"Doğrudan da, uçmağa qanadlarım varsa, ayaqlar nəyimə gərək?"
Frida Kalo 1907-ci ildə Mexiko şəhərində dünyaya göz açıb. O, 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra onda axsaqlıq qalır. Həmyaşıdları "Frida - ağac ayaq" deyə insafsızcasına sataşırdılar. Bunlara baxmayaraq, o, üzgüçülüklə, boksla məşqul olur, oğlanlarla futbol oynayırdı. Fiziki qüsuru gizlətməyə şalvarlar, evləndikdən sonra isə uzun milli donlar kömək edirdi.
Ölümcül qəza baş verəndə Fridanın 18 yaşı vardı. 17 sentyabr 1925-ci ildə Frida məktəb yoldaşı ilə evə getdiyi zaman avtomobil tramvayla toqquşur. Zərbə o qədər güclü olur ki, oğlan maşından yola atılır. O, kiçik yaralarla asan qurtulur. Frida isə… Tramvayın kollektorunun sınıq dəmir çubuğu mədədən keçib, çanaq sümüyünü parçalayaraq sol qasıqdan çıxır. Onurğa sümüyü üç yerdən zədələnir, hər iki budu sınır. Və beləcə iztirablarla dolu hərəkətsiz aylar başlayır.
Zədələnmiş onurğa daim özünü xatırladırdı. Buna görə də vaxtaşırı xəstəxanada yatmaq məcburiyyətində qalırdı. 1950-ci ildə onurğasında 7 əməliyyat keçirir, 9 ay xəstəxanada yatır. İndi o yalnız əlil arabasında hərəkət edə bilirdi. İki ildən sonra yeni faciə baş verir: sağ ayağını dizinə qədər amputasiya edirlər.
1953-cü ildə ona təsəlli olan ilk şəxsi sərgisi keçirilir. O, çox xoşbəxt idi - həmişəki kimi deyib-gülürdü.
Evin tavanında isə boyalarla çəkilmiş böyük, parlaq kəpənəklər uçur. Frida onlara baxaraq sakitləşir, ağrıları azalır, yuxuya gedirdi.
Heç bir avtoportretində Frida gülümsəmir: ciddi, hətta kədərli üz, qalın qaşlar, möhkəm-şəhvətli dodaqların üzərində incə, qara bığlar.
Onun rəsmlərinin ideyası detallarında, fonda, Fridanın yanında olan fiqurlarda kodlaşdırılıb. Ekspertlərin rəyinə görə, rəssamın simvolizmi milli ənənələrə, hind mifologiyasına əsaslanır.
Frida Kalo 13 iyul 1954-cü ildə, 47 yaşını qeyd etdikdən bir həftə sonra sətəlcəmdən vəfat edir.
Onun həyatından bəhs edən "Frida" filmi 2002-ci ildə "Oskar" mükafatı qazanır. Frida rolunda tanınmış aktrisa Salma Hayek çəkilib.
XƏBƏR LENTİ
Milyarder peykin yaradılmasına 400 milyon dollar yatırır
Günün ulduz falı - 10.08.2013
İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var
Cütlüklər arasında güclü bağlılıq olduğunu göstərən əlamətlər
Geyim tərzinizi özünüz seçin
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Qadın.Netlilərin tərcümeyi-halı - 6
NASA-dan xəbərdarlıq: Bu il çox nadir bir hadisə olacaq
Bələkdəkilərə dərs
BMW Z4 daha təmtəraqlı oldu
Ərdoğan: “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”
Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?
Qurban bayramı günündə bunu etmək olar?
Ölkələrə görə qadağalar
Şvartsneggerin qızı ərə getdi-FOTO
Ceyms Uorlik kimə işləyir?
BÜRCLƏR bizə nə vəd edir? - 15 APREL
Sinoptiklərdən xəbərdarlıq
Qırışların yaranmasının qarşısını alan maska
Gəliniklərin tarixi
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Davamlı yaranan aclıq hissinin qəribə səbəbləri
Bu gün 2019-cu ilin ilk iş gündür!
Alimlər xərçəngin yaranmasının əsas səbəblərini açıqlayıblar
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Məktəblərə XƏBƏRDARLIQ
I Pinco Pallino- dan uşaq geyimləri
"Qaraçı qanı"
Kəvərli kolbasalı piroq(foto-resept)
Dərsliklərdə qadağa
Babet modelləri
Məşhur professor koronavirusdan qorunmağın ƏN ETİBARLI SİRRİNİ açdı
Metro ilə gedənlərə müjdə
Dənizdə böyük faciə; 400 ölü
Çardaqdan otaq yaradın
Kiçik yaşda Oskarla tanış olan 5 uşaq
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Dünyanın İT şirkətləri Azərbaycanda birgə istehsal yarada bilərlər
Azərbaycanda məcburi köçkünlərə xəbərdarlıq
Mina çiçəyi
Uşaqlarınızın qabiliyyətini kəşf edin
Ağciyərə faydalı olan bitkilər
Bu yazın ən sevimlisi kimonolar
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
Dodaq ətrafı qırışları necə yox etməli?
Çində polis suyun üzərində qaçmağı bacardı – VİDEO
Surət Hüseynov saxlanıldı?
Azərbaycana yay fəsli bu tarixdə daxil olacaq
Gürcüstan yaşıl zonada qaldı
- ŞƏRHLƏR