Hər bir xalqın öz musiqisi vardır. O, insanların yaşamasına kömək edir, nəslin davamına imkan yaradır. Körpənin musiqini hiss etməsi və musiqidən təsirlənməsi çoxdan məlumdur.
Bu xüsusiyyət insanın kəllə-beyin, eşitmə sinirlərinin köməyi ilə baş verir. Elmi tədqiqatlar göstərmişdir ki, bu bioloji sistem körpənin dünyaya gəlməsindən üç ay əvvəl fəaliyyətə başlayır. Əvvəllər belə hesab edirdilər ki, körpə dil açanadək beyni zəif inkişaf edir, duyğu orqanları ilə qavrama imkanları yaranır. Körpənin beyni gələn səslərin səbəblərini tapmağa səy göstərir. O, səs yazan alət kimi fəaliyyətə başlayır - səsləri yazır və analiz edir. Artıq məlumdur ki, körpələrdə musiqini, onun ritmini, səsin gücünü, yuxarı və aşağı notları qavramaq qabiliyyəti yaranır. Tədqiqatlar göstərmişdir ki, dölün beynində eşitmə sistemləri hamiləliyin 26-cı həftəsindən etibarən fəaliyyətə başlayır. Döl öncə ananın orqanizminin səslənməsini qavrayır. Xaricdən gələn səslər ana bətnində eşidilmir, uşaq belə səslərdən anasının bədəni vasitəsilə qorunur. Buna baxmayaraq, ritmik muğamlarımızın, habelə musiqi korifeylərinin, məsələn, Bethovenin Beşinci simfoniyasının sədaları həmin səddən nüfuz edə bilir. Ana bətnindəki körpə musiqi ritmlərinə bədəninin hərəkəti və ürək döyüntüsünün sürətlənməsi ilə reaksiya verir. Amma həzin və melodik musiqi körpənin ürək döyüntüsünü yavaşıdır. Ucadan eşidilən ritmik səslər körpənin ürəyinin tez-tez döyünməsinə səbəb olur. Beləliklə də səslər bir tərəfdən dölün aktivliyini artırır, digər tərəfdən də körpə doğulanadək onun ətraf mühit haqqında hər hansı bir informasiya almasına imkan yaradır.
Hamiləliyin sonunda uşaq anasının orqanizminin, məsələn, ürəyinin, mədəsinin səsinə bir növ alışır, hər bir dəyişikliyə dərhal reaksiya verir. Tədqiqatlar göstərmişdir ki, uşağın doğulanadək eşitdiyi musiqi onun inkişafını sürətləndirir. Hamiləliyinin 28-ci və 36-cı həftələrində musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir. Belə uşaqların yaddaşları da yaxşılaşır.
Musiqi analitik təfəkkürün inkişafında da önəmli rol oynayır. Musiqi dərsi alan uşaqlar digər uşaqlara nisbətən bütün fənləri, xüsusilə də həndəsə və fizika fənlərini daha yaxşı mənimsəyirlər. Alimlər belə bir nəticəyə gəlmişlər ki, musiqi ilə məşğul olan və günün çox hissəsini valideynlərinin yanında keçirən uşaqlar əqli cəhətdən daha yaxşı inkişaf edirlər.
Amerikada doktor Loqan hamilə qadınlar üçün bandaj ixtira etmişdir. Gələcək analara həmin bandajı qarın nahiyəsinə bağlamaq tövsiyə olunur. Mikrostereokolonkalar geydirilmiş və pleyer ilə əlaqələndirilmiş bandaj vasitəsilə 60 audiokasetdən xüsusi musiqi səsləndirilir. Döl halında olarkən həmin melodiyaları dinləmiş bütün uşaqlar (1200-dən artıq) testdən keçiriləndən sonra onların adi uşaqlara nisbətən dörd dəfə zəkalı olduğu müəyyənləşdirilmişdir.
ABŞ-da Şulman soyadlı bir həkim pasiyentləri insanın müxtəlif daxili orqanlarının - ürəyin, ağ ciyərlərin, mədənin, bağırsaqların səslərini dinləmək yolu ilə müalicə edir. Həkimin fikrincə, xəstə orqanizm sağlam orqanların harmonik səslərini "eşidəndən" sonra müstəqil surətdə sağalmağa başlayır.
Çində, Yaponiyada "Həzm", "Yuxusuzluq", "Miqren", "Qara ciyər", "Ağ ciyər", "Ürək" kimi bizə qəribə gələn adlarla musiqi albomları buraxılır. Çinlilər və yaponlar həmin musiqi əsərlərini həb, yaxud dərman bitkiləri kimi məmnuniyyətlə "qəbul" edirlər.
Amerikada keçəlləşən adamların başlarına musiqi dinləməklə tük gəlməsi kimi musiqi terapiyası metodu da məlumdur.
Hazırda musiqi terapiyası sahəsində geniş informasiya infrastrukturu yaradılmışdır. İngiltərədə, ABŞ-da, Almaniyada, İtaliyada, Yaponiyada xüsusi cəmiyyətlər mövcuddur, çox sayda məxsusi jurnallar dərc olunur.Beləliklə, musiqi tənəffüsə, ürək ritminə, nəbzə və qan təzyiqinə təsir göstərir, beyin dalğalarını yavaşıda və tənzimləyə bilir, əzələ gərginliyini azaldır, bədənin mütəhərrikliyini və koordinasiyasını yaxşılaşdırır, harmonlar ifrazını tənzimləyir, immun funksiyasını aktivləşdirir, əmək məhsuldarlığını yüksəldir.
XƏBƏR LENTİ
Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar
Sinoptiklərdən xəbərdarlıq
Qocanın son arzusu TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Zirəddin Rzayevdən tükürpədici proqnoz: "Bu il İblisin ilidir"
Dünyanın ilk smart eynəyi satılır
Hemofiliya
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
“Google”un qadınlara sürprizi
Amerika alimlərindən qəribə açıqlama-"Tez evlənənlər..."
Ətəyi geniş donlar
Bakıda 22 dərəcə isti olacaq
Həyatdan öyrəndiyim dərslər
Azərbaycanda yağış yağacaq
Qrossmeysterdən siyasətçilərə maraqlı MƏSLƏHƏT
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Müxtəlif ərzaq mallarının qarşılıqlı əvəz olunması
Geyim tərzinizi özünüz seçin
Şuşaya Azərbaycan bayrağının sancılmasının görüntüləri - VİDEO
Gözəllik maskaları
İxtisas seçimi başladı
Qara brilyant
Zəlzələ köhnə binalar mövzusunu yenidən gündəmə gətirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Şokoladlı şirin pizza (foto-resept)
Azərbaycana qar yağacaq
Işəgötürənlərin nəzərinə!
Rəqəmləri birləşdir-2
Bərdə türbəsi təmir olunur
Yeni cərimələr müəyyənləşdi-4000 manatadək
Azərbaycanda iş saatları dəyişəcək? - Açıqlama
Məşhur müğənni İlk Dəfə Ana oldu-FOTO/VİDEO
Hind kinosunda "inqilab" başlanır-FOTO
Adilikdən gözəllik yaratmaq
Azərbaycana yeni radarlar gətirilir
Ahmet Kuraldan ilk açıqlama - FOTO
Bütün dünya ölkələri vizadan imtina edə bilər-ŞƏRTİ
Soğan gözləri yandırmasın deyə...
Möcüzə enerji-2
Lerikdə zəlzələ oldu
Ramazanın 27-ci gününün duası
Dünyanın sonu-2 (son)
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Qısaboylu insanların qarşılaşdığı problemlər
Körpəniz sizdən nə istəyir?
Psixoloji gərginlik yaradan filmlər
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qara məkanın qara bəxti: indi nə olacaq?
Qırmızı möcüzə olan narın faydaları
Avropa Parlamentində Azərbaycanda dini azlıqlar məsələsi müzakirə olunub
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
- ŞƏRHLƏR