-Evdən gedəndə qəndin, çörəyin tikələrini də say. Bir anlıq sarsılır, "sarsaqlama" deyib gedirdi.
Aldanıldığımı, məhəbbətimin boş, mənə düşmən adama uğradığını çoxdan anlayırdım. O məni bir qadın, bir insan hesab eləmirdi. Bəzən sərxoş dostları ilə birlikdə gecəyarıyacan ona xidmət etdikdə, bu həyasız sırtıqların gözləri ilə məni yeməsinə, əllərinin sərt hərəkətilə arxama, sinəmə vurmalarına əhəmiyyət vermir, qeyri-təbii şəkildə bərkdən gülürdü. Qonaqlar getdikdən sonar qabları da yığışdırmağa macal vermədən sərxoş canavar acgözlüyü ilə üstümə cumur, istəmədiyim halda, zorla, qəzəbli bir kinlə məndən zövq alırdı. Bütün bunlara baxmayaraq mən yenə də ərinə sadiq arvad kimi o, gecələr gec qayıdanda yatmır, gündüzlər gec gələndə yemir, onu gözləyirdim. O isə xəbər vermədən hardasa əylənir, yeyib-içir, ac–susuz yolunu gözlədiyimi bilə-bilə mənə işgəncə verirdi. O, mənə xidmətçi qədər də əhəmiyyət vermirdi. Haqq vermədən işlətdiyi xidmətçi olduğumu sonra anladım, amma gec anladım. Ceyms bir şey itirməmişdi, həm pulsuz xidmətçi, həm də zövqünü oxşayan və xəstə olmadığını qətiyyətlə bildiyi qadın əldə etmişdi. Daha ona nə lazım idi ki…
Zülmünü artırdıqca səbrim tükənsə də, iqtidarım məni tərk etsə də, ayrıla bilmirdim. Bir tərəfdən kor məhəbbətim, bir tərəfdən də el qınağı məni Ceymsə qul eləmişdi. Şikayət yerim, üz tutacaq yerim yox idi. Hara gedəcəkdim? Atamdan-anamdan utanırdım…Qohum-əqrəbanın, nənəmin qarğış və kinayələri ürəyimi əsdirirdi. Özümü günahkar, onları haqlı hesab edirdim. Taxsır məndə idi, ona görə də cəzamı özüm çəkməli idim. Ən yaxın dostlarıma belə ürəyimi açıb deyə bilmirdim. Güləcəklərindən, istehza edəcəklərindən, ləkəli məhəbbətimi, öz-özümə, irqimə, rəngimə, millətimə xəyanət etdiyimi üzümə çırpacaqlarından qorxurdum.
İndi isə artıq qəlbimdə məhəbbət və nifrət bir-birinə qarışmışdı.Hansı hissi daha çox yaşadığımı bilmirdim….
-Hadisə baş verən gecə Ceyms çox gec qayıtdı. Gecəyarıdan keçənəcən otağımda oturub kitab oxuyur, yolunu gözləyirdim. Binaya yaxınlaşan hər maşın səsi məni diksindirir, pillələrlə qalxan hər addım səsi məni yerimdən qaldırırdı. Ceyms isə gəlmək bilmirdi, gözlərim yazıda olsa da qulağım səsdə idi. Nə oxuduğumu bilmirdim… Gündüz 7 saat xəstəxanada çalışmış, sonra evə qayıdıb dincəlmədən yemək hazırlamış, pal-paltar yumuş, məni vaxtilə genişliyi ilə sevindirən, indi isə üzüb əldən salan nəhəng otaqları süpürüb-silmişdim. Yorğunluq mənə qalib gəldi, nə vaxt yuxuya getdiyimi bilə bilmədim. Səhər gözümü açan kimi saata baxdım. İşə gecikirdik. Vaxta bircə saat qalmışdı .Ceymsin otağına keçdim. Nə zamansa qayıdıb, öz açarı ilə qapını açıb yatmışdı. Hərəsini bir tərəfə atdığı paltarları yığın-dərin eləyə-eləyə onu güclə yuxudan oyatdım. Deyinə-deyinə qalxdı. Sanki gec gəlməsində, az yatmasında, tez durub işə getməsində mən müqəssir idim. Hər ikimiz gecikirdik, hər ikimiz geyinməli, yeməli, eyni yolu getməli, eyni vaxtda işdə olmalı idik. Amma mən yemək, ona lazım olan başqa paltar və əşyaları hazırladıqca o, yuyunub bəzənir aram-aram özünə lazım işlər görürdü. Mənə yardım etməyi ağlına belə gətirmirdi, hələ üstəlik deyinir, söylənirdi. Mətbəxdə ona sevdiyi, hər səhər adəti üzrə südlü çayla yediyi qrenkiləri hazırlamaqla məşğul idim. Çörək tikələri yanmasın, eyni bərabərdə qızarsın deyə bütün fikrim tavada idi.
Görünür Ceyms məni səsləyib, nə isə istəyib, mən isə eşitməmişəm. Birdən ağır bir şeyin kürəyimə toxunduğunu duyub silkələndim və mətbəxdən xolla açılan qapiya tərəf çevrildim. Ceyms əllərini belinə vurmuş, şortidən aşağı çılpaq qalan ayaqlarını genış-genış açıb durmuş, deyirdi:
-Ay heyvan, səninlə deyiləm? Karsan? Ay qara meymun. Bütün nəsli qara meymun olandan nə törər?....Qara meymun, qara meymun, qara meymun….
O, bu sözü üç dəfə dedi. Qəlbimə üç zərbə dəydi. Ceyms məni çox təhqir etmişdi, dözmüşdüm. Amma, bu dəfə səbr kasam daşdı, o təkcə məni deyil, ata-anamı, nəslimi, millətimi, mənsub oluğum irqi təhqir edirdi. Bu təhqiramiz “qara meymun” sözləri ağlımı başımdan uçurdu. Mətbəx bıçağını qapıb nə vaxt üstünə cumduğumu, dəlicə məhəbbətlə sevdiyim bədənə neçə zərbə vurduğumu bilmədim. Qanı axdıqca sevinirdim. Mən onu əsl insan məhəbbətilə sevmişdim. O isə heyvanlıq edib anlamadığı, böyük məhəbbəti təhqir etdi. Sevən insan olmaq, sevilən heyvan olmaqdan daha yaxşıdır.
Aili susdu. Zalda əksəriyyəti yerlilərdən ibarət olan xalq onun tərəfində idi. Ölənə acıyan yox idi. Hətta Ceymsin bir neçə gün əvvəl təyyarə ilə uçub gəlmiş qohumları belə duruxmuş, donub durmuşdular. Vəkil də dalğındı.
Ailinin danışdıqları hakimi də şaşırmışdı. O bütün zənci qəlbi ilə qadını duyur, dərk edir, dərdinə şərik olurdu. Lakin o, hakim idi. Zaldan qalxan uğultunu kəsmək üçün göyümtül dırnaqlı qara barmağını ağ sədəf zəngə basdı, sükut tələb etdi. Məhkəmənin sabaha təxirə salındığı elan olundu.
Son.
XƏBƏR LENTİ
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Uşaqların sosial-psixoloji inkişafı-25
Zamiq: "Bu il evlənəcəm"
28 May Respublika Günü
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Barak Obama kəskin tənqid edildi
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Bu il körpələrə ən çox qoyulan adlar məlum olub
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Azərbaycanda təhlükəli epidemiya
Ciyərli rulet (foto resept)
"Apple" elastik noutbuklar istehsal edəcək
Qatıqla arıqlayın
DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət
qeyri adi ayaqqabilar
Nişan paltarları
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Bayramda 9 gün evdə qalacağıq
Bu tapıntı alimləri heyran qoydu
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Fahriye hələ də xəstəxanadadır-FOTO
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
Avropaya çatdıq?
Xoşbəxtliyin formulu.
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Cardi B Siyasətçi olmağa hazırlaşır
Keçibuynuzu
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Facebook-un qorxulu sirri açıldı
Toyuq kroketlər (foto resept)
Nar mürəbbəsi
Sabah bu yollar bağlanır
Bakıda dördəm doğuldu
İmtahanların vaxtı bilindi
Instagram-da Direct bağlanacaq
Buğda salatı (foto-resept)
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Kimlər sürücülük vəsiqəsi ala bilərlər?
"Bu insanın ixtiyarında deyil, amma..."
"Hercai"nin aktyorlarına reklam təklifi gəldi
- ŞƏRHLƏR