Bayaqkı səs-küydən əsər əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə mənə :
- “Dayan” dedi.
Mən arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi.
Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum. O, “mən” idi.
Sənədlərimə diqqətlə baxıb dedi:
- Mənimlə getməlisən!
- Hara? Axı mən evə tələsirəm.
- Hara lazımdırsa ora. Düş qabağıma, az danış – deyərək qollarımı qandalladı. Mən mübahisənin əbəs olduğunu görüb «Mən»in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib, pilləkənlərlə aşağı düşüb bir zirzəminin qabağında dayandıq. O, qapını açıb mənə: “Keç içəri” – dedi. Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı. Qorxu içində idim.
-“Bura haradır? Məni niyə bura gətiriblər?”– deyə fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribəsi o idi ki, onlar da “mən” idilər.
“Mən”lərdən biri ayağa qalxaraq uzun- uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa “mən” məni müdafiə etmək üçün ayağa qalxdı , çox qısa danışıb oturdu.
Bayaqdan “mən”lərə qulaq asan “Mən” məndən soruşdu:
- Deyilənlərlə razısınızmı?
Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı:
- Bəli , bəli , bəli.
Mən səs gələn tərəfə baxdım , onlar da “mən” idilər. “Mən” “mən”i çağırıb məni öldürməyi əmr etdi. “Mən” əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox olurdular. Həmin o əcaib varlıqlar da “mən” idilər.
Mən gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı.
Hər kəsdən düşüncələrini yazmağı xahiş edirəm,,,
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan üçün böyük qorxu
Günün qoroskopu: Uğurlu gündür!
Metro sərnişinlərinə şad xəbər
Qar uçqunları 250 nəfəri çıxılmaz vəziyyətdə qoydu
Say və əvəzliyə aid sınaq sualları
Yazda bədənə canlılıq
Baş nazirdən uşaq bağçaları ilə bağlı QƏRAR
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Diqqət! Diqqət! Danışır Bakı!
Qız olmaq asandır?
Makiyaj çantanızda nələr var?
Yelena görənləri heyrətləndirir-FOTO
Sevən şəxsin 8 davranışı
Dubayda polisləri robot patrullar əvəzləyəcək
Sevgi dünən və bu gün
Cennifer yenidən Diqqət Mərkəzindədir
Türkmənistanda "koronavirus" sözü qadağan edilib
İstanbulda əsrin kəşfi
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
“İşsizlik terror problemi qədər ciddidir”
Evlilik sonrası kökəlmədən qorunun!
Günün ulduz falı
"Arıqlamaq istəyirəm" deyənlərə tövsiyələr
Məşhur cütlüyün Bodrum tətili-FOTO
Şakira AYRILIQ xəbərlərini bu cür Yalanladı-FOTO
Misirdə mağara məbədi
İnsanı kökəldən qidalar
Nobel mükafatçısı xərçəngin ən böyük sirrini açıqladı
Uşağın yuxusunu qoruyun
Kolleclərə qəbulun nəticələri - Açıqlandı
Qladiatorlar haqqında
Cəlilabad rayonu
Türksayağı tomat şorbası (foto resept)
Xoşbəxt olmaq istəyiriksə...
Cazibədar xanımlar üçün boyunbağılar
“WhatsApp”a yaşıl işıq
Küncütlü paxlava (foto resept)
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yazmağa başlayıram - 4
Kukla sənəti
Leyla Əliyevanın əkizlərinə olan arzuları (FOTO)
Bəzi rayonlarda qaz olmayacaq
Bakıda bəy və gəlindən təzə ənənə (FOTO)
Mətbəx pərdələri
İranda boşanma halları artıb
Qadınlar ideal olmaq istəyir (2-ci hissə)
Zövqlü geyim nümunələri
Çay ağacı yağının dəriyə faydaları
Koçaryan yenidən hakim qarşısına çıxarılır
- ŞƏRHLƏR