Ərinin qırxı çıxandan bir həftə sonra Zemfira Talehlə danışmaq, onun gələcək haqda fikirlərini öyrənmək üçün münasib vaxtı gözləyirdi.Bu gün səhərdən bəri oğlunun halında bir dəyişiklik hiss olunrdu.Ya səbəbsiz tez-tez anasını qucaqlayıb öpür, ya da zümzümə edə-edə həyətdə gəzişirdi.Hərdənbir də Sevdagilin həyətinə boylanırdı.”Bəlkə Taleh artıq öz yarını tapmışdı?O Sevdanı sevir?Ola bilməz.Axı Sevda indi çox dəyişib.Həm də oxumuş qızdır.Yəqin ki, çoxdan qəlbini şəhərdə kiməsə verib.Düzdür, onun kimi bir gəlinim olmasını çox istərdim.Amma..Nə bilim..Ürəyə hökm etmək olmaz.”
Əvvəlcə süfrəyə mixəkli çay gətirib ətrafına da şirniyyat, mürəbbə, limon düzdü.Talehin ən çox xoşladığı şirniyyat –paxlava idi.Adətən bayramlarda bişirsə də, indi oğlu üçün şirniyyatlardan əlavə paxlava da bişirmişdi.
-Gəl, əyləş, oğlum.Çoxdandır üz-üzə,ana-bala söhbət etməmişik.
-Bu gün bayramdır?Bu qədər şirniyyatlari kimin üçün hazırlamısan?Qonağımız olacaq?
-Səndən əziz kim ola bilər ki, mənə?Bunlar hamısı sənin üçündür mənim balam.Sən əsgərlikdə olanda heç bayramlarda da paxlava bişirmədim.Sənsiz boğazımdan keçməzdi.Hər gün Allaha yalvarırdım, səni mənə sağ-salamat qaytarsın, qulluğunda duracam.
-Artıq burdayam, sənin yanında.Heç yerə də getmək fikrim yoxdur.Elə bilirsən mən orda az darıxırdım?Sizin həsrətinizi az çəkmişdim?Mən də özümə söz verdim ki, qayıdandan sonra bir daha sizi tək buraxmayacam, həmişə yanınızda olacam...
Zemfiranin əlli beş yaşı vardi.Tez ailə qursa da uzun müddət uşaqları olmamışdı.Taleh dünyaya gələndən sonra məlum oldu ki, bu onlarin yeganə övladi olacaq, Zemfira daha ana ola bilməyəcəkdi..” Buna da şükür “ deyib həyatına davam etsə də çox fikircil qadin idi.Hər şeyi ürəyinə salandi.Öz dərdi qalırdı, qonşuda, hətta televizorda bir qəmli hadisə haqda eşitsəydi bütün gün onu fikirləşər, əlindən bir kömək gələ bilmədiyinə görə üzülərdi.Elə buna görə də saçları vaxtından çox əvvəl ağarmağa başlamışdı.Indi ən böyük arzusu evinə gəlin gətirmək, sağlığında nəvə görmək idi.Bu niyyətini oğluna necə deməyi düşünür, gözləri bir nöqtəyə dikilmiş , söhbətə hardan başlayacagını götür-qoy edirdi.
Anası kimi həssas olan Taleh özü sözə başladı:
-Hə, ana eşidirəm.Sözlü adama oxşayırsan.Ürəyini boşalt.Nə varsa de gəlsin-gülə-gülə dedi.
-Ay oğul, yaşın çox olmasa da tay-tuşlarından evlənənlər var artıq.Mən ancaq səninçün yaşayıram.Bundan sonra da sənə, balalarına qulluq etməklə ömrümü başa vurmaq istəyirəm.Ürəyə söz keçirmək olmur, bilirəm.Mən də sənə “Mənim istədiyimlə evlənməlisən” demirəm.Kimi ürəyin tutubsa de, gedib istəyim səninçün.
Anasının sözlərindən utansa da Taleh bu təklifi gözləyirdi.Cavab verməyə tələsmədi.Əslində anasının arzusunu gerçəkləşdirmək bu dəqiqə onun da ən boyuk arzusu idi.Kaş ki, atası sağ olaydı.Kaş ki, bu maddi çətinliklər onun çiyinlərinə yüklənməsəydi.Evlənən, artıq ata olan sinif yoldaşları Salehlə Ikram kimi ata-ana köməyi və xeyir-duasıyla, el adətiylə ailə qura biləydi.Ehh..Bunlar indi ancaq xəyallarda ola bilər.Bu xəyallar çətin ki, nə zamansa gerçəkləşə.Gerçəkləşsə belə bu, çox zaman alacaqdı.
-Ana, mən demirəm ki, mənim evlənmək yaşım deyil.Səni də başa düşürəm.Bütün gün evdə tək qalmaqdan darıxırsan..Amma indiki vəziyyətdə yeni həyata başlaya bilmərəm.Buna hazır deyiləm hələ.Gərək əvvəlcə özümə daimi iş tapım.
Ana ilə oğulun “ evlilik” barədə söhbəti burdaca bitdi.Daha heç biri bu mövzuya qayıtmadı...
...Talehə verilən möhlətin bitməsinə çox az vaxt qalırdı.Iki aya yaxın zaman keçsə də o hələ bir manat da artıra bilməmişdi.Bir neçə dəfə iş yeri dəyişmişdi.Hamsında da zəhmət haqqı qane etmədiyinə görə.Yük daşımaqdan lotoreya biletleri satışına qədər bir çox işlərdə çalışmış, qazandığısa gündəlik ərzaqlara güclə çatırdı.Belə işlərdə ancaq acından ölməmək üçün çalışırdılar.
Yenə şəhərə iş axtarmağa gedir.Avtobusda arxa oturacaqda pəncərə tərəfdə oturub fikrə getmişdi.Məktəbdə də həmişə pəncərə tərəfdə oturmaği xoşlayırdı.Pəncərədən baxa-baxa öz dünyasına qapılardı.Indi də eləcə pəncərədən baxa-baxa heç olmasa xəyallarında bu problemlərindən uzaq olmağa çalışırdı.Onu fikirdən radionun səsi ayırdı.Lirik musiqi parçasından sonra radiodaki aparici qızın bu günkü günün tarixçəsi haqda məlumatlarını dinlədi.Sən demə bu gün Valentin günü imiş.Kecmiş zamanda Roma legionerlərinə evlənmək qadağan olunmasına baxmayaraq Valentin adlı bir keşiş sevənlərə gizli nikah kəsdiyi üçün həbsə məhkum edilir, az sonrasa işgəncələrlə edam edilir.Amma edamdan əvvəl elə həbsxanada öz sevgisini tapır.Məhbus yoldaşlarından birinin qızını sevir.Sevgisini tapır və bu sevgiylə də dünyadan köçür.Ölümündən çox keçsə də bu gün də Valentinin adı “Sevgi” adıyla qoşa çəkilir.Aparici qız sonda üzünü onun kimi sevgisini gizli saxlayanlara tutub dedi:”Tələsin, sevginizi etiraf etməyə.Yoxsa gecikərsiniz.Bu gün kimsə sizi qabaqlaya bilər.”
Taleh məktəbdə oxuyan dövrdə belə bayram yox idi.Xoşuna gəldi.Həqiqətən də onun kimi utancaqların işinə ”yarayan” bayramdır.Belə çıxır ki, sevgisini dillə deyə bilməyənlər məhz Valentin günündə sevdiyinə hədiyyə etsələr bu o demekdir ki:”Səni sevirəm”?Nə maraqlı etirafdır.Aparıcı qızın son sözlərini xatırladı:”Yoxsa gecikərsiniz..Kimsə sizi qabaqlaya bilər.” “Yox!Gecikmek olmaz!Cəhənnəm olsun iş.Sevdanin dərsdən gəlməyini də gözləməyəcəm.Elə universitetə gedib onu gəzməyə dəvət edər, birlikdə evə qayıdarıq.Bəs hədiyyə nə alım?”Indiyədək ancaq ata-anasına hədiyyə seçmişdi Taleh.Atasına köynək, qalstuk, anasına şal, zərli yaylıq və ya sadəcə istədiyi parçani alardı ki, özü nə istəsə tikdirsin.Məktəbdəsə hər il 8 martda oğlanlarla bir yerdə pul yığıb qızlara eyni hədiyyə alırdılar.Pul versə də hədiyyə seçiminə qarışmırdı.
Avtobus şəhərə çatdı.Indi onu iş yox, yalnız Sevda ilə görüşü maraqlandırırdı.Indi diqqət etdi:Ətrafda bütün gənclərin üzündə təbəssüm, səmimiyyət, sevinc, bir çoxlarının əlindəsə qırmızı qızılgüllər gördü.Oyuncaq alanlar da vardı.Əlbəttə ki, kimin imkanı nəyə çatır..Onun imkani indi bircə qızılgülə catardı.Sevdanı yaxşı tanıyır.Bilirdi ki, onunçün hədiyyənin qiyməti önəmli deyil.Gözəl olduğu qədər də ağıllı, anlayışlı qız idi Sevda...
Nəhayət həmin gün cəsarətini toplayıb Sevdaya qəlbini aça bildi.O yanılmamışdı:Sevda da onu sevirdi.Taleh çox xoşbəxt idi.Bütün problemlərini unutmuşdu.Onun gözlərinə bir dəfə baxan hər kəs gözlərindəki sevgini görə bilərdi..
Belə xoşbəxt günlərin birində qəfil zəng hər şeyi dəyişdi.Zəng edən Sahib idi...
XƏBƏR LENTİ
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Hərbi ekspert: “Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Analar bu dəbi yaymağa başladılar
Göz ətrafına qulluq
Hadisənin 5 gözəllik sirri
Miomaya qarşı əlac
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
2020 Nyu-York moda həftəsi
Avropaya getmək artıq daha asan olacaq
Günün ulduz falı - 08.12.2013
Doğuş sonrası depressiya
Dünyanı böyük sürpriz gözləyir
Rusiya üçün bədbin proqnoz
Səlcuq Bayraktardan Şuşa təbriki: “Şükürlər olsun Rəbbimizə”
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Facebook istifadəçiləri – ehtiyatlı olun
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Bu qəzet səhvən nazir nömrəsini yayımladı
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Bu günün tarixi (03.09.2014)
Bakıda "çolaq" işıqfor
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Leysan qiymətlərə də təsir etdi
2014-cü ilin ev dizaynları
Bütün yaz dəbli görünməyiniz üçün nümunələr
Hava haqqında
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Dövlət qulluqçularına xoş xəbər
Şokoladlı konfet (foto resept)
Toydan sonra ilk işi bu oldu - FOTO
Kişi olmaq daha yaxşı imiş
Dünyanın ən uzun pilləkənlərı (2)
160 cütlük 02.02.2020-ci ildə nikaha girdi - İLK
Hər bir işdə bir xeyir varmış
İxtisas seçimi başladı
Dodaq yemə vərdişi
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Sitrus meyvələrinin şahı
Abdullah Gül Bakıya gəlir
Bakının mərkəzində nəhəng park salınır
Yerə asteroid yaxınlaşır
Dərman qəbul edərkən diqqətli olun!
Üçgözlü ilan
Tənbəlliyə qarşı təsirli həb
Hazal Kayadan gözlənilməz addım
Azərbaycanda hava şəraiti yenidən dəyişəcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Hava haqqında
- ŞƏRHLƏR