Bu dəfəki xəbərimdə də sizə Ülviyyə xanımın fikirlərini təqdim edirəm. Düşündükcə onun dediklərində həqiqət olduğunu hər birimiz anlayacağıq. Odur ki, diqqətlə oxuyub, özümüzü tapmağa çalışaq.
“Özümdən utanırdım, zəifliklərimdən, olmaq istəyib də ola bilmədiyim mənin güclü tərəflərindən utanırdım. Mən niyə istədiyim mən olmadım? Niyə ətrafdakı insanlar hamısı məndən daha güclü, daha ağıllıdır, niyə məndən başqa hamı belə mükəmməl görünür?” Hə baxın açar söz “görünür”dür. “Uşaq idim, yeniyətmə idim, gənc idim – amma bu fikir daima məni rahat qoymurdu. Niyə mən zəifəm? “ Bunun üçün bir yol qalır, yalan, uydurma, virtual məkanın və az ünsiyyətcil olmağın “rahatlığı”… Uydur nə qədər istəyirsən, yaşamadığın həyatı nəql et, nəql etdikcə təsəvvür et və həzz al.. Ola bilmədiyin, olmağa şəraitinin olmadığı mənini özün yarat, təsəvvürlərdə, yalanlarda, uydurmalarda. Xoşbəxtlik maskası tax, yalançı sima düzəlt, ya xoşbəxt maskası tax ki, bununla ətrafdakıları cəlb edəsən, ya da bədbəxt ol ki, sənə bəlkə yazığı gələn tapılar. Mükəmməl görünmək arzusu çoxumuza xas olduğundan, adətən uydurma mükəmməliyi, xoşbəxtliyi seçirik. Niyə də yox? ! Axı az da olsa itirilmiş arzuları təsəvvürümüzdə bərpa edə bilirik…
Tanışdır sizə də? Mənə tanışdır. Amma indi sizə bir sirr açacağam… Hamısı boş şeydir. Müvəqqətidir, axmaqlıqdır. Bir çox insan uydurma həyat xəstəliyinə tutulur. Yalan, arxasınca daha bir yalan, daha bir…. və nəticədə bəlkə də təsəvvürlrinizdə Britaniya kralının nəvəsisiniz və ya Oksfordu bitirmisiniz. Əzizlərim, özümüzə bu pisliyi etməli deyilik. Bu ən çox sizi incidəcək, ətrafdakılar yenə də özü həyatına davam edəcək, siz isə bəlkə də ən yaxşı olduğunuz halda, özünüzə yalançı damğası vuracaqsınız.
Mən əvvəllər bir çox edə bilmədiklərimi zəiflik hesab edib, onlardan utanırdım. Amma sonra vaxt keçdikcə, yeni-yeni insanlarla tanışdım, iş yoldaşları, virtual məkandan tanıdıqlarım, həyatın müxtəlif məqamlarında qarşıma çıxanlar və ən əsası həyatı mənə qıraqdan daima mükəmməl görünənlərlə tanış oldum, təkcə üzdən tanış olmadıq, onlarla söhbət etməyi, paylaşmağı öyrəndim. Və danışdıqca anladım ki, illər ərzində zəifliklərimi ört basdır etmək üçün təkcə yalan danışmamışam, həm də çox çalışmışam, oxumuşam, öyrənmişəm və hələ də davam edirəm, edəcəyəm də. Və mən həmin insanlarla bunlar barədə danışdıqda, onlar mənim zəifliklərimi başqa cür qəbul etməyə başlayırlar – böyük güc kimi. Məsələn, bir xanım mənə dedi ki, o mənim həyatımı yaşasaydı, yəqin ki, çoxdan hər şeyin daşını atmışdı. Əslində ona elə gəlirdi. Əslində çətinliklər bizi möhkəmləndirir, irəliyə aparır, mübarizəyə səsləyir. Və bizə mükəmməl görünən hər şeyin pərdəarxası tamam başqadır. Heş kəsin həyatı mükəmməl deyil, hər kəs mübarizə aparır…
Çətinliklər və zəifliklər bizi yalana deyil, mübarizəyə yönləndirməlidir, biz yalançı deyil, mübariz olmalıyıq. Yaşamaq istədiyiniz həyatı uydurmayın, onu yaradın. Və inanın ki, sizin kimi insanlar çoxdur, sizin zəiflik hesab etdiyiniz şeylər hər kəsdə var. Lakin biz paylaşmayıb, gizlətməyi üstün tutduğumuz üçün, hamımız bir küncdə dayanıb utanmağa davam edirik.. Özünüzü sevməkdən əvvəl, qəbul etməyə çalışın və heç bir ağrınızı, zəifliyinizi ört basdır etməyin, açın ki, yara bağlasın, yara bağlayıb sonra qopub gedəcək və güclü olmağa bir addım daha atacaqsınız. Özünüzü içinizdəki ağrılardan azad edin… Azad olun.. Və siz həqiqətən özünüz olmağı öyrəndiyinizdə, həyatınızda da sizi olduğunuz kimi sevən, sizi olduğunuz kimi mükəmməl hesab edən insanlar peyda olmağa başlayacaq..
Ülviyyə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şahinlərimizə qurban kəsildi
Günün qoroskopu: işgüzar aktivlik artır
“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək - YENİLƏNİB + ÖZƏL
Ulduz falı saxtakarlığı haqqında
Qayınana və qayınata evində xoşbəxtlik varmı?
Şəhid ərini çiyinlərində daşıyan qadın - VİDEOREPORTAJ
Əmrahın oğlu əsgər gedir
Üzdəki tüklər üçün noxud unu maskası
Milyarder pullarını quma basdırdı
Dəbli ayaqqabılar
Bakı Metropolitenində dəyişiklik
Sabahın HAVAsı
Nobel alanımız niyə yoxdur?
Di Kaprio evlənir-FOTO
Yaddaşsızlığa meydan oxuyan 5 ərzaq
“Netflix” Beyons haqda film çəkir
Donlar (2)
Üç gün toy edən modelyer
Rihannanın geyim brendi “Emmy” mükafatına namizəd olub - FOTO
Güney Azərbaycana səyahət
Mömin qadın
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
Gülben Ergeni öldürmək istədilər
Müğənni konsert qabağı xəstəxanaya düşdü
Qadın.Netlə birlikdə hamiləlik (38-ci həftə)
Qızıl balıqlı medalyon (foto resept)
Cinayətkarlıq və korrupsiya Ermənistanı daha sürətlə çökdürməkdədir
Nazirlikdən hava ilə bağlı açıqlama
İtlər maşına divan tutdular
Azərbaycanda yağış yağacaq
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Ət kətəsi (foto-resept )
Hava haqqında
Cəbhədə növbəti təxribat
Reklam nə qədər adamı bezdirir?
Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
Bilirsinizmi?
Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib
Məktəblərin bağlanması gözlənilir? - RƏSMİ
Hazal Kayanın toyu 600 minə başa gəlib-FOTO
Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları
Dünya çempionatı: İtaliya və İngiltərəni evə göndərdilər
Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?
Bakıya qar yağacaq
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
"WhatsApp"da gizlilik parametrləri dəyişdirilib
Azərbaycanda hərbi vəziyyət ləğv edilir
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Məsud Bərzanidən Türkiyə etirafı
- ŞƏRHLƏR