
Dreyk 100 milyona təyyarə aldı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HP yeni noutbukunu göstərdi
Azərbaycanda özəl pensiyalar ola bılər
Cem Yılmazdan evlilik açıqlaması
Günün qoroskopu:Çətinliklərdən qorxmayın
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
Gi pəhrizi
Göbələkli qovurma (foto-resept)
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Qaşlarını yan dara, qız...
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
- ŞƏRHLƏR