Hər insana gözəl düşüncəni, gözəl hərəkətləri ilham edən səsdir vicdanın səsi... Sağlam mühakimə etdirən, doğrunu, yanlışı göstərən səsdir vicdanın səsi... Bir insan oğurluq edər, cinayət törədər, məzlumun, zəifin haqqını çeynəyər, biz də həmin adama vicdansız deyərik. Amma əxlaqsızlıq edən, haqqa baş qaldıran, insanlıq ölçülərini aşan insan vicdansız deyil. Sadəcə olaraq iradəsizdir. Vicdanını istifadə edəcək gücü olmadığı üçün yanlış yollarla gedər. Harda olmağımızdan asılı olmayaraq, istər çinli olaq, istər zənci irqindən, istər avropalı, istər azərbaycanlı fərqi yoxdur, vicdanla harada nə etmək lazım olduğunu çox yaxşı bilirik. Amma doğrunu bilməyimiz kifayət etməz ki... Mənə elə bir insan göstərin ki, müharibədən xoşu gəlsin, yoxluqdan, əzab çəkən insan görüntülərindən, zülmlərdən zövq alsın. Tapa bilməzsiniz. Hər insan dili ilə zülmə qarşıdır. Ancaq mövzu tətbiqə gələndə, əsas olan insanın vicdanını nə qədər istifadə etdiyidir. İnsan var, özünə haqsızlıq edilmədiyi müddətcə laqeyd olur, özünə qarşı haqsızlıq görəndə isə “vicdanı” qabarır. İnsan var, haqsızlıqların olduğundan belə xəbərsizdir, yalnız öz rahatlığını düşünür, başqasına edilən haqsızlığı görmək o tərəfə qalsın, özü hamının haqqını çeynəyir. İnsan var, haqsızlıqdan dəhşət narahat olur, amma haqsızlığa qarşı ağıllı yollar tapa bilmir. İnsan var, bir məqama qədər mübarizə aparır, müəyyən mərhələdən sonra geri qayıdır. İnsan da var ki, haqsızlığı görən kimi səbəbini araşdırır, ən təsirli üsullarla mübarizə aparır. Elə bu insan vicdanını sonuna qədər istifadə edən insandır.
“Bir az məntiqli olum, bu işdən mənə zərər gələr” deyərək mənfəətə görə şəkil almamalıdır vicdan. “Tək ağıllı mən çıxmışam? İnsan çiy süd əmib, yaxşılıq bilən deyil, özümə oda atmayım ona görə” kimi laqeyd düşüncələr ancaq vicdanı ləkələyir. Vicdanı təmiz tutmaq çox önəmlidir. Heç kim göstərməsə də, vicdan insana doğrunu göstərəcək çünki, onu haqqa tərəf aparacaq. İnsanın məsuliyyəti vicdanını eşitməsi və onun dediklərini etməsidir. Hər insan vicdani məsuliyyət sahibidir. Heç kim bunu danmamalıdır, ürəyi istəyəni etməməlidir. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə bacarığı qazanan hər insan vicdanının səsini dinləməli, iradəli olmalı, doğruları etməlidir hər zaman. Bu çətin görünür hamıya. Amma çox asandır. Sadəcə düşünmək lazımdır dərindən... İnsan beyninin qeyri-adi bir qabiliyyəti var. Möhtəşəm gücü var. Çox düşünərək, təfəkkürünü genişlədərək özünü zənginləşdirə bilər vicdani yöndən. İnsan beyninin hüdudu yoxdur. Yəni çox güclü inkişaf etmək yönü var. Çox düşünərsən, o zaman vicdanla qəlbin istəyi toqquşar bir-biri ilə. Vicdan insanın mənfəətlərini əlindən alan kimi görünər. Qəlbin istəyi də insana mənfəət verən kimi. Kim qəlb istəyinin ardınca gedər, davamlı sürünər. Cəmiyyətdə insanların bəlalara düşməsi həmişə qəlb istəyəni etməkdən qaynaqlanır. Vicdanla hərəkət edəndə çox şey itirəcəklərini düşünürlər. Amma əksi olur. Ürəyin istəyəni edərsən, qazandığını zənn etdiyin anda çox şey itərərsən əslində. “Bu mənim çevrəmdir, bu mənim mənfəətlərimdir, insanlar haqqımda nə düşünər” ölçüsü ilə hərəkət edən bir insanın vicdanına təslim olmaq gücü çox zəif olar. İnsanların ona “Sadəlövhsən, səndən istifadə edirlər” dediyi məqama qədər köməksevər olar. Yaxınlarının ona “Səndən başqa adam yoxdur? Qoy başqaları etsin” dediyi məqama qədər qərarlı olar. Yoldaşlarının ona “Qəti ehtiyac yoxdur” dediyi məqama qədər məsuliyyət duyğusu ilə hərəkət edər. Yəni əxlaqı da vicdana görə deyil, cəmiyyətin dəyərlərinə görə formalaşar.
Unutmayaq ki, hər birimiz vicdan adlı doğruluq rəhbərinə sahibik. Elə isə içimizdəki doğruları hayqıran bu səsə qarşı əsla etinasızlıq etməyək. Əgər biz vicdanın səsini qulaqardına vursaq bir müddət sonra həvəslərimizin, istəklərimizin əsiri olacağıq. Bu tamamilə öz seçimimiz olduğuna görə heç kimi günahlandıra bilməyəcəyik. Ancaq bizə qalan peşmançılıq olacaq. Hər kəs bilər peşmançılığın necə canyandıran bir duyğu olduğunu. Bu duyğunun təməlindəki şey vicdanı eşitməməkdir. Bəzən insan yanlış seçimindən uzaqlaşana qədər bu peşmançılıq onu rahat buraxmır, mənəvi əzaba çevrilir. Doğrular bəzən bizə çətin görünsə də, vicdanımızın bizə doğrunu söylədiyinə əsla laqeydlik etməyək. Əgər biz vicdanlı olsaq, Allah sonsuz vicdan sahibi olaraq vicdanımıza təslim olaraq etdiyimiz zərrə qədər yaxşılığın qarşılığını- sonsuz rahatlıq, xoşbəxtlik, hüzur duyğusunu bizə verər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu gün Od çərşənbəsidir
Damalı ətəklər yenidən dəbdədir!
Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)
Toyuq filesindən qızılgül (foto resept)
İşləyən analar üçün məsləhətlər
Metro ticarətçilərinin aqibəti necə olacaq?
İdmançımız finişə hamıdan tez çatdı
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda boşananların sayı açıqlandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Portağallı toyuq qızarması (foto resept)
Sevimli şüşə qabımıza yeni görünüş verək
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
Ayfon həvəskarlarına şad xəbər
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Ən varlı yazıçıların SİYAHISI
Heyvanın inanılmaz faydaları
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
40 gün oldu
Hazal Kayanın yeni tərzi-FOTO
Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir
Ərdoğanı helikopterdən vurmaq istədilər
Nur Yerlitaş arıqlayıb belə oldu - FOTO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Fitovannalar
Pis xəbərlərin faydası da var
50 illik cütlük koronavirusdan öldü
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Münasibətdə 3 böyük xəta
Qız uşaqlarına toxunma paltarlar 2
ABŞ bunu etsə, savaş olacaq
Üzüm mürəbbəsi (foto-resept)
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
Heidi Klum halloween geyimləri
Obama sərt bəyanat verdi
Saçlar sağlamlığınız haqqında nə deyir?
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Xoruz yumurta toplayan qadını öldürdü
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Zakir Həsənov: "Düşmən vahimə içindədir"
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Azərbaycan üçün qorxulu proqnoz
Şənbə havası
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
- ŞƏRHLƏR