Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ
Seda Sayan yeni verilişdə aparıcılıq edəcək
Sabaha xəyanət etməyək
Yaz saç düzümü üçün 15 ideya
Maşın qiyamətindən çıxış yolu nədir?
Öz psixologiyanızı anlamağınız üçün tövsiyələr
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
Görəsən, məndə göz var ?
HAVA necə olacaq?- 21 APREL
Deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub
"Beni Affet" (1-ci hissə)
Ərdoğan huşunu itirdi, həkimlər müdaxilə etdilər
Qışa hazırıqmı? - Rəsmi AÇIQLAMA
Neft Şirkətində işləmək istəyənlərin nəzərinə
Mursilər qəbiləsinin qadınları-FOTO
"Rembo" qayıdır - FOTO
Eviniz və torpağınız sənədlidirmi?
Qadınlar necə qənaət edir?
Günün qoroskopu: arzularınız qorxularınızdan güclü olsun
4 illik evlilik 10 dəqiqəyə bitdi
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Check-up müayinə nəyə görə lazımdır?
Vensan Kassel evləndi-FOTO
Qayğıya ehtiyac
Günün qoroskopu: kənardan yardım gözləməyin
Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR
"8 Mart" salatı (foto resept)
Sabah da qar yağacaq
Məşhur aktrisanın əri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Pakistanda hind filmləri qadağan olundu-SƏBƏB
Gün ərzində Facebook-da nə qədər vaxt itirirsiniz?
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
Məşhur aktrisanın barmaqları sındı
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Bu nömrələrdən sizə mesaj gələ bilər
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Üzük modelləri
"Bank of Baku" Android və iPad üçün mobil əlavələrini işə saldı!
Yağış yağacaq
Tuba Büyüküstün yeni stili ilə HEYRAN ETDİ - FOTO
1 ayda 5 milyon Galaxy Note 3 satıldı
Dodaqları çatladan nədir?
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Rusiyada koronavirus peyvəndi 15 avqustda dövriyyəyə buraxıla bilər
Azərbaycanda internet sürəti artırılır
Ən gözəl körpülər
Urmiya gölü niyə quruyur?
Koronaya yoluxma ehtimalı olanları müəyyən edən qurğu
YEMƏYİN QALIĞINI ŞEYTANA BURAXMAYIN!!!
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Məşhur aktrisanı arıqladan çay
- ŞƏRHLƏR