Kiçik Sevil evlərinin qabağındakı rəngarəng güllərlə bəzəkli bağa girdi. Ürəyi sevincdən çırpınırdı. Ürəyindən "Anam gülləri çox sevir, indi bir buket düzəldib aparsam, kim bilir nə qədər sevinər? "Qızım məni yada salıb" deyə yanağımdan həm də sağ ol öpüşü verər" - fikri keçirdi.
Bu gözəl xəyallar içində gülləri tək-tək sevgiylə yığdı. Onları balaca şirin əlləriylə bir-bir sıralayaraq gözəl buket düzəltdi. Anasını daha da xoşbəxt etmək üçün mətbəxə qaçdı. Siyirmədən bir stəkan götürdü. Kiçik buketi içinə qoydu. Sonda da suyu əlavə etdi.
Sevincdən qaçaraq, uçaraq mətbəxdən çıxanda stəkan əlindən sürüşərək yerə düşdü və çilik-çilik oldu. Çiliklər hər tərəfə saçıldı. Anası yandakı otaqdan qırılan stəkanın səsini eşidib, otaqdan qaçaraq çölə qaçmışdı. Kiçik Sevil qorxusundan nə deyəcəyini bilməmişdi.
Anası yerdəki şüşə qırıqlarını görəndə əsəbdən dəliyə dönüb kiçik qızının niyyətini soruşmadan onu döyməyə başladı. Yazıq uşaq niyə belə olduğunu başa düşə bilmədi, canını qutarmaq üçün: "Ana, qurban olum, vurma!" deyərək yalvarırdı. Əsəbi hələ də soyumayan ana həm qışqırır, həm də vururdu. "Sən mənim o cür gözəl stəkanımı necə qırarsan, hə! Döyülərək bəlkə ağlın başına gələr!"
Gözəl sözlər və öpüş gözləyərkən, bu cür döyülən kiçik Sevilin ürəyində anasına qarşı kin yarandı. Sevilin bir daha anasına gül hədiyyə etdiyini nə görən, nə də eşidən oldu.
Uşaqların gözü ilə baxaq
Kiçik qızın atası İspaniyanın ən ağır siyasi cəzalarının verildiyi bir cəzaçəkmə müəssisəsində cəza çəkirdi. Fürsət olanda hər həftənin axırı anası ilə birgə atasıyla görüşə gedərdi. Bir dəfə görüşə gedəndə atası üçün çəkdiyi şəkli apardı, amma müəssisənin qanununa görə, rahatlıq təsiri verən hər şeyin cəza çəkənə verilməsi qəti qadağan idi. Buna görə də kağızda çəkdiyi quş şəklini qəbul etməmişdilər və uşağın gözünün qabağında cırmışdılar...
Çox kövrəlmişdi kiçik qız... Atasına da dedi olan hadisəni, o da: "Kövrəlmə qızım, yenə çəkərsən, amma bu səfər çəkəndə diqqətli olarsan, yaxşı?"- demişdi.
Kiçik qız gələn dəfə görüşə gedəndə yenə atası üçün şəkil çəkib apardı. Bu dəfə quş yerinə bir ağac və ağacın üstündə kiçik qara şəkillər çəkmişdi. Atası sevinərək şəklə baxdı və dedi: "Hmm! Nə gözəl bir ağacdır bu! Üstündəki qara şəkillər nədir? Meyvədir, qızım?"
Kiçik qız atası tərəfə əyilib sakit səslə: "Hşşt! O ağacın içində gizlənən quşların gözləridir..."
Əziz valideynlər, ürək qırmaq çox asandır, hər şeyin üstündə uşağın ürəyini qırmayın.
XƏBƏR LENTİ
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Uşaqların sosial-psixoloji inkişafı-25
Zamiq: "Bu il evlənəcəm"
28 May Respublika Günü
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Barak Obama kəskin tənqid edildi
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Bu il körpələrə ən çox qoyulan adlar məlum olub
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Azərbaycanda təhlükəli epidemiya
Ciyərli rulet (foto resept)
"Apple" elastik noutbuklar istehsal edəcək
Qatıqla arıqlayın
DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət
qeyri adi ayaqqabilar
Nişan paltarları
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Bayramda 9 gün evdə qalacağıq
Bu tapıntı alimləri heyran qoydu
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Fahriye hələ də xəstəxanadadır-FOTO
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
Avropaya çatdıq?
Xoşbəxtliyin formulu.
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Cardi B Siyasətçi olmağa hazırlaşır
Keçibuynuzu
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Facebook-un qorxulu sirri açıldı
Toyuq kroketlər (foto resept)
Nar mürəbbəsi
Sabah bu yollar bağlanır
Bakıda dördəm doğuldu
İmtahanların vaxtı bilindi
Instagram-da Direct bağlanacaq
Buğda salatı (foto-resept)
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Kimlər sürücülük vəsiqəsi ala bilərlər?
"Bu insanın ixtiyarında deyil, amma..."
"Hercai"nin aktyorlarına reklam təklifi gəldi
- ŞƏRHLƏR