Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu turizm kompleksinin ərazisi 2058 hektardır. Artıq ölkəmizdən kənara çıxmadan qışda və yayda xizəkdə sürüşməklə idman etmiş olarıq. Xizək sürmək 6-60 yaş arasında, sağlamlıq problemi olmayan hər kəsin edə biləcəyi idman növüdür. Bu idmana başlamaq istəyənlərin bilməsi vacib olan bəzi bilgilərlə tanış olun.
Qışın ən həyəcanlı istirahəti: xizək
Qış aylarının ən əyləncəli məşğuliyyətlərindən biri xizək idmanıdır. "Xizək idmanı üçün yaşım çoxdur, ya da tezdir" deyə düşünməyin!
Bir çox idman növü üçün yaş böyük nisbətdə vacib ola bilər. Ancaq xizək idmanında bu, problem deyil. Yaş həddinin orta hesabla 6-60 yaş arası olması hər kəsə xizək sürmək imkanı yaradır. Sağlamlığınızda hər hansı bir problem yoxdursa, yaşınız neçə olursa-olsun, bunu təcrübədən keçirə bilər, hətta bütün texniki bilikləri öyrənib yaxşı xizəkçi ola bilərsiniz.
Bu, təcrübədən asılıdırmı?
Xizək idmanının qabiliyyətlə əlaqəsinin olmadığı həqiqətdir. Bu idman növü ayaq üstə dura bilən hər bir insan üçün maraqlı və həyəcanlı seçim ola bilər. İstəyi olan, xizək sürməkdə israrlı olan hər kəsin mütləq bu sahənin mütəxəssisindən öyrənməsi məsləhət görülür. Bu idmanda anadangəlmə qabiliyyətin olub-olmasının əhəmiyyəti olmasa da, təhsil almanın əhəmiyyəti çoxdur.
Xizək təhlükəli bir idmandırmı?
Son illərdə təkmilləşmiş avadanlıq çeşidləri, professionalların köməyilə seçəcəyiniz doğru avadanlıqlar xizək idmanının təhlükəli olma ehtimalını demək olar ki, sıfra endirir. Təbii ki, hər bir idman növündə olduğu kimi burada ən vacib amil müəllimlə işləməkdir. Öz-özünüzə bəlkə qismən ayaq üstə dura bilərsiniz, ancaq özbaşına əsla ayaq üstə doğru durmağı və idman texnikasını öyrənə bilməzsiniz. Yəni xizək idmanının təhlükələrinin öhdəsindən gəlmək mütəxəssisdən idman texnikasını doğru öyrənməyinizdən asılıdır.
Bunlara diqqət edin!
Ayaq əzələlərinin güclü və tarazlığın yaxşı olması xizəkçinin ən vacib xüsusiyyətlərindən biridir. Səviyyənizə uyğun iz seçmək xizək idmanının ümumi qaydaları arasında önəmli yer tutur. Təzə başlayanlar tarazlıqlarını itirəcək ani hərəkətlərdən uzaq durmalıdır. Yorulanda mütləq istirahət edin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
Demet Akalın keçmiş əri ilə barışdı-FOTO
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Beyin şişini müalicə edəcək dərman hazırlandı
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
Ledi Qaqa evindən Konsert verəcək
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Qeyri-adi ayaqqabılar
Bijuteriyalar 2
İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM
Günün ulduz falı
Mənim toxuduqlarım
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın: “Xoşbəxt anayam, oğlum qardaşımın intiqamını aldı” - VİDEO
Bir ildir Yaşarsızıq, unutmadıq
Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Sağlam pəhriz
Bakının Qızlar Universitetində oğlan?
Aşbaz 5 milyon avroya təyyarə alır
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Kayli Cenner və Travis Skot barışıb
Hind kinosunda "inqilab" başlanır-FOTO
Nusret klipə çəkildi - VİDEO
Bu günün hava proqnozu
Qubada 20 Yanvar şəhidlərini andılar
İctimai nəqliyyatda yeni gedişhaqqı sisteminin tətbiqi vaxtı açıqlanıb
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Qızıl maska sayəsində dəriniz işıldasın!
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
“Beşiktaş” Sərgən Yalçına vaxt verdi
Toxumaq dərsi-8
Koronavirusdan sonra dünyada bir ilk - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Avqust
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Kirayə ev axtaranlar, bunlara DİQQƏT EDİN
Acı souslu makaron (foto-resept)
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Uşaqlara masajı necə edirlər?
Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib
B12 vitamininin "səyahəti"
Ermənistan Azərbaycana başqa yol qoymur
Saçlarınızın parlaq və sağlam qalması üçün...
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
Peris Hiltonun 65 min dollarlıq çantası-FOTO
Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO
Çox yağda qızartma
- ŞƏRHLƏR