Toy günündə bütün qızlar gözəl görünmək istəyir. Bu mərasimi hər kəs həyatında bir dəfə yaşadığı üçün yadda qalan və qüsursuz görünmək arzusunda olur. Çünki çəkilən şəkillər həyatı boyu həmin günü xatırladır. Amma bəzən makiyajda edilən bəzi nöqsanlar bu xatirə şəkillərini baxılmaz edir.
Toy makiyajında bəzi nüanslar var ki, onlardan uzaq olmaq məsləhət görülür.
Al çəhrayı ənlik
Gəlinlik makiyajında yol verilən ən böyük səhvlərdən biri düzgün olmayan ənliyin seçilməsidir. Belə ki, siz qabaqcadan toyda əhvalınızın necə dəyişəcəyini bilmirsiniz. Həyəcandan dərinizin rəngi dəyişə bilər. Yaxşı olar ki, süni rənglərdən istifadə olunmasın və ən çox təbii, hətta öz yanaqlarınızın rəngi çalarındakı ənliklərdən istifadə olunsun. Qırmızı rəngin çalarlarından istifadə etdikdə ətrafdakılarda sizin hərarətinizin yüksəlməsi təəssüratı yarana bilər. Daha yaxşı olar ki, ənlik rəngi kimi yüngül çəhrayı və mərcan tonları seçilsin.
Axıcı vasitələr
Toy emosiyalarla dolu bir gündür. Ən əsası da gəlin üçün. Dostlar, qohumlar, hətta bəyin özü belə gəlin üçün emosional surprizlər və ya çıxışlar hazırlaya bilər. Bu zaman "daşdan olan qəlblər" belə əriyə, gözlərdən yaş süzülər. Ona görə də tuş və sulu göz qələmi mütləq suya davamlı olmalıdır.
Göy qurşağı
Narıncı, mavi, yaşıl və s. mövsümün hit rəngləridir. Gözəllik vasitələri ildən-ilə daha parlaq və cəsarətli olur. Amma toy günü bu tendensiya ilə gözüyumulu uyğunlaşmaq düzgün olmaz. Nəzərə alın ki, şəkillər sizinlə bir ömür yaşayır və bir neçə ildən sonra sizin rənglərə olan münasibətiniz dəyişə bilər. Yaxşı olar ki, bu gün bir neçə rəngi bir yerdə istifadə etməyəsiniz.
Cəsarətli dodaqlar
Əgər siz tünd qırmızı və digər cəsarətli rəngli dodaq boyalarından istifadəni sevirsinizsə, toy günü yaxşı olar ki, neytral tonlara üstünlük verəsiniz. Bəzi tünd rəngli dodaq boyalarının piqmenti dişlərə ləkə salır. Nahaq yerə stomatoloqda dişlərinizi ağartmaq üçün vaxt və pul xərcləməmisiniz ki, toy şəkillərində pomada izi olan dişlərlə gülümsəyəsiniz.
Həddindən artıq parıltı
"Gəlin xoşbətlikdən bərq vurur" ifadəsini hərfi mənada nümayiş etdirməyə ehtiyac yoxdur. Qadınlar çox vaxt diqqət mərkəzində olmaq üçün zərli kirşan və işığı əks etdirən losyonlardan istifadə edir. Bu, çox böyük bir səhvdir! Toy günü siz onsuz da qonaqların və kamera obyektinin diqqət mərkəzində olacaqsınız, sonradan yanan lampaya oxşamamaq üçün parıltılı vasitələrdən çəkinin.
Makiyajı sutkanın vaxtına görə müəyyən etməmək çox ciddi səhvdir. Mütəxəsislər birmənalı olaraq qeyd edirlər ki, əgər sizin toy mərasiminiz gündüz vaxtı olacaqsa, çətin və ağır makiyajdan istifadə etməyin. Yumşaq və təbii rənglərdən ibarət nisbətən vurğulanmış make-up gündüz mərasimi üçün idealdır. Bu zamanı istidən qırmızı ləkələrin əmələ gəlməsini önləmək üçün günəşdən müdafiə əsasdan istifadəni də unutmayın. Əgər söhbət gecə mərasimindən gedərsə, obrazı daha parlaq yaratmaq lazım olacaq. Bu zaman dərinin tonunu nisbətən artırmaq və parıltıdan istifadə etmək olar. Bir məqam da var ki, gəlinlik makiyajında smakey-eyes heç vaxt dəbdən düşmür.
XƏBƏR LENTİ
İnsanı tanımağın ən rahat yolu...
Bitkilər və təbabət (3)
Bel bölgəsindəki piylər infarkta səbəb olur
Qırmızı ürək muffin (foto-resept)
Dünyanın ən möhtəşəm mağaraları
Bu il manat yenə ucuzlaşacaq
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Kreativ əşyalar
Gözəlliyə kölgə salan vərdişlər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Koronavirusun əsas daşıyıcıları açıqlandı
Şokoladlı top (foto resept)
Xoşbəxtlik bizim içimizdədir
Su fitnessi
İnanılmaz: 24 saata 11 kq arıqladı
Günün qoroskopu: zövq müzakirə olunmur
AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə MÜRACİƏT
Obama İŞİD-i məhv edəcək
Nikah kağızı yoxdursa...
Sürücülərin işi lap asanlaşdı
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Əqrəb bürcü qadını
Günün qoroskopu: Risk etməyin!
Fransa erməniləri "Türk hava Yolları"nın "Marsel" klubuna sponsurluq etməsinə etiraz edirlər
Rusiyada sabahdan koronavirus peyvəndi üçün elektron qeydiyyat başlayır
Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
Günün ulduz falı
Bu vətəndaşlar cərimələnəcəklər - VİDEO - FOTO
Quru meyvə alarkən nəyə diqqət etməli?
Demet Akalından intihar etirafı
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
BÜRCLƏR bizə nə vəd edir? 8 İyul
Sabahın HAVAsı
Xiyar salatı (foto resept)
Yemək otağı modelləri
Çiyələk yağından necə istifadə etməli?
Qeyri-iş günləri AÇIQLANDI
Aspirin xərçəngə qarşı vasitədir.
10 halda heç zaman peşman olmayacaqsınız
Bu tərəvəz pis qoxu yaradır
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Zəlzələ onu da çökdürdü
Putindən Serjə yeni qadağa
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
Qarnındakı piy həyatını xilas etdi-FOTO
Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"lı oldu
- ŞƏRHLƏR