Sentyabrın əvvəlləri idi. Sinfə yeni şagird gəlmişdi. Anası ilə lövhənin qarşısında dayanmışdı. Sinifdəki uşaqlar onu təəccüblə və bir az da maraqla nəzərdən keçirirdilər. Həm zahiri görkəmi, həm də danışığı fərqli idi. Gözündə eynək var idi. Danışanda kəkələyir, gəzəndə bir ayağını çəkirdi. Bəlkə də uşaqların diqqətini çəkən də elə bu idi. Müəllimin suallarına çox çətinliklə cavab verirdi. Uşağın hər cavabından sonra anası dərindən ah çəkirdi. Lakin müdaxilə etmirdi. Müəllim suallarını yekunlaşdırıb ananı yola saldı və üzünü uşaqlara tutdu:
- Samir yeni sinif yoldaşınızdır və sizinlə birlikdə oxuyacaq.
Sonra isə:
- Samir, keç, İlqarənin yanında əyləş.
Bu zaman İlqarə:
- Müəllim, mənimlə niyə? Mən istəmirəm.
- Yaxşı, qoy Vasiflə otursun.
- Yox, mən də istəmirəm.
Heç kim onunla oturmaq istəmirdi. Nəhayət, müəllim Gülnar adlı şagirdi birtəhər yola gətirib Samiri onunla bir partada əyləşdirdi.
Ən çətin günlər isə bundan sonra başladı. Samir lövhəyə çıxanda ona lağ edir, ələ salırdılar. Samir də sinif yoldaşları ilə yola getmir, dərsdə yerli-yersiz hərəkətlər edir, müəllimləri əsəbləşdirirdi. Heç bir səbəb olmadan dərsi pozurdu. Sinif yoldaşları ilə dalaşırdı. Hər gün valideynlər Samirdən şikayətə gəlir, onun övladları ilə bir sinifdə oxumasını istəmirdilər. Uşaqlar da elə hey Samirə sataşır, sakit dayanmağa qoymurdular.
Bir gün isə...
...Nadir əlaçı şagirdlərdən idi, həm də bir az ərköyün idi. Ailədəki ərköyünlüyü sinifdə də özünü büruzə verirdi. Dəfələrlə valideynlə söhbət edilsə də bir nəticə verməmişdi. Samirin sinifdə hərəkətləri onu da hövsələdən çıxardırdı.
Bir gün isə dərs danışan Namiqi Samir yerindən əsəbiləşdirir, müxtəlif sözlər deyir. Əslinə qalsa, bu işdə uşaqların da günahı az deyildi. Samirin xasiyyətinin bu cəhətindən istifadə edirdilər. Lövhədə dərs danışan Namiq isə buna dözməyərək elə müəllimin yanındaca Samirin üstünə atılır və sinifdə hay-küy qopur. Müəllim dalaşan şagirdləri birtəhər aralayır. Samiri danlamaq istəyir. Bu zaman eynəyi sınmış, üst-başı toza bulaşmış Samir ağlaya-ağlaya:
- Mən də atamın yanına gedəcəyəm. Onsuz da heç kim məni istəmir.
Müəllim nə deyəcəyini bilmirdi. Axı Samirin atası...
Samir də hamı kimi doğulmuşdu - sağlam, gümrah. Onun da hamı kimi anası da var idi, atası da. Amma bir gün qəfil qəza onu bu xoşbəxtliklərdən məhrum etdi. Atası avtomobil qəzasında həlak oldu, anası ağır yaralandı. O isə əlil oldu. Başından aldığı ağır zərbə Samirin həm danışığını, həm də hərəkətlərini dəyişdi. İndi belə bir vəziyyətdə o çoxdan bəri ürəyində gəzdirdiyi, anasına belə demədiyi arzusunu dilə gətirdi:
- Mən də atamın yanına gedəcəyəm. Onsuz da heç kim məni istəmir.
Doğrudan da, çətin bir vəziyyət yaranmışdı. Qəfil vurulan zəng sanki aranı sakitləşdirdi. Samir icazə alıb evə getdi.
Səhərisi gün müəllim artıq qəti qərara gəlmişdi. Samirin valideyni ilə danışacaq, onun bu sinifdə oxumağının mümkünsüz olduğunu başa salacaqdı.
Hamı sinifdə idi, təkcə Samirdən başqa. Şagirdlərin üzündə bir məmnunluq hiss olunurdu. Namiq özünü isə bir qalib kimi aparırdı. Sanki bütün dünyanın problemi təkcə Samirin varlığı idi. Həyatın hər ağrısını, acısını görmüş körpə bir qəlbin varlığı idi. Sinfin bu halı müəllimi daha da əsəbiləşdirirdi. Onsuz bütün gecəni yatmayıb fikirləşmiş, gəldiyi qərarı da ürək ağrısı ilə qəbul etmişdi. Ona görə şagirdlərini – doğma balası qədər sevdiyi əzizlərini heç cür bağışlaya bilmirdi. Üzünü sinfə tutub könülsüz:
- Dünən nə öyrənmişdik? – soruşdu.
Yerdən əl qaldıran olsa da müəllim heç kimi ayağa qaldırmadı. Çünki dərs keçmək iqtidarında deyildi. Birdən:
- Uşaqlar, siz istəyərdiniz ki, Samir evdə otursun, onun sinif yoldaşları, dostları, sevimli məktəbi olmasın? O da sizin kimi qaçmaq, oynamaq, oxumaq üçün doğulmuşdu. Axı siz bilirsiniz ki, Samirin evdə qalmağı, özünə qapılmağı onun sonu deməkdir. Niyə ona qarşı bu qədər amansızsınız?
Uşaqlar başlarını aşağı salmışdılar. Heç kim danışmırdı. Birdən arxa partada oturan Gülnar ayağa qalxdı. Gözləri dolmuşdu:
- Axı o da bizdən biridir.
Daha danışa bilmədi. Artıq sözə ehtiyac yox idi.
Dərsdən sonra bütün sinif Samirgilə yollandı. Onu yenidən məktəbdə, öz aralarında görmək istəyirdilər.
(Ardı var)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
Bürclərin mənfi xüsusiyyətləri
Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Məşhur hind aktyorlarının bu günü
Yerə potensial təhlükəli asteroid yaxınlaşır
Yaddaşı gücləndirən qidalar
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Merve Boluğur depressiyadan çıxdı-FOTO
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Yüksək təzyiqin zərərləri nədir?
Qaçış - gözəllik və həyat hərəkətdədir...
İdman zalında çəkilən qəribə şəkillər
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Qatil olmaq istəyirsinizmi?
Xankəndidə humanitar mərkəz yaradılır
Pazllar ("Yusifin dünyası")
2014-cü ilin bahar ətirləri
Zərərli qidalar
Belçikada güclü yağış və daşqın baş verib, ölənlər var
Koşta, Mata və Torres Avropa çempionatından kənarda qaldı
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
Duzdan dərman düzəldin
Qozlu çörək (foto resept)
Məşhur reper HƏBS EDİLDİ-SƏBƏB
Uşağınızın sizi sevdiyini göstərən 7 işarə
Su pulu QALXDI
Dişlərinizi onunla qoruyun !
Azərbaycan filmləri Banqladeşdə
Bakıda qida yoxlamağın yeni yolu
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Can Yaman Burak Özçivitə söz atdı
Ədviyyatlar haqqında bilmədiklərimiz
GUAM PA Bürosu iki sənəd layihəsini təsdiqlədi
Qat-qat xəmirdən içlikli bükmə (foto resept)
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Can Yaman haqqında şok iddia
Çiyələk mürəbbəsi (foto resept)
Kivi mürəbbəsi (foto-resept)
3D şəkillər
Müge Boz ana oldu-FOTO
Maraqlı evlənmə təklifi
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
“Ermənilər rahat dayanmır”
Kiçik xalçaların toxunma qaydası (Video)
Yaşıl meydanda daha bir ölüm
Priyanka Çopranın toyu 4 gündür ki davam edir-FOTO
- ŞƏRHLƏR