Ailə qurarkən,bu işdə hər kəsin məsuliyyətli olmasını unutmamaq və riskə girməməkdə fayda vardır.İslam dini əmi, dayı, bibi, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur, amma bəzi hədislərdə məsləhət görülür ki, adamlar uzaqdan evlənsinlər ki, uşaqları sağlam olsun.Ta Qədim Misirdə fironların arasında hətta bacısı ilə evlənənlər də tapılırdı. Avropa kral ailələrində də əmi, dayı, xala, bibi uşaqlarının nikahı da adi hal sayılırdı. Amma İngiltərə kralı 8-ci Eduard bu tilsimi sındırır və xalq arasından çıxmış adi qızla 2-ci Marqretlə evlənir.
Gəlin baxaq:Yaxın qohumla hansı səbəblər üzündən ailələr qurulur?(Aşağıdakı səbəblər Azərbaycan cəmiyyətində formalaşan düşüncələrdir.)
1."Deyirlər, əmi qızı ilə əmi oğlunun nigahı göydə kəsilib."
2."A bala, gəl özümüzkülərdən alaq,ətimizi yesə də,sümüyümüzü atmaz"
3."Mən Gəncədən oğluma qız almaram!" və ya "Yeraza adam qız verər?"
4.Bəzən qohum cütlər həqiqətən də,bir-birilərinə aşiq olurlar və həyatlarını birləşdirirlər.
5.Valideynlərin təzyiqi altında qohum cütlərin nigahı qurulur.
6.Gənclərin bəziləri bu cür düşünür:"Oğlan evlənəcəyi qız haqqında tam məlumatlı olur. Qızın əvvəlki həyatı barəsində nəyisə araşdırmağa ehtiyac qalmır. Qızın nəsil və nəcabatı, əxlaqı, sağlamlığı, əqidəsi barəsində tam arxayın olur."
7.Bir çox məsələlərdə qohumlar bir-birinin analmağa çalışırlar. Məsələn toy, nişan və .s kimi məsələlərdə bir-birini maddi xərcələrə salmırlar.
8.Qız qohum olduqda , oğlanın valideynləri ona öz balası kimi münasibət bəsləyir. Qaynana-gəlin məsələsi ortadan qalxır. Qız da həmçinin oğlanın valideynlərinə daim hörmətlə yanaşır. Çünki hər şeydən öncə qız anlayır ki, oğlanın ata-anası onun yaxınlarıdır, qohumudur. Qız da onlara öz doğma ata və anası kimi münasibət göstərir.
9. Qohumçluq əlaqələri daha da güclənir. Hətta ailədə qızla oğlan arasında baş verən münaqişə əksər halda sülh ilə nəticələnir. Çünki valideynlər qohum olduğundan aralarında soyuq münasibətin olmasını istmillər. Belə ailələrdə boşanma halı da az olur.
Səbəbləri araşdırsaq,sayını bir qədər də artırmaq olar.Amma məsələ bundadır ki,qohumluq əlaqəsi ilə ailə quran bütün gənclərin bu nigahdan yarana biləcək nəticələrdən xəbərləri varmı,kifayət qədər məlumatlı olaraqmı nigah bağlayırlar?Bu da doğrudur ki,qohum cütlərin normal keçən nigah durumu da vardır ki,ailələrində əksər uşaqları sağlam dünyaya gəlilər və problemsiz yaşayırlar.Amma,baxaq görək bu bütün ailələrdə belə olurmu?
Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNK-nı formalaşdırır. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
Qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohum evliliklərdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.
Talassemiya nəsildən-nəslə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.
Antropoloq Erik Lepisto başqa səbəblər gətirir: «İnsanlar öz varidatını bir yerdə saxlamağa çalışır. Fərqi yoxdur, istər Azərbaycanda olsun, istər Afrikada, Amerikada, yaxud Yaponiyada, insanlar öz qohumları ilə evlənməyə çalışırlar. Və bu, sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir».
Qadin.Net sakinləri,sizlər qohumla evlənməyə necə baxırsıznız,düzgündürmü?
Əziz istifadəçilər, bütün evlənmə niyyətində olanlara, xeyirli bir ailə qurmağı və ümmətə faydalı nəsil yetişdirməyi arzulayıram!
XƏBƏR LENTİ
İşıqlı xatirələrdə yaşayır
Şəhid əsgərimiz təltif edildi
Hollivudun ən istedadlı aktyorunu seçildi
Bu məktəblər bağlandı
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
Adıyla məşhur serial bitir
"Kala" bulkası (foto resept)
Günün qoroskopu:İşlərinizi qaydasına salın!
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
National Geographic foto müsabiqəsi-2
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Bütün dünyanı metro birləşdirəcək?
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
Üç ələk
Xəstəxana otağı (ibrətamiz)
24 yaşlı körpə - FOTO
Beşəm dünyaya gətirən qadının həyatı
Beynəlxalq Bankın borcları dövlətə ötürüləcək
Günün ulduz falı
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
ADNA faciəsindən 9 il ötür
Dünya mətbəxi - İsveçrə
Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Ən yaxşısı yazmaqdı...
İlham Əliyevdən müharibə mesajı
1 həftəyə 3 kiloqram arıqladan detoks
Mavi gözlü xanımlar necə makiyaj etməlidir?
Günün ulduz falı
Qısa saçlar üçün saç yığma modelləri
Bunlar dövlət varidatı elan edildi - Siyahı
Təəccübləndirən müştərilər
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
HAVA necə olacaq?- 3 APREL
Sabiq prezidentlərdən başsağlığı
İŞİD Fransanı "vurdu"
Şəxsi məlumatları necə qoruyaq?
Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Prezident İlham Əliyev səsvermədə iştirak edib
Azərbaycanda internetin sürəti artırıldı
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Həyatın simvolu - qadın sinəsi
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
"CHANEL"dən şlyapalar
İştah kəsən banan çayı
Gözəl olduqlarını sonradan kəşf edən insanlar
Uşağa hansı adları qoymaq məsləhətdir?
Hamilə geyimləri
BÜRCLƏR bizə nə vəd edir?-21 İyul
- ŞƏRHLƏR