Oxudum, xəbərdar oldum da, vardım,
Varlıqlar sirrini yer-yer axtardım.
Səni tapan kimi yumdum kitabı1,
Hamının sənədir gördüm xitabı.
Sənsən, hər varlığın içində sənsən,
Bütün canlılara həyat verənsən.
Yetişir sayəndə çörəyə insan,
Sən ucalt başımı, böyük Yaradan!
Məni bir gün belə sən ac eyləmə,
Özgə qapısına möhta...c eyləmə.
Ruzidən ödəyən sənsən xilqəti,
Ancaq özün yetir mənə neməti.
Ağlım şey kəsəli mən səhv etmədim,
Sənin dərgahından kənar getmədim,
Qapıma yolladın nemətimi sən,
İstəməmiş verdin qismətimi sən.
Qocalmışam sənin öz astananda,
Yetiş imdadıma qorxunc zamanda.
Bu sözlər xətadır, bu nədir, aman,
Sən mənimsən, demək, mənimdir cahan,
Sərgərdar qoymuşdur bu dünya məni,
Sən xilas edənsən, qurtar bəndəni.
Kimin qapısında töküm göz yaşı,
Hamının sayəndə ucalır başı.
Nə qədər örtülü sirlər vardır,
Səndən gizli deyil, bu, aşikardır.
İnsanın məqsədi məlumdur sənə,
Yetir arzusunu sən də yerinə.
Çatdırmasan məni bu arzuma sən,
Səndən də qərəzsiz yaşayaram mən.
Səndən axtardığım istək yaxşıdır,
Sənə könül açıb demək yaxşıdır.
Sirri desəm yada, eylər xar məni,
Səninlə danışmaq ucaldar məni.
Sən, ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah.
Ucaltsın başını ilahi qüdrət,
Şadlıq tacı geysin ondakı himmət.
İşləri nizama düşsün, var olsun,
O, dərvişdirsə də, tacidar olsun2.
1. Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.
2. Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
HAVA necə olacaq?
Azərbaycan gimnastı İtaliya çempionu oldu
Əmizdirmə haqqında ən çox verilən suallar
Rusiyanın unikal bölgəsi: Çukotka
Etməyə tənbəllik etdiyimiz 15 şey
Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO
Ölü dəriləri təmizləyən noxud maskası
Con Frenç Sloanın rəsmləri (6)
İnsanları geyindirən kitabxana
Soyuq müharibə anonsu
Dünyanın gözlədiyi XƏBƏR: 15 dəqiqədə KORONAVİRUS TESTİ - FOTOLAR
Qarın böyüməsinin üç əsas səbəbi
Qara qış gəlir
İsveçrədə nəfəs kəsən qatar səyahəti
Məşhur cütlük 1,5 milyon qazandı-FOTO
Günün ulduz falı - 15.09.2013
Şokoladlı və fındıqlı muffin (foto-resept)
İlya Rapinin əsərləri
Qarabağda döyüşlər başlayacaq
Ziyafət geyimləri
Müəllimlərə veriləcək testlər
Zərər nə vaxt ödənilir? Sürücülər narazı, sığorta isə icbari..
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Miom və ya Fibroid (I hissə)
Çindən şad xəbər gəldi: 4 günə sağaldır - Koronavirusun yeni dərmanı
BVF son proqnozu açıqlayıb
Erməni komandir: "Qısamüddətli müharibə ola bilər"
Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən
Prezident taksi sürdü - VİDEO
Məşhur blogerdən gözlənilməz addım-FOTO
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski
Filmdəki roluna görə küçədə gecələyir-FOTO
Midi ətəyiniz varsa
Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görülüb
Aromaterapiya
Ermənilər üçün faciəvi proqnoz
Dünyanın ən möhtəşəm su mənzərələri
Günün ulduz falı
Kainatın kiçik modeli tapıldı - FOTO
Türkiyə sərhədə əlavə hərbçi yerləşdirib
Emin Əmrullayevdən yeni TƏYİNAT
Yağış, qar yağacaq
Nazirlik kolleclərin məzunlarının universitetlərə qəbul şərtlərinə aydınlıq gətirdi
Beş yeni zavod açılır
Bu gün "Qanlı Ay" görünəcək
Qafqaz Universiteti bağlandı
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Almanın faydaları
Xoşbəxt münasibətin 4 sirri
- ŞƏRHLƏR