Körpələrin yatarkən etdikləri bəzi hərəkətlər valideynləri narahat edə bilər. Tərləmək, başını çırpmaq da həmin hərəkətlərdən sayılır. Gəlin birlikdə mütəxəsislərin bu hərəkətlərdən hansının təhlükəli, hansının təhlükəsiz olduğu haqqında dedikləri fikirlərlə tanış olaq.
Körpənin başını çırpması
Bəzi valideynlər uşaqlarının yuxulu halda başlarını çarpayının yan tərəfindəki dəstəklərə vurmasının şahidi olurlar. Mütəxəssislər qeyd edirlər ki, körpə uşaqların 20%-ə yaxını bunu edir. Oğlanlarda bu hal qızlara nisbətən daha çox müşahidə olunur. Bu proses adətən körpənin 6 ayın başlayaraq 3 yaşına kimi davam edir. Bu halın səbəbini öyrənmək hələ də mümkün olmayıb. Lakin mütəxəsislər bunu özünü təsdiqləməyin yollarından biri kimi qiymətləndirir. "Ana bətnində olarkən embrion irəli və geriyə gedir. Ola bilsin ki, doğulduqdan sonra körpə öz hisslərini başını vurmaqla bildirir" deyə pediatr-psixoloq Rahil Briqqs bildirib. Həm də bu, diş və ya qulaq ağrısına görə də ola bilən hərəkət hesab edilir. Lakin siz övladınızın başını ora-bura vurma adətinin baş ağrılarına, göyərmələrə, beyin zədələrinə səbəb ola bilməsindən qorxursunuz. Lakin bu belə deyil. Əgər uşaq başını bir yerə vurarkən ağrı hiss edərsə dərhal dayanacaq və təkrarən vurmayacaq. Bu vərdişə sahib olan bütün valideynlərə məsləhət görülür ki, körpənin çarpayısının kənarlarını yumşaq dəstəklərlə əhatə etməyə ehtiyac duymasınlar. Yaddan çıxarmayın ki, uşaq çarpayısındakı əlavə əşyalar onun boğulmasına səbəb ola bilər.
Yuxuda səksənmə
Körpəniz yuxuda olduğu zama səksənib əl-qolunu atır. Bu, gecə qarabasmaları deyil. Körpələrin əsəb sistemi hələ tam inkişaf etmədiyindən onlar ətraf mühitə cavab reaksiyalarını və reflekslərini hələ tam nəzarətdə saxlaya bilmirlər. Bu o deməkdir ki, belə nizamsız hərəkətlər qeyri-iradidir və zərərsizdir. Hər ehtimala qarşı, əlinizi onun titrəyən əlinə və ya ayağına qoyaraq sakitləşdirin. Əgər bu titrəmələr əsəbdən irəli gəlmirsə, o zaman uşağın 2-4 ayından sonra bu əlamətlər tədricən aradan qalxacaq.
Xoruldamaq
Bizə elə gəlir ki, yalnız böyüklər xoruldayır. Lakin körpələr də yatarkən xorultuya bənzər səslər çıxara bilirlər. Xorultu adətən hava axınının kiçik burun boşluğundan keçməsi və boğazdan geri qayıtmasının nəticəsidir. Xorultu uşağın xəstələnməsi və ya südün burun keçidinə tıxanması səbəbindən baş verə bilər. Burunu xüsusi nasos və ya duzlu su vasitəsilə təmizləyə bilərsiniz. Asfiksiya (boğulma) da xorultuya səbəb ola bilər. Bərk xorultu və boğulma asfiksiyanın əlamətləridir. Ona görə də uşağınız yatanda xoruldayırsa, həkimə müraciət etməyiniz məsləhət görülür.
Körpə yatarkən nəfəsinin bir neçə saniyəlik dayanmağını hiss edə bilərsiniz. Yeni doğulmuş körpələr üçün "fasilələrlə nəfəs almaq" normaldır.
Uşaqlar əvvəl tez -tez, sonra sakit nəfəs alırlar. Daha sonra nəfəs almada təxminən 10 saniyəlik kiçik fasilə yaranır. Sonra bu hal yenidən təkrarlanır. Nəfəs almada bu fasilələr ona görə baş verir ki, körpənin beynində bu funksiyaya nəzarət edən hissənin inkişafı hələ tam formalaşmayıb.
Əgər körpəniz rahatdırsa, boğulmursa, dırnaqları və dodaqları göyərmirsə, o zaman narahat olmayın. Adətən, körpə 4-6 aylıq olanda onun nəfəs alması daha müntəzəm hala gəlir.
Tərləmə
Bəzi körpələr yatan zaman tərləyirlər. Körpənin başı bədənindəki ən böyük orqan olduğundan, istiliyin çox hissəsi burada cəmləşir. Bununla əlaqədar olaraq körpənin alın hissəsi və saçları daha çox tərləyir. Lakin bu istilik və ya tərləmə xəstəlik əlaməti də ola bilər. Uşağın narahat olduğunu hiss etdiyiniz təqdirdə həkimə müraciət edin. Adətən 3-4 aylıqdan sonra gecə yuxusunun müddəti uzandıqda körpələr əvvəlki kimi çox tərləmirlər. Amma elə uşaqlar da vardır ki, onların bədəni çox tərləyir və bu proses onlar böyüyəndə də davam edir.
XƏBƏR LENTİ
AMEA-nın "Alimlər şəhərciyi"ndə kimlər mənzil ala bilər?
Ceyhun Bayramovla ABŞ-dakı həmyerlimiz arasında maraqlı dialoq - VİDEO
Yeni serial başlayır-FOTO
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
"Çelsi" Kostaya 16 milyon təklif edir
İstilərə hazır olun
Səməni
"Nefes" bir ilə 1 milyon 250 min qazanacaq
YENİLİK: Həkimlər xəstələrin daxili orqanlarını bir toxunuşla görəcək-FOTO
"Nokia"nın adı dəyişdirilir
Metroda qiymətlər qalxacaq?
Bakı Metropolitenində dəyişiklik
Kalsium çatışmazlığının göstəriciləri
Azərbaycanda uşaqlar arasında YENİ VİRUS tapıldı
Dünyanın ən yüksək Laləsi tikiləcək-FOTO
Yağlı saçlar və həlli
Yeni Mitsubishi L200
Kremlə iyunadək vaxt verildi
Bayram oldu, heç bilmirəm neyləyim: Bakı bazarında qiymətlər
Mel Gibson haqqında inanılmaz FAKTLAR
Ən güclü Mercedes S-Class göstərildi
Rəngarəng şamlar
Qadınlar niyə ağlayır?
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Görkəmli xalq artistimizin ad günüdür
Bu gün Kriştianu Ronaldunun doğum günüdür
Gözünüzdəki bu işarələr koronavirusun əlaməti ola bilər
Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ
HAVA necə olacaq?-XƏBRDARLIQ
Bu qidaları soyuducuya qoymayın!
Gözəl olmaq üçün həddi aşan gəlinlər
Cütlüklər arasında çıxan münaqişə mövzuları
Zülal çatışmazlığının əlamətləri
Orqanizmimizdəki nasoslar(2)
Yeni, lüks Range Rover 600
Bakıda dayanacaqlar hara yoxa çıxır? - FOTO
Günəşdən asılanlar
Qadınlar haqqında lətifələr
Gözəl ziyafət donları
Rusiyanı heyran qoyan azərbaycanlı gəncdən möhtəşəm final
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb
Demi Mur təcavüzkarın kimliyini açıqladı-FOTO
“Taxt oyunları”nın daha bir ulduzu koronavirusa yoluxdu
Enli ətəkli şalvarlar
Ən yüksək balı o topladı-FOTO
Fraktal həndəsə
Suda işləyən dünyanın ilk oyun noutbuku - FOTO
İnternet dərsi: nəyə görə şəxsi şəkilləri paylaşmaq olmaz?
Rusiyada fenomenə çevirilən türk aktyor
- ŞƏRHLƏR