Pərvin Babi
4 aprel 1949-cu ildə Cjunaqadxda müsəlman ailəsində anadan olmuşdur. Ailənin tək övladı olub. Bütöv adı Pərvin Vəli Məhəmməd xan Babidir. Hind aktrisası və modelidir. Karyerasına model kimi 1972-ci ildə başlayıb. Kabir Bedi ilə ailəli olmuş, ayrılmışdır. Aktrisa şizofreniya xəstəliyindən əziyyət çəkib. İlk filmi 1974-ci ildə "Məcburi şərtlər" filmi olub. O, 1983-cü ildə karyerasına son qoyur və Hindistanı tərk edir. Pərvin Babi 20 yanvar 2005-ci ildə vəfat etmişdir. Ölüm səbəbi şəkər xəstəliyinin ağır forması olub.
Zinət Aman
Məşhur hind aktrisası, model və rəqqasədir. 19 noyabr 1951-ci ildə Bombey şəhərində anadan olmuşdur. Atası müsəlmandır. Anası hindistanlıdır. 1979-cu ildə “Əlibaba və qırx quldur” filminə çəkilmişdir. Zinət Amanın ailə həyatı o qədər də ürəkaçan olmayıb. İki dəfə ailəli olub. İkinci həyat yoldaşından iki övladı var. İkinci həyat yoldaşı böyrək çatışmazlığından vəfat etmişdir.
Mandakini
Əsl adı Yasmin Cozefdir. 7 iyul 1967-ci ildə anadan olmuşdur. Mandakini ləqəbini ona Rac Kapur vermişdir. Anası Kayna Manqu hindli, atası Ceng Cozef ingilisdir. Mandakinini 1985-ci ildə “Qanq, sənin suların bulanıqdır” filminə çəkilmişdir. O, 1996-cı ildən artıq heç bir filmə çəkilməyib. Həyat yoldaşı ilə birlikdə yoqa məktəbi açmışdır. Ailəlidir, bir oğlu var.
Hema Malini
Aktrisa, rejissor, prodüser, rəqqasə, yazıçıdır. Əsl adı Hemamalini Aişə Çakravartidir. 16 oktyabr 1948-ci ildə anadan olmuşdur. Hema Malini 1972-ci ildə "Zita və Gita" filminə çəkilir. Aktrisa bu filmdə əkiz bacıları oynadığına görə "Ən yaxşı aktrisa" mükafatını alıb. Hema Malini Hindistan kinosuna verdiyi töhfələrə görə, 1999-cu ildə "Padma Bhushan" mükafatı ilə təltif edilib. Hal-hazırda Dharmendra ilə evlidir və iki qızı var.
Nərgiz
Əsl adı Fatimə Rəşiddir. Hind aktrisası, rejissor və prodüserdir. 1 iyun 1929-cu ildə anadan olmuşdur. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır. Sunil Dattla ailə həyatı qurmuşdur, üç övladı var. Məhşur aktyor Sancay Datt Nərgizin oğludur. Nərgiz xərçəng xəstəliyindən 3 may 1981-ci ildə vəfat etmişdir.
Şridevi
Aktrisa, prodüserdir. Əsl adı Şri Amma Yanqerdir. 13 avqust 1963-cü ildə Tamillandda (Sivakasi) anadan olmuşdur. 4 yaşından filmə çəkilib. İlk filmi "Tamil" filmi (Kandhan Karunai) olmuşdur. 1988-ci ildə çəkildiyi “Dələduz” filmində əkiz bacılar roluna görə "Ən yaxşı aktrisa" adına laiq görülmüşdür. Həmin ildə “Çandni” filmində də çəkilmişdir. Bonni Kapur ilə ailəlidir. İki qızı var.
Rekha
Aktrisa, müğənnidir. Əsl adı Banurekha Qaneşandır. 10 oktyabr 1954-cü ildə Hindistanda anadan olmuşdur. İki dəfə ailə həyatı qurub. Atası Qemini Qaneşan aktyor, anası Teluqu Puşpavalli aktrisadır. 12 yaşından filmə çəkilir. 1988-ci ildə “Qisas yanğısı” filminə çəkilmişdir. 2006-cı ildə “Kriş” filmində rol almışdır. Hal-hazırda yeni film üzərində işləyir.
Dimpl Kapadiya
8 iyun 1957-ci ildə anadan olmuşdur. Tam adı Dimpl Cunnibhay Kapadiyadır. Əslən Qucaratlıdır. Aktrisa Tvinkl Xannanın anasıdır. Karyerasına gənc yaşlarından başlayıb. 1973-ci ildə ”Bobbi” filminə çəkiləndə 16 yaşı olub. 1991-ci ildə “Qara şahzadə Adjuba” filminə də çəkilib. 1973-ci ildə Radjeş Xanna ilə ailə həyatı qurub. İki qızı var.
Aruna İrani
Aktrisa, prodüser, rəqqasədir. 18 avqust 1952-ci ildə Mumbayda anadan olmuşdur. 1960-cı illərdən filmə çəkilməyə başlayıb. ”Bobbi” filmində rəqqasə rolunu oynayıb. 2002-ci ildə “Yeganə" filminə çəkilib. Ailəlidir, övladı yoxdur.
Fəridə Calal
14 mart 1949-cu ildə Yeni Dehlidə anadan olmuşdur. Filmə çəkilməyə 1961-ci ildən başlayıb. ”Bobbi” filmində xəstə qız rolunu oynayıb. Son filmə 2013-cü ildə çəkilib. Ailəlidir, bir oğlu var.
Amrita Sinqh
9 fevral 1958-ci ildə müsəlman ailəsində anadan olmuşdur. 1983-cü ildən filmə çəkilir. İlk filmi “Sevginin gücü” olmuşdur. 1991-ci ildə məşhur aktyor Saif Əli Xanla ailə həyatı qurmuşdur. İki övladı var. 2004-cü ildə Amrita Sinqh Saif Əli Xandan ayrılmışdır.
Mumtaz
Əsl adı Mumtaz Banudur. 31 iyul 1947-ci ildə Bombey şəhərində anadan olmuşdur. Aktrisanı “Ram və Şam” filmindən tanıyırıq. Ailəlidir, iki övladı var.
Vidjayntimala Bali
Aktrisa və rəqqasədir. 13 avqust 1936-cı ildə anadan olmuşdur. Tamil aktrisasıdır. 1949-cu ildən filmə çəkilib. Onda onun 15 yaşı var idi. Aktrisanı “Sanqam” filmindən tanıyırıq. Ailəlidir, bir övladı var.
Caya Bhaduri
Aktrisa, yazıçı, prodüserdir. 9 aprel 1948-ci ildə anadan olmuşdur. İlk dəfə filmə 1963-cü ildə çəkilib. 2001-ci ildə “Həm xoşbəxtlikdə, həm kədərdə” filminə çəkilib. Abhişek Baçhanın anasıdır. Ailəlidir, iki övladı var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Soğan suyunun faydaları
Biskivit tortu
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Günün qoroskopu: yeni, böyük işə başlamayın
Ən sürətli saç uzadan maska
Rihannadan 2 milyonluq yardım
Depressiyadasınız?
Bu gün Xəyalə Muradın ad günüdür!
Ölkələr həyəcan təbili çalır
Tarkan prezidentin valyuta çağırışına cavab verib
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Hava haqqında
“Dostluq” ordeni aldı
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
"Sovetski"də yaşayanlara ev verildi
Bakıda pozulmuş xətlər insan həyatını silə bilər
Saçları tez-tez yumaq zərərlidirmi?
Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Ermənilər Azərbaycan ərazilərində yanğın törədiblər
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Qarabaşaq pəhrizi
Kartof haqqında bilmədiklərimiz
Nişasta şirniyyatı (foto resept)
Bərbərlərin saç qırxma metodları hər kəsi güldürdü-VİDEO
Sabahın HAVAsı
Məsləhətinizə ehtiyacım var
Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Milli Şura dağılacaq?
Köhnəlmiş əşyaları dəyərləndirin
O da "Sefirin kızı"nda olacaq
Xilas olmaq üçün ayının dilini kəsdi məhkəməlik oldu-FOTO
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Uğurlu piroq (foto resept)
Türkiyədə 45 tonluq tank dənizdə batırıldı
Bu gün görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Bu gecə ƏN UZUN Gecə olacaq
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
Mayli Sayrus bal ayını Mayamidə keçirir-FOTO
Sadə tərəvəz salatı (foto resept)
Gerçək eşqin 50 göstəricisi
Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası
Sosial şəbəkələrdə onlardan qorxurlar
Körpələrin boy və çəki cədvəli
Sabahın HAVAsı
Qan analizinin daha bir sirri
Nar suyundakı möcüzələr
- ŞƏRHLƏR