"Avtomobil" sözü autos (yun. "özül", "müstəqil") və mobile (lat. "hərəkət edən") sözlərinin birləşməsindən yaranıb. Özü hərəkət edən araba düzəltmək insanların çoxdankı arzusu olub. Onlar gah pedal düzəldib onun vasitəsilə təkərləri fırladır, gah da arabaya yelkən taxırdılar. Maraqlıdır ki, bir çox xalqlar avtomobilə sadəcə "araba" deyirdilər.
XVII əsirdə buxar mühərriki ixtira edildi. Bu mühərrik buxarın yaratdığı təzyiq hesabına işləyirdi: qazanda su qaynadılır, bu zaman yaranan güclü buxar mühərrikə ötürülürdü və beləliklə, mexanizm hərəkətə gəlirdi.
Bu ixtiradan sonra arabaya at əvəzinə buxar maşını qoymağı qərara aldılar.mBu arabanı "lokomobil" adlandırdılar. Bir anlığa təsıvvür edin: araba küçədə hərəkət edir, onun qabağına mis qazan bağlanıb, arxasındakı skamyada isə sürücü oturub sükanı fırladır. Araba bir qədər gedəndən sonra dayanır. Çünki qazanda su soyuyub və buxar qurtarıb. Deməli, sürücü arabadan düşüb ocağı yandırmalıdır ki, qazanda su qaynasın, buxar alınsın və maşın yenidən hərəkətə keçsin. Elə buna görə də sürücünü fransızca "şofer" adlandırmışdılar. Tərcümədə bu söz "ocaqçı" mənasını verir.
İngiltərədə isə buxar maşınını örtülü arabaya qoyaraq sərnişin daşımağa başladılar. Qoşquda bir neçə nəfər oturub daim ocaq qalayırdı ki, qazandakı suyu soyumağa qoymasın. Artıq yollarda bacasından tüstü çıxan avtobuslara tez-tez rast gəlmək olurdu. Bu avtobuslarla yol getmək qorxulu, həm də təhlükəli idi. Çünki qazan partlaya bilərdi.
İxtiraçılar daha yüngül və rahat mühərrik yaratmaq haqqında düşündülər. İlk belə mühərriki belçikalı mühəndis Lenuar düzəltdi. Onun yaratdığı mühərrikdə slindirin içərisindəki porşen yanan qazın yaratdığı təzyiq nəticəsində hərəkət edirdi. Lenuar bu mühərriki "daxiliyanma" mühərriki adlandırırdı.
Lakin "atsız araba" ixtiraçıları kimi tarixin yaddaşında başqa adlar qalmışdır: Karl Bens ilə Qotlib Daymler. Onlar ixtiraçıya vacib olan hər şeyi etdilər: ixtiranın ideyasını fikirləşib tapdılar. Onun ilk nümunəsini yaratdılar. İxtiranı patentləşdirdilər və onu istehsalatda tətbiq etdilər.
Alman mexaniki Karl Benz XIX əsrin 80-ci illərində benzinlə işləyən daxiliyanma mühərriki ixtira etmişdi. Benz bu mühərriki üçtəkərli bir karetə bərkitdi. Beləliklə, 1885-ci ilde saatda 16 km sürətlə hərəkət edən avtomobil sınaqdan keçirildi.
Həmin ildə Alman mühəndisi Qotlib Daymler də benzinlə işləyən, yüngül və sürətli bir mühərrik ixtira etdi. Bu mühərrik taxta bir velosipet üzərinə qoyuldu və nəticədə ilk motosikl ixtira olundu.
Daymler "Daymler motor kompani" şirkətini yaratdı. Bu şirkətin buraxdığı avtomobillər "Mersedes" adlandırılırdı. Bəs nəyə görə bu cür adlanırdı?
Emil Yellinek adlı bir avtomobil həvəskarı "Daymler" maşınında ilk avtomobil yarışında qalib gəldi. Bundan sonra o bu zavoda 36 ədəd avtomobil sifariş etdi. Razılaşmaya əsasən zavodun buraxdığı avtomobillərə "Mersedes" adı verildi. Mersedes Emilin qızı idi. O zaman Mersedesin 10 yaşı var idi. Sonralar Daymlerin şirkəti Benzin şirkəti ilə birləşdi, məşhur "Mersedes-Benz" şirkəti belə yarandı.
XX əsrin əvvəllərində avtomobillər çox baha idi. ABŞ-ın Miçiqan ştatında fermer ailəsində dünyaya göz açmış Henri Ford başa düşürdü ki, avtomobilin qiymətini ucuzlaşdırmaqla ona olan təlabatı kəskin şəkildə artırmaq mümkündür. 1903-cü ildə o,"Ford motor" adlı şirkət təsis etdi. Şirkətdə hər il 100 avtomobilin istehsalına nail olunmuşdu. Artıq Bakı yollarında "Ford" avtomobillərini görmək olardı. Onu Bakıya ilk dəfə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gətirtmişdi.
Bu gün artıq müasir dövrümüzün daha gözəl və daha yeni avtomobilləri ilə tanışıq. Belə avtomobillərin sayı günü-gündən artır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Avokadolu əl maskası
Cəbhə xəttindəki son vəziyyət - VİDEO
Dietoloqdan həzmi asanlaşdırmağın yolları
Kefli alma (foto-resept)
Bu qidalar kokəlmənin qarşısını alır- SİYAHI
Rəhbərin adını daşımaq qadağan olundu
5 kiloqram arıqladan kök pəhrizi.
Lavrov: Avropa təhlükədədir
Möhtəşəm qadınlar
Heyvali piroq (foto resept)
Oruc tutarkən susamamaq üçün
Ordumuzun reytinqi
Düşmən rayonlarımızı atəşə tutur - RƏSMİ
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Çində koronavirusa qarşı vaksinə ilk patent verilib
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
100 yaşlı nənə ad günündə atıldı
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
Rəqəmli pazllar (3)
Saç düzləşdirən süd maskası
Dünyanın ən gözəl əkiz bacıları - FOTO
Bakıda qəzaya uğramış maşından sürücünün xilas edilməsi anları - YENİLƏNİB + VİDEO
2016-cı ildə nə olacaq?
Təzyiqi aşağı salan 4 ərzaq
Parkinson xəstəliyi
Google Glass artıq açıq satılır
Əkizlər
Yunanıstanda Soçi-2014-ün Olimpiya məşəlini yandırdılar
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Yaponiyanın sənətkar əkinçiləri
Hipertoniyanın müalicəsində irəliyə doğru mühüm addım
Valideynlərə təcili kömək -1
Dünyada yeganə albinos oranqutan təsbit edilib - FOTO
Əliyevdən sərt xəbərdarlıq: Maaş onun-bunun cibinə gedir
Çox tərləməyin səbəbləri
Ətli göbələk(foto resept)
Yamanlığa yaxşılıq... Xoşbəxt et, xoşbəxt ol!
Avropada vahid baza yaradılacaq
Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir – XƏBƏRDARLIQ
Diqqət testi
Əcəb Sandal (foto resept)
Siqareti tərgitmək üçün yeni üsul
TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqlayıb
8 apreldə Ay çəhrayı rəngdə görünəcək
Balların hesablanması QAYDASI DƏYİŞƏCƏK - DİM
Günün ulduz falı - 21.08.2013
"Azərişıq"dan borclu abunəçilərə XƏBƏRDARLIQ
Prezidentlə xanımı yeni təcili yardım maşınları ilə tanış oldu
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR