Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərisindən seçilərək əlifba sırası ilə düzülmüşdür.
G
Gülmək
1. Ucadan gülmək – ona işarə edir ki, sizin həyatınızın sakit axarı tezliklə gözlənilməz bədbəxtliklə pozulacaqdır.
Gülüş
1. Xoşagəlməz hadisələrdən, müvəffəqiyyətsizlikdən və qəmdən xəbər verir.
2. Səbəbi olmayan şadlıqdan doğan gülüş – sizin sahibkarlığınızda müvəffəqiyyət qazanacağınıza və dövlətli şəriklərinizin olacağına şəhadət verir.
3. Uşağın xoşbəxt gülüşü – şadlıq və sağlamlıq.
4. Sizə gülürlər – xəstələnəcəksiniz və işlərinizdə ümidsizliyə düçar olacaqsınız.
Gümüş
1. Gümüş satmaq – xoşbəxtlik pulda deyil.
2. Gümüş tapmaq – pulun çatışmamazlığını bildirir.
3. Gümüş almaq – böyük məbləğdə gəlirin olacağını bildirir.
Günəş
1. Şan-şöhrət və məhəbbət vəd olunur.
2. İşıqlı günəş – şən həyat; günəşin tutulması – bədbəxtliklər, taleyin zərbələri və kədər.
3. Günəşin batması – xəbərdarlıq edilir ki, sizin firavanlığınız tənəzzülə uğraya bilər.İşlərinizdə və hərəkətlərinizdə ehtiyyatlı olun.
4. Günəşin çıxması – sevinəcəksiniz, firavan həyatınız olacaq; batan günəş – xoşagəlməz xəbərlərdir.
Günorta
1. Qadınlar üçün onların həyatlarını bəzəyəcək möhkəm dostluq əlaqəsinə işarədir.
2. Dumanlı, yağışlı günorta – bikefliyə və narazılığa işarədir.
Gürzə
1. Gürzənin sancması – dostlarınız və yaxınlarınızla əlaqədar kədərli hadisələr; gənc qadın üçün - riyakarlığa işarədir.
2. Sürünüb uzaqlaşan gürzə - bədbəxtliklər sizdən əl çəkəcəkdir.
H
Hamam
1. Hamamda yuyunmaq – xoş macəralara yozulur. Lakin, əgər siz evdən, dost və yaxınlarınızdan uzaqdasınızsa, deməli bu yuxu gözlənilməz xəstəlikdən xəbərdarlıq edə bilər.
2. Yuxuda hamam görmək, orad yuyunmaq – rifaha yozulur.
Hamiləlik
1. Qadın üçün: özünü hamilə görmək – onun həyat yoldaşı ilə bədbəxt, uşaqlarının isə qeyri-cazibədar olacağının nişanəsidir.
2. Cavan qadın üçün – sevgidə səadətə yozulur.
3. Ekiz övlad olduğunu görmək – gözlənilməz gəlir işarəsidir.
4. Hamilə qadın görmək – var-dövlətin çoxalması, şərəf və fərəhin xəbərdarlığıdır.
Hasar
1. Yaşıl çəpər sevincə və gəlirə işarədir.
2. Cavan qadın üçün: çəpərin qırağında sevgilisi ilə gəzmək - tezliklə ərə gedəvəyi barədə xəbərdarlıqdır.
Hava
1. Təmiz mavi, aydın səma – fərəhli, şərəfli həyatdır.
2. Ağ və ya açıq rəngli buludlar – uğurlu əmək; qara buludlar – qüssə, ruhdan düşmək, uğursuzluq.
Həb
1. Kiçik işlərdə uğur nişanəsidir.
2. Qadın üçün – həb udmaq və ya atmaq – ona qarşı xırda paxıllıq və ya digər əhəmiyyətsiz səbəblərdən narahatçılıqdır.
Hədiyyə
1. Yuxuda hədiyyə almaq xoşbəxt olacaqsınız.
2.Kiməsə hədiyyə vermək – həqiqətdə həmin şəxsə qarşı pis münasibətdir.
3. Yaxşı adama hədiyyə vermək – dostluğunuz qırılacaqdır.
Həkim
Qadın üçün: həkim görmək – şəxsi münasibətlərdə itkilər; kişi üçün: işlərdə müvəffəqiyyətsizlik; diş həkimi – xəstəlik.
Həyət
Təmiz həyət- sevinci; çirkli, bərbad həyət – sıxıntını bildirir.
Həyat yoldaşı – görmək – xoş xəbər əlamətidir.
Hovuz
Qız üçün: hovuzda üzmək – ləyaqətli və namuslu olması, əsl dost tapmaqda və cəmiyyətdə vəziyyətini möhkəmləndirməkdə ona kömək edəcəkdir.
X
Xala (bibi)
Cavan qadın üçün: xala (bibi) ilə danışmaq – ona böyük kədər gətirəcək hansısa hərəkətinə görə kəskin məzəmmət.
Xanım
1. Tanış olmayan (yad) xanım – işdə pis hadisəyə, xoşagəlməzliyə işarədir (kişi üçün) ; sevgilisi ilə dalaşma (qadın üçün).
Xeyir-dua vermək
Yaxşı, xeyirxah iş görəcəyinizə işarədir.
Xəmir
1. Şirniyyat xəmiri – namuslu əmək, lakin az mənfəət.
2. Xəmir yemək – mürəkkəb vəziyyətlərə işarə.
Xəstə
Xəstəyə baş çəkmək – fərəh, gözlənilməz xoşbəxtlikdir.
Xəstəxana
1. Sağlamlıq, xoşbəxtlik, gəlir, müvəffəqiyyət müjdəsidir.
2. Xəstəxanaya getmək və ya kimisə oraya aparmaq – qeyri-adi xəbərlərə yozulur.
Xiyar
1. Müvəffəqiyyət, gəlir və sağlamlıq vəd edir.
2. Xiyar almaq – həyəcan və qıcıqlandırılmaq xəbərini verir.
3. Xiyar yemək – hesablanmamış oyundan qorunmaq, yalan və oyunda uğursuzluqdur.
Xörək bişirmək
Hansısa xörəyi bişirmək – bu, ona işarədir ki, tezliklə sizin boynunuza xoş bir vəzifə düşəcək; xörək bişirən zaman nə isə alışsa, özü ilə nigarançılıq və ümidsizlik gətirən hadisələri gözləmək lazımdır.
Xurma
Yuxuda xurmanı ağacda görmək – tərəqqi və xoşbəxt ittifaq.
İ
İldırım (şimşək)
1. Bir müddətlik davam edəcək xoşbəxtlik və firavan həyat keçirəcəyinizdən xəbər verir.
2. Başınızın üstündə şimşək çaxması – gəlirə, qəfil şadlığa yozulur, əgər ildırım yaxınlıqdakı obyektin üzərində çaxıbsa və siz bundan qorxuya düşmüsünüzsə, dostunuzun uğurlarına sevinəcəksiniz.
İnsan
Qadın üçün – xoş zahiri görünüşlü insan görmək – sevinc, sağlamlıq deməkdir. Kişi üçün – dilxorçuluq, boşuna narahatlıqdır.
İşıq
Parlaq işıq - böyük müvəffəqiyyət; dənizdə mayakın işığını görmək – arzuların həyata keçirilməsi; düz işıq – yaxşı məsləhətin əlaməti. Birdən-birə yox olmuş işıq pis xəbərdir.
İt
1. Yuxuda it görmək – vəfalı dosta işarədir; hürən it qələbə əlamətidir.
2. Hücum edən it – dostunuz sizi pisliklərdən qoruyacaq. 3. Dişləyən it – dostdan küsmək deməkdir.
4. Qara it – kədərli xəbərə, ağ it – gözləmədiyiniz gəlirə işarədir.
İtki
Nəyisə itirmək - qəfil tapıntıya işarədir.
J
Jurnal
Jurnalı vərəqləmək və ya oxumaq – yeni biliklərlə zəngimləşməyə daim can atmaq.
K
Kağız pul
Küçədə əskinas tapmaq – aldadılmış ümiddir.
Kakao
Kakao içmək – xoş olmayan insanlarla dostluq münasibətlərini saxlayaraq, onlardan işdə irəliyə getmək, əyləncə və digər faydalı məqsədlər üçün istifadə etməyə işarədir.
Kənd
1. Gözəl evləri, təmiz çayı, ucsuz-bucaqsız buğda zəmiləri olan kənddə olmaq sizin xoşbəxt bir hadisə nəticəsində varlanacağınızdan və ya işdə vəzifənizin artacağından xəbər verir.
2. Uşaqlığınızın keçdiyi kənd evində olmaq – sağlamlıq və uğura yozulur.
3. Yayda kənd – sevinc və zövqdür; qışda – qəm,qüssədir.
Kəpənək
Çiçəklənən ot içində kəpənək – işlərin çiçəklənməsinə doğrudur.Pərvaz edən kəpənəklər – dostlardan xəbərlərdir. Qız üçün – nigahla nəticələnək xoşbəxt sevgidir.
Kilsə
Hər bir işiniz xeyrə doğru yozulacaq.
1. Çoxdan gözlənilən işin baş tutmaycağına işarədir.
2. Dua etmək – bütün işlərdə xoşbəxtlik.
3. Kilsəyə girmək – vicdan əzabı çəkmək.
Kirpi
1. Pis hadisə olacaq, rəqibləriniz tərəfdən paxıllıq.
2. Kirpi tutmaq – köhnə dostunuzla görüş gölənilir.
3. Ələ almaq – işdə pis hadisə, yalançı adamla görüş olacaq.
4. Yuxuda kirpi görmək o deməkdir ki, sizin düşməniniz çoxdur.
Kitab
1. Kitab oxumaq – hamı tərəfindən qəbul olunmuş hörmətə işarədir.
2. Kitab almaq – elmdə uğur,fərəhli, işıqlı, şüurlu həyata açıq yol.
Kök
1. Sağlamlıq və artıma, qazanca işarədir.
2. Kök yemək – bütün işlərinizdə uğur əldə edəcəyinizdən xəbər verir.
3. Kök təmizləmək – tezliklə baş verəcək kədərə işarədir. 4. Qadın üçün yuxuda yerkökü yemək – erkən xoşbəxt ailə quracağına, həm də ağıllı şən uşaqlar böyüdəcəyinə yozulur.
Körpə
1. Bələkdə körpə - böyük və xoşagələn surprizə, körpəni ayaqyalın görmək isə bədbəxtliyə yozulur.Sağlam körpə - şadlığa, məhəbbətdə xoşbəxtliyə işarədir.
2. Körpəni çimizdirmək – çətin vəziyyətin öhdəsindən layiqincə gələcəyinizə işarədir.
Küçə
1. Küçədə getmək – səhv hərəkət, həyəcan.
2. Təzə tanışlıqdır.
Külək
1. Xoş xəbərin nişanəsidir.
2. Güclü külək – dava, sakit külək - barışıqdır.
3. Məhəbbət vəd edir.
Ardı var...
Müəllif: Azad Nəbiyev
Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.
Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Giləmeyvələr
Simdən incə əl işləri
Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib
Sinan Akçıl Hollandiyada evlənəcək
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Bakıda tələbə qız qaçırıldı
Hava haqqında
HAVA necə olacaq?-10 Avqust
"Tanrının gözü" göründü - İlk dəfə-VİDEO
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Nə üçün şagirdlər orta məktəblərdə dərslərdən yayınırlar?
Karamelli piroq (foto resept)
Mükəmməl makiyaj üçün bəzi sirlər
Sünnət
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ev üsulu coco star (foto-resept)
Smartfon bazarında lider dəyişdi
Dekabr ayı üçün bayramlar və tarixi günlər
Çiyələk yağından necə istifadə etməli?
Acun Ilıcalı Pərvizə görə tənqid olundu
Dəbli ev dekorasiyaları
Uşağın yuxusunu qoruyun
Cüneyt Arkından Türkan Şoray etirafı
Bakı metrosunda sərnişinlərə fosforlu qolbaq paylanacaq-SƏBƏB
Ağsaqqallar və ağbirçəklər qayıdır...
Avropanı buxar vulkanı bürüdü
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Rayonlara qar yağacaq
Ütünü necə təmizləməli?
Vampir-balıq kəşf edildi
HAVA necə olacaq?
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Valideynlərə XƏBƏRDARLIQ
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Yaponiya Ayda zavod tikəcək
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Metroda halın dəyişdisə, vay halına
İlham Əliyevin reytinqi açıqlandı
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Əl işləri- Toxunma ayaqqabılar
Uşaqları istidən qoruyun
Qarın böyüməsinin üç əsas səbəbi
Fransadan aprel döyüşlərinin ildönümü ilə bağlı BƏYANAT
Leyla Əliyeva oğlu ilə yemək bişirdi - VİDEO
Antaliya otellərinə Mayamidən ağ qum gətirirlər-SƏBƏB
Hadisədən Qalmaqallı FOTO
Milyon dollarlıq oyuncaqlar-FOTO
Adriana Lima yeni reklama çəkildi-FOTO
Bəzi yeni qəbul olunan tələbələr dərsə sentyabrın 15-də başlamaya bilər - AÇIQLAMA
- ŞƏRHLƏR